RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə9/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
Birinci papaqlı (ikinciyə). Nəsə mənim bundan heç xoşum gəlmədi.

İkinci papaqlı (əvvəlcə su dolu ləyənə, sonra Birinci qonşuya narazılıqla baxır). Hə, deyəsən yaman təmizkardır. (Elə bil özündən asılı olmayaraq, birdən əlini tapançasının dəstəyinə qoyur.)

Birinci qonşu. And olsun allaha, düz deyirəm, o, iki gündür evə gəlmir. (Qazanpapağa üz tutur) Cənab xəfiyyə!..

Qazanpapaq. Yavaş, ay axmaq... (Papaqlılara üz tutur.) Siz də əlinizi dinc saxlayın.

Birinci qonşu (hıçqırır). Mən bir avam adamam, özüm də hökumətin tərəfindəyəm.

Qazanpapaq. Bilirəm, bilirəm... (Papaqlılara.) Yaxşı, indi necə eləyək?

Birinci papaqlı. Sən bizə nə demişdin? “Gəlirsiniz, işinizi görüb gedirsiniz”. İndi belə çıxır, iş başqa cürdür.

İkinci papaqlı. Hələ bir başqası da varmış burada. (Əlini tapançanın dəstəyindən götürmür.) Bəlkə gəlmişkən elə bunu da aradan götürək getsin?

Qazanpapaq (əsəbi). Bizə başqası lazımdır. Mən axı sizə başa salmışdım.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin