Prezident seçkilərinə gəlincə, Məhkəmə bu fikirdədir ki, dövlət başçısının səlahiyyətləri özü-özlüyündə 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan "qanunverici orqanın" səlahiyyətləri kimi şərh oluna bilməz. Bununla belə, o, 1 saylı Protokolun 3-cü maddəsinin prezident seçkilərinə tətbiqinin mümkünlüyünü istisna etmir. Müvafiq dövlət başçısının vəzifəsinin ona qanunvericilik təşəbbüsü ilə çıxış etmək və ya qanunvericilik aktları qəbul etmək səlahiyyəti verdiyi, yaxud qanunvericiliyin qəbuluna nəzarət etməsinə imkan verən geniş səlahiyyətlərə, yaxud da qanunvericiliyi qəbul edən əsas orqanlara etimadsızlıq göstərmək səlahiyyətinə malik olduğu müəyyən edilərsə, o, yəqin ki, 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan "qanunverici orqan" hesab edilə bilər (Boşkoski keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı (qərardad); Brito Da Silva Gerra və Souza Manyo Portuqaliyaya qarşı (qərardad)). Bununla belə,
sonrakı işlərdə bu imkandan heç vaxt istifadə edilməyib və hətta bu
barədə heç bir söz deyilməyib (Paksas Litvaya qarşı [BP]; Ançuqov
və Qladkov Rusiyaya qarşı, 55-56-cı bəndlər).
3. Məhkəmə bir sıra hallarda bu rəydə olub ki, Avropa Parlamenti 1
saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş "qanunverici
orqanın" bir hissəsini təşkil edir (Metyus Birləşmiş Krallığa qarşı
[BP], 45-54-cü bəndlər; Okketto İtaliyaya qarşı (qərardad), 42-ci
bənd).
4. Seçkilərin faktiki cəhətlərinə gəlincə, Komissiyanın və
Məhkəmənin dəfələrlə təkrar etdiyi kimi, 1 saylı Protokolun 3-cü
maddəsində yalnız o nəzərdə tutulur ki, onlar azad və gizli səsvermə
yolu ilə keçirilməlidir (X. Birləşmiş Krallığa qarşı, Komissiyanın 6
oktyabr 1976-cı il tarixli qərarı). Həmin maddədə daha sonra
aydınlıq gətirilir ki, seçkilər ağlabatan dövriliklə keçirilməlidir. Belə
məsələlərin
qiymətləndirilməsində
dövlətlərin
sərbəstliyinin
hüdudları genişdir.