Halal ruzi
Şəhidin bacısı
Böyük Peyğəmbərimiz buyurur: "Yaxşı adam olmaq
üçün övladlarınıza yardım edin, çünki insan istəsə,
itaətsizliyi övladından uzaqlaşdıra bilər".
1
Atamız İbrahimi və digər uşaqlarını düzgün tərbiyə
etmək işində əsla səhlənkarlıq etmirdi. O, çox təqvalı bir
insan idi: məscidə gedirdi, halal ruziyə çox əhəmiyyətli
yanaşırdı. O, Peyğəmbərimizin belə buyurduğunu bilirdi:
"İbadət on qisimdir ki, doqquzu halal ruzi qazanmaqdır".
2
Buna görə də, bəzi quldurlar onu incidib ozamankı
Əmiriyyə məhəlləsində halal ruzi qazanmağa qoymayanda
atasından miras qalmış dükanı satıb şəkər zavodunda
işləməyə getdi.
Orada səhərdən axşama qədər sobanın önündə dayanıb
fəhləlik edirdi. Həmin ərəfədə kiçik bir ev aldı.
İbrahim dəfələrlə deyirmiş: "Atamın yaxşı övladlar
tərbiyə etməsinin səbəbi halal ruzi üçün çəkdiyi
əziyyətlərdir".
Öz uşaqlığını xatırlayanda da deyərmiş: “Atam mənə
Quran əzbərlətdirir, məni həmişə özü ilə məscidə aparırdı.
Biz çox vaxt Sərçeşmə dördyolunun aşağısındakı
Ayətullah Nuri məscidinə gedirdik. Orada həzrət Əli
Əsğər heyəti vardı. Atam o heyətdə xidmət edirdi”.
Yadımdadır, üçüncü-dördüncü sinifdə oxuyanda atam
İbrahimə hirslənib dedi: "İbrahim, çıx bayıra, axşama
qədər də gəlmə".
1
"Nəhcül-fəsahə", hədis: 379.
2
"Bihar əl-ənvar", c. 103, s. 7.
13
İbrahim axşama qədər evə gəlmədi. Hamımız onun
günorta ac qalmasından ötrü narahat idik, amma heç kim
atamın sözünün üstünə bir söz demədi. İbrahim axşam
qayıtdı, hörmətlə hamıya salam verdi. Tez soruşdum:
"Günortaya nə yedin, dadaş?" Atam hələ də özünü hirsli
göstərsə də, İbrahimin cavabını gözləyirdi.
İbrahim çox sakitcə dedi: "Küçədə bir qoca qadın
gördüm. Bazardan gəlirdi, çox şey almışdı, amma evinə
apara bilmirdi. Gedib ona kömək etdim, əşyalarını evinə
apardım. Qadın da çox təşəkkür etdi və mənə bir beşriallıq
verdi. Almaq istəmirdim, amma çox israr etdi. Mən də
əmin idim ki, bu pul halaldır, çünki onun üçün zəhmət
çəkmişdim. Günorta həmin pulla çörək alıb yedim”.
Atam əhvalatı eşidib təbəssüm etdi. Sevinirdi ki, oğlu
atasının dərsini yaxşı öyrənib və halal ruziyə əhəmiyyətli
yanaşır.
Atamın İbrahimə məhəbbəti ata-oğul əlaqəsindən üstün
idi. Onların arasında qəribə sevgi vardı və bu, İbrahimin
şəxsiyyətinin inkişafında özünü göstərdi. Lakin bu
münasibət çox çəkmədi.
İbrahim hələ yeniyetmə olanda atasını itirdi, qəmli bir
qürub çağı ağır yetimlik kölgəsi başının üstünü aldı.
Ondan sonra isə kişi həyatına davam etdi. Həmin illərdə
çoxlu dost-tanış ona idmanla məşğul olmasını tövsiyə
edirdi. O da bu yolu seçdi.
|