Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə26/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

Düzgün rəftar

Şəhidin dostları


17 Şəhrivər xiyabanı ilə gedirdik. Motosikletdə İbrahimin arxasında oturmuşdum. Birdən küçədən sürətlə bir motosiklet çıxdı, qarşımıza keçib sərt şəkildə əyləcə basdı.

Zahiri görkəmi dinə çox da uymayan gənc motosikletçi qışqırdı: "Huu! Nə edirsən?!" Sonra da dayanıb hirslə bizə baxdı.

Hamı onun günahkar olduğunu bilirdi. Mənim də ürəyimdən keçirdi ki, İbrahim aşağı enib onun dərsini versin. Lakin o, cavanın kobud rəftarına cavab olaraq təbəssümlə dedi: "Salam. Yorulmayasınız!"

Hirsli motosikletçi belə bir rəftar gözləmədiyinə görə yerində donub qaldı. Bir qədər duruxub dedi: "Salam. Üzr istəyirəm". Sonra yola düşüb getdi, biz də yolumuzu davam etdirdik.

İbrahim yolda danışmağa başladı və beynimdəki suallara cavab verdi.

– Gördün nə baş verdi?! Bir salamla hirsi soyudu, hələ üstəlik üzr də istədi. Əgər mən də qışqırıb dalaşsaydım, əsəblərimi və əxlaqımı korlamaqdan başqa bir iş görmüş olmayacaqdım.

İbrahimin yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə üsulu çox gözəl idi. Bir işdən çəkindirmək istəyəndə onu dolayısı ilə deyirdi. Məsələn, həmin işin tibbi, ictimai və digər mənfi nəticələrini sayırdı ki, qarşı tərəf özü nəticə çıxarsın. Sonda da dindən dəlil gətirirdi.

İbrahimin dostlarından biri şorgöz idi, daim qeyri-əxlaqi rəftarlarla məşğul olurdu. Dostlarından bir neçəsi qışqırmaq və küsməklə onun bu vərdişinin qarşısını ala bilməmişdi.

Elə bir şəraitdə onu az adam saya salırdı. İbrahim isə onunla çox yaxın münasibətini davam etdirirdi; onu özü ilə zorxanaya gətirir, digərlərinin yanında ona hörmət edirdi.

İbrahim bir müddətdən sonra onunla danışdı. Əvvəlcə onda qeyrət hissini oyadıb dedi: "Əgər kimsə sənin ana-bacını baxışları ilə incitsə, nə edərsən?"

Həmin oğlan hirslə dedi: "Gözlərini çıxararam".

İbrahim çox soyuqqanlılıqla dedi: "Yaxşı, oğlan, öz namusun üçün bu qədər qeyrətin var, nə üçün həmin səhv işi görürsən?"

Sonra əlavə etdi: "Bax, əgər hamı başqasının namusuna baxsa, cəmiyyətdə nizam-intizam pozular".

Sonra İbrahim naməhrəmə baxmağın haramlığından danışıb Peyğəmbərin bu hədisini söylədi: "Gözlərinizi naməhrəmdən qoruyun ki, qeyb aləmini görəsiniz".1

Sonra başqa səbəblər də göstərdi və həmin oğlan təsdiqlədi.

– Özün qərara gəl. Əgər bizimlə dost qalmaq istəyirsənsə, bu işi tərk etməlisən.

İbrahimin yaxşı rəftarı və dəlilləri onun vərdişini tərk etməsinə səbəb oldu. Sonra o, bütün yanlış işlərini kənara qoyub məhəllənin yaxşı uşaqlarından birinə çevrildi. O, İbrahimin yaxşı rəftarla və yerində gətirdiyi dəlillə dəyişdirdiyi insanlardan yalnız biridir.

İndi məhəlləmizin küçələrindən birinə həmin oğlanın adı verilib.

1982-ci ilin payızı idi. Motosikletlə Azadlıq meydanına gedirdik. İbrahim cəbhəyə gedirdi və mən onu Qərb avtovağzalına aparırdım.

Yanımızdan bahalı bir maşın keçdi. Sürücünün yanında düzgün hicabı olmayan bir qadın oturmuşdu. O, İbrahimə baxıb kobud bir ifadə işlətdi.

İbrahim dedi: "Tez onun ardınca sür".

Mən də sürətlə həmin maşını təqib etdim. Ona işarə ilə sağa çəkməsini bildirdik. Öz-özümə dedim ki, bu dəfə mütləq dava olacaq.

Avtomobil xiyabanın kənarında dayandı. Biz də motosikleti onun yanında saxladıq.

İbrahimin nə edəcəyini gözləyirdim. O, oturduğu yerdən sürücüyə salam verib hal-əhvalını soruşdu.

- Mən çox üzr istəyirəm. Sizin xanımınız mənə və bütün saqqallılara pis bir söyüş söydü. Bilmək istəyirəm ki...

Sürücü İbrahimin sözünü kəsib dedi: "Mənim yoldaşım qələt elədi, səhv elədi".

- Yox, ağa, mən yalnız bilmək istəyirəm ki, onun mənim boynumda bir haqqı qalıbmı, yaxud mən haradasa yanlış bir iş görmüşəmmi belə deyir?

Sürücü əsla belə rəftar gözləmirdi. Maşından enib İbrahimin üzünü öpdü və dedi: "Yox, əziz dost, siz heç bir səhv etməmisiniz. Biz səhv etdik və çox üzr istəyirik".

Çox üzrxahlıqdan sonra bizdən ayrıldılar.
İbrahimin özü də elə bir zamanda belə rəftarları bizə çox qəribə gəlirdi. Lakin o, bu işlərlə bizə insanlarla düzgün davranış qaydalarını öyrədirdi. O həmişə deyirdi ki, digərlərinin qəzəbi qarşısında səbirli olub məntiqsiz iş görməyən adam həyatda daha böyük uğurlar qazanar".

Onun belə davranış tərzi mənə bir Quran ayəsini xatırladırdı: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər".1


İlan hadisəsi

Mehdi Əmizadə


Axşam saat 10 idi. Küçədə futbol oynayırdıq. Ağa İbrahimin adını məhəllə uşaqlarından eşitmişdim, amma onunla ünsiyyətim olmamışdı.

Oyun əsnasında küçənin başından bir nəfərin əsa ilə gəldiyini gördüm. Uzun saqqalından və axsaq ayağından bildim ki, odur.

Kənarda dayanıb oyunumuza tamaşa etdi. Uşaqların biri soruşdu: "Ağa İbrahim, oynayırsan?"

– Bu ayaqla oynaya bilmərəm, amma istəsəniz, qapıda dayanaram.

Mənim oyunum çox yaxşı idi, lakin nə qədər etdimsə, ona qol vura bilmədim. Peşəkar qapıçılar kimi oynayırdı.

Yarım saatdan sonra topu ayağının altında saxlayıb dedi: "Uşaqlar, sizcə, gec deyil?! Camaat yatmaq istəyir".

Topu və qapıları yığışdırıb onun yanında oturduq. Uşaqlar dedilər: "Mümkünsə, bizə cəbhə xatirələrindən danış".

Orada eşitdiyim xatirə heç vaxt yadımdan çıxmaz.

- Qərb bölgəsində Cavad Əfrasiyabi ilə kəşfiyyata getmişdik. Gecənin yarısı idi. Düşmən səngərlərinin yaxınlığında gizlənmişdik. Hava işıqlaşanda düşmən mövqelərinə dair məlumatlarımızı tamamlamağa çalışdıq. İşimizi görən yerdə birdən çox böyük bir ilanın düz bizim gizləndiyimiz yerə gəldiyini gördüm. O vaxta qədər elə böyük ilan görməmişdim. Yerimizdə donub qaldıq. Əlimizdən bir şey gəlmirdi.

Atəş açsaydıq, iraqlılar bilər, qaçsaydıq, görərdilər. İlan da sürətlə yaxınlaşırdı. Fikirləşməyə macal yox idi.

Boğazım qurudu. Qorxu içində yerə oturdum, gözlərimi bağlayıb "Bismillah” dedim və Allahı həzrət Fatimeyi-Zəhraya (ə) and verdim.

Zaman ağır keçirdi. Bir neçə saniyədən sonra Cavad qoluma vuranda gözlərimi açdım. İlan bizim yanımıza qədər gəlmiş, sonra yolunu dəyişmişdi.

Həmin axşam ağa İbrahim bizə bir neçə gülməli xatirə də danışdı və biz çox güldük. Sonra dedi: "Çalışın camaat yatmaq istəyəndə oynamayın".

Ondan sonra hər gün ağa İbrahimi axtarırdım. Sübh namazına məscidə getdiyini biləndən sonra mən də ona görə məscidə getməyə başladım.

Ağa İbrahimin mənə və digər məhəllə uşaqlarına təsiri o qədər böyük idi ki, namazı da onun kimi astadan və diqqətlə qılırdıq.

Bir müddətdən sonra cəbhəyə getdi. Biz də dayana bilməyib onun ardınca cəbhəyə yollandıq.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin