SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


partiyanı seçərək, bülleteni seçki qutusuna atmalıdır



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   2   3   4   5   6   7   8   9   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)


partiyanı seçərək, bülleteni seçki qutusuna atmalıdır. 
Passiv seçki hüququ
- vətəndaşların nümayəndəli orqanlara 
seçkilərdə və ya seçkili vəzifələrə namizəd kimi qanunla müəyyən 
edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur, yəni 
seçilmək hüququdur.
Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi 

majoritar
və 
proporsional
seçki sistemləri mövcuddur. Bunlardan 
əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə 
əks etdirən 
qarışıq
seçki sistemi adlanan forma da tətbiq edilir. 



Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir.
Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. “deputatus” – 
“göndərilmiş”) namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və 
o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər 
namizədlərə nisbətdə daha çox səs toplamalıdır.
Proporsional seçki sistemi
səslərin ayrı-ayrı şəxslərə deyil, 
partiyalara verilməsidir. Bu seçki sistemi İlk dəfə olaraq 1889-cu ildə 
Belçikada tətbiq olunub. 
Demokratiyanın bərqərar olması və ən yaxşı idarəetmənin ən təsirli 
mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq 
hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər 
nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və 
müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu 
mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən 
qoruyur. 
Seçki hüququnun və ümumiyyətlə seçkilərin tarixi ən qədim 
zamanlardan başlayır. Müasir seçki hüququ dövlət hakimiyyətinin və 
yerli özünüidarənin təşkilinin hüquqi tənzimlənməsinin ayrılmaz 
hissəsidir.
Seçkilər ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə qədim Yunanıstanın 
şəhər-dövlətlərində keçirilib. Orta əsrlərdə kilsədə dini rəhbərlərin 
müəyyənləşdirilməsində seçkidən istifadə olunub. 
1789-cu ildə isə ilk dəfə olaraq seçki hüququ Fransada təsdiq edilib. 
Bundan sonra Avropanın bir sıra inkişaf etmiş dövlətlərində seçki 
hüququndan istifadə edilməyə başlanılıb. Lakin bu seçkilər heç də 
demokratik olmayıb. Belə ki, seçkilərdə ancaq mülkü, torpağı, 
əmlakı çox olan şəxslər seçilə və səs verə bilib. Həmin illərdə 
seçkilərdə ancaq kişilər iştirak edib. 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin