RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə6/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   2   3   4   5   6   7   8   9   ...   59
İkinci qonşu (acıqla). Mənə sənin kimi itin məsləhəti gərək deyil! Bir o çatmırdı elə, sənin sözünlə oturub duram!

Birinci qonşu. Sənin pulun olsaydı, neçə illər bircə çuxa ilə gəzməzdin...

İkinci qonşu (onun üstünə tüfəng çəkir). De görək, başqa nə sözün var?

Birinci qonşu (qorxur). Daha heç bir sözüm yoxdur. Ağzıma qıfıl vurub balıq kimi dinməz-söyləməz qalacağam.

İkinci qonşu. Hə, bu başqa məsələ. Yoxsa bir az pul yığıb oğlunu oxutmusan deyə, özünü adam saymağa başlamısan. Mənim üçün sən daşyonan idin, elə daşyonan da qalmısan.

Birinci qonşu. Şükürlər olsun allaha. Yenə öz əlimin zəhməti ilə dolana bilirəm.

İkinci qonşu (hədə-qorxu ilə). Sən yenə başladın?

Birinci qonşu. Mən məgər artıq-əskik bir söz dedim?

İkinci qonşu. Sənin gördüyün işə mən əlimi bulaşdıra bilmərəm. Mənim kimi əsil-nəcabətli adam, gərək əl əməyi ilə dolanmasın. Bunu heç vaxt unutma!

Birinci qonşu (incik). Unutmaram. Ancaq daha səninlə heç vaxt nərd oynamayacağam.

İkinci qonşu. Pah! Qorxdum, ay aman! Sənlə nərd oynamadan da keçinərəm! (Susur.) Bəs bu tası qurtarmayaq?

Birinci qonşu. Yox. (Gurultu ilə nərdtaxtanı qapayır.)
Birinci qonşunun arvadı, iki qızı ilə birgə gəlirlər. Onların pörtmüş üzlərindən, bir də əllərindəki boxçalardan hamamdan gəldikləri bilinir. İkinci qonşu nəzakətlə üzünü yana çevirib, onlara sarı baxmır.
Birinci qonşu. Axır ki gəlib çıxdınız. Mənim də ürəyimə yüz cür qara-qura fikirlər gəlir, bayaqdan.

Arvad. Ay kişi, hamamda bizim başımıza nə gələsiydi ki?

Birinci qonşu. Çox şey ola bilər! İndi pis zamənədir... (Acıqla əlini yellədir).

Arvad. (bərkdən). Lap bu yaxında Müsavat hökuməti yıxılacaq.

Birinci qonşu (qorxa-qorxa yan-yörəsinə boylanır).Sən hardan bilirsən?


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin