Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə19/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   15   16   17   18   19   20   21   22   ...   73
Hələ sualtı kəşfiyyat davam edirdi. Uşaqlar bizim istiqamətimizdə məşğul idilər. Mənim gecə-gündüzüm də müşahidə postunda, mövqeyi öyrənməklə və havadan çəkilmiş şəkilləri araşdırmaqla keçirdi. 630

Günlər ötür, iş eyni soyuq və sükut içində davam edirdi. Bir gün günorta namazını qılandan sonra qardaş Hüseyn Əbülqasimzadə sıradan çıxıb önə keçdi. Adətən, iki namazın arasında qısa söhbət olurdu. Həmin gün də qardaş Əbülqasimzadənin söhbət edəcəyini gözlədik, lakin çox keçmədən narahat üzünü gördüm. Səsi tutulmuşdu və kədərli idi. O, dedi: "Bismillahir-Rəhmanir-Rəhim. Bir qəhrəmanın güclü əlindən bir bayraq düşsə, başqa bir qəhrəman onu götürüb meydana getsin!" İmamın bu sözünü eşidəndə hamı kimi mənim də ürəyimə qorxu düşdü. Bildim ki, diviziya komandirlərindən hansınınsa başına bir iş gəlib. Üz və adlar bir-bir təsəvvürümdən keçirdi. Birdən qardaş Əbülqasimzadənin sözü bir zərbə kimi ruhuma endi: "Qardaşımız... Hüseyn... Məhəmmədian..." 630

Vücudumun dərinliyindən bir fəryad qopdu. Hüseynin dərin gözləri, "ey qardaş mənə hədis söylə" deməsi, mehribanlığı, zirəkliyi və ağıllılığı... Hüseyn... Nə üçün başa düşmədim?! Həmin gün Karunun sahilinə gəlmişdin ki, gedəcəyini söyləyəsən... "Elə bilirlər ki, şəhadət yalnız əməliyyat bölgəsində və döyüş zamanı qismət olur..." Gəlmişdin, həm də kövrək idin. Nə üçün dünən qarnizonun girişində sənin qəlpə dəymiş və bütün şüşələri sınmış maşınını görəndə başa düşmədim?! Nə üçün bu barədə uşaqlardan soruşanda onların şübhəli cavablarından anlaya bilmədim şəhid olduğunu, mənim Hüseynim?! Niyə təxmin etmədim ki, sən bütün yolları qaçmısan və artıq qırmızı uçuş zamanıdır... şəhadət vaxtı... 631

Kəşfiyyat bölüyünün riyasız uşaqları gözlərim önündə üz-başlarına vurub ağlayırdılar. Uşaqların sızıltıları, ah-nalələri arasında "Hüseyn, Hüseyn" sözlərini eşidirdim, amma özümün nə etdiyimi bilmirdim. Uzun müddət idi hər bir dostun şəhadəti ilə canıma hopan ağır dərd son həddə çatmışdı. Bütün qəm-qüssələrin və həsrətlərin yanında şəhid dostlarımızın şəfaətinə ümid bəsləyir, canımızdan əziz qardaşlarımızın ayrılığına bu ümidlə dözürdük ki, çox keçmədən biz də şəhid karvanına qoşulacağıq. Lakin mənimlə ən yaxşı dostum arasındakı fərqlərə görə, bu düşüncə və ümidlər məni sakitləşdirə bilmirdi. Hüseyn cəbhə və qan dövründə arxalana, ümid bəsləyə biləcəyim bütün yaxşılıqların məcmusu idi, indi isə... Və indi dərk edirdim ki, Yəqub Şikarinin Bədrdə şəhadətindən sonra vəfalı dostu Mehdi Davudini nə üçün gülən görməmişəm... 631

Səngər ah-nalə ilə dolmuşdu. Hüseynin şəhidliyi bölüyün bütün üzvlərini, ən çox da məni narahat etmişdi. Artıq əmin idim ki, Hüseyn həmişə məni görür. Həmin riyasız əzadarlığın nə qədər sürdüyünü bilmirəm, amma uşaqlar namazxanadan çıxanda mənə başsağlığı verirdilər. 631

- Allah səbir versin, Mehdiqulu! 631

- Allah ruhunu şad eləsin! 631

Hüseynin şəhadət xəbəri verilən gün mənim növbəti dönüş nöqtəm idi. Ona söz verdim və Allahla əhd bağladım ki, son günə qədər cəbhədə xidmət edim, Hüseynin fikirlərinə əməl etməyə çalışım və onun yolunu özü istədiyi kimi davam etdirim. 631

Kəşfiyyat bölüyü tərəfindən namazxanada əzadarlıq mərasimi keçirildi. Qardaş Ahəngəranı da dəvət etmişdik. Gözəl əməliyyat ətri də duyulurdu. Vüsal ətrini duyan döyüşçülər məclisə gözəl eşq qatırdılar. Hüseyn Məhəmmədianın şəhadət xəbəri hələ yeni idi və bu xəbəri ilk eşidən hər kəslə birgə mən də çox ağlayır, Allahdan dözüm və Hüseyndən şəfaət istəyirdim. 631

III 632

Batalyon və istiqamətlər təyin olunmuşdu. Biz batalyonların kəşfiyyat və bələdçilik işinə məsuliyyət daşıyırdıq. İkinci istiqamətin başçısı qardaş Ələddin Nurməhəmmədzadə, oranın kəşfiyyat komandiri isə Kərim Hörməti idi. Seyyidüş-şühəda batalyonu qardaş Cəmşid Nəzminin, İmam Hüseyn (ə) batalyonu qardaş Seyid Həsən Şəkurinin və Həbib ibn Məzahir batalyonu qardaş Seyid Məcid Fatiminin başçılığı altında bir-birinin ardınca həmin istiqamətdən hücuma keçəcəkdilər. Birinci istiqamətin başçısı da qardaş Abdullah İraqi və həmin istiqamətin kəşfiyyat komandiri qardaş Əsğər Abbasquluzadə idi. Orada da Əli Əsğər batalyonu Mənsur İzzətinin komandirliyi ilə digər batalyonlardan öncə hərəkət edəcəkdi. Mahmud Bəni-Haşimin başçılıq etdiyi Qasim batalyonu Əli Əsğər batalyonuna dəstək verəcəkdi. Seyid Əjdər Mövlayinin başçılıq etdiyi Əbülfəz batalyonu isə növbəti mərhələdə hücuma keçəcəkdi. 632

O, Nəsr-7 əməliyyatında şəhadət məqamına nail oldu. 632



Sonralar Vəlfəcr-8 adı ilə məşhur olan bu əməliyyatın məqsədi birinci mərhələdə düşmənin bəndini tutmaq, ikinci mərhələdə Qüds magistralına (Fav-Ümm əl-bihar yoluna) çatmaq və üçüncü mərhələdə Qələbə magistralına (Fav-Bəsrə yoluna) qədər irəliləmək idi. 632

Bizim istiqamətimizdə üç keçid vardı və hər keçid bir komandanın yolu idi. Kəşfiyyatlar da həmin yollardan baş tuturdu. Hər bir kəşfiyyat adətən, bir saat yarım, bəzən isə üç saatdan artıq sürürdü. Uşaqların suya girdiyi andan onlarla bölük arasında heç bir əlaqə qalmırdı. Kəşfiyyata gedən uşaqların üstündə heç bir rabitə vasitəsi, hətta silah da olmurdu. Bəzən yalnız bir tapança götürürdülər. Çünki kəşfiyyat yerlərində vuruşma qadağan idi, yol getmək üçün də imkan daxilində yüngül olmaq lazım idi. Hər keçiddən bir-birinin ardınca üç nəfər Ərvənd çayına girirdi. Hərəkət üzgəclə idi. Batalyonların dalğıc komandalarında döyüşçülər arasında əlaqəni qorumaqdan ötrü suyun içində ipdən və ya başqa bir əşyadan istifadə olunurdu. Kəşfiyyatda isə Ərvəndin vəhşi axını qarşısında hər kəs təklikdə mübarizə aparmalı idi və başqasına bel bağlamaq mənasız idi. 632

Ərvənd çayından keçid hər gecə təkrarlanırdı və Ərvənd öz qərarsızlığını hamıya göstərirdi. Fars körfəzinin qabarma-çəkilmələri Ərvənd çayına güclü və qəfil təsir buraxırdı. Bir sutka ərzində bəzən Ərvənd çayının axını iki dəfə Fars körfəzinə tərəf, iki dəfə də əks istiqamətə - Bəsrəyə tərəf dəyişirdi. Bizi düşündürən ən mühüm məsələ Ərvənd çayından keçid idi. Dəqiq cavablarını tapmadığımız suallar vardı: 632

İstədiyimiz yerdən çıxmaq üçün qabarma zamanı haradan suya girməliyik? 633

Suyun tam qabarması dəqiq olaraq, saat neçədə başlayır? 633

Qabarma və çəkilmə nə qədər uzanır? 633

Sutka ərzində çayda neçə dəfə qabarma-çəkilmə olur? 633

Tam qabarma və tam çəkilmədə suyun dərinliyi nə qədər olur? 633

Ayın günlərində qabarma-çəkilmədə, onun müddətində və suyun dərinliyində dəyişiklik olur, yoxsa yox? 633

Uşaqlar adətən, tam qabarma zamanı suya girir və qayıdanda suyun çəkilmə zamanına düşürdülər. Onlar əvvəllər öz yollarını tənzimləyib elə yerdən suya girirdilər ki, çıxanda düşmən tərəfdən istədikləri yerdən çıxsınlar. Lakin əmin idilər ki, qayıdanda suya girdikləri yerdən çox uzaqdan çıxacaqlar. Əgər üçüncü arxdan suya girmişdilərsə, qayıdanda birinci arxdan çıxacaqdılar. Bir dəfə suyun qabarma və çəkilməsinin sərtliyi və axının sürəti qayıdanda uşaqları Qəsr qəsəbəsinə aparmışdı. Ora isə nəzərdə tutulmuş yerdən 10 km.-dən çox uzaq idi. Gecə yarısı sudan üç naməlum dalğıcın çıxması Qəsr qəsəbəsindəki müdafiə qüvvələrimizə problem yaratmışdı. Məsələ aydınlaşandan sonra da uşaqları oradan kəşfiyyat bölüyünə aparmaq problemi qarşıya çıxmışdı. Əgər bu hadisə təkrar olunsaydı, kəşfiyyat sirrini qorumaq imkansız olacaqdı. Bu məsələnin əhəmiyyətinə görə, düşüncə və enerjilər ən çox çəkilmə, qabarma və hərəkətlərin vaxtına sərf olunurdu. Ərvənd çayında kəşfiyyat işi başlayandan çəkilmə və qabarmanın başlanma zamanı heç vaxt eyni olmamışdı. Bir gün su saat 9-da qabarmağa başlamışdısa, ertəsi gün 8-də qabarırdı və birisi gün üçün də proqnoz vermək olmurdu. Ayın cazibəsi, fəslin günləri, yağıntının miqdarı – bütün bunlar Ərvənd çayının qabarma-çəkilməsinə ciddi təsir edirdi. Bu məsələ üzərində ciddi elmi işə ehtiyac duyulurdu. Kəşfiyyat bölüyünün uşaqları bu zərurəti hiss edib statistikanı və yeni təcrübələri araşdırmağa başlamışdılar. Baş verən dəyişikliklərin zamanını öyrənmək üçün müxtəlif yerlərdə suyun içində nişanlar qoyulmuşdu. Bəzən suyun səviyyəsi o qədər qalxırdı ki, arxlar aşıb-daşırdı və ətrafdakı xurmalıqları su basırdı. 633

Mütəxəssislər Ərvənd çayının ötən on ildəki qabarma və çəkilmə statistikasını hazırlayıb bizə vermişdilər. Həmin məlumatlara və mövcud vəziyyətə əsasən, ciddi tədqiqat və araşdırma davam edirdi. Hücum baharda, ya da yayda olsaydı, həmin statistikalara əsasən, qabarma və çəkilmənin müxtəlif günlərdəki səviyyəsini bəlkə də təyin etmək olardı, amma payız və qışda mövcud vəziyyət statistikaya ciddi təsir edirdi. Çünki Ərvəndin suyunun çox və ya azlığı yağıntıdan asılı idi və axınları dəyişdirən ən mühüm amil bu idi. 633

Bütün bunlara əsasən, vəhşi Ərvəndi və ondan keçmək məsələsini öyrənməklə biz yalnız düşmənlə mübarizə aparmırdıq, qarşıdakı əməliyyat həm də insan imanının və iradəsinin təbiət üzərində qələbəsi üçün idi. 634

Biz sahildə bütün bu problemlərlə qarşı-qarşıya qalmışdıq. Tam qabarmaya görə bir neçə dəqiqəliyə sakitləşmiş Ərvəndi arxada qoyandan sonra digər problemlər başlayırdı. Əgər düşmən sahilinə çatanda çayın suyu hələ qabarma halında olsaydı, günəşəbənzər millər və tikanlı məftillər suyun altında qalacaq və onlardan keçmək asan olmayacaqdı. Lakin bəzən suyun axarı naməlum səbəbdən qəfildən dəyişir və dəli dalğaların sürəti uşaqların önünü kəsirdi. Uşaqların bütün qüvvəsi əks istiqamətli dalğalarla mübarizəyə sərf olunurdu və yorğunluqdan sürətləri zəifləyirdi. Elə bir şəraitdə onlar maneələrə çatanda çəkilmə başlanmış və suyun səviyyəsi enmiş olurdu. Düşmənin sahilinə çatarkən bir neçə dəqiqə gecikmək günəşəbənzər millərlə və tikanlı məftillərlə qarşılaşmaq demək idi. Elə olduqda uşaqlar düşmənin öz keçidlərindən istifadə etməyə məcbur olacaqdılar. Öncəki dəqiq kəşfiyyatlara görə, bu keçidlərdən istifadə mümkün idi. Bəzi hissələrdə günəşəbənzər istehkam milləri bir-birindən insan keçidi qədər aralı olurdu və oradan keçmək mümkün idi. Uşaqlar kəşfiyyat zamanı tikanlı məftilləri açır, qayıdanda yenidən bağlayırdılar ki, düşmən bilməsin. 634

Düşmən sahilində başqa bir problem hərəkət tərzi idi. Kəşfiyyatçılar heç bir şəraitdə iz buraxmamalı idilər. Xoşbəxtlikdən, düşmənin sahili palçıq idi və Ərvəndin axınlarına görə bataqlığa çevrilmişdi. Bataqlıq ayaq izini tez örtürdü. Lakin uşaqlar sahildən uzaqlaşdıqca daha ehtiyatlı olmalı idilər. Çünki ayaq izi 2-4 saata qədər yerdə qalırdı. Bu problemi həll etməkdən ötrü uşaqlar düşmən sahilindən getdikləri yolu yadda saxlayıb gələndə həmin yolla qayıdır və ayaq izlərini təmizləməyə çalışırdılar; ya əllə, ya da hətta yerdə sürüşməklə. Çünki belə olanda yerdə iz qalsaydı da, insan izinə oxşamırdı və düşmən uzaqbaşı gecə heyvanların orada olduqlarını düşünəcəkdi. 634

Keşikçilərin sayıqlığı və səngərlərin necəliyi də mühüm məsələ idi və uşaqlar hər dəfə qayıdanda onu xatırladırdılar. Düşmən bəndindəki səngərlər Bədr əməliyyatında gördüyümüzdən çox fərqlənirdi. Üstübağlı səngərlərin hamısı betondan idi və bir-birinə yapışmışdı. Səngərlərdə atəş açmaq üçün dəliklər də nəzərdə tutulmuşdu. Düşmən suyun səviyyəsindən təxminən 20 metr hündürü, habelə sağ və solunu tam görürdü. Yəni bütün səngərlər eyni zamanda atəş açsaydılar, yerdən 20 metr hündürlüyə qədər bütün bölgə gülləyə tuş gələrdi. Bu vəziyyətdə hücum gecəsi müvəffəqiyyətlə çıxış etmək yalnız Allaha təvəkküllə və İmam Mehdinin (ə) rəhbərliyi ilə mümkün ola bilərdi. 634

Əməliyyat istiqamətlərində kəşfiyyat işi bitəndə və istiqamətlərin bağlanması əmr olunanda Aşura diviziyasının bütün istiqamətində hətta düşmənlə bir rastlaşma və döyüş baş verməmişdi. İslam döyüşçülərinin sayıqlığı, ciddiliyi və Allaha təvəkkülü işi o mərhələyə qədər yad gözlərdən uzaqda apara bilmişdi. Bölgənin mühafizəsi o qədər aktiv idi ki, hətta bölgədə işləyən kəşfiyyatçılar da bəzən problemlə üzləşir və onların maneələrindən keçmək üçün xüsusi yollar axtarırdılar. Bölgəyə giriş üçün hər kəsin və ya nəqliyyat vasitəsinin xüsusi icazə vərəqəsi olmalı idi. Əks təqdirdə, kim olsaydı və hansı iş üçün getsəydi belə, buraxılış məntəqəsində saxlanırdı. Bu icazə vərəqələri Abadanın girişindən, hətta Əhvazın yol polisindən yoxlanırdı. 635

Biz bir neçə dəfə postları keçmək üçün xüsusi yollara əl atmalı olduq. Bir nəfəri postdan keçirmək üçün əlində icazə vərəqəsi olan bir adam rahatlıqla keçir, postun o tərəfində keçid vərəqəsini bölgədən çıxan adama verirdi və çıxışda müəyyən bir adama verməsini istəyirdi. Əlbəttə, bu iş icazə vərəqəsi almağa imkan olmayan təcili hallarda yalnız tanıdığımız kəşfiyyatçılar arasında icra olunurdu. 635

Bölgəyə gedib-gəlmək üçün arxasında baqaj kabinləri olan Suv toyotalardan istifadə edirdik. Bölgəyə giriş-çıxış, hətta avtomobillərin içindəki adamların sayı diqqətlə qeyd olunurdu. Həmin proqrama uyğun olaraq, canlı qüvvə üstübağlı maşınlarla, o cümlədən üstünə brezent çadır çəkilmiş özüboşaldanlarla və ya konteynerli iri yük maşınları ilə bölgəyə daşındı. Sözügedən mühafizə ciddiliyinə görə düşmən əməliyyat gününə qədər zonanın ordu tərəfindən Sepaha təhvil verildiyini bilmədi, o qədər canlı qüvvənin daşınması Allahın köməyi ilə casusların və peyklərin gözündən uzaq qaldı. 635

Ərvənd çayındakı əməliyyat bölgəsində kosmik aparatlar və Ərəbistanın AEW&C - Uzaq Radiolokasiya Aşkarlama və İdarəetmə təyyarələri də Səddam rejiminə kəşfiyyat və informasiya dəstəyi verirdi. 635



Bölgədə tikinti işləri çox sürətlənmişdi. Kəşfiyyatın Hüseyn Səfaşur kimi bəzi uşaqları ağır tikinti maşınlarını da idarə edirdilər. Ağır maşınların sürücüləri bəzən işin həssaslığını yaxşı dərk etmir və problem yaradırdılar. Bu baxımdan, bütün işləri uşaqlar öz üzərlərinə götürdülər ki, təyin olunmuş günə qədər düşmən böyük hücum hazırlığından xəbər tutmasın. 635

Son günlər qərib günlər idi; həm darıxmaq çoxalırdı, həm də həzz almaq. Mən Hüseyndən sonra gördüklərimin yeni mənalarını anlayırdım. Xurmalıq sığınacağım olmuşdu. Xurma ağaclarına çoxlu vəsiyyətlər yazılırdı. Namazlar, göz yaşları, dualar, Allaha və şəhidlərə ürək sözləri... Bəzi günlərdə istirahət imkanı yaranan məhdud dəqiqələrdə xurmalıq təkliyə çəkilmək üçün ən yaxşı yer idi. 635

Hərdən fikirləşirdim ki, bu xurmalıq olmasaydı, Hüseyndən ayrılıq və onu bir də bu dünyada görməmək fikri mənə çox çətin gələrdi. Qürub çağında xurmalıqda xüsusi ab-hava vardı; Əmirəlmöminin İmam Əlinin (ə) yalqızlığını və qəm-kədərini təsəvvür edirdim. Şəhid dostlarımı xatırlamadan, demək olar, bir günüm keçmirdi. Qüssənin ağırlığından xurmalıqda ağlayırdım. Sanki bütün şəhidlər orada idilər. Bəzən uşaqlarla birgə oturub ağa Mehdidən və digər şəhidlərdən danışırdıq. Hamı əminliklə deyirdi: "Əgər ağa Mehdi olmasaydı, biz işi buraya çatdıra bilməzdik. Şəhidlər də bizi yad edirlər. Heç bir iş görməsələr də, kəşfiyyat və hücum gecələrində bizə dua edirlər". Hər gün baş verən yüzlərlə hadisənin yalnız biri kifayət edirdi ki, qəlb gözləri açıq olanlar Ərvəndin güllə və qəlpə dolu sahilinə Allahın xüsusi rəhmətinin endiyini görsünlər. 636

Zona tədricən dəyişirdi. Əməliyyat yoluna çınqıl yayırdılar. İstiqamət və batalyon komandirləri bölgə ilə tanış olmaq üçün daim get-gəldə idilər. Tədricən ağır silahlar gətirildi və canlı qüvvəni yerləşdirmək üçün münasib yerlərin axtarışına başlandı. 636

Kəşfiyyat bölüyünün işi azalmamışdı. Hər gün bir şəklə düşürdü, amma ağırlığı və əhəmiyyəti yerində idi. Uşaqlar gecə-gündüz çalışır, əməliyyatın yaxınlaşdığını göstərən hər bir şeyi görüb yorğunluqlarını çıxarırdılar. Əməliyyat yolunu çəkib bitirdiyimiz səhər böyük səhər idi. Əli Şeyxəlizadə ilə birgə yolda ilk addımlarımızı atdıq. Əli dəyişmişdi; yolda qaçır, gülür, atılıb-düşür, mayallaq aşır və qışqırırdı: "Bu, əməliyyat yoludur, əməliyyat yolu!" Və mənim artıq o qədər təcrübəm var idi ki, Əlinin də bu əməliyyatda azadlığa qovuşacağına əmin oldum. 636

Bölgə ilə tanış olmağa gəlmiş komandir və zabitlər bir daha suya aparıldılar. Onlar çox irəliləyib təyin olunmuş tapşırıq yerlərini gördülər. Ağıllısı bu idi ki, hücum gecəsinə qədər əməliyyat zonasında və Ərvəndin içindəki keçidlərdə qələbəlik olmasın. Hamımız bundan ehtiyatlanırdıq. Batalyonlar o vaxta qədər iki bölgədə yerləşmişdilər; hücumçu batalyonlar Karunun sahilində idilər, dəstəkçi batalyonlar da Bəhmənşirdə. 636

Bütün canlı qüvvə daşınandan sonra qərara alındı ki, hücumçu batalyonlar çayın dördüncü qolunun kənarında yerləşsinlər. İmam Hüseyn (ə) batalyonunun yerləşdiyi yer isə həm bizə, həm də qərargaha yaxın bir kənddə idi. Arxların kənarında və Ərvənd çayının yaxınlığındakı zastavalar təxminən səkkiz taqım olan hücumçu dalğıclar üçün nəzərdə tutulmuşdu. Qərara alınmışdı ki, batalyonlar arxlara yaxın olsunlar, çünki oradan qayıqlara minib hərəkət edəcəkdilər və çayla məsafələri nə qədər az olsaydı, sürət bir o qədər çox olardı. 636

Şətt-Əlidə işləyən kəşfiyyatçılar bizim yanımıza gəlmişdilər. Məhəmməd Purnəcəf də onların arasında idi. Hüseyn şəhid olanda yanındakı yeganə adam o idi. Deyirdi ki, Hüseyn başına dəyən xırda bir qəlpə zərbəsindən şəhadətə qovuşdu; sakit və səssiz. 636

Qədim dostları görmək narahatlığımı azaldırdı. Əməliyyatdan bir gün öncə qədim dostum Məhəmməd Məhəmmədpuru görmək üçün Seyyidüş-şühəda batalyonuna getdim. O, həmişəki kimi yenə də dedi: "Mehdi, daha bu dəfə gələcəyəm, bir yerdə olacağıq”. Həmin günlərdə qəlbi sınmışdı, narahat və tənha idi. Təəssüf ki, bəziləri onun haqqında yanlış sözlər demişdilər. Onun gündəlik namazları da ağlamaqla sona çatırdı, o ki qala gecə namazlarına və gizli münacatlarına. Həmin gün birlikdə şəkil çəkdirdik. Qayıdanda qucaqlaşıb öpüşdük. Məhəmməd gülə-gülə dedi: "Gördux-görmədux! Həlal elə!" Güldüm və sözünü təkrarladım. 637

Diviziyada əməliyyat müzakirələri başlamışdı. Əmrə əsasən, əməliyyatın ikinci mərhələsini və İmam Hüseyn (ə) batalyonunun istiqamətini diqqətlə araşdırmışdım, amma hələ həmin batalyonda olub-olmayacağıma əmin deyildim. İmam Hüseyn (ə) batalyonunun komandir müavini Məhəmməd Səbzi iclasdan qayıdanda yanıma gəlib gülə-gülə dedi: "Qalx, şələ-şüləni yığışdır, gedək!" 637

Səhər çağı İmam Hüseyn (ə) batalyonuna getdik, amma mən uşaqları görə bilmədim. Çıxış proqramı üçün bölüyə qayıtmalı idim. Bölüyün bütün uşaqları toplaşmışdılar. Qardaş Fəthi söhbətə başlayıb yenidən mühüm məqamları xatırlatdı: "Lazım olsa, canınızı da əsirgəməyin. Uşaqlar sizə baxırlar, sizin iştirakınız onlarda ruh yüksəkliyi yaradır. Harada olmağınız bir düyünü açacaqsa, mütləq oraya gedin... Əməliyyatın səhərinə qədər harada olsanız və hansı işi məsləhət bilsəniz, görün, amma səhər çağı sahildəki estakadaya və təyin olunmuş səngərə qayıdın". 637

Qardaş Fəthinin söhbətinin son hissəsi, yəni səhər çağı qayıtmaq məsələsi ürəyimizcə deyildi, amma heç kim səhəri fikirləşmirdi. Əməliyyat gecəsində şəhadətə ümid olduqca böyük idi və bizi həvəslə irəli aparan da bu idi. 637

Təbəssümlər, gözlər, salamlar – hər şey xüsusi rəngə boyanmışdı. Qardaş Faiqi bir kənarda dayanıb uşaqların son anlarını və vida səhnələrini lentə köçürürdü. Ərvəndin sahilindəki başsız xurma ağacları uzun müddət imamın həqiqi müntəzirlərinin gecə namazlarındakı qərib və yanıqlı pıçıltılarını eşitmiş, şəhid dostlarının ayrılığına görə gizli ağlamalarını görmüşdü, indi də onların dünya ilə gözəl vida səhnələrinə şahid olurdu. 637

Əməliyyatın parolu "Ya Fatimətüz-Zəhra" idi. Bu parol Bədr əməliyyatında da döyüşçülərin dilindən düşməmiş, onlara qol-qanad vermişdi. Kəşfiyyat bölüyündə olduğum bir neçə saatda tanış üzlərə doyunca baxdım. Məhəmmədrza Mehrpak gözümün önündə idi. O, bəzilərinin düşündüyünün əksinə olaraq, çox nadinc idi. Bəziləri onu yaxşı tanımırdılar. Bəlkə buna görə ki, halını gizli saxlamağı bacarırdı. Yaxşı qələmi vardı və gözəl yazırdı. Hərdən dəftər-qələmini götürüb məscidin küncündə otururdu. Biz də pusqu qurub gözləyir, yazısını bitirən kimi başının üstünü alırdıq. 637

O, bizdən xurmalığa qaçırdı. Ardınca qaçıb israrla yazılarını oxumaq istəyirdik, o isə vermirdi. Həmin günlərdə Məhəmmədrza bacısı oğluna cavab olaraq yazmaq istədiyi bir kitabdan bəhs edirdi. O, deyirdi: "Tehranda bacım oğlu ilə dama çıxmışdım. Orada məndən soruşdu: "Dayı, deyirlər Allah göydədir. Bəs hanı? Allahı göstər, görüm". Orada ona yaxşı cavab verə bilmədim. İndi isə ona cavab olaraq bir kitab yazıram". 638

İki-üç gün öncə qardaş Fəthi bölüyün bütün uşaqlarından ona ürəklərindən gələni yazmalarını istəmişdi. Özü təkidlə deyirdi ki, bu yazıların böyük dəyəri var və sonradan onlardan istifadə edəcək. Mehrpak da bu istəyə “ləbbeyk” deyənlərdən idi və yazırdı. 638

Hərəkət zamanı gəlmişdi. Hücumçu dalğıclar öncədən yola düşmüşdülər. Günəş batmaq üzrə idi. Buludlar səmanı qarışdırmışdı və mənim ürəyim yağış müjdəsi verirdi. Göz yaşları ilə islanmış üzləri görməyə taqətim yox idi. Cəbhəni özlərinə ev və həyat etmiş uşaqlar belə vida səhnələrini dəfələrlə görmüş, sonra isə çiyinlərində dostlarının cəsədlərini daşımışdılar. Onların "birdən yenə qalaram" fikirləri yalnız göz yaşı ilə ifadə olunurdu. Gödəkcəm çiynimdə idi. Dedim: "Uşaqlar, daha gedək". Bu sözü deyib heç kimlə sağollaşmadan kəşfiyyat bölüyündən ayrıldım. Kiminsə gəlib "haqqını halal et" deməsini istəmirdim. Heç kimdən zərrə qədər incik deyildim və bilirdim ki, komandirimiz Kərim Fəthidən başqa heç kimi incitməmişəm. 638

İmam Hüseyn (ə) batalyonuna çatanda xurmalığın müxtəlif yerlərindən uşaqların azan səsləri gəlirdi. Mikrofondan istifadə qadağan idi və hər kəs öz halına uyğun olaraq, azan deyir, münacat edirdi. Rza Xeyri, Yəqub Əlizadə və başqa bir-iki nəfər Seyyidüş-şühəda batalyonunun son bölüyünə qoşulmağa gedirdilər. Uşaqlar onlara qibtə edirdilər, çünki onlar hücumun ilk mərhələsində Seyyidüş-şühəda batalyonu ilə düşmən mövqeyinə girəcəkdilər. Onları bir-bir qucaqlayırdılar, hıçqırtılı ağlamalarından çiyinləri tərpənirdi. Bu səhnələr canımı yandırırdı. Onlar bir saatdan sonra hücuma keçəcəkdilər və yalnız bir saat gecikdiklərinə görə belə qərarsız idilər... Əməliyyatdan öncəki anlarda üçüncü bölüyün birinci taqımının mənəviyyatlı uşaqları arasında olmaq istəyirdim. Mən ən şirin xatirələrimi o taqımda yaşamışdım. Soruşa-soruşa otaqlarını tapdım. 638

O, Kərbəla-5 əməliyyatında şəhadət şərbətini içdi. 638



Qapını açan kimi qaranlıq, ah-nalə və "ya Hüseyn" zümzümələri ilə rastlaşdım. Orada başqa bir aləm vardı. Hacı Xəlil başını Cəlil Hacınurinin çiyninə qoymuşdu. Bir-birini qucaqlayıb elə ağlayırdılar ki, sanki son vidalarıdır. İbrahim Xəlil məni görüb qucaqladı. Çoxdan idi bir-birimizi görmürdük. Hamı ağlayırdı. Hacı Xəlil ağlaya-ağlaya yavaşca qulağıma dedi: "Sən gedəndən sonra daha heç kim gecələr üstümə ədyal atmır, ağa Mehdi!" Qəribə xəcalət hissi keçirdim. Onlarla çox şey öyrənmişdim. Rəhmətin nazil olduğu anlarda mənəviyyat və səmimiyyətləri məni də ağladırdı. Namaz vaxtı idi və mən namazımı orada qıldım. 638

I 640

1986-cı ilin 9 fevral gecəsi dalğıcların hərəkət vaxtı idi. Narahat idim. Orada nə qədər çox qalsaydım, ayrılmağım bir o qədər çətinləşəcəkdi. Cəld bir-bir hamısını öpüb halallıq istədim. Özümü İmam Hüseyn (ə) batalyonunun komandiri qardaş Seyid Həsən Şəkuriyə çatdırmalı idim. Narahat idim, amma batalyon rəhbərlərinin bizim qədər narahat olduqlarını görmürdüm. Bəlkə də biz vəziyyətdən xəbərdar olduğumuza görə çox narahat idik; proqnoz edilməmiş problem və hadisələr, Ərvəndin dəli dalğaları... Onların yanında qala bilməyib bayıra çıxdım. Yaxınlıqdakı bir təpəyə gedib-gəlirdim. Hücumçulardan olmayıb döyüşün başlandığı anlara uzaqdan baxmağım az olmuşdu. Ratsiya arxasında hücumçu qüvvələrin zəngini gözləyən uşaqların halını anlayırdım. Yağış bəzən qısa müddətə dayanır, sonra yenidən yağmağa başlayırdı. Öz-özümə düşünürdüm ki, görəsən, indi dalğıclar haradadırlar? Döyüş başlamayıb ki? Bu axşam fırtına var, birdən uşaqlar suda qalıb mövqeyə çata bilməzlər! 640


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin