Sərbəst iş Ad: Elsevər Soyad: Cəfərov Fakültə



Yüklə 57,46 Kb.
səhifə4/5
tarix26.11.2023
ölçüsü57,46 Kb.
#134998
1   2   3   4   5
Cəfərov Elsevər. Multikultralizmə giriş

4.Dinin transformasiyası.
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür. Onlardan biri də dinin transformasiyası nəzəriyyəsidir.
XX əsrin sonlarında irəli sürülən bu nəzəriyyənin tərəfdarları bildirirlər ki, cəmiyyətin dünyəviləşməsi nəticəsində dinin tamamilə yox olacağını düşünmək yanlışdır. Onların fikrincə, sekulyarlaşma və müasirləşmə proseslərinin təsiri altında ənənəvi dini qurumların cəmiyyətdəki mövqeyi əhəmiyyətli dərəcədə zəifləsə də, dinin özü və ya dini təfəkkür tərzi yox olmayacaq. Yəni, müasir dövrdə din keçmişdəki kimi cəmiyyətin inkişafına təsir etmir, lakin cəmiyyətin dünyəviləşməsi və tərəqqisi səbəbilə öz şəklini dəyişir, yeni məzmun və forma qazanır. Bu konsepsiyanı müdafiə edənlərdən biri müasir kanadalı filosof Çarlz Teylor sayılır. Dinin transformasiyası nəzəriyyəsinə əsasən, sosial rifah səviyyəsinin yüksək olduğu, fərdi mənafeyin kollektiv maraqlardan üstün tutulduğu modern cəmiyyətlərdə mənəvi boşluq və həyatın mənasızlığı problemi mövcuddur. Dünyəvi və modern ideyalar bu boşluğu doldurmaq iqtidarında deyildir. Həyatın mənası axtarışında olan müasir insan bu suallara cavab tapmaq üçün şəxsi dini təcrübəsinə önəm verir. O, ənənəvi dini inancları özünəməxsus tərzdə şərh edərək onları fərqli şəkildə anlayır, yaxud həyatın mənasını mövcud ənənəvi dini qurumlardan kənarda axtarır. Nəticədə fərqli dini inancların sintezindən ibarət olan və daha çox fərdin daxili aləminə yönəldilmiş alternativ, yeni dini təcrübə və etiqadlar meydana gəlir. Bu nəzəriyyəni müdafiə edən alimlər mülahizələrini əsaslandırmaq üçün Qərb dünyasında meydana gələn çoxsaylı yeni dini cərəyanları misal göstərir, eləcə də müxtəlif dini-mistik təlimlərə, İslam, Buddizm və Hinduizm kimi dinlərə marağın artdığını qeyd edirlər.
Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini qoruyur. Müasir ingilis sosioloqu Qreys Devi bu fenomeni “mənsubiyyətsiz iman” (“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan inanc bəsləmək kimi səciyyələndirmişdir. Beləliklə, avropalıların ibadətlərə biganə yanaşması onların dinsiz olması anlamına gəlmir. Müasir Avstriya sosioloqu Piter Berger “Sekulyarizmin tənəzzülü” adlı məqaləsində dinin fərdi müstəvidə əhəmiyyətini qoruduğunu belə ifadə etmişdir: “Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Amma modernləşmənin dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür. Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də gerçəkləşməsi kimi məcburiyyət yoxdur.

Yüklə 57,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin