70
ON BİRİNCİ DƏRS
CAYNİZM (1)
TARİXÇƏSİ
MÜQƏDDİMƏ
Brahman ayininin bə'zi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx
və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək
ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq
açıq
şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil
mə'nəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə'ni nirvanaya nail ola
bilməz. Bu e'tiqad brahman ayinindəki digər e'tiqadlardan daha artıq tənqid və
e'tirazlara mə'ruz qaldı.
Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq
nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-
ölməkdən, sə'y göstərib əzab-əziyyət
çəkməkdən sonra belə, nicat və qurtuluş
mərhələsinə çata bilməyəcəkləri kimi e'tiqadı qəbul və həzm etmək çox dözülməz
idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa
bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən
mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
CAYNİZM AYİNİNİN BANİSİ
Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu
“mahavira”, yaxud böyük pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl
kşatrya təbəqəsindən olan “racelər” ailəsində dünyaya gəlmiş və sinfi vəziyyətinə
görə öz inkişaf dövrünü rifah,
var-dövlət, əmin-amanlıq içində keçirmişdir.
Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:
“ - Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq
yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-
əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına
ötürülürdü.”
Mahavira öz gənclik dövrünü də atasının imperator sarayında naz-ne'mət içərisində
keçirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna
baxmayaraq, şahlara xass həyat tərzi ona çox iyrənc və dözülməz gəlirdi. O, zahidlik
və rahiblik həyatına üstünlük verir və belə bir həyat tərzini daha çox sevirdi. Ata-
anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti
əleyhinə olduğuna görə onlardan uzaq gəzirdi. Amma, təxminən 30 yaşında ikən ata-
anası öldükdən sonra sarayın kübar həyat tərzindən uzaqlaşıb ona
71
miras qalan var-dövlətin hamısını yoxsulların arasında bölüşdürdü və şəhərin
kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını çıxardıb,
rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parça doladı və onların ayininə and
içib öz cismini və bədənini unudacağına, üzləşəcəyi
bütün xoşagəlməz hallara və
çətinliklərə səbr edəcəyinə söz verdi.
Mahavira bir müddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail
olmaq, mukşadan nicat tapmaq üçün rahiblərin monastırını tərk etdi. Əbasını
çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi
özünün asketik həyat dövrünü başladı. Yazırlar ki, o, öz səyahət və seyri-süluk
müddətində bir gündən artıq bir kənddə və beş gündən artıq heç bir şəhər və ya
qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ürək
bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar
mövsümündə bir yerdə qalmaq
üçün yer seçir və orada mütləq sükunətə dalırdı. Bu fəsildə yer üzündə bir çox
canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək
üçün hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-
əziyyət verməmək olmasına inanırdı. Buna görə də, yeriməyə başladıqda yumşaq bir
süpürgə ilə öz yolunu təmizləyirdi ki, kiçik həşəratları, yaxud qarışqaları yolun
üzərindən götürsün və onlara əzab-əziyyət verməsin.
Məhz bu səbəbdən, heç vaxt ət xörəkləri yeməzdi ki, heyvanların öldürülməsində
payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su
içən zaman nazik bir parça ilə
suyun üzərini təmizləyirdi ki, onda kiçik canlılar
olmasın. Hətta, həşəratların ağzına girib ölməməsi üçün danışan zaman ağzına bir
dəsmal tuturdu. Yatan zaman da öz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir
həşarat, yaxud həşaratın sürfələri olarsa, onlara zərər toxunmasın. Yazırlanlara görə
o, başqa rahiblərin nazik paltar geydikləri və öz bədənlərini od qalamaqla
qızdırdıqları soyuq fəsillərdə də çılpaq gəzər, ağaclara söykənməkdən çəkinər və heç
vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kölgədə, isti fəsillərdə isə yandırıcı
günəşin altında oturmaqla dərin düşüncə və meditasiyalara qərq olardı.
Mahavira heç vaxt rahatlıq məqsədi ilə yatmırdı. Yuxu onu üstələyəndə özünü
oyadar və sutka ərzində azacıq yuxu ilə kifayətlənərdi. Heç vaxt dərman qəbul etməz,
öz bədənini suya salmaz, başının tüklərini qısaltmazdı. Onun fikrinə görə ağızı və
dişləri yumaq lazım deyildi. Qəlbində heç kəsə məhəbbət yaranmaması üçün kimsə
il oturub-durmaz və danışmazdı. Kəndlilər ətrafına toplaşıb
onunla söhbət etmək
istədikdə Mahaviranın uzun-uzadı sükutundan bezərək ondan əl çəkirdilər. O, nə
kimsəyə salam verir, nə də bir kəsin salamını alırdı. Ümumiyyətlə heç bir kəsə diqqət
yetirmir, başqalarının onu təhqir edib söymələrinə dözür və heç vaxt onları dəf etmək
fikrinə düşmürdü. Hətta insanların, yaxud ziyanverici və yırtıcıların verdikləri fiziki
əzab-əziyyətlərə də dözür, heç vaxt e'tiraz və ya şikayət etmirdi. Onun barəsində
hindusların müqəddəs kitablarında oxuyuruq: