Rifah sisteminin qarışıq iqtisadi idarəolunması istiqamətində təklif olunan pilot layihə



Yüklə 227,73 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü227,73 Kb.
#8906
1   2   3

Ailə və uşaqlara təsir

Bütün İƏRM-lər uşağın inkişafı ilə bağlı standart qiymətləndirmə formalarının istifadə edilməsi və dəqiq məlumatın təmin edilməsi məqsədi üçün müvafiq təlim keçiblər. Standart qiymətləndirmə formalarının istifadəsi ilə uşaqların inkişafı və cəmiyyətə inteqrasiyası ilə əlaqədə fəaliyyətlərin nəticələrini obyektiv şəkildə qiymətləndirmək mümkündür.

UAFA-nın iki İƏRM-də Yasamal və Gəncədə uşaqların inkişafı haqda məlumatları təhlil etmək üçün Əlavə 1-ə baxın. Bu təhlil uşaqların funksional inkişafındakı müsbət təsiri aydın göstərir, hansı ki, hər altı aydan bir yenidən qiymətləndirilir – kiçik motor bacarıqları, böyük motor bacarıqları, sosial, ünsiyyət, gündəlik yaşayış bacarıqları.

Bununla belə biz anlayırıq ki, bu təhlildə nəzarət edilməyən meyarlar nəticəyə təsir edə bilər. Tipik dəyişikliklər bunlar ola bilər: uşaq xarakteristikası (yaşı, cinsi, əlilliyin növü); demoqrafik, sosial-iqtisadi və valideyn xarakteristikası (məsələn bəzi valideynlər öz övladlarını evdə digərlərindən daha çox dəstəkləyirlər) və ərazi xarakteristikası (yüksək/aşağı gəlir sahəsi, digər xidmətlərə çıxış imkan və s.). Bu dəyişikliklərin yuxarıda göstərilən cədvəldəki kimi inkişafın aşağı/yuxarı səviyyələrinə müəyyən təsiri olacaqdır. Məsələn, 124 saylı uşaq başqaları ilə müqayisədə daha az inkişaf edir, lakin buna səbəb kimi uşağın kəskin qüsurluluğunu göstərmək olar ki, bu da onun son dərəcə zəif inkişafına gətirib çıxarır. Əksinə, 170 saylı uşaq nəzərə çarpan dərəcədə inkişaf edə bilər, çünki uşağın normativ uşaq inkişafı ilə ayaqlaşması üçün çox az müdaxiləyə ehtiyacı olmuşdur.

Zəruri olaraq, biz Dövlət xidmətindən uşaqların inkişafı haqda məlumatı müqayisəli şəkildə müqayisə edə bilmərik, belə ki, bu cür məlumatlar toplanıb təhlil edilməmişdir. Bu ona işarədir ki, uşaqların inkişafının yoxlanması müxtəlif metodologiyalar arasında müqayisəni mümkün etmək üçün sektor boyunca standartlaşdırılmalıdır.

Sosial inkişafa nail olmada biz bu xidmətlərin uşaq və valideynlərinə olan təsirini başa düşmək üçün Yasamal İƏRM-də uşaqların nəticələrini araşdırmışıq. Aşağıdakı diaqramdan da göründüyü kimi 52 uşaq hətta təhsil səviyyəsinə qədər inkişaf ediblər. Bu həmin müddətdə Yasamalda İƏR xidmətlərindən istifadə edən uşaqların 23%-ni təmsil edir



Bu xidmətlər olmadan uşaqların çox hissəsinin tibbi müalicə, maliyyə yardımı və bəzi hallarda evdə təhsilə çıxışı məhdud olardı. Yenə də bu nəticə İƏR yardımlarının cəmiyyətə inteqrasiyası və uzun müddətli, əlilliyi olan insanlar üçün məşğulluq imkanlarının artması deməkdir.



Minimal Standartlar

İƏRM-lər üçün Minimal Standartlar İƏRM Şəbəkəsi tərəfindən ümumi yanaşmadan istifadə edərək hazırlanmışdır. Standartlar Reabilitasiya Mərkəzlərinin Təhsil, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən istifadə olunan mövcud çərçivələrinə əsaslanır. Bu Standartlar beynəlxalq İƏR eksperti Doktor Maya Tomas tərəfindən qiymətləndirilmiş və baxılması üçün Nazirlər Kabineti, Təhsil, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi və Dövlət Komitəsinə təqdim edilmişdir.

Bütün İƏRM-lər Minimum Standartlarda müəyyən edilmiş proseduralara riayət edirlər. Əlavə 2-ə baxın.

Minimum Standartların tətbiq edilməsi QHT xidmət təminatçılarının hökumət fondları üçün obyektiv, şəffaf və məsul bir sistem yaradacaq.


Kliniki təftiş

Kliniki təftiş İƏRM-lər üçün Minimum Standartlara əlaqəli şəkildə baxış prosesinin aparılması ilə fəaliyyətin təkmilləşdirməsini nəzərdə tutan prosesdir.

Hər ay UAFA uşaqlar inkişafı üzrə işçi heyəti 3 UAFA İƏRM-i də daxil olmaqla İƏRM-lərin uşaq inkişafı təcrübəsində İƏRM heyətinin fərdi bacarıqlarını təkmilləşdirmək; xidmətlərin qəbul olunmuş minimum səviyyəyə qaldırılması və prosedura, sənədləşdirmə sistemi və hesabatda ardıcıllığı təmin etmək üçün hər bir mərkəzə baş çəkir;

Təkmilləşdirməyə ehtiyac olan sahələri nəzərə çatdırmaq məqsədilə hesabat yazılır və UAFA heyəti tərəfindən İƏRM-lərin fəaliyyətini təkmilləşdirmək üçün təlim və məsləhət təmin edilir.

Kliniki təftiş icbari prosesi deyil, daha çox qarşılıqlı əməkdaşlıq və təcrübə mübadilə mühiti yaradan səlahiyyətləndirici bir prosesdir. Əlavə 3-ə baxın.

Milli tərəfdaşların rolu

Bu təklif bir neçə məsələyə paralel ünvanlanma nəzərdə tutub:

1. Dövlətin müqavilə əsasında QHT – ləri xidmət təminatçıları kimi işə cəlb etmələrini pilot layihə kimi həyata keçirmək.

2. İƏR-lərin əlilliyi olan insanların rifahının yaxşılaşması yanaşmasını pilot layihə kimi həyata keçirmək.

3. Səmərəli planlaşdırma və resursların idarə olunmasının nümayiş olunması.

Dövlət qurumları bu təklifin üç məqsədinə uyğun olan bir sıra məsələlərdə rol oynaya bilər:

1. Dövlət qurumları xidmətlər üçün tenderləri hazırlamaq, tenderləri qiymətləndirmək və nəticələri dəyərləndirmək potensialına malik olmalıdır. Bu pilot layihədən lazımi icra mexanizmlərin hazırlanması üçün istifadə edilməlidir.

2. QHT-lər gələcəkdə minimum standartlara cavab verdiklərini göstərmək üçün şəhadətnamə/lisenziya üçün müraciət etməlidirlər. Bu pilot layihədən QHT xidmət təminatçılarına lisenziya vermək məqsədilə mühüm potensial və mexanizmləri hazırlamaq üçün istifadə olunmalıdır.

3. Bu pilot layihə ilə yoxsulluğun azaldılması, azaldılmış rifah tələbatı və inkluziv cəmiyyətin məqsədlərini qarşılamaq məqsədilə bu pilot layihə əlaqələndirilmiş, əlilliyə hədəflənən icma əsaslı strategiyanın olan zəruri ehtiyacı nümayiş etdirmək üçün istifadə edilməlidir.

Təklif olunan Model:

Təşkilat

Rolu

Vacib Mexanizm

QHT-lər

Xidmət təminatçıları

Struktur və proseslərin minimum standartlara uyğun gəlməsini sübut edən şəhadətnamə

Nazirliklər

Satın alan

Sertifikatlaşdırılmış təminatçılar üçün müqavilə təltif üzrə qaydalar.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi

Şəhadətnamə

Müstəqil fəaliyyətin qiymətləndirilməsi



Proses və Struktur üçün Minimum Standartlar

Xidmət göstəriciləri Dəsti






  • Gəlir və prosesi ölçən xidmət göstəricilərinə maliyyələşdirən təşkilat tərəfindən nəzarət olunmalıdır

  • Müstəqil təşkilat Nazirliklər və maliyyələşdirən təşkilatların qərarının əleyhinə şikayət və apelyasiya halları olduqda, fəaliyyətin nəticələrinə nəzarət etmək səlahiyyətinə malik olmalıdır.





  • Uzun müddətə maliyyələşmə uşaqlardan yan keçməməlidir. Buna baxmayaraq, bu podratçılıq, sertifikatlaşdırma və nəzarət mexanizmlərini sınaqdan keçirtmək üçün pilotdur və biz təklif edirik ki, QHT-lərə ilkin maliyyələşmə əsas xərclər kimi təmin olunsun, belə ki, əsas xərclər xidmətin çatdırılması üçün vacib sayılan ən əsas büdcə maddəsidir.

  • Müqavilə illik fəaliyyət icmalına əsaslanaraq yenilənə bilən olmalıdır.

Monitorinq və Dəyərləndirmə - Xidmət Göstəriciləri

QHT xidmətlərinin keyfiyyəti tez-tez sorğu-sual edildiyindən, uşaq və ailələrlə bağlı olan struktur gəlir, proses və nəticələri ölçən xidmət göstəriciləri sisteminin tətbiq edilməsi tövsiyə olunur.

Qaydalar beynəlxalq qanunvericilik və konvensiyalara əsaslanmalıdır. Heç bir qanun modeli ən mütərəqqi qabaqcıl beynəlxalq təcrübə kimi qəbul olunmamışdır, lakin, əsas qayə proseslərdə daha çox şəffaflıq nümayiş etdirmək və daha da cavabdeh olmaqdır.

Xidmət göstəriciləri təminatçıların dövlət, şəxsi və ya QHT sektoruna daxil olmasından asılı olmayaraq bütün dövlət xidmətlərinin monitorinq və dəyərləndirməsinə daxil olunmalıdır. Məsələn:




Proses

İş İndikatorları - misallar

Qiymətləndirən qurum

Struktur xərclər

Heyətin sayı

Heyətin növü

Heyətin keyfiyyəti

Cihaz və Ləvazimatlar



Maliyyələşdirən

(Dövlət, donor, şəxsi)



Proses xərcləri

Metodologiya

Münasibət

Qiymətləndirmə proseduru

Reabilitasiya sessiyalarının sayı Dövlət xidmətlərindən istiqamətlər

İcma tövhələri


Yerli səviyyə - Nazirliklərin müqabil tərəfləri

(Dövlət və QHT arasında öyrənmə/paylaşma kimi faydalı)



Nəticələr

Uşaqların inkişafında nailiyyətlər

Məktəb davamiyyəti

Ailədə ayrılma hallarının azalması

Məşğulluqda iş təminatının artması



Müstəqil təşkilat

(məsələn, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi)



Qiymətləndirmə:

Keyfiyyətin “qrup nəzarət qurumu” tərəfindən yoxlanılması məsləhət görülür, belə ki, Nazirliklərdə icma əsaslı və müasir reabilitasiya metodlarında bacarıq və təcrübə çox yüksək deyil. Bu Həmkar Qrupu QHT, Dövlət qurumları və dövlət səviyyəsində olan beynəlxalq mütəxəssislərdən ibarət olmalıdır, belə ki, alternativ xidmətlərin sayı Nəzarət Qrupu üçün ildə bir dəfə uşaqların nəticələrini effektiv qiymətləndirmək üçün hələ də az saydadır. Xidmətlərin sayı və Dövlət sektorunun həcmi artdıqca fəaliyyətin qiymətləndirilməsi yalnız proseslərin beynəlxalq səviyyədə nəzarət olunması şərti ilə yerli səviyyədə mərkəzləşməlidir.


qrup nəzarət qurumu – yaradıcı işin və ya fəaliyyətin eyni sahədən olan digər insanların həmin sahədə iş keyfiyyəti və fəaliyyətinin genişləndirilməsi və qorunması məqsədilə qiymətləndirilməsi kimi müəyyənləşdirilir. Bu bitərəf və gizli olmaqla gələcək nəzarətlərə rəhbərlik etmək üçün inkişaf sahələrini məsləhətlərini təmin etməlidir. Ona həmçinin Kliniki Təftiş kimi də istinad etmək olar. Əlavə 3-ə baxın.

Dövlət Maliyyələşdirmə Mexanizminin Hazırlanması

Pilot 3 əsas vəzifəyə malikdir:



  1. QHT xidmət təminatçılarını idarə etmək üçün maliyyə mexanizminin inkişaf etdirilməsi

  2. Xərcləri qiymətləndirmək və nəzarət etmək üçün Nazirliklərdə imkanların yaradılması

  3. QHT xidmət təminatçılarının sertifikatlaşdırılması və təminatın keyfiyyətini qiymətləndirmək üçün Dövlət Komitəsində imkanların yaradılması

Vəzifə 1:

Hər 10 QHT Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və vergi, sosial müdafiə və təftiş qaydalarına müvafiqdir. Bir çox QHT-lər yerli və beynəlxalq mənbələrdən pul vəsaiti alır və artıq bu vəsaitin hesabatı üçün şəffaf mexanizmlərdən istifadə edir.

Biz təklif edirik ki, Maliyyə Nazirliyi əsas xərcləri bu pilot proqram çərçivəsində hesablasın: uşaqların inkişafı mütəxəssisi və mühasib, belə ki, bu əsas xərclər xidmətlərin yerinə yetirilməsində əsas xərclərdir. QHT-lər xərclər və inzibati heyət üçün əlavə mənbə yaratmaq məsuliyyətinə malik olarlar, əgər Dövlət öz dəstəyini göstərsə bu məsələ daha asan olar.

QHT

Əsas xərclər (AZN)

UAFA – Gəncə

19,764

UAFA – Yasamal rayonu

14,688

UAFA – Xaçmaz

17,592

Çıraq – Sumqayıt

25,620

Müşfiq – Qaradağ

45,384

Müşfiq – Masallı

12,648

Göy qurşağı – Nərimanov rayonu

27,084

Müstəqil Həyat – Bakı

26,352

Gəncə Fondu

16,836

Şəki Mərkəzi

17,592

CƏMİ

223,560

Bu mərkəzlərin il ərzində 600-dən çox uşaqlarla işləmələrini nəzərə alsaq dövlətin öhdəliyinin orta xərc məbləği hər uşaq üçün 373 AZN-dir. Bu müqayisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin illik 4190AZN və İqtisadi İnkişaf Nazirliklərinin illik 3210 AZN yaşayış minimumları ilə nisbətdə daha mülayimdi.

Qeyd etmək lazımdır ki, eyni xidmət modelini tətbiq etməyən İƏRM-lərin xidmət təminatının xərcləri arasında fərq vardır. Həmkar Qrup İcmalı vasitəsilə İƏRM-lərlə QHT-lər daha yaxşı səmərəlilik və pul dəyəri təmin etmək məqsədilə yenidən təşkilatlanmaq barədə daha çox öyrənmək imkanları olacaq.



Vəzifə 2:

Nazirliklər QHT-lərdən xidmət əldə etməkdə bacarıqlıdırlar, lakin QHT-lərə fondların ayrılması və mexanizmi və potensialı yoxdur. İkinci dərəcəli qanunvericiliyin, fondların Nazirliklərdən QHT-lərə ötürülməsi və Nazirliklərdə satınalma prosesinin yerinə yetirilməsi və inkişaf etdirilməsi potensialının qurulmasına ehtiyacı vardır. UNİCEF və OSİ kimi beynəlxalq təşkilatların bu vəzifəni dəstəkləməsi üçün maliyyələşdirməni mümkün etmək olar.



Vəzifə 3:

Dövlət Komitəsinə ailə, uşaq və qadın məsələlərinə proqramların hazırlanmasında nəzarət etmək tapşırılmışdır və QHT xidmət təminatçıları üçün sertifikatlaşdırma təşkilatı kimi fəaliyyət göstərsə və xidmət təminatının nəticələrini qiymətləndirsə, çox ideal müstəqil mövqedə olardı (yalnız QHT üçün deyil,

həmçinin Dövlət xidmətləri üçün də). Dövlət Komitəsi səhiyyə, təhsil və sosial müdafiə sahəsində xidmət təminatçısı deyil və artan fəaliyyət sahəsinə malikdir, buna görə də bu mərhələdə xidmətlərin obyektiv qiymətləndirilməsi prosesini asanlaşdırmaq potensialını yaratmaq olar. Yenə də, bu vəzifəni dəstəkləmək üçün texniki dəstəyə ehtiyac olacaq.

1. Maliyyələşdirmədən əvvəlki mərhələ: (2 ay)

1.1. Müvafiq mütəxəssisi cəlb etmək (Gwen Burchell MBE MSc) və Maliyyə Nazirliyinin nümayəndəsini təyin etmək

1.2. Pilot layihəyə nəzarət etmək üçün nazirliklərarası işçi qrupu yaratmaq

1.3. Müvafiq mütəxəssis/ Maliyyə Nazirliyinin nümayəndəsi QHT xidmət təminatçıları üçün, xüsusilə də pilot layihə və şərtlər üçün ilkin maliyyələşdirmə müqaviləsini hazırlayır.



2. Maliyyələşdirmə Mərhələsi: (1+ il)

2.1. Əsas xərclər üçün fondlar birbaşa Maliyyə Nazirliyindən QHT xidmət təminatçılarına yönəldilir.

2.2. Alternativ xidmətlərin alıcısı olmaq üçün Nazirliklərdə mexanizm planlaşdırılır.

2.3. İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində xidmətlərin satınalınması, xərclərin monitorinqi və dəyərləndirməsi üçün potensial quruculuğunu təmin etmək.

2.3. Dövlət Komitəsinə QHT-lərin Minimum Standartlara cavab verdiyini təsdiq etmək üçün səlahiyyətləndirmək prosedurası.

2.4. Dövlət Komitəsində sertifikatlaşdırma aparmaq və fəaliyyət və xərcləri obyektiv dəyərləndirmək potensialını yaratmaq.



3. Maliyyələşmədən sonrakı səmərə:

  • Əməliyyatda şəffaf maliyyələşmə mexanizmi

  • Sertifikatlaşdırma prosesinə aid qaydalar

  • Satınalma prosesi üçün qaydalar

  • Fəaliyyətin dəyərləndirmə proseduraları

4. Gələcək işlər:

  • Digər sosial sektorlarda təkrarlanma, məsələn, uşaqların müdafiəsi, Yuvenil Ədliyyə və s.

  • Keyfiyyəti yüksəltmək üçün Dövlət xidmət sektorunda istifadə olunan xidmət göstəriciləri

  • Uşaqların yerləşdirilməsini maliyyələşdirmək üçün müvafiq sistem yaratmaq (xidməti uşaq- qayğısı üçün əhəmiyyətli)

Bürokratiya və korrupsiyanın azaldılması

1. Satınalma və sertifikatlaşdırma/qiymətləndirmə funksiyalarının ayrılması ilə korrupsiya azalır, çünki, şəxsi maraqlar bölünür və imkanlar azalır.

2. Xidmət göstəricilərini tətbiq etməklə maliyyələşdirən təşkilat struktur və prosesə qoyulan xərcləri qiymətləndirə, onları maliyyələşdirmə axınına qarşı şəffaf yanaşma ilə uyğunlaşdıra bilir

3. İş İndikatorları nəticənin keyfiyyəti üçün xidmətin şəffaf və ölçülən qiymətləndirilməsidir; əgər xidmət davamlı olaraq uşaqlar üçün keyfiyyətin nəticəsində çox aşağı inkişaf nümayiş etdirirsə bu xidmətin aşağı fəaliyyətinin əsas göstəricisidir və lazım olduqda, İƏRM-lərin təsirini yerli təşkilatlarda təyin etmək üçün fərdi uşaqları müşahidə, ailələrlə və yerli səlahiyyətli orqanlarla görüşü təşkil etmək olar.



Fəaliyyətsizliyin yaratdığı Risklər və İctimai neqativ effektlər

Risk

Strategiya

QHT-lərin Dövlət fondlarını idarə etmək potensialı mövcud deyil

Maliyyə Nazirliyi maliyyələşmənin hesablanması üçün maliyyə göstərişləri verməlidir; Göstərişlər İƏRM Şəbəkəsinin seminarında aydınlaşacaq

QHT iştirakçıları (məsələn OSİ) Şəbəkəni lazımi məşğələlərlə təmin edəcək



Nazirliklər QHT-lərin xidmət təminatçılarının Dövlət maliyyələşdirməsinə qarşıdır

Maliyyə Nazirliyi sosial rifah, fikir ayrılığının dəstəklənməsi və xidmət təminatının səmərəliliyi ilə bağlı aydın iqtisadı dəlil gətirməlidir.

İƏR Azərbaycan üçün müvafiq model hesab olunmur

İƏRM-lərin Şəbəkəsi Azərbaycanın strateji idealı kimi İƏR-in dəyəri və istifadəsi haqda daha çox məlumatlılığını artırmaq üçün müdafiə cəhdlərini artırmalıdır.




Risk

Sosial Dəyər

Alternativ xidmətlər üçün məhdud maliyyələşdirmə mümkün edilmişdir.

Əgər fondlar Dövlət tərəfindən həyata keçirilən imkanlarla mərkəzləşmiş yerlərdə məhdudlaşacağı təqdirdə, xidmətlər zəifləməyəcək. Bu zəif və əlilliyi olan insanların sürətlə təcrid olunmasına, təşkilatlanmaya və onları dəstəkləmək üçün rifah yükünün artmasına gətirib çıxarır

“Eyni ölçü hamısı üçün uyğundur” siyasəti hazırlanır

Məsələn, bir strategiya əlilliyi olan və qayğıya ehtiyacı olan uşaqlar üçün problemlərin cavabı kimi təqdim olunub.

Proqram bir nöqtədən maliyyələşərək idarə olunan mərkəzləşmiş üsula nisbətən fərdi bir uşağın diqqət mərkəzində olmaqla daha yaxşı işləyir.



QHT xidmət təminatçılarının Dövlət maliyyələşməsi dəstəklənmir

SOS uşaqlar kəndinin Dövlət dəstəyi haqda məsələ artıq həll olunub

  • Dəyərli bacarıqlar və təcrübə sektorda itəcək

  • Rifah xərcləri artacaq/ailələr onların çağırışlara üstün gəlməsinə kömək edən maliyyə dəstəyinin olmaması səbəbindən çətin şərait və yoxsulluqda yaşamağa davam edirlər.

  • Əlilliyi olan insanlar (ƏOİ) işsiz, yardımlardan asılı və cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamaqda davam edirlər

Əlavə 1

İcma Əsaslı Reabilitasiya Mərkəzlərində (İƏRM)

Uşaqların İnkişaf Tərəqqisinin Dəyərləndirilməsi
İƏRM-lərin uşaqlara və onların ailələrinə göstərdiyi xidmətlərin səmərəliliyini qiymətləndirmək üçün biz qiymətləndirmə formalarını və vaxtaşırı uşaqların nailiyyətlərini yoxlamışıq. Mərkəzin heyəti hər altı aydan bir Uşaqların Qiymətləndirmə Formalarından istifadə edərək uşaqların inkişafına nəzarət edirlər. İnkişafın faiz dərəcəsi uşaqların mərkəzin xidmətlərindən yararlanmasından əvvəlki və sonrakı bacarıqlarını müqayisə etməklə hesablanıb.

Bununla belə nəzarətçi qrupun və Dövlət xidmətlərinin müqayisə oluna biləcək uşaqların inkişafı haqda məlumatın yoxluğu və məlumat toplayan mexanizmin olmaması ucbatından, biz öz nəticələrimizlə nəzarət qrupunun nəticələrini müqayisə edə bilmirik. Buna görə də, bu məlumatla bağlı müəyyən məhdudiyyətlər mövcuddur.

Mərkəzdəki hər bir uşaq yeganə seriya nömrəsi altında qeydiyyatdan keçir. Biz təsadüfi şəkildə siyahıdan 40 nəfər uşaq seçmişik və onların inkişaf faizini qiymətləndirmişik. Şəkil 1Şəkil 2 Gəncə və Yasamal İƏRM-lənin inkişaf cədvəlini əks etdirir.

Cədvəldən də göründüyü kimi inkişaf hər bir uşaqda fərqli səviyyə göstərir. Burada əlilliyi dərəcəsi, uşaqların inkişaf səviyyəsi eləcə də onların mərkəzin xidmətlərindən faydalanma müddətinin də böyük rolu vardır.

Bəzi uşaqlar xüsusi xidmət təminatçılarına istiqamətlənmiş və ya əsas məktəblərə və yaxud poliklinikalara yazılmışdılar və s., və bu uşaqlar yalnız bir dəfə qiymətləndirildiyi üçün biz onların qiymətləndirilmə formalarını öz nəticələrimizdə istifadə edə bilmədik.
Şəkil 1

Şəkil 2





Qiymətləndirmə:

Gwen Burchell

Tamerlan Rəcəbov

(Oktyabr 2010)



Əlavə 2

UŞAQLARA XİDMƏT PROSEDURALARI:

REABİLİTASİYA MƏRKƏZLƏRİ (RM)/

İCMA ƏSASLI REABİLİTASİYA XİDMƏTLƏRİ (İƏR)

Giriş

Əlilliyi olan insanların hüquqları barədə Konvensiya (bundan sonra Konvensiya) və onun Könüllü Protokolu 2006-cı il Dekabrın 13-də Amerika Birləşmiş Ştatlarında qəbul olunmuşdur.


Bu 21-ci əsrin ilk hərtərəflli insan hüquqları sazişi və regional inteqrasiya təşkilatları tərəfindən imzalanması üçün açıq olan ilk insan hüquqları konvensiyasıdır. Konvensiya 2008-ci ilin mayın 3-də qüvvəyə minmişdir.
Azərbaycan 2008-ci il yanvarın 9-da imzalamış və 2009-cu il yanvarın 28-də ratifikasiya etmişdir. Azərbaycan Protokolu 2008-ci il yanvarın 9-da imzalamış və 2009-cu il yanvarın 28-də ratifikasiya etmişdir.
Azərbaycan üçün birləşmiş Yardım (UAFA) humanitar təşkilatının təşəbbüsü ilə 2007-ci ildə QHT-lər tərəfindən idarə olunan İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin Şəbəkəsi yaradılmışdır. Əvvəlcə 16 Mərkəz və ya təşkilat Şəbəkəyə qoşulmuşdu lakin, hazırda maliyyə çatışmazlığı ucbatından 3 təşkilat öz fəaliyyətini dayandırmışdır. Təşkilatlar və İƏR Mərkəzləri xarici donorlardan asılılığı azaltmaq, Dövlət tərəfindən müqaviləli əməkdaşlığa cəlb olunmaq və öz xidmətlərinin keyfiyyətini yüksək standartlara qaldırmaq məqsədilə Azərbaycan hökumətinə icma əsaslı reabilitasiya xidməti təminatı haqda ümumi standartlar təyin etmək barədə nəticəyə gəldilər.
Standartlar UAFA tərəfindən hazırlanmış və Şəbəkə üzvləri ilə müntəzəm surətdə onların rəy və təklifləri əsasında müzakirə olunmuşdur. Eyni zamanda standartlar xarici ekspertlərə rəylərini əldə etmək məqsədilə təqdim olunmuşdu (Peter Evans, sosial iş sahəsində beynəlxalq ekspert və Maya Tomas, İƏR üzrə beynəlxalq ekspert).
Dövlət tərəfindən Standartların tanınması və təsdiqi QHT xidmət təminatçılarına keyfiyyət, öz xidmətlərinin davamlılığını və Dövlət tərəfindən podratçılıq fəaliyyətlərinə rəvac verəcək.
Yüklə 227,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin