Mezoiqtisadiyyat - makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür.
Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Meqoiqtisadiyyat - bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
3.İqtisadiyyatın sektorları
İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir. İqtisadiyyat insanların başlıca fəaliyyət sahəsidir.Çünki bütün maddi və qeyri maddi nemətlər burada istehsal olunur. İqtisadiyyat maddi istehsal və qeyri –maddi istehsal sahələrinə bölünür.Hal-hazırda BMT-nin millətlərarası statistika sistemində bütün iqtisadiyyat 3 sektora bölünür:
Kənd təsərrüfatı və meşə təsərrüfatı,balıqçılıq
Sənaye sahələri,tikinti,emaledici,sənaye,energetika
Xidmət sahələri,nəqliyyat,rabitə,ticarət,ictimai iaşə,təhsil,mədəniyyət,incəsənət,bədən tərbiyəsi,maliyyə-kredit sistemi və s. aiddir
I və II sektor maddi istehsal sahələri,III sektor həm istehsal,həm də qeyri- istehsal sahələrini əhatə edir.Bu sahələrin hər biri fərqlidir.Eyni bir iqtisadi göstərici tikinti də bir cür hesablanır ,rabitədə başqa cür hesablanır.Buna görə də sahə iqtisadiyyatı anlayışından istifadə edilir.
Dostları ilə paylaş: |