Sərbəst iş Ad: Elsevər Soyad: Cəfərov Fakültə


Konfutsiçiliyin mahiyyəti



Yüklə 57,46 Kb.
səhifə2/5
tarix26.11.2023
ölçüsü57,46 Kb.
#134998
1   2   3   4   5
Cəfərov Elsevər. Multikultralizmə giriş

2.Konfutsiçiliyin mahiyyəti.
Konfutsiçilik Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir. 1911-ci ildə monarxiyanın devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik “Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur. Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm adamları arasında iki fikir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: Konfutsiçilik, Daosizm və Buddizm.
Ənənəvi olaraq, dinşünaslığa aid dərsliklər də bu prinsipə əməl edərək Konfutsiçiliyi din sahəsinə daxil edirlər. Belə ki, dünyəvi görünən xarakterinə baxmayaraq, Konfutsiçilik dini doktrinanın əsas meyarlarına tam uyğundur. Məzmun etibarilə o, insanın mənəvi fəaliyyət sahəsinə aiddir, insan həyatının daxili məzmununu harmonikləşdirən mistik təcrübəni nəzərdə tutur, Səma və əcdadlar qrupu şəklində mənəvi dünyanın varlığını təsdiqləyir, ritualların həyata keçirilməsinin, xüsusilə də, qurban vermənin zəruriliyini tanıyır. Konfutsiçilik termini Avropa mənşəlidir və təlimi formalaşmasına təsir göstərən şəxsin adından yaranmışdır. Çinin özündə isə bu təlim “ju tzya” kimi tanınır. Mənası “mütəfəkkirlərin, müdriklərin təlimi”, yaxud “alimlər məktəbi” deməkdir. Konfutsi Çin mütəfəkkiri və filosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial və siyasi sarsıntılar dövrü idi – Çjou xənadanının hökmdarı Xan öz qüdrətini itirmişdi, patriarxal ənənəvi normalar sıradan çıxırdı, ümumiyyətlə, dövlət institutu dağılmaqda idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də Konfutsi olmuşdur.
Mənbələrə əsasən, Konfutsi 19 yaşında evlənmiş, ancaq ailə həyatında xoşbəxtlik tapmamışdır. Onun xanımının adı bilinmir, ancaq onların bir qızı və bir oğlu olmuşdur. Konfutsinin nəslinin nümayəndələri bu gün də Tayvan ərazisində yaşayır və böyük ehtiram görürlər. Ümumiyyətlə, Konfutsi özü ailə ocağını və ev rahatlığını əsl mütəfəkkirə və “alicənab ərə” layiq görmürdü. Nəticədə o, öz təlimini reallaşdırmaq imkanı axtarışında tez-tez yer dəyişərək səyyah həyatı yaşamışdır. Evlilik həyatına qədər Konfutsi o dövrdə hər bir təhsilli adamdan tələb olunan “Altı sənət”i, yaxud “Altı qanun”u (“lyu-i”) mükəmməl şəkildə mənimsəmişdi. Bu qabiliyyətlər kompleksinə ritualların izahı, musiqi savadı, ox atmaq və araba çəkmək bacarığı, yazmaq və saymaq daxil idi. Tarixçi Sima Qian bildirir ki, Konfutsi mahnı, adət-ənənə, ritual və musiqi öyrədirdi. Onun təxminən üç min şagirdi vardı, onlardan yetmiş ikisi altı sənətin hamısını tamamilə mənimsəmişdi, onun təlimini öyrənənlərin sayı isə həddən çox idi. Öz dərslərini söhbətlər şəklində təşkil edən Konfutsi tələbələrindən bunun qarşılığında çox cüzi məbləğ – “üç quru ət paketi” alırdı. Ancaq bunu verməyə gücü yetməyənlər də öyrətməkdən imtina etmirdi. Buna görə də onun şagirdləri arasında yalnız varlı ailələrin nümayəndələri deyil, həm də sadə insanlar olmuşdur. Bununla Konfutsi öz ideyasını təsdiqləyirdi: “alicənab ər” adı nəsil vasitəsilə qazanılmamalıdır, bu, insanın daxili vəziyyətinin nəticəsidir. Konfutsi öz təlimində ibtidai inanclara - əcdadlar kultu, torpaq kultu, qədim çinlilərin ali tanrısı və əfsanəvi atası sayılan Şan-diyə ehtirama əsaslanmışdır. Nəticədə o, yer üzündə bütün canlıların taleyini müəyyənləşdirən ən yüksək ilahi güc olaraq Səma ilə əlaqələndirilməyə başlanılmışdır. Bu müdriklik və güc mənbəyi ilə genetik əlaqə ölkənin adında “Səma altı” və XX əsrə qədər onun hökmdarının titulunda “Səmanın oğlu” şəklində kodlaşdırılmışdır.
Müəllimliklə yanaşı, Konfutsi arxeoqrafiya və qədim mətnlərin redaktəsi ilə də məşğul olmuşdur. Xüsusilə, o, aşağıdakı mətnlər üzərində böyük səylə çalışmışdır: “İ Tzin” (Dəyişikliklər kitabı), “Şu Tzin” (Sənədlər kitabı), “Şi Tzin” (Mahnılar kitabı), “Li Tzi” (Ritual haqqında qeydlər), “Yue Tzi” (Musiqi haqqında qeydlər). Çin mədəniyyətinin əsas, ana mətnləri sayılan bu mətnlər “Səma altı” sakinlərinin dünyagörüşünün və milli xarakterinin formalaşmasına, dolayısı ilə də Uzaq Şərqin digər xalqlarının mədəniyyətinə mühüm təsir göstərmişdir. Konfutsi yazıçılıqla da məşğul olmuş, “Baharlar və payızlar” adlı kitab yazmışdır. Kitab Lu hökmranlığının e. ə. 722-479-cu illəri əhatə edən xronikasından ibarətdir. Dahi Çin mütəfəkkirinin siyasi və etik görüşləri isə şagirdləri tərəfindən tərtib edilmiş “Lun yuy” (“Söhbətlər və mülahizələr”) adlı kitabda ifadə edilmişdir. Bu mətn filosofun həyat və fəaliyyəti haqqında əsas məlumat mənbəyidir. Konfutsi qurbanlar vasitəsilə səmaya (“Tyan”) pərəstişin vacibliyini vurğulayır və onun iradəsini (“min”) öyrənməyə çağırırdı. Hələ qədim zamanlardan məlum olan “min” termini Konfutsinin əsərlərində daha da inkişaf etdirilmişdir. Çox vaxt o, “tale”, “səmanın iradəsi” kimi tərcümə olunur. Konfutsiyə görə, insan səmanın iradəsini dəyişmək iqtidarında deyil. Ancaq o, səmanın ondan nə istədiyini bilməlidir. Digər tərəfdən, bu, müəyyən bir insanın şəxsiyyətinə deyil, onun sosial-siyasi statusuna aiddir. Sadə dillə desək, səma cəmiyyətinin hər üzvü, dövlətin hər vətəndaşının öz öhdəsinə düşən vəzifələrə uyğun hərəkət etməsini istəyir. Konfutsi “Tyan min”i (Səmanın iradəsini) bilməyi mükəmməlliyə can atan hər kəs üçün vacib sayırdı və söyləyirdi: “(Səmanın) iradəsini bilmədən, “alicanəb ər” olmaq mümkün deyil”. “Min”i bilmək insana mühüm üstünlük qazandırır - tez-tez ona əziyyət verən daimi tərəddüd və şübhələrdən azad edir. Çünki “Min”i bilən şəxs itirmək qorxusu olmadan hərəkət edir. Onun hərəkəti yekun, praktiki, faydalı nəticələrlə deyil, şəxsi vəzifəsinə uyğun olaraq qiymətləndirilir. Bu həm də insanı qazanmaq ehtirasından və fəlakətə sürükləyən məğlubiyyət qorxusundan azad edir. O, necə davranmalı olduğunu bildiyindən daxili hüzur əldə edir. Bu yanaşmanın nəticəsi olaraq, konfutsiçilikdə “məqsədsiz fəaliyyət” konsepsiyası formalaşmışdır. Konfutsinin bütün həyatı demək olar ki, bu prinsipin həyata keçirilməsinə yönəlmişdi. Uzun illər səsinin eşidilibeşidilməyəcəyinin qayğısına qalmadan, siyasi xaos dövrünə baxmayaraq, öz təlimini yaymaq üçün neçə şəhər, neçə ölkə dəyişdirmişdir. O, öz xidməti haqqında bunları deyirdi: “Əgər mənim təlimim həyata keçsə, bu, Səmanın iradəsidir, həyata keçməsə, yenə də Səmanın iradəsidir”. Bəs “alicənab ər” Konfutsiçilikdə kimdir? Çin dilində “tzyun tszı” şəklində ifadə olunan bu sözün hərfi mənası “hökmdarın oğlu” deməkdir. “Tzyun tszı” Konfutsinin öz ardıcıllarına mənəvi bələdçi kimi təqdim etdiyi nümunəvi şəxsiyyətdir. Filosof özünü heç vaxt birbaşa “tzyun tszı” adlandırmasa da, bu idealı həyatında gerçəkləşdirməyə çalışmışdır. “Alicənab ər” təliminin əsasında şəxsin əxlaqi özünüinkişaf ilə ictimai-dövlət fəaliyyətinin əlaqələndirilməsi ideyası durur. Belə bir şəxsin fəaliyyətinin əsas məqsədi qədim imperatorlar Yao və Şunun dövründəki ideal dövləti yaratmaqdır. Konfutsi iddia edirdi ki, yalnız yüksək mənəviyyata sahib, mükəmməl insan hökumət idarəçiliyində iştirak edə bilər. “Tzyun tszı”n ziddi “syao jen”dir (“rəzil adam, balaca insan” kimi tərcümə olunur. Red.). “Sjao jen” bütün mənfi xüsusiyyətlərin, necə etmək lazım olmadığının nümunəsidir. O, Səmanın iradəsini yerinə yetirmək istəməyən, yalnız öz mənfəətini güdərək çətin vəziyyətlərdə ləyaqətini qorumayan insandır. Maraqlısı budur ki, Konfutsiçiliyin milli şüura təsiri nəticəsində Çində tacirlər iyerarxiyaya görə kəndlilərdən aşağı pillədə yerləşirdi. Konfutsinin ardıcılları öz müəllimlərinin təlimini sistemləşdirərək “alicənab ərin” beş məziyyətini müəyyənləşdirmişlər. “Beş dəyişməzlik” adı verilən konsepsiya bunları əhatə edir: “jen” – insanpərvərlik, “i” - ədalət, “li” – ritual, “çji” – şüurluluq və “sin” - səmimiyyət. Ənənəvi Çin təsəvvürlərinə əsasən, yerdəki həyatla səmavi dünya arasında əhəmiyyətli fərq yoxdur, hətta o, səmavi dünyanın yerdəki inikasıdır. Bu, hökmdarın hakimiyyətinin müqəddəsləşdirilməsinə və bürokratiyanın inzibati vəzifələrinin ruhani funksiyaları ilə birləşməsinə səbəb olmuşdur. Hətta dövlət səviyyəsində ayinlərin düzgünlüyünə və vaxtında yerinə yetirilməsinə nəzarət edən xüsusi bir şöbə - Mərasimlər departamenti var idi. O, imperatorluğun altı ən yüksək idarəetmə orqanlarından biri idi. Qeyd olunur ki, fəxri adların tanrılarına məvacib verilməsi təcrübəsi belə olmuşdur.

Yüklə 57,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin