Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-ZƏHHAK IBNI QEYSIN QARƏTÇILIK HƏRƏKATI



Yüklə 249,24 Kb.
səhifə144/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   140   141   142   143   144   145   146   147   ...   162

1-ZƏHHAK IBNI QEYSIN QARƏTÇILIK HƏRƏKATI


Əmirəl-möminin Əli (ə)-ın Şama doğru hərəkət edib, yenidən müharibəyə hazırlaşması xəbəri Müaviyəyə çatdıqda o bir məktub yazıb Şamın bütün məntəqələrində olan məmurlarına göndərdi ki, camaata oxusunlar. Şam əhalisindən bir qrupu Iraqa tərəf hərəkət etməyə hazırlaşdı. Həbib ibni Məsləmə adlı bir nəfər onlara dedi:–Siffeyndən o yana keçməyin, çünki, biz orada düşmənə qələbə çaldıq!

Lakin Əmr As təklif etdi ki, Müaviyə öz ordusu ilə Iraqın içərilərinə doğru irəliləsin, çünki bu iş şamlı əsgərlərin ruhiyyələrinin yüksəlməsinə, iraqlıların isə zəlilliyinə səbəb olacaqdı.

Ordunun necə yerləşdirilməsi barədə söhbətin davam etdiyi vaxt birdən xəbər çatdı ki, Imam (ə)-la xəvaric arasında şiddətli çarpışma baş vermiş, o həzrət xəvaricə qələbə çaldıqdan sonra camaatı Şama tərəf hərəkət etməyə çağırmış, onlar da möhlət istəmişlər. Əmmarə ibni Əqəbə ibni Əbi Müeytdən yenə bir məktub gəlib çatdı. Məktubda Əli (ə)-ın köməkçilərinin arasına təfriqə düşməsindən söz gedirdi. Həm də yazılmışdı ki, o həzrətin ordusundakı qarilər və abidlər qiyam etmişdir, qiyamın şiddətli çarpışmalardan sonra yatırılmasına baxmayaraq ixtilaf hələ də qalmaqdadır.

Müaviyə belə bir vəziyyətdə Zəhhak ibni Qeysi 3-4 min nəfərlik qoşuna sərkərdə təyin etdi və əmr etdi ki, Kufəyə hərəkət edib Imamın tabeçiliyində olan qəbilələri çox sürətlə qarət etsin, bu işi o qədər sürətlə yerinə yetirsin ki, hətta əgər bir şəhərə sübh çağı daxil olsa, həmin günün axşam tərəfi başqa bir şəhərdə olsun, toqquşma baş verməsin deyə, heç vaxt bir yerdə dayanmasın və öz işini "qaçaq müharibə" şəklində yerinə yetirsin.

Zəhhak yolu üstündə Sələbiyyə kəndinə çatdı. Iraqlı hacıların Məkkə yolu buradan keçirdi. O, hacıların var-yoxunu qarət edib sonra öz yoluna davam etdi. Yolda Əbdüllah ibni Məsudun qardaşıoğlu Əmr ibni Ümeyslə rastlaşdı, onu bir dəstə adamla birlikdə öldürdü. Zəhhakın qarətçilik xəbəri Əli (ə)-a çatdıqda minbərə çıxıb dedi:–"Ey camaat, saleh bəndəyə–Əmr ibni Ümeysə tərəf tələsin. Öz dostlarınızdan bir dəstəsi düşmənin hücumundan ziyan çəkmişdir, onun köməyinə qalxın. Hərəkət edin və düşməninizlə vuruşun, öz sərhədlərinizi düşməndən qoruyun!"295

Onlar Imam (ə)-ın sözlərini eşitdikdə, nəzərə çarpacaq bir əksül-əməl göstərmədilər. Imam (ə) onların süstlüklərini görəndə buyurdu: "Allaha and olsun! Mən sizin on nəfərinizi Müaviyənin adamlarının biri ilə dəyişməyə hazıram. Vay olsun sizə, mənimlə birlikdə çölə çıxıb sonra meydanın ortasında məni tək qoyun, qaçın. Allaha and olsun ki, mənim bəsirətli ölümdən əsla acığım gəlmir və onda mənim üçün böyük bir rahatlıq var, (bu halda) sizdən və sizin yaratdığınız çətinliklərdən xilas olaram!"

Sonra minbərdən endi və Ğəribeyn məntəqəsinə getdi. Orada Hücr ibni Ədini dörd min nəfərə sərkərdə seçib onlara bir bayraq verdi. Hücr Zəhhakı təqib edə-edə gəlib Səmavəyə çatdı və Tudmər adlı yerdə onunla qarşılaşdı. Iki qoşun arasında döyüş başlandı, düşməndən 19 nəfər, Imam (ə)-ın dostlarından isə 2 nəfər öldürüldü. Zəhhak gecə qaranlığından istifadə edərək qaçdı, Iraqdan keçəndə, su yüklədikləri dəvə itdiyi üçün susuzluqla qarşılaşdı. Nəhayət bir yol tapıb ətrafdakı qəbilələrdən su aldı.

Imam (ə) bu qarətçilik barədə belə bir xütbə buyurmuşdu: "Ey bədənləri bir-birinə yaxın, rəyləri müxtəlif olanlar! Sizin sözləriniz bərk daşları yumşaldır, (yaramaz) işləriniz isə düşməni tamaha salır. Məclislərdə yığışıb boş və əbəs sözlər danışırsınız, amma düşmənlə döyüş vaxtı "ey müharibə, bizdən uzaq ol!" - deyirsiniz. Öz evinizdən sonra hansı bir evi düşmənin işğalından qoruyur və məndən sonra hansı bir imamla vuruşursunuz?! Allaha and olsun, aldananları elə siz aldatmısınız! Allaha and olsun! Hər kəs sizin vasitənizlə bir işi nizama salsa, ümidsizlikdən başqa bir şey ona nəsib olmaz; hər kəs, sizin vasitənizlə bir ox atsa, hökmən ucu qırılmış bir oxla atmışdır."

Xütbənin sonunda buyurdu: "Şamlılar da elə sizin kimi adamlardır. Etiqadsız danışmaq düzdürmü?! Təqvasızlıqla, Allahdan qafil olmaqla haqdan qeyrisinə tamah salırsınızmı?!"296

Imam (ə)-ın qardaşı Əqil Zəhhakın namərdcəsinə hücumundan xəbər tutdu, Məkkədən həmdərdlik əlaməti olaraq o həzrətə bir məktub yazdı. Məktubun axırında Imam (ə)-dan xahiş etdi ki, icazə verərsə oğlu ilə birlikdə Iraqa gəlsin, qardaşının sevincində-qəmində onunla şərik olsun, çünki o həzrətdən sonra yaşamaq arzusu etmir. Imam (ə) bu istəyə cavab olaraq özünün tarixi məktublarından birini yazıb Qüreyşin vəziyyətini bəyan etdi, onların o həzrətə qarşı zülmü rəva görməkdə peşəkar olduqlarını belə şərh etdi: "Ərəblər, əvvəllər Peyğəmbərlə vuruşmaq üçün əlbir olduqları kimi, bu gün də qardaşınla vuruşmaq üçün əlbir olmuş, qardaşının haqqını inkar etməyə başlamışlar; onun fəzilətlərinə əhəmiyyət verməmiş, onunla düşmənçiliyə başlamışlar; qardaşının risalət əsrinin ən çətin anlarında göstərdiyi səylərin heç birini nəzərə almamış, nəhayət əzab ordusunu ona tərəf hərəkət etdirmişlər."297

Bu sözlər göstərir ki, Imam (ə) Müaviyə ilə apardığı müharibəni Peyğəmbər (s)-in Əbu Süfyanla apardığı müharibənin davamı kimi qiymətləndirir. Həqiqətdə "Əhzab" müharibəsi Siffeyndə "Osmanın intiqamını almaq" pərdəsi altında yenidən canlanmışdı.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin