SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə73/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   69   70   71   72   73   74   75   76   ...   200
Dinlərlə tanışlıq

3. Darma: Bu məqsəd dini-əxlaqi şəriət deməkdir. Hinduslar vicdanın bəyəndiyi 
incə qayda-qanunlar silsiləsini istəyən şəxs üçün müəyyənləşdirmişlər ki, şəriət tələb 
edən şəxs onun əsasında özünün - ailə, siniflər və cəmiyyət qarşısındakı vəzifələrini 
bilərək onlara əməl etsin. “Darmaşastra” adlanan digər şəriət qanunlarına dair 
kitablar, “Mano qanunları” kitabı da bu qrupa yol göstərmək üçün yazılmışdır. Bu 
məqsədi seçənlər özlərini nəfsani istəklər, şan-şöhrət və məqam istəklərinin 
buxovlarından azad edərək onları xeyir və saleh əmələ daha yaxınlaşdırmaqla onlar 
üçün ruhi şadlıq və fərəh hissini ərməğan gətirən məqsədi seçə bilərlər. Eyni halda 
bu məqsəd də son hədəf deyil əksinə, mütləq xilas və qurtuluşa nail olmaq üçün daha 
ali məqsədi seçməlidir. 
4. Məkşe və ya mukşa: Bu da son məqsəd və hədəf mə'nasınadır ki, hinduizm 
məktəbində lap əvvəldən kitablarında insana səadət və qurtuluş bəxş edən yeganə 
məqsəd kimi təqdim edilən son məqsəd və hədəf mə'nasını verir. Bu məqsədi seçən 
bir şəxs öz ruhunu bütün əzab-əziyyətlərdən xilas edərək nirvana məqamı olan 
mütləq rahatlığa nail olur. Bu mərhələdə artıq ardıcıl doğum və tənasüx dövrü çərxi 
aradan gedir. Bu məqsədə çatmaq bütün dünyəvi istəkləri tərk etmək və istənilən 
maddi istəkləri, nəfsani meylləri məhv etməklə mümkündür. Buna görə də
ümumiyyətlə götürdükdə hinduizm öz ardıcıllarının önündə açdığı yolverilən 4 hədəf 
və məqsəddən ikisi azdırıcı, digər ikisi isə düzgün və nicatvericidir. 


110 
NİCAT YOLLARI 
Hinduizm ayini əbədi səadətə, son məqsədə nail olmaq üçün üç yolu nicat yolu 
kimi təqdim etmişdir ki, onların hər üçü bu ayinin ardıcılları arasında mö'təbər və 
məqbul sayılır. Bu üç yol aşağıdakılardır: əməllər, elm və ixlas yolu. 
1. Əməllər yolu: Bu ən ümumi yol olub xalq kütlələri üçün başa düşülən və 
praktikdir. Bu yolda hindus olan şəxs nicat mənzilinə çatmaq üçün dini əməlləri, adət 
və ibadətləri öz yolunun şüarına çevirir. Bu yolda fəlsəfi, əqli məsələlərə daha az 
diqqət yetirilir, “Mano qanunlarında” və hindus şəriət mətnlərində təklif olunan 
ibadət və dini rituallar qurtuluşa zəmin hazırlayır ki, ruh bu vasitə ilə müsbət və 
layiqli karmadan -səadətdən bəhrələnir. Qurbanlıq mərasimini yerinə yetirmək, 
mə'bədə, mə'budların hüzuruna, yaxud əcdadların ruhlarına hədiyyələr vermək, 
günəşə, oda sitayiş, hörmətlə yanaşmaq üçün aqni-hutra ritualını icra etmək, bir sözlə 
bu dinin öz ardıcılları üçün nəzərdə tutmuş olduğu bütün saleh əməl və ibadətlər 
ixlas, dönməz e'tiqad və inamla yerinə yetirilərsə hindusun nicat tapmasına, ruhunun 
ölümdən sonra göylərdən birinə yüksəlməsinə səbəb olacaqdır. Bu ruhun yenidən 
brahmanın (hindus ruhani) müqəddəs vücudunda zühur edərək, onun brahmaya 
(mütləq ilahiləşməyə) gedən yolunu daha da asanlaşdırması mümkündür. 
Hindus şəriətində dini əməllərin bir qismi kişilər üçün nəzərdə tutulmuşdur və 
yuxarıda onlardan bəhs olundu. Bu təkliflərin bir qismi də qadınlara aiddir ki, yalnız 
onları yerinə yetirdikləri təqdirdə onların üzlərinə qurtuluş qapısı açılacaqdır. Bu 
ayində qadın tam itaət və təvazökarlıqla ərinin quluğunda durmalıdır. Bu qulluq 
göstərməkdə o dərəcədə ifrata varmışdır ki, “Mano qanunları” kitabında deyilir: “ - 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin