ШәР’и суаллара ҹаваб


Təharət və nəcasətin müxtəlif məsələləri



Yüklə 1,08 Mb.
səhifə5/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   2   3   4   5   6   7   8   9   ...   43

Təharət və nəcasətin müxtəlif məsələləri


Sual 85:Xarici dövlətlərdən gələn sosiska və kolbasaların hökmü necədir?

Cavab: Əti haram və ya islam qaydalarına uyğun kəsilməyən heyvanın ətindən olsa, haramdır.

Sual 86: Xarici ölkələrdə bağlanmış balıq konservaları və xaricdən gələn balıq yağları pakdırmı? Onlardan istifadə etməyin hökmü nədir?

Cavab: Onların sudan xaricdə, ya balıqçıların torunda və ya insan əlində ölməsi sabit olsa, pak və yeyilməsi də halaldır. Amma bu barədə təkcə kafirin xəbər verməsi kifayət etmir.

Sual 87: Pişiyin ağız vurduğu yemək nəcisdirmi?

Cavab: Nəcis deyildir.

Sual 88: Müsəlman bazarlarında alınıb satılan kafirin istehsal etdiyi dərmanlar pakdırmı?

Cavab: Pak hökmündədir.

Sual 89: Qeyri-müsəlman ölkələrdən heyvan dərisindən hazırlanmış gödəkcə və ayaqqabı gətirilərsə hökmü necədir?

Cavab: Əgər müsəlmandan alınsa pak hökmündədir, amma o müsəlman aldığı kafirdən heyvanı şər’i göstərişlə kəsib-kəsməməsini soruşmasa nəcis deyil; buna baxmayaraq onunla namaz qılmaq düzgün deyil.

Sual 90: Övrətin və qoltuğun altında tüklərin uzun olmasının nə hökmü vardır?

Cavab: Onları təmizləmək vacib deyil. Yalnız təharət və qusl etməyə mane olmamasına riayət olunsun.

Sual 91: Hamamda, ya ayaq yolunda bədən pak olandan sonra o yerlərin daxili hissələri də pak olurmu?

Cavab: Verilən sual bütün üzvlər barəsində eyni cavaba malik deyil.

Sual 92: Üzərində mə’sum İmamların adı yazılmış dəmir pullar tualetə düşərsə, onu çıxarmaq çoxlu xərc tələb etdiyi üçün mümkün deyil. Yalnız əl-üz yumaqla kifayətlənmək şərti ilə ondan istifadə etmək olarmı?

Cavab: Qeyd olunan halda eybi yoxdur.

Sual 93: Təharət və nəcasətdə vasvası olan bir şəxsin hökmü nədir; vasvası olmağın şər’i cəhətdən eybi varmı?

Cavab: Vasvasılıq həqiqətdə təharətə aid olan hallarda Allahın Rəsulunun hökmlərini qəbul etməməkdən ibarətdir. Bə’zən dəstəmazın batil olmasına səbəb olur. Buna görə də şəriət və əqli nöqteyi-nəzərdən bu cür şeytani xəyallardan çəkinmək lazımdır. Təkrar e’tinasızlıqla həmin halları özündən uzaqlaşdırmaq olar.

Sual 94: Xaricdən gətirilən ətir və bu qəbildən olan şeylərin pak və nəcis olmasını bilmədiyimiz halda onlardan istifadə etməyin hökmü nədir?

Cavab: Nəcis şeydən düzəldiyini və ya nəcis şeylə qarışıq olduğunu bilməsə pakdır.

Sual 95: Əl dirsəyə qədər nəcis olsa, onu biləyə qədər suya salar və ya kranın altında saxlasalar, bu şərtlə ki, quruluqla yaşın əlaqəsi nəzərə alınsa, biləkdən aşağı pak olur, ya yox?

Cavab: Bəli, pak olmuşdur.

Sual 96: Qarpızın və ya yemişin bir tərəfi nəcis olubsa, o tamamilə nəcisdirmi?

Cavab: Xeyr, nəcis olmur. Bu şərtlə ki, nəcis olan hissənin suyu təmiz olan hissəyə dəyməsin.

Sual 97: İnsanın əli dirsəyə qədər nəcis olarsa, xörək yemək üçün əlini biləyinə qədər az su ilə yusa, pak olurmu, ya əlin yuxarı hissəsi ilə birləşmiş olduğu üçün təmizlənməzmi?

Cavab: Pak olur, çünki, nəcis olmasının səbəbi bağlılıq yox, həmin yerə çatmasıdır.

Sual 98: Əgər bütün paltar, ya bir parça nəcis olubsa, olar ki, onun bir hissəsini yuyub paklayasan digər hissəsini isə saxlayasan? Bu halda az su, kürr su və axar su ilə paklamağın fərqi vardırmı?

Cavab: Bəli, pak olur, az su ilə çox suyun fərqi yoxdur. Çünki, nəcis olmasının səbəbi bağlılıq deyil, nəcasətin həmin hissəyə axmasıdır.

Sual 99: Evin qapı, pəncərə və divarları nəcis rənglə rənglənmiş olsa pak hökmündədirmi?

Cavab: Bəli, quruyandan sonra onun zahiri pakdır.

Sual 100: Əgər dişin dibindən çıxan qan ağız suyu ilə qarışıb aradan gedərsə, ağızın içərisini su ilə paklamaq lazımdırmı?

Cavab: Lazım deyil.

Sual 101: Dişə fırça vuran vaxt dişin dibindən qan xaric olur, ağızın içərisində qanla qarışan fırçanı çölə çıxardanda qan bilinmirsə nəcis olurmu? Ağızı yaxalayarkən ağız suyu ilə qarışan, lakin gözlə seçilməyən qan olsa nəcisdirmi?

Cavab: Ağızın içində qanla qarışan su və diş fırçası bayıra çıxaranda qanla qarışmayıbsa nəcis olmayıb, pak etmək lazım deyil.

Sual 102: Xörək yemək və ya su içməklə dişlərinin ətindən çıxan qan ilə qarışan sü’ni dişlər nəcis olurmu? Yeməyi və suyu udmağın hökmü nədir?

Cavab: Ümumi halda dişin dibindən gələn qan ağızı və ağızda olanları nəcis etmir. Buna əsasən yemək, su və sü’ni dişlər nəcis olmur. Yeməyi və suyu ağıza ötürməyin eybi yoxdur və həmçinin sü’ni dişlərin suya çəkilməsi də lazım deyildir.

Sual 103: Əgər dişi dolduran və ya çəkdirən zaman ağız qanla dolursa nə etmək lazımdır?

Cavab: Təkcə qanı aradan aparmaqla ağız paklanar.

Sual 104: Nəcis şeyi yeyəndən və ya içəndən sonra (qan kimi) ağızı suya çəkmək vacibdirmi?

Cavab: Nəcis bir şeyi udan ağız pak olur, onu suya çəkmək vacib deyil.

Sual 105: Üzürlü səbəbdən bir cənazəyə qusl əvəzinə təyəmmüm etsələr, yaş bir şey ona toxunsa nəcis olurmu?

Cavab: Qusl əvəzinə təyəmmüm olunan meyyitin pak olması şübhəlidir. Buna əsasən əgər ona rütubətli bir şey toxunsa ehtiyata görə suya çəksinlər.

Sual 106: Kitab əhli olan yəhudilər, məsihilər və zərdüştilər pakdırlarmı?

Cavab: Bəli, Mütəal-Allahın birliyinə Həzrəti Musa (ə), Həzrəti İsa(ə) və Zərdüştün peyğəmbərliyinə e’tiqad edib Tövratı, İncili və Avestanı öz kitabı bilib qəbul etsələr, kitab əhli hesab olunurlar və pakdırlar.

Sual 107: Yuxarıda qeyd olunan halda onlara e’tiqadımız olmasa, təkcə həmin qədər bilsək ki, onlar kitab əhli kimi tanınıblar, vəzifəmiz nədir?

Cavab: Bu halda da pak hökünmdədirlər. Əgər kitab əhli olmalarına yəqinlik hasil olmasa nəcis hökmündədirlər.

Sual 108: Yəhudi diş həkiminin yanında düzəldilən sü’ni dişlər pakdırmı? Onunla namaz qılmağın hökmü nədir?

Cavab: Kitab əhli müşrik olmasa pakdır, düzəldilən sü’ni dişlər nəcis olmur. Əgər sü’ni dişlər nəcis olsa belə, onunla namaz qılmağın maneəsi yoxdur.

Sual 109: Tovzihul-məsail risaləsinin 115-ci məsələsində buyurmusunuz: Kitab əhli olan yəhudi və nəsranilər nəcis deyillər. Digər tərəfdən buyurmusunuz ki, on iki İmama (ə) nalayiq sözlər deyən və ya düşmənçilik edən nəcisdir. Buna diqqət etməklə, onlar İslamın düşmənidirlər. Bu barədə hökm nədir?

Cavab: Bu bəhsin geniş izahı fiqhi kitablara aiddir. Ümumi halda, kitab əhli müşrik olmasa pakdır və başqa tərəfdən pak İmamlara nalayiq sözlər deyən və ya onları təhqir edən kəs nəcis sayılır. Kitab əhlindən çoxu pak İmamlarımıza nisbətdə sakitdirlər və onlara qarşı nə sevgiləri, nə də qəzəbləri vardır. Bəli, əgər kitab əhli də İmamlara (ə) qarşı ehtiramsızlıq etsələr nəcis sayılırlar.

Sual 110: Müsəlman kişinin qeyri-müsəlman kişiyə əl verib görüşməsinin hökmü necədir?

Cavab: Maneəsi yoxdur, amma müşrik olsa və əli də yaş olsa, ona toxunanın əli də nəcis olar.

Sual 111: Əcnəbi ölkələrdən gətirilən piydən sabun düzəltsələr hökmü necədir?

Cavab: Pak hökmündədir, əgər əcnəbi ölkələr islam ölkələrindən alıb, sonra ixrac etsələr, hər bir surətdə ondan istifadə etməyin maneəsi yoxdur. Əgər islami qanunlarla kəsilmədiyini və ya donuz, it piyinin olduğunu bilsə nəcisdir.

Sual 112: Nəcis maddələrdən hazırlanan dərmanlar nəcisdirmi? Onların istifadəsi necədir?

Cavab: Bəli, nəcisdir. Onların istifadəsi də nəcis olur.

Sual 113: Mən bə’zi çörək sexlərinin çörəklərinin pak olmadığını bilirəm, vəzifəm nədir?

Cavab: Bütün çörək sexlərindən bə’zilərini nəcis bildiyiniz halda, şəhərdə olan bütün çörək sexlərindən tək-tək istifadə edirsinizsə, gərək hamısından çəkinəsiniz. Adətən hamısından istifadə etmək mümkün deyil, bu surətdə çəkinmək lazım deyil.

Sual 114: Paltarımın bir yerində bir az qan vardır, bu qanın haradan dəydiyini bilmirəmsə nəcasət hökmündədirmi?

Cavab: Hansı qanın olduğunu bilmədiyiniz halda, atıcı qanı olmayan heyvanın qanı olmadığı ehtimal verilsə və ya milçək qanı, onun kimi qan olsa pak hökmündədir.

Sual 115: Yaş nəcis əllə başqa bir şəxslə görüşən şəxs qarşı tərəfə mə’lumat verməlidirmi?

Cavab: Bəli, nəcis əl vasitəsi ilə onun əlini nəcis edirsə, o da o əllə yemək yeyərsə və ya namaz üçün təmizləməyib dəstəmaz alarsa, mə’lumat vermək lazımdır.

Sual 116: Başqasının əşyasını nəcis edən şəxs onun sahibinə mə’lumat verməlidirmi?

Cavab: Həmin əşyanın sahibi onu paklıq şərt olan yerdə istifadə edirsə (yemək, içmək, dəstəmaz və qusl suyu kimi) onun nəcis olmasını sahibinə deməsi vacibdir. Amma onun istifadəsində paklıq şərt deyilsə (xalçanın nəcis olması kimi), deməsi vacib deyil, onun üstündə namaz qılmasını bilsə də belə.

Sual 117: Bir şeyin nəcis olmasına ehtimal verirəm;bu barədə axtarış və sual etmək lazımdırmı?

Cavab: Əgər nəcis və pak olmaq cəhətindən onun keçmiş halı bilinmirsə, onun pak və nəcis olması şübhəlidir, axtarış aparmaq lazım deyil, pak hökmündədir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin