SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad



Yüklə 5,56 Mb.
səhifə14/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

MƏHƏRRƏMLİYİN MƏNASI


Məhərrəmin bizə mənası budur ki, İmam Hüseyn əleyhis-salam İslamın indiyə kimi diri qalmasının rəmzi və nişanəsidir. Əgər İsa(ə) peyğəmbərin də Hüseyni olsaydı onun da dini indiyə kimi qalardı. Əgər Musənın(ə), İbrahimin(ə) və başqa peyğəmbərlərin də Hüseyni olsaydı onların da dinləri diri qalardı.

الإسلام نبوى الحدوث و حسينى البقى


Hədislərdə oxuyuruq ki, İslam Həzrət Peyğəmbərin(s) vasitəsi ilə yarandı və Hüseynin(ə) vasitəsilə diri qaldı.

Belə hədislər bizim kitablarımızda çoxdur. Hətta İslamın başqa firqələrinin kitablarında da İslamı şəxsən İmam Hüseynin(ə) diri saxlaması haqqda yazanlar və təsdiq edənlər vardır. Şeyx Nəsrullah Əla əhli-sünnənin tanınmış ruhani alimlərindən biridir. O, İslamın barəsində dəyərli bir mətləb yazmışdır.

Şeyx Nəsrullah yazır ki, İslamın talehini iki hicrət tərsim ( ) etdi və dəyişdi. O hicrətin birincisi Peyğəmbərin(s) Məkkədən Mədinəyə etdiyi hicrətdir. Bu hicrətdən məqsəd İslamın bünövrəsini inşa etmək olmuşdur. Həzrət Peyğəmbər(s) bu hicrəti İslamın talehini dəyişdi və müşriklərin İslam əleyhinə qurduqları pılanı tamamilə pozdu. Bu hicrət İsalama yeni bir can bəxş etdi ki, Həzrət Peyğəmbər(s) Mədinə şəhərinə gəlib İslamın əsaslarını qurdu və din oradan inkişaf etdi.

Şeyx Nəsrullah yazır ki, ikinci hicrət isə İmam Hüseynin Mədinədən Məkkəyə etdiyi hicrətdir. Bu hicrətdən məqsəd də Peyğəmbərin(s) inşa və təsis etdiyi dini qoruyub saxlamaq idi.

Tarixlərdə yaxırlar ki, Kərbəla hadisəsindən sonra İmam Səccad(ə) 84 nəfər qadınla Kərbəladan Mədinəyə qayıtdı. Kişi tayfasından yalnız o Həzrət sağ qalmışdı. Çünki, düşmənlər hətta altı aylıq körpəni belə qətlə yetirmişdilər. Şəhərə daxil olanda bir nəfər o Həzrətə yaxınlaşıb dedi: Ağa, gördünüzmü Kərbəlaya getdiz, başınıza nə iş gəldi?

İmam buyurdu: Bəli, mən gördüm! Amma sənin xəbərin yoxdu ki, əgər getməsəydik nə olacaqdı. Mənim getməyimdən xəbərim var, amma sənin xəbərin yoxdu ki, əgər biz getməsəydik, İslamdan əsər əlamət qalmayacaqdı.

Əgər İmam Hüseynin(ə) bu hicrəti olmasaydı, bu günə qədər bir nəfər də olsun İslamın adını dilinə gətirə bilməyəcəkdi. İslamın əleyhinə qurulmuş o planı İmam Hüseyn(ə) öz qanı ilə pozub dağıtdı.

Tarixçilərdən biri yazır ki, əgər Müaviyənin hiyləgərliyi və şeytani siyasəti olmasaydı, indi yer üzündə bir nəfər də olsun qeyri-müsəlman tapılmazdı. Odur ki, əgər İmam Hüseyn(ə) Müaviyənin və Yezidin hərəsinin öz zamanına uyğun qarşısında dayanmasayda, İslam tamamilə məhv olub aradan gedəcəkdi. İslamın indiyə kimi diri qalmasının səbəbkarı şəxsən İmam Hüseyndir(ə). İmam Hüseynin sözü İslamın sözü, qanı İslamın qanı, onun hərəkəti İslamın hərəkətidir.

قال رسول الله (ص): حسين منى و انا من حسين

Həzrət Peyğəmbər(s) onun barəsində belə buyurmuşdu: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”

Həzrət Peyğəmbərin(s) bu hədisini İslamın bütün firqələrinin hamısı öz kitablarında yazmışlar. Hər kim Hüseyni(ə) sevirsə Peyğəmbəri də sevir. Hüseyni(ə) sevməyən şəxs əgər desə ki, mən Peyğəmbəri sevirəm yalan demiş olur. Çünki, Peyğəmbərə(s) məhəbbət bəsləyən şəxs o həzrətin bu sözünə də mütləq əməl etməlidir. Əgər Peyğəmbərin(s) bu sözünü qəbul etmirsə, deməli heç o Həzrətin özünü də qəbul etmir.

قالَ رَسُولُ اللهِ(ص): إِنَّ لِقَتْلِ الْحُسَيْن حَرارَتً فِى الْقُلُوبِ الْمُؤْمِنِين لا تَبْرَدُ أَبَدًا

Həzrət Peyğəmbər(s) başqa bir hədisdə İmam Hüseynin(ə) barəsində belə buyurur: “Həqiqətən, möminlərin qəlbindən Hüseynin(ə) öldürülməsi ilə elə bir atəş şölələnmişdir ki, heç vaxt bu atəş onların qəlbindən soyumayacaq.

قالَ الرّضا(ع): كان ابى اذا دخل شهر محرم لا يرى ضاحكا و كان الكعابة _________________

_____________________________

İmam Rza(ə) buyurur: “Məhərrəm ayı daxil olarkən atam Musa ibn Cəfəri gölən görməzdim. Aşura gününə qədər göz yaşı töküb ağlayardı. Elə ki aşura günü olardı o gün atamın müsibət, qəm-qüssə və ağlamaq günü idi.

Hədislərdə vardır ki, məhərrəm ayı daxil olarkən qırx gün mələklər ağlayarlar.

Buna görə də hamı bilməlidir ki, İmam Hüseyn(ə) bizə çox mühümdür. İmam Hüseyn(ə) bizə İslamla bərabərdir. Əlbəttə ki, biz heç vaxt İslamı min novruza satmarıq! Əlbəttə ki, biz İslamın bir tükünü belə min novruz və novruz sevənlərə satmarıq! Şübhəsiz ki, biz novruzun qırmızısını İmam Hüseynin qarasından üstün tutmarıq!

Novruz bizim milli bayramımız və adət-ənənəmizdir. Novruzda namaz da qılarıq, oruc da tutarıq, qüsl də edərik, süfrə də açaraq. Novruzda yumurta boyamaq, papaq atmaq, süfrə bəzəmək və bu kimi xüsusi ənənələri də qeyd edərik. Bunların İslama heç bir ziyanı yoxdur. Bu əməllər camaat arasında olan adət-ənənələrdir. Amma əgər novruzla məhərrəmlik üst-üstə düşərsə, o zaman biz heç vaxt novruzun mərasimini gətirib İmam Hüseynin(ə) mərasimindən üstün tütmarıq. Həmişə o Həzrətin əzasını novruzun şadlıqından müqəddəm və öndə tutarıq və onun məclislərini qeyd edərik.

Sovet hakimiyyəti dövründə Azərbaycanda İmam Hüseynin məclisləri qadağan olmuş olsa da belə gizlicə qeyd edərdilər. Başqa azad ölkələrdə də o Həzrətin məhərrəmlik mərasimini qurub əzadarlıq etmişlər. Həmişə də məhərrəmliklə novruz üst-üstə düşdükdə hansı işləri görməyi çox gözəl bilirdilər. Bilirdilər ki, belə bir təsadüf olsa hansının məclisini üstün tutmaq lazımdır. Novruzla məhərrəmlik birinci dəfə deyil ki, üst-üstə düşür. Təxminən hər otuz iki ildən bir belə bir təsadüf olur. Buna görə də əgər indi məclislər qurub əzadarlıqlar olursa, novruz öz yerində amma İmam Hüseynin(ə) əzasını əlbəttə ki, novruz və novruzlardan üstün tutarıq!



Hüseyn məcalisüvə qəlbidə yara gedərəm,

Mühəqqər aşiqüvəm məhfili yara gedərəm.

Xuda nəkərdə məni qovson asitanünnən,

Üzüm-gözüm qapuva örgəşib hara gedərəm?

Hüseynin aşiqiyəm, eşq meracımdı mənim

Şüaye tələte şəme hidayətimdi mənim

Hüseynə ağlamasam nenirəm bu gözləri mən

Bu şur göz yaşı şirindi şərbətimdi mənim

Biz qədəm kuye məhəbbətdən kənarə qoymaruq

Feli təbliğate suə ta nəfəs var uymaruq

Şahe məzlumin məhərrəmdə qərasin soymaruq
Doysa məcnun leylisinnən biz Hüseynnən doymaruq
Hüseyn ki mən tanıram ruhe ruhe rihandi

Hüseyn ki mən tanıram cane canda pünhandi

Hüseyn ki mən tanıram versə bir tükün hər kim,

İki cahana əgər, bişüur o nadandi.

Hüseyn ki mən tanıram nokər olsa kim o şəhə

Şühudo qeybo zəminoo zəmanə sultandi

Hüseyndür nüsxeye dovvom vücude vahiddən

Hüseynə aşiqi əvvəl Xudaye sübhandi

Hüseyni gördü ki, Quran söküblər sinəsini,

Dedi, mənəm xətto kağəz bu sinə Qurandı.

Fereştələr də, pərilər də cinnu adəmdə



Görünmiyən də görəndə Hüseynə qurbandı.

Allah-təala dünya və axirətdə bizləri İmam Hüseyndən(ə) ayırı salmasın.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ. الصَّلوات وَالسَّلامُ عَلَى رَسُولِ اللهِ الأَمِين وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ

Təxminən hər otuz iki ildən bir istisnai və əlamətdar günlər olur. Həmin günlərdən biri də novruz bayramının məhərrəmlik ayına düşməsidir. Bu günün əlamətdar olması ona görədir ki, hicri şəmsi ili yeni illə əvəz olunur. İstisnai olması isə Məhərrəm ayının bu günlərlə üst-üstə düşməsidir. Ona görə də bu barədə iki mətləbi əziz möminlərin nəzərinə çatdırıram.

Bir mətləb novruz barəsində, bir mətləb isə məhərrəmlik və İmam Hüseyn əleyhis-salamın barəsindədir. Bəhsimizin sonunda bu iki mətləbdən bir nəticə alacağıq.


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin