RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə45/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
Birinci Məzlum. Onu biz məhv elədik.

İkinci Məzlum. Nəsə eləmək lazımdır! Bu gilyotinin səs-küyü bütün ölkəni başına götürüb.

Birinci Məzlum. İndi hamı qaçıb buraya gələcək.

İkinci Məzlum. Gərək insanlar onun öldüyünü bilməsinlər. Onun xatirəsi üçün biz gərək buna yol verməyək.

Birinci Məzlum. Biz neynəyə bilərik ki?

İkinci Məzlum. Necəsə bu lənətə gəlmiş gilyotini dayandırmaq lazımdır.

Birinci Məzlum. Necə dayandıraq axı?

İkinci Məzlum. İndi görərsən. (Kolombinanın donunun ətəyindən öpür.) Məni bağışla, mənim İnqilabım. Sən həlak oldun. Sən yoxsansa, onda sənin sadiq əsgərin olan mən də yaşaya bilmərəm. (Gilyotinə yaxınlaşıb diz çökür, başını onun bıçağının altına verir.)
Birinci Məzlum (Kolombinaya). Sən məni azad elədin, ancaq çox tez məhv oldun. Sənsiz bu azadlıq mənim nəyimə gərəkdir? Mən bilmirəm, heç onunla neyləməliyəm? Bağışla məni, mən də sənin yanına gəlirəm!
O da başını gilyotinanın bıçağının altına verir. “Marselyoza” səslənir. Gilyotinin bıçağı bir az yavaşımış taktla taqqıldayaraq aşağı-yuxarı hərəkət edir.

Aktyorlar “dirilirlər”. Kolombina əlində şlyapa Ona yaxınlaşır. O cibindən xırda pul çıxarıb şlyapaya atır.
Kolombina. Təşəkkür eləyirəm.
O nəsə demək istəyir, ancaq Kolombina Ona qulaq asmaq istəmir, üzünü çevirib furqona sarı gedir. Yorulmuş aktyorlar oturub dincəlirlər.

Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin