Kolombina. Mən məgər sizdən nəsə istəyirəm? Siz inqilaba ona görə qulluq eləyirsiniz ki, azad olasınız. Siz qalib gələndən sonra onsuz da mən sizin yanınızdan gedəcəyəm.
Birinci Məzlum (qorxmuş). Hara gedəcəksən?
Kolombina. Harada hələ də istismarla bərabərsizlik qalır, oraya gedəcəyəm.
İkinci Məzlum. Buna hələ çox qalır, bu uzaq gələcəkdə olacaq... Ancaq mən nə qədər sənin yanındayam, səni heç kimlə bölüşmək istəmirəm. Sən mənimsən, mən sənin tək sevgin olmaq istəyirəm.
Bunu deyib, Birinci Məzlumun üstünə yeriyir. O özünü müdafiə eləmək üçün bir az geriyə çəkilir. Elə bu vaxt balkondan, tüfəngini onlara tuşlamış Birinci Qonşunun qışqırığı gəlir. Birinci Qonşu.Bir addım da atsanız atəş açacağam!
Aktyorlr balkondan aralanırlar və tamaşa davam edir. Məzlumlar biri-birinin üstünə yeriyirlər. Kolombina(Onları ayırmaq üçün araya girir). Dayanın! Siz ki qardaşsınız. Mən sizi buna görəmi azad elədim? Dayanın görək!
Ancaq İnqilaba olan sevgilərini bölüşə bilməyən, biri-biriylə qızğınlıqla savaşan bu aşiqləri ayırmaq mümkün deyildir. Harayçılıq eləmək istəyən Kolombina, onların biri-birini öldürməsinin qarşısını almağa çalışır. Bu vaxt onlardan kimsə ehtiyatsızlıq eləyir və Kolombina ölümcül yaralanaraq, yavaşca yerə yıxılmağa başlayır. Savaşanlar dayanırlar. Kolombina (gücdən düşən bir səslə). Siz məni öldürdünüz...
Məzlumlar onun üzərinə əyilib yardım göstərmək istəyirlər, ancaq gecdir. Kolombina ölür. Birinci Məzlum( ümidsizcəsinə). Sənsən günahkar!Onu sən öldürdün!
İkinnci Məzlum(acıqla). Bunlar hamısı sənə görə oldu! Günahkar sənsən. Lənətə gələsən, sən axı haradan gəlib çıxdın?!
Yenə də biri-birinin üstünə yeriyirlər.
Bu zaman gilyotin özünü çox qəribə aparmağa başlayır—elə bil onun bıçağı canlanır, özü-özünə yuxarı qalxır, sonra dayanmadan dəhşətli bir taqqıltı ilə aşağıya enir. Gilyotin beləcə dayanmadan işləməyə başalyır. Tutaqlaşmış Məzlumlar dayanırlar.