SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə191/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   187   188   189   190   191   192   193   194   ...   200
Dinlərlə tanışlıq

SUALLAR 
1. Rahibliyin mənası nədir? 
2. Məsihilərin rahibliyə meyl etməsinin səbəbi nədi? 
3. Məsihi aləmində rahiblik necə formalaşmışdır? 
4. Rahiblik Yepiskopların nüfuz və təsiri altına necə keçdi? 
5. Bendiktlər firqəsi necə yaranmışdır? 
6. Fransiskənlər və Domenikənlər arasında olan fərqlər nədir? 
7. Yezuitlər firqəsi nədir və məsihi aləmində mövqeyi necədir?


263 
ƏLLİ BEŞİNCİ DƏRS 
MƏSİHİ MƏZHƏBLƏRİ (1) 
Məsihilik də sair məktəblər və dinlər kimi əqidə prinsipləri, nəzəri məsələlər 
barəsində olan çıxarışlar, təhlillər və dəyişikliklər nəticəsində, yaxud əməli 
üslubların ixtilafı nəticəsində müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Demək 
olar ki, heç bir din və məktəb bu din qədər firqələrə bölünməmişdir. Çünki 
məsihiyyət aləmində dini qayda-qanunlar, əqidə və ixtilaflardan əlavə dil, qəbilə, 
tayfa amilləri, coğrafi və siyasi xüsusiyyətlər də bu prosesin dərinləşməsində mühüm 
rol oynamışdır. Bu cərəyanlar arasında üç məzhəb - ortodoks, katolik və protestan 
məzhəbləri digərləri ilə müqayisədə daha artıq əhəmiyyətə malikdir. Onlar əsas 
etibarilə tarixi və coğrafi cəhətdən, geniş yayılma, ardıcıllarının çoxluğu, məsihiyyət 
aləmində dini-ictimai və tarixi tə'sir baxımından əhəmiyyət kəsb edirlər. Bu və gələn 
dərsdə bu üç məzhəbi araşdıracaq, 28-29-cu dərslərdə isə bu üç məzhəbə nisbətən 
daha az əhəmiyyət kəsb edən sair məsihi firqələrindən danışacağıq. İndi isə bu üç 
məzhəbin meydana gəlmə səbəblərini araşdırırıq. 
MƏSİHİLİKDƏ MƏZHƏB VƏ FİRQƏLƏRİN YARANMA SƏBƏBLƏRİ 
Məsihiyyət aləmi üç dəfə və üç müxtəlif amilin nəticəsində bir neçə böyük 
məzhəbə bölünmüşdür: 
1. 5-ci əsrdə Çaldisun şurasının bəyaniyyəsi yayıldıqdan sonra şərqi Meditranin 
Yunan dilli kilsələri Şərqdə olan sair məsihi kilsələri ilə əlaqələrini kəsib onlardan 
ayrıldılar. Misirin İskəndəriyyə şəhərində mərkəzləşmiş kilsələrin bu qurupu belə bir 
əqidəni yaymağa başladılar ki, həzrət İsa (ə) ilk mərhələdən sonra yalnız bir kamil 
və ilahi fitrətə malik olmuşdur; bir-birindən ayrı olan iki təbiət və iki fitrət isə düzgün 
deyildir. (Bunu Çaldisun şurasının bəyaniyyəsi qeyd etmişdir.) Buna görə də onlar 
Çaldisun bəyaniyyəsini qəbul edən sair kilsələrdən ayrıldılar. Bu qurup Qibti 
məsihiləri (qədim Misir) adı ilə tanınırlar. 
Misirdə bir çox məsihi rahiblərinin sövmiyyələri yeniləşdiyinə görə Qibti 
məsihiləri üçün çox münasib bir şərait yarandı ki, bu yolla onlar öz nəzəri fikirlərini 
yaymağa başladılar. Amma tədricən öz ardıcıllarını itirdilər və hal-hazırda Misirdə 
azılıq təşkil edən bir qurup kimi yaşayırlar. 
2. 11-ci əsrdə bir sıra ixtilaflar, o cümlədən dil, düşüncə, əməl (adət-ənənə) və 
eləcə də Bizans imperiyası ilə Roma imperiyasının qarşıdurmasından yaranan siyasi 
ixtilaflar nəticəsində məsihi dünyası iki böyük dəstəyə bölündü. Fələstinin şərqində 
yerləşən kilsələr 
(Onlar məsihi aləminin mərkəzi sayılırdı)
, Bizans, yaxud Yunan kilsələri 
adı ilə tanınan şərqi ortodoks məzhəbinə, Qərb kilsələri isə latın kilsələri adlanaraq 
sonradan katolik məzhəbinə çevrildi. 


264 
Bu iki məzhəbin əsas ixtilaf amilləri dil məsələsindən ibarət idi ki, bu da nəzər və 
görüşlərin fərqli olması ilə nəticələndi. Bizans kilsələri yunan dilini seçmişdilər. 
Yunan dili çox zəngin və geniş bir din idi; onda irfani və metafizik tə'birlər üçün 
geniş imkan var idi. Buna görə də şərqi məsihilər öz nəzəri üsullarının kamil bəyanı 
və təfsirində fəlsəfi nəzəriyyələrə meyl edirdilər. Amma Qərb kilsələri hüquqi və 
dəqiq bir dil olan latın dilinə meyl etməklə, məsihi imanının sadə və saf şərhinin və 
dəqiq hüququnun tə'rifinə üz gətirdilər. 
Şərq və Qərb kilsələri arasında ixtilaf yaranmasına səbəb olan və əsas e'tibarilə 
fəlsəfi yönə malik olan digər əqidəvi ixtilaf bu iki məktəbin həzrət İsanın 
ilahiləşdirilməsi barəsində olan fəlsəfi idrakı idi. Şərqi məsihilər əsas nəzərlərini 
həzrət İsanın hülul və təcəssüdünə yönəldirdilər (yə'ni, Allahın İsanın cismində 
yerləşməsi və hülul etməsi) və onu (yə'ni hülul və təcəssüdü) bəşəriyyətin kamal 
mərtəbəsinə çatdırılması və Allahın zatı barəsində təfəkkür etməyin vasitəsi hesab 
edirdilər. Onların fikrincə, insan ilahi və müqəddəs bir mərtəbəyə çatmaq üçün sə'y 
göstərməlidir. Amma Qərb məsihiləri bu yönə tə'kid edirdilər ki, həzrət İsanın axan 
qanı insanların günahlarının kəffarəsidir. Yə'ni, günahkar insan yalnız o Həzrətin 
ölümü ilə islah olunub qurtuluşa çıxa bilər. 
3. Məsihi dünyasında məzhəblərə parçalanmanın üçüncü əsas amili 16-cı əsrdə 
meydana gələn dini islahatlar hərəkatı idi. Bu hərəkat kilsənin qərb məsihi 
cəmiyyətlərinə hakim olmasına e'tiraz sayılırdı və qərb cəmiyyətlərinin geriyə 
qalması və süquta uğraması birbaşa dinin və dini hakimiyyətin üzərinə yıxılırdı. Bu 
da dinə qarşı çox kəskin e'tiraz və tənqidlər dalğasının yaranmasına səbəb olmuşdur. 
Bu zaman məsihi alimlərindən bir qurupu dini təfəkkürün dirçəldilməsi və dini 
əqidələrin qəbul olunası bir vəziyyətə salınması üçün məsihi tə'limlərinə yenidən 
baxış etmək fikrinə düşdülər; belə bir əqidəni yaymağa başladılar ki, məsihiyyətin 
tənəzzülə uğramasının əsas səbəbi məsihi keşişlərinin həzrət İsanın tə'limlərində 
etdiyi təhriflərdir və əgər bu təhriflər məsihi dinindən kənarlaşdırılsa, bu tə'limlər 
camaat üçün dərk olunası və qəbul olunası bir şəkilə düşəcəkdir. Başqa sözlə desək, 
bu quruplar inanırdılar ki, məsihi dininə edilən bütün tənqid və e'tirazlar həqiqətdə 
məsihi dinini öhdəsinə alan keşişlərin əməllərinin nəticəsidir; həzrət İsanın dini 
tə'limlərində heç bir çatışmazlıq yoxdur. 
Məsihi alimlərindən bu qurupu protestanizm adı ilə məşhurlaşan belə bir hərəkat 
başladılar. Protestanizm qərb dünyasında məsihi hakimiyyəti (katolizm) qarşısında 
yaranan bir hərəkat kimi formalaşdığından, onun əqidələri də katolik əqidələri ilə 
qarşı-qarşıya durdu. Avropa kilsələrindən bir qurupunun protestanizm hərəkatına 
qoşulması ilə, bundan öncə hamılıqla katolik olan qərb kilsələri iki hissəyə ayrıldı. 
* * * 


265 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin