Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə138/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   134   135   136   137   138   139   140   141   ...   162

HƏKƏMIYYƏT–AXIRINCI ÜMID


Siffeyn müharibəsindən əvvəl də, sonra da müsəlmanlar arasında əsaslı məsələlər qarşıya qoyulmuşdu ki, onların həlli yollarından biri hakimlərin seçilməsi idi. Bu hakimlər çətin məsələləri həqiqətgörən nəzərlə araşdırmalı, onların barəsində dürgün rəy verməli idilər. Bu məsələlər aşağıdakılardan ibarət idi:

1-Osmanın qətli;

2-Imam (ə)-ın dostlarının xəlifənin qətli ilə müttəhim olunması.

3-"Osmanın qəyyumu olmaq" barədə Müaviyənin iddiası.

Siffeyn müharibəsində irəli çəkilən bu məsələlərin həlli üçün iki yol vardı: Birincisi bu idi ki, tərəflər öz ixtilaflarını mühacir və ənsarın seçdiyi Imama təqdim etsinlər, Imam da tam azad bir məhkəmədə onların barəsində ilahi hökmü icra etsin. Imam (ə) da Siffeyn müharibəsindən əvvəl məhz bu yola təkid edərək Müaviyəyə yazmışdı: "Osmanın qatilləri barəsində çox danışdın. Camaatın cərgələrinə daxil olub mənimlə beyət et, bundan sonra şikayət məsələsini ortaya at. Mən hamınızı Allahın Kitabına tərəf sövq edirəm!"278

Bu yol, Müaviyənin inadkarlığı və onun Şama hakim olmaq üçün göstərdiyi hərisliyə görə tamamilə bağlandı və Siffeyn müharibəsi ilə nəticələndi.

Ixtilafların həll edilməsinin ikinci düzgün yolu bu idi ki, işi səlahiyyətli bir məhkəməyə təqdim etsinlər, orada bitərəf və həqiqəti görən hakimlər ixtilafı həll etsinlər, qəzavət işində islamın və müsəlmanların həqiqi mənafeyini nəzərdən qaçırmasınlar, (Əmr Asda olduğu kimi) hər növ şəxsi mənafeyi və (Əbu Musada olduğu kimi) kin-küdurəti kənara qoysunlar. Belə bir məhkəmədə Imam (ə) öz məqsədlərinə çatıb çətinlikləri həll edə bilərdi.

Xəlifənin qətli də müəmmalı bir məsələ deyildi. Onun səbəbləri uzun illər öncə yaranmışdı və günbəgün də kəskinləşməkdə idi. Nəhayət təzyiqlərin güclənməsi və irticaçı vəziyyətin şiddətlənməsi, layiqli və saleh şəxslərin döyülüb təhqir edilməsi, xeyirxah insanlara əzab-əziyyət və işkəncə verilməsi elə bir güclü partlayış yaratdı ki, hətta Əli (ə) da onun qarşısını ala, xəlifəni ölümdən qurtara bilmədi.

Osmanın xilafət aparatına bağlı olanların və Müaviyənin iddiası səlahiyyətli bir məhkəmədə irəli çəkilməli, haqq batildən seçilməli idi. Dünyanın heç bir yerində qətlə yetirilən bir nəfərin intiqamını almaq üçün qoşun çəkməyi rəva görmürlər. Halbuki bu müharibədə bir nəfərin intiqamını almaq üçün böyük bir qoşun yeridildi, nəticədə təqribən 65 min nəfər həlak oldu.

Əgər Dumətül-cəndəldə təşkil olunan məhkəmə düz işləsəydi, bu məsələləri həll edərək müsəlmanların baş verən hadisələr qarşısındakı vəzifələrini ayırd edə bilərdi. Amma təəssüflər olsun ki, orada müzakirə olunmayan yeganə şey–ixtilafın köklərini araşdırıb tapmaq idi. Əmr As öz rəqibinin əqlini oğurlamaqla onun imzası ilə Imam (ə)-ı xilafətdən salmaq və Müaviyənin xilafətini qanuniləşdirmək istəyirdi. Əbu Musa isə özü ilə həmfikir olan Əbdüllah ibni Öməri xilafətə keçirmək istəyirdi, çünki deyirdi ki, onun əli tərəflərdən heç birinin qanına batmamışdır.

Məhkəmənin rəyi elan olunandan sonra Əli (ə) onu rəsmi şəkildə qəbul etmədi və buyurdu ki, qazilər iltizam verdikləri sözün əksinə əməl etmişlər. Imam (ə) ki, bir ordu təşkil edərək Şama yola düşməyi qərara almışdı, lakin xəvaric hadisəsi onun Müaviyəni təqib etməsinə mane oldu.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin