İYİRMİ ÜÇÜNCÜ FƏSİL XƏVARICIN MÜXALIFƏT SƏBƏBLƏRININ TƏHLILI
Xəvaricin Imam (ə)-la müxalifətçilik səbəbləri Müaviyənin o həzrətlə müxalifətçilik səbəblərindən tamamilə fərqli idi. Müaviyə Ömərin xilafəti dövründən etibarən Şamın muxtariyyətinin müqəddiməsini hazırlamışdı və özünü Şamın mütləq hakimi hesab edirdi. Osmanın qətlindən sonra Imam (ə)-ın onu Şamın hakimiyyətindən kənarlaşdırmaq istədiyini bildikdə, onunla müxalifətə başladı, əvvəlcə Təlhə və Zübeyri təhrik etməklə, sonra isə Siffeyn müharibəsini başlamaqla Imam (ə)-ın qabağında dayandı, son anlarda Quranları nizəyə vuraraq fitnə ilə Imam (ə)-ın ordusunda dərin ixtilaf və ikitirəlik yaratdı.
Amma xəvaric zahirpərəst, başqa sözlə "quru müqəddəslər" idilər. Onlar islamın əsaslarından xəbərsiz olduqlarına, ona səthi baxdıqlarına görə Imam (ə)-la müxalifətə qalxdılar, puç bəhanələrə istinad edərək ilahi hidayət çırağı qarşısında cəbhələşmə yaratdılar, o hidayət çırağını söndürmək üçün, hətta özlərinin məhv olmaları qiymətinə belə, irəlilədilər.
Xəvariclə Müaviyə arasında olan məhz bu bariz fərqə görə Imam (ə) onlara qələbə çaldıqdan sonra buyurdu: "Məndən sonra xəvariclə vuruşmayın, çünki haqqı axtararaq müəyyən səbəblərə görə xəta yolu gedənlərlə batili axtaran və onu əldə edənlər bərabər deyildirlər."273
Xəvaricin müxalifət səbəblərinin təhlil olunması göstərir ki, onlar şamlıların əksinə olaraq cah-cəlal, məqam istəmirdilər. Onlara düzgün olmayan təfəkkür və xas bir gerilik hökm sürürdü. Indi isə onların etirazlarının ən mühümlərini qeyd edirik;
Dostları ilə paylaş: |