2.Rabitə müəssisəsinin təşkili əsasları. Rabitə müəssisələrinin təsis müqaviləsi.
Müəssisə Müəssisələr Haqqında Qanunda və AR-nın digər qanunvericilik aktlarında göstərilən qaydada təsis edilə bilər. Müəssisənin təsisçiləri aşağıdakılar ola bilər.
Dövlət əmlakinin idarə edilməsinə vəkil edilmiş dövlət orqanları
AR-nın hüquqi və fiziki şəxsləri
Xarici dövlətlər
Xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri,vətəndaşlığı olmayan şəxslər
Beynəlxalq təşkilatlar
Müəssisə bir,yaxud bir neçə təsisçi tərəfindən yaradıla bilər. Müəssisə yaradılarkən təsisçilər arsında təsis müqaviləsi bağlanır.Təsis müqaviləsində müəssisənin adı,növü,təsisçilər haqqında məlumat,nizamnamə fondu,hər təsisçinin bu fonddakı payı,öhdəlikləri,mənfəətin bölünməsi qaydası və s. göstərilir. Fərdi və dövlət müəssisəsi təsis edilərkən təsis müqaviləsi bağlanmır. Bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsində aşağıdakılar göstərilir – Müssisənin adı və növü,təsisçi barədə məlumat,müəssisənin hüquq və vəzifələri,nizamnamə fondu,mənfəətin bölüşdürülməsi qaydası,müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi.
Müəssisə filiallar,nümayəndəliklər açmaq hüququna malikdir. Müəssisə dövlət qeydiyyatından keçməlidir. Qeydə alinmayan müəssisələrin fəaliyyəti qadağandır. Dövlət qeydiyyatına görə qanunvericilikdə nəzərdə tutulan qaydada rüsum alınır. Müəssisələr aşağıdakı hallarda ləğv olunur:
İflas elan olunduqda
Müəssisənin fəaliyyəti qadağan olunduqda
Təsis aktları iqtisad məhkəməsinin qərarı ilə qanunsuz sayıldıqda
Qanunda nəzərdə tutulan digər hallarda
Rabitə müəssisənin də təşkili,fəaliyyəti,ləğvi qanunvericilik aktlarına əsaslanır.
Rabitə sistemində əsas idarəedici orqan Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.Rabitə Nazirliyinin nəznində Azərpoçt Dövlət müəssisəsi,Bakı telefon Rabitəsi İstehsalat birliyi,Teleradio verlişləri istehsalat birliyi fəaliyyət göstərir.İstər dövlət müəssisəsi ,istərsə də istehsalat birliklərinin tərkibində onlarla müəssisə ,yüzlərlə şöbə çalışır.Rabitə təsərrüfatının idarəetmə sistemində əsas halqa müəssisədir.Ölkədə rabitə vəsaitlərinin inkişafı və təkmilləşdirilməsi rabitə müəssisələrinin işinin keyfiyyət və səmərəsindən asılıdır.
Rabitə müssisəsi dövlət müssisəsi olub,sosial qanunauyğunluq hüququna malikdir.Rabitə müəssisələri göstərdikləri xidmətin həcmindən asılı olaraq ştat miqdarına,quruluşuna görə bir-birindən fərqlənirlər.Göstərdikləri xidmətdən asılı olaraq rabitə müəssisələri ixtisaslaşmış və birləşmiş müəssisələrə ayrılır.Rabitənin yalnız bir sahəsi üzrə fəaliyyət göstərən müəssisələr ixtisaslaşmış müəssisələr adlanır.Bir neçə sahə üzrə fəaliyyət göstərən müəssisələr birləşmiş müəssisələr adlanır.
Bundan başqa rabitə müəssisələri istehsal prosesinə görə də müxtəlifdir.Əgər istehsal prosesi bir müəssisədə başlayıb elə həmin müəssisədə başa çatırsa,belə müəssisələr istehsal dövrü bitmiş müəssisələr adlanır.İstehsal prosesi 1 müəssisədə başlayıb digərində bitərsə,belə müəssisələr istehsal dövrü bitməmiş müəssisələr adlanır. Rabitə müəssisələrinin idarə edilməsi vahid rəhbərlik əsasında həyata keçirilir.Müəssisə rəhbəri yuxarı təşkilat tərəfindən təsdiqlənir.O, müəssisənin fəaliyyətinə və işin nəticələrinə cavabdehdir.Müəssisənin rəhbəri kollektiv adından danışmaq ,bankda hesab açmaq ,digər müəssisələrlə müqavilə bağlamaq hüququna malikdir.
Dostları ilə paylaş: |