Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə43/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   39   40   41   42   43   44   45   46   ...   73
Qətiyyətlə yola düşdü. Çiyin-çiyinə gedirdik. Oraya qədər çiynindən üç tüfəng asmışdı. Yolda gördüyü hər bir silahı əyilib götürür və dodaqaltı nəsə mızıldanırdı. Çox istəyirdim ki, sözlərini ucadan desin, mən də eşidim. Bir də əyilib yerdəki əleyhqazı götürəndə dözə bilmədim. 851

Hacı, daha onu götürmə, qoy yükün yüngül olsun və tez çataq. 851

Yerə atım?! Bu əleyhqazın qiyməti 60 min tüməndir, beytülmaldır, sən deyirsən ki, qoyum yerdə qalsın?! Bu necə ola bilər?! 851

Onun beytülmala qarşı məsuliyyət hissi hamımızı utandırdı. Əşyaları elə toplayırdı ki, sanki öz şəxsi mülkü idi. Özü də hər saniyə partlayış yeri titrədirdi, bölgə hər iki tərəfin atəşi altında idi. Sözümə utanıb dediyi istiqamətə tərəf getdim. Onun dediyi yer qayanın yanı idi. Qamışı tanıyan hər kəs oranı tanıyırdı. Beytülmüqəddəs-2 əməliyyatında keçidə çatmazdan öncə getdiyimiz yolla gedirdik. Qayaya çatmamış bir səs eşitdim. Səs yaxından idi və aşağıdan gəldiyini düşünürdüm. Yolumuzu döndərdik və bir neçə qayadan enəndən sonra Əmirəlmöminin (ə) batalyonunun uşaqlarını tapdıq. Onlar o ana qədər çayı keçmək üçün əllərindən gələni etmiş, amma bacarmamışdılar. O qədər başlarını itirmişdilər ki, çayın o tərəfinin kimin əlində olduğunu bilmirdilər. Təxminən 50 nəfər idilər, ac-susuzluqdan və başlarına yağan amansız atəşlərdən çox məyus olmuşdular. Bizə deyirdilər ki, siz xilas mələklərisiniz. 851

Üstümüzdəki peçenyelər, balıq konservi və su əlbəəl gəzdi, itirdikləri enerjini cüzi də olsa, bərpa edəndən sonra yola düşdük. 851



Beynimdə Qasim batalyonunu keçirmək üçün düzəltdiyimiz körpünün dəqiq yerini axtarmağa başladım. Körpü uçmuş olsaydı belə, çaydan keçə bilərdik. Çünki yay idi və suyun səviyyəsi azalmışdı. Şəxsi heyəti körpüyə tərəf apardım. Uzaqdan görünən körpü uşaqları vəcdə gətirmişdi. Bilirdilər ki, o körpüdən keçib sərgərdanlıqdan və əsirlik qorxusundan xilas olacaqlar. 851

Asanlıqla körpüdən keçib maşını saxladığımız yerə getdik. Orada ratsiya ilə Davudi qərargahı ilə əlaqə saxladıq. Bir neçə dəqiqədən sonra bir hərbi maşın göndərdilər. Uşaqların bir qismi ona, bir qismi də toyotaya mindi və yola düşdük. 851

*** 852

Düşmənin güclü atəşi yenidən başlanmışdı və o, mərhələ-mərhələ irəliləyirdi; əvvəlcə Qucar və Ulaqlı, sonra Girdərəş, sonra Qamış... 852

Davudabadiyə çatanda düşmənlərin yaşıl təpəyə qalxdıqlarını söylədilər. Əmin ağa dedi: "Mənim dəqiq məlumatım yoxdur. Gedin, görün düşmən haraya qədər gəlib". 852

Bu dəfə Kərim Ahənclə yola düşdük. Düşmən atəşinin mərkəzləşdiyi Girdərəşə gedirdik. Geniş Girdərəş zirvəsi tüstü ilə dolmuşdu, partlayışlar hən an artırdı. Zirvəyə gedən dairəvi yolla qalxdıq. Daha maşın irəliləyə bilmirdi. Girdərəş cəhənnəmə dönmüşdü. Maşından endik. Canlı qüvvə müxtəlif yerlərə səpələnmişdi. Girdərəş at nalı kimi idi, Violan və Qucara tərəf gedən hissəsi Qalaçulana gedən hissədən uzun idi. Qalaçulana gedən aypara şəkilli ərazinin kiçik bir hissəsini ərdəbilli uşaqlar müdafiə edirdilər. Digər hissədə Qəzvin briqadası vuruşurdu. Sonunda isə Ramazan qərargahının qüvvələri və İmam Həsən (ə) briqadası zirvəni müdafiə edirdi. 852

Dağ titrəyirdi. İraq tərəfinin hücum taktikası belə idi: əvvəlcə ağır artilleriya ilə atəş açırdı, sonra şəxsi heyəti gedirdi. Düşmən təpə-təpə irəliləyirdi. Onun hərəkətinin necəliyini dəqiqləşdirməkdən ötrü təpələrin birinə qalxdım. Kərim yanımda idi. Baxdığım yerdə birdən başıma möhkəm bir zərbə dəydi və qəribə səs çıxardı. Səsi Kərim də eşitdi. 852

- Başına nə oldu? 852

Əlimi başıma çəkdim. Qan yox idi. Bildim ki, havaya tullanan soyuq qəlpələrdən biri başıma dəyib. Elə bu hadisəni də məruzə etdim ki, komandirlər bölgənin durumunu daha yaxşı anlayıb ciddi tədbirlər görsünlər. Bölgədəki dəyişiklikləri və düşmənin dayanmadan irəliləməsini məruzə edəndən sonra qərargaha qayıtdıq. 852

*** 852

Günorta saat üçdə Həbib batalyonunun yola düşdüyünü və tezliklə düşərgəyə çatacağını söylədilər. Qərar belə idi ki, biz Aşura diviziyası tərəfindən uşaqları yuxarı qaldıraq. Hərmədanın müdafiəsini Xüsusi diviziyaya tapşırmışdılar, İmandan Üruca qədər ərazini isə Həbib batalyonunun üçüncü bölüyü qorumalı idi. Həbib batalyonunun digər bir bölüyü də İmandan yuxarıda mövqe seçməli idi. Ürucdan Himmətə qədər ərazidə Əbəlfəzl diviziyasının qüvvələri yerləşirdilər. Beləliklə, bölgədə bir müdafiə xətti təşkil olunurdu. 852

Axşama yaxın özüboşaldan maşınlar Həbib batalyonunu Qamışa aparmağa hazır idi. Bütün şəxsi heyətin hərəkətindən öncə Həbib batalyonunun komandiri qardaş Mütləqi və Fərəc Quluzadəni yuxarı apardım. İmana çatanda bölgənin vəziyyətini izah etdim, Qamışın arxasındakı yolu göstərib dedim ki, oraya çox diqqət yetirin. Onların müdafiə mövqelərini göstərəndən sonra qayıtdıq. Həzrət Əbəlfəzl diviziyası və Xüsusi diviziyanın şəxsi heyəti ilə də eyni işi gördük, bütün bölgəni, xüsusən də tapşırıqlarına aid ərazini hər birinə izah edib qayıtdıq. 852

Həbib batalyonunun uşaqları maşınlara minirdilər. Yolboyu o tərəf-bu tərəfə qaçıb qışqırırdım: "Cəld olun! Gecdir... Tələsin!" Bəzilərinin yubandıqlarını və ya laqeydliklərini görəndə hirslənirdim. O anlarda bir nəfər kürəyimə bir zərbə vurdu. Özümdən çıxmaq üzrə idim. Ona sarı döndüm. Başında dəmir dəbilqə vardı və gülürdü. 853

- Sənsən, İbrahim?! 853

İbrahim Əlinejadı görməyimə çox sevindim. Görüşüb-öpüşdük və dərhal sağollaşıb maşına mindi. Uşaqlar yola düşdülər. Bütün o müddətdə səhərdən Qamışa və Girdərəşə yağan atəşlər bir an da səngiməmişdi. Xüsusən Girdərəş səhər tezdən tüstü və alovun içində idi. Mən də gecikmədən maşına mindim və Xüsusi diviziyanın şəxsi heyətinin yerləşəcəyi yerə doğru yola düşdük. Birləşmələrin hər birinin onlara tapşırılan yerdə yerləşdiklərinə əmin olmaq istəyirdim. 853

Xüsusi diviziyanın müdafiə mövqeyinə çatdım, amma orada heç kəs yox idi. Əbəlfəzl diviziyasının mövqeyinə getdim. Onlar öncədən demişdilər ki, biz üç batalyonla gedib oraya yerləşəcəyik, amma heç bir bölük də gətirməmişdilər. Həbib batalyonundan xəbərim yox idi, yola düşəndən sonra öz yerlərinə çatıb-çatmadıqlarını bilmirdim. Əgər Hərmədanda canlı qüvvəmiz yerləşməsəydi, Qamışda yerləşməsinin heç bir dəyəri yox idi. Çünki düşmən Hərmədan təpəsindən gəlib İmam Rza (ə) və İmam Əli (ə) körpülərini bağlayacaq, Qamışdakı uşaqlar o tərəfdə qalacaqdılar. 853

Həmin anlarda yavaş-yavaş Qəzvin briqadasının da Girdərəşdən geri çəkildiyini hiss etdim. İndi növbə Ərdəbilin Həzrət Abbas briqadasına çatmışdı. Düşmən qüvvələri hələ də irəliləyirdilər və mən bütün bunları ratsiya ilə məruzə edirdim. 853

Nəhayət, qərargaha qayıtdım. Bir neçə sutka idi iş və istirahət vaxtı bilinmirdi. Hər dəfə qərargaha qayıdanda səngərdə istirahət edirdik. Bilirdik ki, tezliklə bizi çağıracaqlar. 853

*** 853

Bir sutka ora-bura qaçandan sonra səngərdə yatmışdım. Gecə təxminən saat ikidə yuxudan oyatdılar. Əmr belə idi: "Gedin, bölgədən bizə məlumat verin, durum qeyri-müəyyəndir". 853

Məhəmməd Purnəcəfə, Məhəmmədəli İqlimiyə və Amanullah Amaniyə dedim ki, bir maşın götürüb gəlin. Birlikdə Qamışa getdik. Onları Əbəlfəzl diviziyasının mövqeyinə göndərdim, özüm Həbib batalyonunun mövqeyinə yollandım. Uşaqların yanına çatanda səhər açılmışdı. Oradan qərargahla əlaqə saxladım. Əmin ağaya məruzə etmək istəyirdim, amma o, çox hirsli idi: "İndiyə qədər harada idiniz?" 853

Yolda. Gəlib buraya çatana qədər çox çəkdi. 854



Lakin Əmin ağa düşündüyümdən də çox hirslənmişdi. Elə oldu ki, axırda ratsiyanı bağladım və cavab vermədim. Lakin dayanmadan ratsiya ilə məni səsləyirdilər: "Mehdiqulu... Mehdiqulu..." 854

Mən cavab vermirdim. Digər uşaqlar da cavab vermədiklərinə görə əlaqə birtərəfli idi. Nəhayət, ratsiyanı açdım: "Bəli, Əmin ağa, mənəm, Mehdiqulu". 854

Qəribə vəziyyətdə imişlər. Bir neçə saatdan sonra onlara cavab verən yeganə şəxs idim və bu müddətdə pis bir hadisə baş verdiyini fikirləşmişdilər; məsələn, düşmən gəlib və hamımızı əsir tutub. Tələsik mənim məruzəmi gözləyirdilər. Bölgənin vəziyyətini məruzə edəndən sonra Qamışın yamacındakı Şətik kəndinin yeməkxanasına endim. Ağa Sövdagər də orada idi. Orada oturub Amanullah Amani, İqlimi və Purnəcəfin gəlişini gözlədim. 854

Hava tam işıqlanmışdı və biz uzun illərdən sonra ilk dəfə idi yeməkxanada səhər yeməyi yeyirdik. Süfrədə hər şey hazır idi. Yemək vaxtı Məhəmməd Purnəcəf və digərləri də gəldilər. Vəziyyətlərini görəndə məni gülmək tutdu. Mən gülürdüm, Məhəmməd isə daha çox hirslənirdi. 854

Daha nə üçün gülürsən?! Bizi oraya göndərdin, özünsə burada oturub yeyirsən?! 854

Axı nə olub, bu nə sir-sifətdir? 854

Nə olub?! Heç nə... Yalnız sizin icazənizlə əsir düşmüşdük! 854



Əhvalat şirinləşdi. Məhəmməd elə danışırdı ki, sanki gedib dostlarımı əsir tutmaq istəyənləri cəzalandırmağımı gözləyirdi. Macəranı soruşanda öyrəndim ki, onlar çox irəliləyib Həzrət Əbəlfəzl briqadasının uşaqlarının müdafiə mövqeyini keçmiş, iraqlılarla üzləşəndə isə qayıtmağa məcbur olmuşlar. Qayıdanda Əbəlfəzl briqadasının uşaqları onların iraqlı olduğunu, arxalarınca da düşmənlərin gəldiyini düşünüb onları əsir tutmuş və hətta onlarla kobud rəftar etmişdilər. Uşaqlar deyirdilər: “Tərpənən kimi kalaşnikovun darağını ətrafımıza boşaldırdılar”. Hətta iş o yerə çatmışdı ki, ciblərini də axtarmışdılar. Təsadüfən, Məhəmməd Purnəcəfin cibindən "Şəhid Əbülqasim komandası" yazılmış bir kağız tapmışdılar. Məhəmməd danışırdı ki, kağızı cibimdən çıxaranda sanki mənim düşmən olduğuma dair mühüm sənəd tapmışdılar. Ona belə deyiblər: "Kimi aldadırsan?! Sən iraqlısan və götürüb Şəhid Əbülqasim yazırsan?!" Bu əsarət zamanı Amanullah da xəsarət almışdı. Deyəsən, Əbəlfəzl briqadasının uşaqlarından biri ona şillə vurmuşdu. Öncədən onun ağzına güllə dəymişdi, çənəsi və ağzı bir neçə dəfə əməliyyat olunmuşdu və cəbhənin əlil döyüşçülərindən idi. Ona demişdi ki, vurma, çənəm protezdir. O da qayıdıb deyib ki, bunda həyasızlığa bax, yaralanıb, amma yenə müharibəyə gəlib, gəlin bunları burada öldürək. Qısası, məsələ böyümüşdü. Onların hər üçünün üzdən və boy-buxundan iraqlılara oxşaması bir müddət ümidlərini üzmüşdü. Nəhayət, batalyonun komandiri ağa Nuri əsirlərin yanına gedib Məhəmmədi tanımışdı. Çünki Nuri də Qamışda itən uşaqların arasında idi və biz iki gündən sonra onları tapmışdıq. O, əhvalatı danışmış, Purnəcəfi göstərib demişdi ki, bu qardaş məni və batalyonun digər uşaqlarını Qamışda xilas edənlərdən biridir. Beləliklə, uşaqlar azad edilmişdilər. 854

Bu kağızları uşaqları komandalara böləndə yazmış və hər komandaya bölüyümüzün bir şəhidinin adını vermişdim. 854



Ağa Sövdagərlə mən azad edilmiş üç dostumuzu maşına mindirib Davudabadiyə yola düşdük. İmam Rza (ə) körpüsündən keçəndə maşının arxasında oturmuş Məhəmməd Purnəcəf və Məhəmmədəli İqlimi yenidən əsirlərin ədasını çıxarıb deyirdilər: "Əl-Dəxil əl-Xomeyni... əl-Movt li Səddam..." Deyəsən, bir neçə saatlıq əsirlik həyatı çox xoşlarına gəlmişdi. 855

*** 855

Davudabadiyə çatıb uşaqları orada qoyduq. Orada ratsiya ilə düşmənin Qamışa hücumlarını gücləndirdiyini eşitdik. Günorta isə Həzrət Abbas briqadasının mövqelərinə atəşlərin artdığını söylədilər. Bu briqada Girdərəşdə idi. Mən saatlarla düşmənin raketləri altında olan və artıq hücumun gücləndiyi Girdərəşdə hansı qiyamətin qopduğunu təsəvvür edə bilmirdim. Əmin ağa yenidən mənə Hərmədandan məlumat toplamağı tapşırdı. Orada partladıcı bölüyün uşaqlarına da tapşırdı ki, İmam Əli (ə) körpüsünü partlatmağa hazırlaşsınlar. Uşaqlar dağdan enib körpüdən keçən kimi körpü partladılmalı idi. Kərim Ahənclə birgə yola düşdük, yolumuz nəqliyyat bölməsinə tərəf idi. 855

O yolu gecə və gündüz dəfələrlə getmiş olsam da, heç biri sonuncu dəfəki qədər qorxulu deyildi. Hər an hər bir təpənin, qayanın arxasından düşmənlərin çıxma ehtimalı vardı. Ehtimal vardı ki, biz irəliləyək və birdən düşmənin mühasirəsinə düşək. Ehtimal vardı ki, oyan-buyana axışan güllələrin biri bizə dəysin... 855

Nəqliyyat bölməsinin yerinə qədər bu fikirlə, yalnız Allah zikri, "la hovlə və la quvvətə illa billah" zikri ilə getdik, ondan o tərəfə isə gedə bilmədik. Düşmənlərin Qamışla Qucarın arasındakı yolda get-gəl etdiyini duyur, maşınlarının səsini aydın eşidirdim. Ondan irəli getmək ağıldan deyildi, çünki biz məlumat öyrənməyə gəlmişdik və bölgənin son vəziyyətini komandirlərimizə çatdırmalı idik. 855

Oradan Girdərəşə qayıtdıq. Orada qəribə səhnələr gördüm. Girdərəşdə qiyamət qopmuşdu. Şəhidlərimizin cəsədləri yerdə qalmışdı. Bəzən atılan raketlər pak cəsədləri parça-parça edirdi. Şəhid cənazələrini toplayıb aparmağa heç kimin imkanı yox idi. Girdərəşə və Qamışa atılan atəşlərin həcmi o zamana qədər müharibənin nadir hadisələrindən idi. Hər saniyədə yerə onlarla mərmi və ya raket düşürdü. Səs qulaq batırırdı, qışqıra-qışqıra danışırdıq. Həm də o cəhənnəmdə hansı söz kimə təsir edərdi ki?! Salamat qalanlar o mərəkədən qurtulmağa çalışırdılar. Arxadan dəstəyin gəlməsinə ümid bağlamaq yersiz idi, çünki arxadakı bölgələr də güclü bombardmana məruz qalırdı. Orada müxtəlif sınaqlarda inanc və ruhiyyənin böyük təsirini görürdüm. Harada təcrübəli döyüşçülər vardısa, müqavimət davam edirdi. Onlar hətta son adamlarına qədər dayanıb vuruşurdular. Lakin əksəri yeni cəbhəyə gəlmiş digər qüvvələr bəlkə də müharibənin yalnız qələbədən ibarət olduğunu düşünür, düşmənin güclü atəşini görüb başlarını aşağı salır və bölgəni tərk edirdilər. Kərimlə birgə Qəzvin briqadasının və birinci briqadanın mövqeyinə getdim. Əsl təqib və geriçəkilmə başlanmışdı. Bölgədə çoxlu toyota vardı. Uşaqlar maşınlarla geri çəkilirdilər. Cənazələri toyotalarla aparmaq daha rahat olsa da, onlarda bu işə fürsət və ruhiyyə yox idi. Damarlarımda qan qaynayırdı. Maşından enib yuxarı qalxırdım. Qəhər, kədər və qəzəb içində boğulurdum. Uşaqlar maşınla şəhidlərin üstündən keçirdilər... 856

Ən azı, bu cənazələri götürün... 856



Səsim tutulmuşdu və heç kim bu sözləri eşitmirdi. Qeyri-müəyyən cavablar eşidirdim. 856

İlahi, qiyamətdə necə olacaq?! Bura sənin məhşərinə kiçik bir nümunədir...” Daxilimdə tufan idi və ürəyim çox sıxılırdı. Uşaqlar bölgəni boşaldırdılar, düşmənsə yuxarı qalxırdı. Başımıza atəş yağırdı. Qayıdıb vəziyyəti bildirməli idim. Maşın dolanbac yolda sürətlə və sürüşə-sürüşə enirdi. Düşərgəyə çatanda Həbib batalyonunun da geri çəkilməkdə olduğunu eşitdim. 856



Qərargahın iclasında qərara gəlmişdilər ki, geri çəkilməyə məcburuqsa, bunu düşünülmüş şəkildə edək. O vaxta qədər hamı Qalaçulan çayının o tərəfindəki bölgə və dağlardan əlini üzmüşdü. Lakin düşmən haradasa durdurulmalı idi və bunun üçün ağıllı bir tədbir lazımlı idi. Buna əsasən, geri çəkilmək üçün şərait və mərhələlər təyin olundu. 856

Geriçəkilmə üç mərhələdə baş tutacaqdı: Birinci mərhələdə Jajiləyə və polis zastavasının önündəki dağlara çəkiləcək, ikinci mərhələdə Şəhid Davudi qarnizonunun yerləşdiyi yüksəkliklərdə müdafiə mövqeyi seçəcəkdik. Bu iki mərhələnin arasında texnika və imkanları ikinci müdafiə xəttinə daşımaq fürsəti əldə edirdik. Üçüncü mərhələdə isə bütün canlı qüvvə və texnika Kagir dağındakı suyun o tərəfinə aparılacaqdı. Orada artıq nəyin bahasına olursa-olsun, düşmən durdurulmalı idi. Qərara əsasən, Həbib batalyonu birinci və üçüncü mərhələlərdə işləməli idi. Həbib batalyonunun Jajilədə olduğunu orada eşitdim. Təklif etdim ki, polis zastavası ilə üzbəüz təpələrdə də canlı qüvvə yerləşdirilsin, çünki oradan İmam Rza (ə) körpüsünə nəzarət imkanı vardı. 856

Heç olmasa, oraya bir bölük və ya iki taqım aparaq. Bunu ağa Sövdagərə dedim, o da qəbul etdi. Qərara aldı ki, ikinci bölükdən Mehdi Məhəmmədinin taqımı ora getsin, Məhəmməd Rüstəmi isə öz qüvvələri ilə Jajilədə qalsın. Mehdinin taqımını təpələrə doğru apardım. 857



Təpələrə çatanda yaxşı səngərləri olan bir yer tapdıq. Uşaqlar orada yerləşdilər. 857

Həmin gecəni səhərə qədər rahat yatdım. O qədər yorulmuşdum ki, hətta yaxındakı partlayışların səsi də məni səngərdən çıxarmadı. 857

Axşama qədər şəxsi heyətin ən mühüm işi texnikaları geri aparmaq idi və mən bu müddətdə bikar idim. Axşamüstü Jajiləyə Məhəmməd Rüstəminin yanına getdim. Fərəc Quluzadə də orada idi. Axşam düşəndə fikirləşdim ki, yaxşı olar gedib aşağıya baxaq və düşmənlərin haraya qədər irəlilədiyini öyrənək. 857

Məhəmməd Rüstəmi, Fərəc Quluzadə, Əmir Xirədmənd, Seyid Məhəmməd Fəqih və mən şəxsi heyətdən ayrılıb İmam Əli (ə) körpüsünə gedən yola yaxınlaşdıq. Körpüyə yaxınlaşdıqca şübhə də çoxalırdı. Mən öndə gedirdim, digərləri sıra ilə arxamca gəlirdilər. Bəzən hətta öz ayaq səslərimiz də bizi çaşdırırdı. Düşmən həm vardı, həm də yox idi. Son günlərdə düşmənin cəsarətinə dair yaranmış təsəvvürümə görə hər an bir hadisə gözləyirdim. 857

Bir və ya iki döngədən sonra çaya çatacağıq. 857



Bütün bölgə düşmənin əlində idi və biz özümüzünkülərdən ən azı, 1 km.-dən çox uzaqlaşmışdıq. O həyəcanlı anlarda birdən bir nəfər düz birmetrliyimdə sürünə-sürünə dərədən yola qalxdı və önümə atıldı. Qorxudan yerimdə qurudum, qışqırdım və ixtiyarsız olaraq, əlimdəki durbini başına möhkəm vurdum. Qışqırtımın cavabı ətrafdan hədəfsiz atılan amansız güllələr oldu. Mənim silahım yox idi, amma uşaqlar silahlı idilər. Cəld geri döndüm və arxamda yalnız Fərəci gördüm. O qorxulu və həyəcanlı dəqiqələrdə məni gülmək tutdu; xüsusən it və ya başqa bir şey olduğunu bilmədiyim bir bədbəxt heyvanın başına zərbə endirdiyimi biləndə. 857

Arxadakı döngədən uşaqlar göründülər. 857

Bir şey deyil, əşi, gəlin. 857



Hamımız çox qorxmuşduq. Boş durmayaq deyə biz də ətrafımıza üç-dörd əl qumbarası atıb həmin yolla geri döndük. 857

Gecəni uşaqların yanında qaldım və səhər çağı Jajiləyə gəlmiş ağa Sövdagərlə birgə Davudabadiyə qayıtdıq. Bölgəni boşaltma həmin günün axşamına qədər davam edəcəkdi. Uşaqlar gecə mövqeyi tərk edəcəkdilər və ikinci mərhələ başlayacaqdı. 858

Axşama qədər tikinti maşınlarının geriyə aparılması davam etdi. Hər bir maşın salamat geriyə göndəriləndə sevinir, bölgədə qalmış hər bir silah və texnikaya görə narahat olurduq. Axşamüstü canlı qüvvənin geri çəkilmə zamanı gəldi. Məhəmməd Rüstəminin bölüyünü Jajiləyə aparmaq üçün bir neçə maşın gəlmişdi. Bildim ki, polis zastavasını müdafiə edən taqımı heç kim fikirləşmir. Məsələni Məhəmməd Sövdagərə bildirdim. 858

Ağa Məhəmməd, özümüz gedib onları gətirək? 858



Onun razılığından sonra taqımın yerləşdiyi yerə iki-üç maşın apardıq. Uşaqlar o dəqiqəyə qədər Girdərəşdən enən düşmənləri həyəcanla izləyirdilər. Girdərəşin dolanbaclı yolundan bir düşmən tankı enmişdi və düz suyun kənarında idi. Körpü partladılmış olsa, tank və maşınların keçidinə yaramasa da, hələ piyada keçidi kimi istifadə oluna bilərdi. Uşaqlar onların körpüdən keçəcəyindən narahat olduqları zaman biz oraya çatdıq. 858

Qardaşlar, yavaşca səngərlərinizi boşaldın, nəyiniz varsa, götürün, tez maşınlara minin. 858



Xəbər hamıya yayıldı və çox tezliklə hamı maşına mindi. Yola düşdük. Yolda polis zastavasının önündən keçəndə sağ tərəfdə bir ərazi diqqətimi cəlb elədi. Orada iki-üç tank vardı və mən onların nə üçün geriyə aparılmadığını bilmirdim. Bölgədə bizdən başqa heç kim yox idi və kimsə onları aparmaq istəsəydi, son dəqiqələrə qədər gözləməzdi. Yenidən üzümü ağa Sövdagərə tutdum. 858

Ağa Məhəmməd, bu tanklar burada qalıblar. İraqlılar gəlsələr, bunlardan istifadə edəcəklər. Gedək, görək nə edə bilərik. 858



Maşını tanklara tərəf döndərib bütün taqımla oraya girdik. Tanklar xarab olduğuna görə çalışdıra bilmədik. 858

Onda bunları partladıb gedərik. 858

Necə? 858

RPG silahımız var, elə deyil?! 858



Rza Musaxani silaha raket qoyub tanklardan əlli addım uzaqlaşdı və atəş açdı. İnanılmaz olsa da, raket tankın üstündən keçdi. 858

Artıq əlli metrdən də tank vura bilmirik. 858



İkinci raketi ağa Sövdagər atdı. Raket yenə tankların üstündən keçdi. Düşmənin hər an bizə çatma ehtimalının olduğu o anlarda bilmirdik gülək, yoxsa tankları buraxıb gedək. Üçüncü raketi mən atdım və bu dəfə tankın üstündən deyil, yanından keçdi. 858

Gedib içinə qumbara ataq. 858



Tez işə başlayıb hər tankın içinə bir qumbara atıb bir neçə addım uzaqlaşdıq. Tanklarda yanacaq və silah olmadığına görə güclü partlayış baş vermədi, lakin qumbaraların partladığına görə əmin olduq ki, qəlpələr tank və maşınların içindəki aparat və kabelləri yandırmışdır və onları yenidən təmir etmək mümkün olmayacaq. 859

Uşaqları maşınlara mindirib yola düşdük. 859

Davudabadinin yerləşdiyi dağın altında bir təcili yardım məntəqəsi vardı, yaxınlığından çay axırdı. Davudabadiyə gedən yol o çayı kəsib keçirdi və bir qədər yuxarıda üçyola çevrilirdi. Yolların biri Mavut və Kolanın üstündəki dağlarda bitirdi, biri Girdərəşə, digəri isə Jajiləyə gedirdi. 859

Biz sonuncu yoldan üçyola çatdıq və bizimlə eyni zamanda Kolan yolundan başqa iki maşın da oraya yaxınlaşdı. Yenidən şübhəyə düşdük. 859

- Bəlkə iraqlılar elə bir yerə çatıblar ki, asanlıqla bu yollarda get-gəl edirlər! 859

Yaxınlaşanda öz maşınlarımızı tanıdıq. Onların hər biri Kolanda yerləşmiş son canlı döyüşçülərimizi geriyə aparırdı. Onları tanımırdıq, amma aramızda tanışlıq hissi vardı. Gülüb dedim: "Buyurun". Onlar da gülüb mənə təklif etdilər ki, yox, əvvəlcə siz buyurun. Çoxlu buyur-buyurdan sonra əvvəlcə onlar keçdilər, sonra biz. 859

Davudabadiyə çatanda hamı maşınlardan endi və oradan Bəni-Haşimdə qurulmuş çadırlara yollandılar. Orada qardaş Hörmətinin ağa Seyidin istəyi ilə yazdığı kağız mənə çatdı. Əmrə əsasən, mənə məhdud bir müddətə ikinci briqadada çalışmaq tapşırılmışdı. Əslində, hələlik hərbi kəşfiyyat bölüyü də mənasını itirmişdi, çünki ora hələlik döyüşdən uzaq idi. 859

Ağa Sövdagərlə birgə Bəni-Haşimdəki yerimizə getdik. İlk gecədə Fərəc Quluzadə mənə dedi: "İbrahim Əlinejad orada səngərdədir, səninlə işi var". 859

İbrahimi axırıncı dəfə maşına minəndə görmüşdüm, ondan sonra xəbərim olmamışdı və ona darıxmışdım. Çadıra girdim. Uşaqlar çox narahat görünürdülər. İbrahim orada deyildi. Heç kim heç nə demirdi və mən lazım olanı başa düşdüm. 859

Harada şəhid oldu? 859

Qamışda, geri çəkiləndə. 859

Qəribə hiss keçirdim. Yavaş-yavaş bu hisslə tanış olmuşdum. Adətən, bütün köhnə dostlarımın şəhadəti zamanı bu hissi keçirirdim. Birdən bir şey yadıma düşdü. O, 6 ay öncə Cəlal Zahidinin şəhid olduğu yerdə şəhadətə qovuşmuşdu. Onlar iki səmimi dost idilər və şəhadət yerlərinin də eyni olması mənə qəribə təsir bağışladı. 859

İbrahim Əlinejad çox əlil olmasına, hissiyyat və hərəkətlərində məhdudiyyətlərə rəğmən, cəbhələrdə iştirak edən döyüşçülərdən idi. Onun şəhidliyi haqda "Topları qaytarın" kitabında Fərəc Quluzadənin dilindən məlumat verilmişdir. 859



*** 860

Səhər Həbib batalyonunu başqa bir yerə köçürdülər. Banədən Kagərə çəkilən yolun ətrafında Bulhəsən, Yəqubiyyə və Sərsul kəndləri yerləşirdi. Həbib batalyonu da oradakı üçyolun yaxınlığında yerləşdi. 860


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin