112
ON DOQQUZUNCU DƏRS
HİNDUİZM (2)
ALTI MƏKTƏB
Hinduizm də həqiqətin aşkarlanması və dərki üçün çox saylı əqli və əməli yollar
mövcud olsa da, onların arasında altı ideoloji və fəlsəfi məktəb,
daha böyük
əhəmiyyətə malikdir. Bunun səbəbi həmin məktəblər arasında mövcud olan ayırıcı
və fərqli xüsusiyyətlərdir. Əlbəttə, bu altı məktəbin ortaq cəhətləri də vardır və bu da
onların vedalar, brahmanların və upanişadların hinduizmin iman qanunları səriəti
qismində bu kitab üçün yazdıqları iki şərhə iman və e'tiqaddan irəli gəlir. Hinduslar
bu kimi məsələlərdə həmfikirdirlər.
Hinduizm dünya görüşü və baxışlarının izahı saydıqlarına görə bu altı ideoloji
məktəbin tədqiqi böyük əhəmiyyət daşıyır. Buna görə də bu dərsdə həmin altı əqidə
məktəbini qısa şəkildə araşdırırıq:
1. Nyaye məktəbi: Bu məktəbdə məntiqi arqument və əsaslandırmalar
üslubu
Aristotel məntiqi üzərində qurulmuşdur. Belə ki, bə'ziləri Aristotelin bu üslubu
hinduslardan götürdüyünə inanırlar. Əlbəttə, bu iki cərəyanın hansının əvvəl,
hansının sonra olmasını dəqiq şəkildə müəyyənləşdirmək olmaz. Nyaye məktəbi
məntiq və əsaslandırma yolu ilə hinduslara görə dünyəvi əzab-əziyyətlərin səbəbi,
ardıcıl doğulmalardan xilas yolu olan yolu tapmağa çalışır.
Bu
dindəki inanclara görə, yenidən doğulmaların, sonsuz əzab-əziyyətlərin əsas
amili bir sıra səbəblərə bağlıdır və bu səbəblər bir-birinin ardınca yox olarsa nicat və
qurtuluş baş tutacaqdır. Nyaye məktəbində bu barədə belə deyilir:
“ - Əzab-əziyyət, doğulmalar,
fəaliyyət, bağlılıqlar və düzgün olmayan elm
azğınlığın və son nəticədə ardıcıl təvəllüdlərə düçar olmağın səbəbləri hesab olunur.”
Bu əqidəyə əsasən, düzgün olmayan elm ürək bağlılıqlarından yaranır
və onlar
insanın fəaliyyətindən, fəaliyyət də doğulmalardan hasil olur. Yenidən doğulma və
ölümdən sonrakı aqibət mə'nasını daşıyan təvəllüd elə yenidən doğulmaq deməkdir.
Buna görə də, dünyəvi əzab-əziyyətlər aradan gedərsə, yenidən doğulma dövri çarxı
dayanacaq və nəticədə bağlılıqlar və düzgün olmayan elmlər də yox olacaqlar. Əzab-
əziyyətləri yox etmək üçün bağlılıqlar nəticəsində yaranan düzgün olmayan elmi
aradan götürmək lazımdır. Bağlılıqlar düşüncədəki asılılıqlardan, nadanlıq, nifrətdən
ibarətdir və bunun özü də yeni fəaliyyət yaradır.
Buna görə də, düşüncə asılılığı,
nadanlıq və nifrət aradan gedərsə bağlılıq üçün heç bir əsas qalmır. Bağlılıq olmadığı
təqdirdə isə yeni fəaliyyət - istər xeyir, istərsə də şər olmur. Çünki hər bir halda
bağlılıq üçün səbəb aradan qalxmış olur. Belə ki,
fəaliyyət olmayanda, heç bir
təvəllüd də olmayacaqdır və bu halda yenidən doğulmalar, yeni əzab-əziyyətlər də
aradan qalxacaqdır.
113
Nyaye e'tiqadlarından biri də ruhun müstəqil olmasıdır. Bu e'tiqada əsasən ölüm
sadəcə olaraq ruhun cismdən və duyğu orqanlarından ayrılmasıdır. Ancaq, əvvəlki
əməllərin tə'sirləri lətif cismdə toplanır və ruhla birlikdə yeni bir qəlibə keçməklə
insanın müqəddəratını və şəxsiyyətini formalaşdırır. Buna əsasən ruhun ardıcıl
təvəllüdlər proseslərindən xilas olması üçün onu əməllərin tə'sirindən azad etmək
lazımdır. Bu məqsədə çatmaq üçün də fəaliyyət və bağlılıqlardan uzaqlaşmaq
lazımdır.
Dostları ilə paylaş: