Gələcəyi Yaratmaq Üçün Bir Məntiq: Birlikdə Çalışmaq
Yenidən formalaşn bazarlar, şirkətləri məcbur edir ki, daima rəqabətçi mövqe tutsunlar. Bununla da müntəzəm bir şəkildə güclü rəqiblərə qarşı və sürətlə dəyişən ətraf mühütə uyğunlaşsınlar. Elastiklik, keyfiyyət, maya dəyəri liderliyi davam etdirilə bilər rəqabətçi üstünlük meydana gətirmədə əhəmiyyətli rol oynasalarda, şirkətləri və rəhbərlərini bir çox yeni təşkilatı strategiyalara müraciət etməyə vadar edir. Yenilənən rəqabət, fərqli və təsirli iş prossesləri yaratmağı və birlikdə işləməyə məcbur edir.
Yeni rəqabət şərtlərində əməkdaşlıq çox miqyaslı və çox şaxəli struktur xüsusiyyəti ifadə edir. Şirkətlər bir-birindən fərqli mövzularda fərqli xidmət vahidlərinin qaynaqlarına, qabiliyyətlərinə hər an ehtiyac hiss edir, təşkilatın kompleks bir hala gəlməsinə gətirib çıxarır. Yeni məlumatlar meydana gətirmə və paylaşma sistemləri qurulur. Hər yerdə və hər zaman, məlumatı əldə etmək ya da məlumatı doğru adama zamanında təqdim edə bilmək əsas funksiyalardan biridir. Şirkətlərin bir-birlərinə bağlı fəaliyyətləri istər istəməz başqa qaynaqların istifadəsini tələb edir və buna görə də diğər şirkətlərlə əməkdaşlığa olan ehtiyacı artırır. Bu isə, əməkdaşlığa bağlı daha təsirli və daha fərqli ya da ənənəvi üsullardan başqa iş imkanlarının araşdırılmasını tələb edir.
Ənənəvi rəqabətdə, rəqiblər bir-birlərini düşmən kimi görürlər. Bu məhdudlaşdırıcı bir görüşdür. Buna qarşı, Yaponiyada müxtəlif qida məhsulları istehsal edən şirkətlər düşmənlik yerinə, bir araya gələrək supermarketlərə yarısı boş yük maşınlarla ayrı-ayrı mal təslim etmənin məntiqli olmadığını, daşıma işini paylaşmağa qərar verirlər. Bunun nəticəsi kimi də malların təslimatındakı xərclərində 80% azalma olmuşdur.
Bir şirkətin bütün sistemi idarə edə biləcək gücə və sərmayəyə sahib ola bilməsi getdikcə çətinləşir. Bu vəziyyət şirkətləri rəqibləriylə əməkdaşlıq etməyə doğru istiqamətləndirir. Rəqiblər bir-birlərinin iş tamamlayıcıları vəziyyətinə gəlirlər. Yaşadığımız dünyada yaradıcı strategiyalar meydana gətirmək olduqca çətinləşir. Şirkətlər müştəriləriylə danışmaq, tədarikçi şirkətlərlə birlikdə işləmək, qruplar meydana gətirmək və hətta rəqiblərlə birlikdə strateji əməkdaşlıq qurmaq zəruriliyi hiss edirlər.
Birlikdə işləyərək rəqabətin işləyişini tənzimləmək ciddi bir düşünmə prossesini tələb edir. Əməkdaşlıq ehtimallarına və hər kəsin qazanacağı strategiyalara həssas bir şəkildə yanaşmaq lazımdır. Əməkdaşlıq etmək və eyni zamanda rəqabət etmək üçün nəticələrini hesablaya biləcək bir mexanizmə ehtiyac duyulur.
Birlikdə işləmək və daha çox dəyər əldə etmək üçün, şirkətlər mövcud ticari əlaqələrini və təşkilatlarını yenidən qiymətləndirmələrini, prossesləri yenidən hazırlamalarını vacib məsələ kimi orataya çıxardır. Ticari əlaqələrin yenidən hazırlanması və mövqeləndirilməsi, sistemdə rolların yenidən təyin olunmasını, boş qalmış istehsal gücünün istifadə edilməsini, xərclərin azaldılmasını və məhsuldarlığın artırılmasını tələb edir. Burada; müştəri zövq və ehtiyaclarını qarşılamağa yönəlmiş prosseslər, bütünləşmiş dəyər zənciri istehsalı, iş ortaqlarının ticari qazanclarının maksimum səviyyəyə çatdırmaq və ticari fəaliyyətlərdə davam etdilə bilən rəqabətçi mövqeləri ilə bağlı təkliflərin qiymətləndirilməsi əhəmiyyətli rol oynayır.
Bu prossesdə çalışanların rollarını, əməkdaşlıq platformasında geniş iştirakı şəklində ələ almaq lazımdır. Lazımlı şüur, kafi motivasiya və güclü uyğunlaşma, prossesdə ola biləcək axsama və müqaviməti aradan qaldırmağa köməkçi olacaq. Birlikdə işləmək "qazan qazan şəklində bir əməkdaşlıq modeli" inancı meydana gətirmək, ticari fəaliyyətlərdə qabaqcıl şirkətlərin rollarına da ölçü qazandırır. Bunun üçün etibarlı bir əməkdaşlıq, bilavasitə bir ünsiyyət və güclü bir məlumat sisteminin qurulması lazımdır. Bu baxımdan birlikdə işləmək iş ortaqlarının satışlarla əlaqəli məsələlər böyük əhəmiyyət daşıyır.
Şirkətlərin birlikdə işləməsi müxtəlif şəkillərdə əməkdaşlıq edərək mümkün ola bilər. Bunlar:
Satışa çıxarma və Satış Əməkdaşlığı; bir bazara girmədə strategiya kimi şirkətlər bir araya gələrək məhsullarını birlikdə satışa çıxarmağa qərar verirlər. Satışa çıxarma və satış əməkdaşlığı məhsulların bütününü, mövcud və gələcək bazarları əhatə edir.
İstehsal əməkdaşlığı; istehsalçı şirkətlər bir araya gələrək bir-birilərinin məhsullarını tamamlayır və ya yeni bir məhsul meydana gətirirlər. Bu, eyni zamanda ortaq texnologiya istifadəsi mənasına da gəlir.
Yeni əməkdaşlıq; şirkətlər bir araya gələrək yeni bir şirkət meydana gətirirlər. Bu yeni bir inkişaf strategiyasıdır. Bu şəkildə şirkətlər özlərini yeniləyərək, texnologiyalarını yeniləmə fürsətinə və miqyas iqtisadiyyatına sahib olurlar.
Araşdırma-inkişaf etdirmə əməkdaşlığı; şirkətlər bir araya gələrək, inkişafı mümkün görülən iş sahələrində risqi paylaşmaq məqsədi və gəlirləri bölüşdürmək üçün lazım olan sərmayəni maliyələşdirirlər. Bu cür əməkdaşlıqda tərəflərin ortaq mənfəətləri əsas amildir.
Dostları ilə paylaş: |