ШәР’и суаллара ҹаваб


Təqlidin müxtəlif məsələləri



Yüklə 1,08 Mb.
səhifə3/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   2   3   4   5   6   7   8   9   ...   43

Təqlidin müxtəlif məsələləri


Sual 36: Bir müctəhidin fətvasına uyğun olaraq əməl etdiyim məsələlər sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, qayıtmaq lazımdırmı? Bir müctehidin fətvasına yuğun edilən əməllər, sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, əməlləri yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Qayıtmaq lazım deyil.

Sual 37: Əcir tutulan şəxs əcir tutanın kimin müqəllidi olmasını soruşmalıdırmı?

Cavab: Xeyr, öz vəzifəsinə uyğun əməl etməlidir.

Sual 38: Bir şəxs mə’lumatlı mö’mindən bir məsələ soruşsa, cavab verən onun cavabını öz təqlid etdiyi müctəhidin fətvasına uyğun şəkildə verə bilərmi?

Cavab: Əgər özünün və sual edənin təqlid etdiyi müctəhidin bir olduğunu, həmçinin təqlid etdiyi öz müctəhidinin ə’ləm olması sabit olarsa, edə bilər. Amma ehtimal versə ki, sual verənin təqlidi səhihdir və özünün təqlid etdiyi müctəhidin ə’ləm olması sübuta yetməyib, gərək onun müctəhidinin fətvasını desin.

Sual 39: Həddi-büluğun ilkin vaxtlarında təqlid məsələsinə diqqət etməyən bir şəxs bir sıra əməllər yerinə yetirmişdir. Həmin şəxs hal-hazırda sizə təqlid edir. Onun vaxtilə yerinə yetirdiyi əməllərin hökmü necədir?

Cavab: Əgər onun əməlləri təqlidi lazım olan müctəhidin fətvası ilə uyğun olarsa, səhihdir.

Sual 40: Bir müctəhidə təqlid edən şəxs, onun ölümündən sonra diri müctəhidin icazəsi ilə onun təqlidində qalmışdır. Öz dini vergilərini (xüms, zəkat kimi ) gərək kimə ödəsin?

Cavab: Müraciət etdiyi diri müctəhidə ödəməlidir.

Sual 41: Atasının oruc və namazının qəzasını yerinə yetirən, təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına?

Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Sual 42: Namaz, oruc, həcc kimi ibadətlərin yerinə yetirilməsində naib tutulan şəxs özünün, yoxsa naib tutanın təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?

Cavab: Əgər razılaşmada qeyd olunmayıbsa ki, naib tutanın mərcəyi-təqlidinin fətvasına əməl edilsin, gərək öz müctəhidinin fətvasına uyğun əməl etsin. İmkan olan surətdə bir cür əməl etməlidir ki, onların hər ikisinin fətvasına uyğun olsun.

Sual 43: Bir şəxs ibadətlərindən birini qürbət qəsdi ilə yerinə yetirmişdir. Amma təqlid etdiyi müctəhidin fətvasına uyğun olaraq batildir. Bu müctəhidin vəfatından sonra ə’ləm müctəhidə müraciət etmişdir. Qeyd olunan əməllər ikinci müctəhidin fətvasına uyğun olaraq səhih olsa, onları yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Suala əsasən yenidən yerinə yetirmək lazım deyil.

Sual 44: Bir yerdə bir ruhani alimin camiuş-şərait müctəhiddən təqlid etmədiyinə yəqinimiz vardır. Ona camaat namazı, kəbin və dini vergilər kimi işlərdə müraciət etmək olarmı?

Cavab: Əgər onun əməlləri camaatın təqlid etdiyi müctəhidin fətvası ilə müvafiq olsa səhihdir və dini vergiləri camaatın təqlid etdiyi müctəhidin yanına göndərib onlar üçün qəbz alırsa, maneəsi yoxdur.

HƏDDİ-BÜLUĞ NİŞANƏLƏRİ


Sual 45: Büluğ nişanələri hansılardır və insan neçə yaşında həddi-büluğa çatır?

Cavab: Oğlanda yetkinlik yaşına çatmaq üç şeydən birinin aşkar olması ilədir:

1. Qarnının altında qalın və cod tüklərin bitməsi (cinsiyyət üzvünün ətrafında).

2. Oyaq, ya yuxu halında spermanın xaric olması.

3. Hicri-qəməri təqvimi ilə 15 yaşın tamam olması(Miladi təqvimi ilə 15 ildən 163 gün 6 saat az).


Qız uşağının yetkinlik yaşına çatması


1. Qarnının altında qalın və cod tüklərin bitməsi(cinsiyyət üzvünün ətrafında).

2. Spermanın xaric olması, istər yuxu, istərsə də oyaq halda.



3. Hicri-qəməri təqvimi ilə 9 yaşın tamam olması(Hicri-şəmsi təqvimi ilə 9 ildən 97 gün, 22 saat, 48 dəqiqə az).

Sual 46: On beş yaşından əvvəlki illərdə spermanın xaric olmasına yəqinlik tapan şəxs cahillik üzündən namaz qılmamışdır və oruc da tutmamışdır. İndi o zamankı ibadətlərinə görə onun vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən, spermanın xaric olmasına yəqinlik tapıbsa, həddi-büluğ olmuşdur. Əldən vermiş keçmiş namaz və oruclarını isə gərək qəza etsin. Yediyi orucları cahillik üzündən olubsa və məsələləri öyrənməkdə tənbəllik etməyibsə, kəffarəsi yoxdur.

Sual 47: Altı yaşında olan oğlan uşağında yetkinlik əlamətləri görünmüşdür. O cümlədən cinsiyyət üzvünün ətrafında tük bitməsi, səsin qalınlaşması, alt paltarlarında cənabət əlamətlərinin müşahidə olunması və s. O namaz, oruc və sair vacibatlarını mükəlləf olan şəxslər kimi yerinə yetirməlidir?

Cavab: Əgər qeyd olunan əlamətlərə əlavə olaraq, həddi-büluğla uyğun olan, yaxşını pisdən ayırmaq qabiliyyəti də varsa, yetkinlik dövrünə çatmış olur.

Sual 48: Övladımın təvəllüd tarixi dəqiq mə’lum deyil, yetkinlik nəzərindən vəzifəsi nədir?

Cavab: Nə qədər ki, həddi-büluğ olub-olmamasında şəkk vardır və iki əlavə nişanələr yoxdursa, mükəlləf deyildir.

Sual 49: Qızım ramazan ayının onuncu günündə doğulmuşdur, hansı vaxtdan ona namaz və oruc vacib olur?

Cavab: Gərək hesablayasınız ki, ramazan ayının 10-cu gününün hansı saatında dünyaya gəlmişdir. Həmin gündən oruc və namaz ona vacib olur. Məsələn, doqquz il əvvəl ayın onunda sübh azanından qabaq doğulubsa, doqquz yaşı tamam olan və on yaşa daxil olduğu onuncu günün oruc-namazı (sübh namazı daxil olmaqla) və ondan sonrakılar vacib olur. Amma zöhr namazından əvvəl dünyaya gəlibsə, o günün orucu vacib deyil, amma zöhr namazı və ondan sonrakı namazlar vacibdir; orucu isə on birinci gündən vacib olur. Bunun üçün valideynlərə vəzifədir ki, övladlarının dəqiq təvəllüd tarixini onların mükəlləf olduqları gün və saatın mə’lum olması üçün qeyd etsinlər.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin