Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


 İstehsal fondları və onların tərkibi



Yüklə 124,6 Kb.
səhifə15/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   11   12   13   14   15   16   17   18   ...   67
6. İstehsal fondları və onların tərkibi

Maddi nemətlər istehsalı insan əməyinin istehsal va­si­tələri ilə birləşməsini tələb edir. İstehsal vasitələri isteh­sal fondları formasında çıxış edərək, əmək vasitələrinə və əmək cisimlərinə bölünür.  

Əmək vasitələrinin köməyi ilə insan əmək cisim­lə­ri­nə təsir göstərir. Əmək cisimləri isə insan əməyinin tə­si­ri­nə məruz qalır.

Rabitə müəssisələrində istehsal vasitələri əsas və döv­riyyə fondlarına ayrılır, yəni istehsal vasitələri əmək va­sitələrinə (maşın, alətlər, dəzgahlar, istehsalat binaları və. s) və əmək cisimlərinə (xammal, material, yanacaq və s.) bölünməsi və müəssisə vasitələrin dövriyyəsində onların müxtəlif şəkildə iştirak etməsi təşkil edir.

Əmək vasitələri istehsal əsas fondlarının maddi məz­mu­nunu, əmək cisimləri isə dövriyyə istehsal fondlarının mad­di əsasını təşkil edir.

Əmək vasitələri və əmək cisimləri məhsulun hazır­lan­ma prosesində müxtəlif rol oynayır. Əmək vasitələri is­teh­sal prosesində dəfələrlə iştirak edir, öz dəyərini ha­zır­lanmış məhsulun (işin, xidmətin) üzərinə tədriclə aşınma dərəcəsindən asılı olaraq, hissə-hissə keçirir və istehsal prosesində öz natural formasını saxlayır (dəyişmir).

Əmək cisimləri isə (xammal, materiallar və s.) bir istehsal tsikli ərzində tamamilə istehlak olunur, hazır məhsulu yaratmaqla özünün natural formasını  dəyişir, hazır məhsulun üzərinə birdən-birə tam keçirir və hər bir istehsal tsiklindən sonra ödənilir.

Müəssisənin istehsal fondları, qeyd olunan kimi, əsas fond­lara və dövriyyə fondlarına bölünür. Bu bölgünün əsa­sını əmək vasitələri ilə əmək cisimləri arasındakı fərq­lər təşkil edir ki, bunlar da aşağıdakı qatda da göstərilə bi­lər:

1.   Əsas fondlar

2.   Dövriyyə fondları

Əsas fondlar:

1.   Bir çox istehsal tsiklində iştirak edir.

2.   Öz dəyərini uzun müddət ərzində hissələrlə hazır məhsula keçirir.

3.   İstehsal prosesində öz natural (istehlak) formasını saxlayır.




Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin