RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə10/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
İkinci papaqlı. Nə olar, sonra onu da aradan götürərik... Bir nəfər az, bir nəfər çox, nə fərqi var ki?

Qazanpapaq. Gərək bir azdan gələk.

Birinci papaqlı. Bizim hər görüşümüzün haqqı var, bunu da unutmayasan... Qazanpapaq (narahatlıqla). Elə isə, bəlkə bir az da gözləyək? Heç olmasa yarım saat... Bəlkə birdən gəlib çıxdı... Ancaq gərək elə eləyək bizi görməsin... (Gizlənməyə yer axtararaq, küçənin o biri üzündəki səkiyə tərəf yeriyir.)
Papaqlı kişilər narazılıqla başlarını bulayaraq onun ardınca gedirlər. Birinci qonşu ayaqları su dolu ləyəndə, qorxusundan yerində donub qalıbdır. Küçənin o biri üzündən, ikinci qonşu öz balkonundan baş verənləri izləyir. Qazanpapağın başçılıq elədiyi üçlük onun evinin səkisinə yaxınlaşanda o, tüfəngi onlara tuşlayır.
İkinci qonşu (uca səslə). Bir addım da atsanız hamınızı güllələyəcəm.
Üçlük diksinərək, dayanır. Papaqlı kişilər tapançalarına əl atırlar. Qazanpapaq çöməlir.

Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin