Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-INSAN HAKIMIYYƏTININ "HAKIMIYYƏTIN YALNIZ ALLAHA MƏXSUS OLMASI" ILƏ ZIDDIYYƏTI



Yüklə 249,24 Kb.
səhifə137/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   133   134   135   136   137   138   139   140   ...   162

3-INSAN HAKIMIYYƏTININ "HAKIMIYYƏTIN YALNIZ ALLAHA MƏXSUS OLMASI" ILƏ ZIDDIYYƏTI


Xəvaric Imam (ə)-la müxalifət etdikləri müddət ərzində "la hukmə illa lillah" ayəsinə istinad edərək o həzrətin işinin Qurana zidd olduğunu iddia edir, öz şüarlarında deyirdilər: "Ya Əli! Hakimiyyət sənə və sənin dostlarına yox, yalnız Allaha məxsusdur!"

Yuxarıda da qeyd olunduğu kimi, bu şüar Qurani-Kərimin "Yusif" surəsinin 40 və 67-ci, həmçinin başqa ayələrdən əxz edilmişdir. Onun məfhumu hakimiyyətin əsil bir haqq kimi Allaha məxsus olduğunu, heç bir insanın başqası üzərində belə bir haqqa malik olmadığını göstərən tövhid prinsipidir. Amma hakimiyyət haqqının Allaha həsr edilməsi bir qrup insanın Allahın izninin gərəkli etdiyi müəyyən qanunlar əsasında hökumət etməsi və Allah hakimiyyətinin haqq təzahürünə çevrilməsi ilə zidd deyildir. Heç bir ağıllı insan iddia edib ictimai həyatın hökumət olmadan mümkün olduğunu deyə bilməz. Çünki, ictimai vəzifələrin yerinə yetirilməsi, ziddiyyətli və münaqişəli məsələlərin həll edilməsi yalnız bir hakimiyyət sayəsində mümkün olur.

Imam (ə) onların şüarını eşidəndə buyurdu: "Bəli, hakimiyyət haqqı Allahındır. (Və heç bir bəndə Allahın izni olmadan hökumət edə bilməz), lakin xəvaric öz şüarlarında başqa məqsəd güdürlər; o da budur ki, cəmiyyətdə ümumiyyətlə heç bir hökumət olmasın. (Istər Allahın izni ilə olsun, istərsə də olmasın.) Halbuki camaat üçün bir hakimin olması–istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi–zəruridir ki, onun hökuməti sayəsində mömin öz yaxşı işlərinə məşğul olsun, kafir də öz maddi həyatından bəhrələnsin."276

Hökumətin olmaması təhlükəsizliyin aradan getməsinə səbəb olar, bu halda nə mömin xeyir işlər görməyə müvəffəq olar, nə də kafir maddi həyatdan bəhrələnər. Əgər məqsəd doğrudan da hökumətin bərqərar olunmasını rədd etməkdirsə, bu halda Peyğəmbər (s)-in və şeyxeynin hökumətini necə izah etmək olar?

Xəvaric əqidə və əməldə bir-biri ilə daim çəkişmədə idilər. Bir tərəfdən ictimai həyatın nüfuzlu bir rəhbər olmadan qeyri-mümkün olmasını bilir, digər tərəfdən isə düzgün olmayan çıxarışlar nəticəsində hər hansı bir hökumətin bərqərar edilməsini hakimiyyətin Allaha məxsus olması ilə müxalif hesab edirdilər. Maraqlıdır ki, xəvaric əvvəldə öz dəstələri üçün bir başçı da seçmişdilər. Təbəri yazır: "38-ci ilin şəvval ayında xəvaricdən bir dəstəsi Əbdüllah ibni Vəhəb Rasibinin evində yığışmışdı. Bu zaman Əbdüllah öz çıxışında dedi:–"Bir dəstə adamın Allaha iman gətirib Quranın hökmünü qəbul etməsi, amma dünya həyatının onların nəzərində əmr be məruf və nəhy əz münkərdən üstün olması heç də yaxşı deyildir."

Ondan sonra Hərqus ibni Züheyr və Həmzə ibni Sənan da danışdı. Həmzə öz sözünün sonunda dedi:–"Işlərinizi bir nəfərə tapşırın. Həqiqətdə sizin üçün bir sərkərdə, etimad olunacaq bir şəxs mütləq lazımdır ki, ondan soruşub, ona müraciət edəsiniz."277



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin