142
Tao-te-çinq kitabının adı müxtəlif mə'nalarla, o cümlədən “fəzilət yolu”, “əql və
fəzilət qanunu” kimi daha məşhur yozumlarla izah olunmuşdur. Lao-tze bu kitabda
Tao barəsində ümumi və müəmmalı şəkildə təsvir etmiş, onun yolunu “əql, fəzilət
və qurtuluş yolu” adlandırmışdır.
Lao-tzenə görə Tao iki formada - adlandırıla bilinən və adlandırıla bilinməyən
formada təqdim olunmuşdur. Onun adlandırma imkanı olmayan surəti əslində sabit
Tao ilə əlaqədar konkret surətdən ibarətdir. O, sabit bir prinsip kimi adlandırılan və
konkret Taonun fövqündədir. Bu mə'lum Tao aləmi yaradandır. Lao-tze bə'zən ad
qoyulmağa layiq olan Tao sözünü varlıq sözünün sinonimi kimi qeyd edir. Bu
baxımdan Taonun əsərlərini tərcümə edənlərin çoxu ad qoyulması mümkün olmayan
Taonu ilahi varlıq, yaxud Allah və uca zat kimi qəbul etmişlər. Bu cür adqoyma
formasını Tao-te-çinq kitabında adsız Tao üçün qeyd olunan sifət və yozumlar da
təsdiqləyir:
“ - Əsil, əzəli, səmalardan və yerlərdən qabaq, son, aram, şəkilsiz,
Dostları ilə paylaş: