Sankt-Peterburq
3 - cü Gün
Beləliklə bizim Sankt-Peterburq və onun diqqətəlayiq yerləri ilə tanışlığımızın 3-cü günü başlayır. Bu gün biz sizə şəhərimizin şəhərkənarı əraziləri olan məşhur saray-park ansamblı Peterqof, Çarski selo və yaxud Pavlovskidən birini ziyarət etməyi təklif edirik. (axırıncı iki yerlər bir-birinin yaxınlığında yerləşir, ona görə də onları bir gündə ziyarət etmək olar.)
Əgər siz Peterqofu seçdinizsə, oraya "Avtovo" metro-stansiyasından 224, 300, 424, 424A nömrəli marşurut taksiləri ilə, və ya 200 və 210 nömrəli avtobuslarla gedə bilərsiniz. Peterqofa eyni zamanda su ilə sürətli "Meteor" gəmiləri ilə getmək olar. Bu nəqliyyat vasitəsinə Admiralteyski sahili ev 2-də minmək olar.
Peterqof- keçmiş yay imperator iqamətgahı, indi-muzey-park kompleksi, öz lüks və əzəməti ilə valeh edir. Peterqofun məşhur fəvvarələri ilə əylənmək üçün oranı yay sezonunda ziyarət etmək lazımdır.
Peterqof, şəhərkənarı iqamət kimi, hansı ki, öz əzəməti ilə fransaVersalından heç də geri qalmır, 1-ci Pyotrın planı ilə meydana gəldi. Kompleks Yuxarı və Aşağı iki parkdan ibarətdir.
Dostları ilə paylaş: |