Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə)-IN SIFFEYNƏ DAXIL OLMASI



Yüklə 249,24 Kb.
səhifə51/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   47   48   49   50   51   52   53   54   ...   162

IMAM (ə)-IN SIFFEYNƏ DAXIL OLMASI


Imam (ə) böyük bir ordu ilə Siffeynə daxil oldu və Malik Əştərin başçılıq etdiyi qoşuna birləşdi. Əli (ə) Siffeynə daxil olduqda artıq düşmən onun qoşunu ilə Fəratın arasında böyük bir ordu yerləşdirmişdi, Imam (ə)-ın qoşunu su götürə bilmirdi. Əbdüllah ibni Ovf deyir: "Imamın qoşunundakı su ehtiyatı tükənmək üzrə idi. Əbül-Əvər su yolunu süvari-piyadaların üzünə bağlamış, onların qabağında oxçuları, onların ətrafında isə nizəliləri və zirehli paltar geyənləri yerləşdirmişdi. Nəhayət, susuzluq Imam (ə)-ın qoşununa təsir göstərdi, o həzrətə şikayət etdilər.96

Hər bir sərkərdə belə bir ağır şəraitdə dərhal hücum hökmünü verər. Lakin o həzrətin elə ilk gündən etibarən məqsədi bu məsələni mümkün olan hər bir yolla, qan tökülmədən həll etmək idi.97 O özünün sirrdaşlarından biri olan Səsəə ibni Suhanı çağırıb buyurdu: Bir səfir kimi Müaviyənin yanına gedib ona de: "Biz bu məntəqəyə gəlmişik və höccəti sizə tamam etməmiş müharibəni başlamaq istəmirik. Sən var-qüvvən ilə birlikdə Şamdan çıxıb gəlmisən, biz səninlə müharibəyə başlamazdan əvvəl sən müharibəyə başlamısan. Bizim fikrimizcə sən gərək müharibədən əl çəkəsən ki, bizim dəlil və məntiqimizi eşidəsən. Bu necə namərdlikdir, nə üçün su yolunu bizim üzümüzə bağlamısan?! Maneələri aradan qaldır və bizim fikrimiz haqda düşün. Əgər vəziyyətin elə bu halda qalmasını, adamların su üstündə vuruşmasını və qələbə çalan tərəfin sudan istifadə etməsini istəyirsənsə, onda bizim sözümüz yoxdur."

Səsəə Imam (ə)-ın nümayəndəsi kimi Müaviyənin xeyməsinə getdi (onun xeyməsi qoşunun lap mərkəzində idi) və Imam (ə)-ın sözünü ona çatdırdı. Vəlid ibni Üqbə kimi nadan adamlar Fəratın mühasirəsinin davam etdirilməsini istəyirdilər. Onlar Imam (ə)-ın ordusunun susuzluqdan can verməsinin tərəfdarı idilər. Lakin hiyləgər bir siyasətçi olan Əmr As Ümməyyə övladlarının əksinə olaraq Müaviyəyə dedi: Su yolunu ordunun üzünə aç və başqa döyüş məsələləri barədə düşün!

Başqa bir rəvayətə görə isə belə dedi:–Sənin sirab, Əlinin isə susuz qalması yaxşı iş deyildir, halbuki onun ixtiyarında elə döyüşçülər vardır ki, Fəratın suyuna göz dikiblər. Onlar axırda ya su yolunu ələ keçirəcəklər, ya da bu yolda öləcəklər. Sən bilirsən ki, Əli çox şücaətli bir adamdır, Hicaz və Iraq camaatı onunladır. Əli o şəxsdir ki, Fatimənin evi hücuma məruz qalanda dedi: "Əgər mənimlə qırx nəfər olsaydı, intiqamımı təcavüzkarlardan alardım."

Müaviyə isə su yolunu Imam (ə)-ın qoşununun üzünə bağlamağı özü üçün ilk qələbə hesab edirdi. "Həmdan abidi" adı ilə məşhur olan, Əmr Asın dostlarından və bacarıqlı söz ustası sayılan bir şəxs Müaviyəyə dedi:–Sübhanəllah! Siz buraya Iraq qoşunundan tez çatdığınıza görə suyu onların üzünə bağlamayın! Allaha and olsun, əgər onlar sizdən əvvəl buraya gəlsəydilər, sizə mane olmazdılar. Bu işinizlə yalnız onları müvəqqəti olaraq sudan məhrum edirsiniz, lakin onların başqa bir fürsətdə sizi elə bu şəkildə cəzalandıracaqları üçün hazır olun. Axı onların içində zəif və günahsız adamlar, qul, kəniz, qulluqçular var! Allaha and olsun, sizin bu işiniz ilk zülmdür. Ey Müaviyə, sən bu çirkin işlə qorxaq adamların gözünü açmısan, səninlə vuruşmaq istəməyənləri özünə qarşı cürətləndirmisən.98

Müaviyənin tənqid olunma məqamında adətən səbirlə rəftar etməsinə baxmayaraq, Həmdan zahidinə həmlə edərək ondan Əmr Asa şikayət etdi. Əmr Asın oğlu da onunla dost olduğuna görə zahidin üstünə qışqırdı. Lakin o, Müaviyənin ordusunun axır-aqibətini çox müəmmalı, anlaşılmaz və zülmətdə gördüyündən gecə yarısı Imam (ə)-ın ordusuna qoşuldu.



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin