Rəhman və Rəhim olan Allahın adı ilə


O kəslər ki, əllərindəki Tövratda və İn­cildə



Yüklə 3,81 Mb.
səhifə514/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   510   511   512   513   514   515   516   517   ...   532
157. O kəslər ki, əllərindəki Tövratda və İn­cildə (adını, vəsfini və əlamətlərini) ya­zıl­mış gördükləri rəsula–ümmi (heç kəsin ya­nın­da oxuyub elm öyrənməmiş və ya mək­kə­li) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər gör­mə­yi buyurar, pis iş­lə­ri qadağan edər, tə­miz (pak) nemətləri ha­lal, murdar (na­pak) şeyləri haram edər, on­la­rın ağır yü­künü yüngülləşdirər və üst­lə­rindəki bu­xovları açar (şəriətin çətin hökm­lə­rini götürər). Ona (o Peyğəmbərə) iman gə­ti­rən, yardım göstərən və onunla (Qura­nın) ardınca gedənlər məhz onlar nicat tapan­lar­dır!” (əl-Əraf: 157).

Muhəmməd ibn İshaq Peyğəmbərin  bəzi səhabələrinin belə dediyini deyir: "Ey Allahın elçisi! Bizə özün haqqında xəbər ver. Peyğəmbər  dedi: "(Haqqımda) atam İbrahimin duası, İsanın müjdəsi (vardır). Anam məni dünyaya gətirərkən bətnindən nur çıxıb Şam torpaqlarındakı Bəsrə qəsrlərini işıqlandırdığını görmüşdü."543

İrbad ibn Səriyə544  və Əbu Umamə545  eyni məzmunlu hədisi Peyğəmbərdən  rəvayət edirlər. "(Haqqımda) atam İbrahimin duası, İsanın müjdəsi (vardır)."

İbrahim Kəbəni inşa edərkən belə dua etmişdi: «“Ey Rəbbi­miz! Onların (nəslimizin) içərisindən özlərinə bir peyğəmbər gön­dər...» (əl-Bəqərə: 129). İsrail oğullarının peyğəm­bər­­liyi İsa ilə yekunlaşanda o qalxıb insanlara vəz etdi və onların nəslindən peyğəmbərliyin sona çatdığını bildirdi. Bundan sonra peyğəmbərliyin ərəblərdən olan yazmaq və oxumaq bilməyən (ümmi) peyğəmbərdə olacağını bildirdi. Onun bütün peyğəmbər­lə­rin sonuncusu olacağını xatırlatdı. Əhməd, Haşimin oğlu Əbdül­müt­talibin oğlu Abdullahın oğlu Muhəmməddir. O, İbrahim Xəlilin oğ­lu İsmailin nəslindəndir.

Uca Allah buyurur: «Sonra onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.» (əs-Saff: 6). Ayədəki şəxs əvəzliyinin İsaya yaxud Muhəmmədə  aid edilməsi ehtimal olunur.

Sonrakı ayələrdə Uca Allah mömin bəndələrini İslama və müsəlmanlara, eləcə də dini təbliğ etmək işində peyğəmbərinə kömək etməyə çağırır və deyir: «14. Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi.» Allaha dəvət yolunda kim mənə kömək edə bilər? «Həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər.» Bu hadisə "ən-Nasirə" şəhərində baş vermişdi. Ona görə onlara "Nəsrani" adı verilmişdir. Uca Allah buyurur: «Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu.» Məryəm oğlu İsa İsrail oğullarını və digər tayfaları Allaha dəvət edəndə bəziləri iman gətirdi, bəziləri isə küfr etdi. Bir çox tarixçilərin və təfsir alimlərinin dediklərinə görə Antakiya546 əhalisi hamılıqla ona iman gətirmişdilər. İsa onlara üç nəfər nümayəndə göndərmişdi. Biri Səman əs-Səfa idi. Onlar dəvəti qəbul edib iman gətirdilər. Yasin surəsində haqqında danışılan tayfa bu tayfa deyil. Şəhər əhalisi haqqında danışılan hekayədə (Yasin qövmünün hekayəsində) bu barədə açıqlama vermişdik. İsrail oğullarının bir hissəsi iman gətirdi, əksəriyyəti ona küfr etdi. İsaya iman gətirənlər ona küfr edənlərə qalib gəldilər və açıq-aşkar üstünlük əldə etdilər. Uca Allah bu haqda belə buyurur: «55. O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri Qiyamət gününə qədər kafirlərə qalib edərəm...» (Ali İmran: 55).

İsaya yaxın olan hər kəs başqalarına qalib gəlirdi. Müsəlmanların onun haqqında dedikləri "O Allahın qulu və elçisidir!" sözləri şübhəsiz haqq olduğu üçün nəsranilərə qalib gəldilər. Nəsranilər İsa barəsində ifratçılıq edir, onu Allahın verdiyi məqamdan üstün tuturlar. Lakin nəsranilər ümumilikdə bu işdə yəhudilərdən öndə olduqları üçün İslam dini gələnə qədər daim onları əzib-əzişdiriblər. Daha doğrusunu Allah bilir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin