Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə15/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

PV = nRT P = (n / V) RT
Pos = CRT

Sual 29. Məhlulun buxar təziqi. Raulun 1ci qanunu


Maye ilə tarazlıqda olan buxara doymuş buxar deyilir. Həlledicinin məhlul üzərindəki buxar təzyiqi həmin temperaturda saf həlledici üzərindəki buxar təzyiqindən həmişə az olur. Raul (1887) müəyyən etmişdi ki,
p( p0 – p) = p0 C
p0 – saf həlledici üzərindəki buxar təzyiqi, p – həlledicinin məhlul üzərindəki buxar təzyiqi, C – həll olan maddənin məhlulda mol-hissə ilə qatılığı. Bu tənliyə əsasən Raulun 1-ci qanunu belə ifadə olunur.
Məhlul üzərindəki doymuş buxar təzyiqinin saf həlledici üzərindəkinə nisbətən aşağı düşməsi həll olan maddənin mol hissələrlə qatılığı ilə düz mütənasibdir.


Sual 30. Donma və qaynama. Raulun 2ci qanunu


Hər hansı mayenin qaynaması onun üzərindəki doymuş buxar təzyiqinin xarici təzyiqə bərabər olduğu halda baş verir. Məsələn, su 1000C – də qaynayır, yəni məhz bu temperaturda suyun buxar təzyiqi atmosfer təzyiqi ilə bərabərləşir.
Saf həlledicinin qaynama temperaturunda məhlul üzərindəki doymuş buxar təzyiqi normal atmosfer təzyiqinə çatmır və onun qaynaması nisbətən daha yüksək temperaturda baş verir. Məhlul saf həllediciyə nisbətən daha aşağı temperaturda donur. Raulun 2 qanunu. Məhlulun donma temperaturunun azalması və ya qaynama temperaturunun artması həll olan maddənin məhlulda molyal qatılığı ilə düz mütənasibdir..
tdon. = KC ∆tqay. = EC
∆tdon.- məhlulun donma temperaturunun azalması; ∆tqay.- qaynama temperaturunun artması,K- krioskopiya sabiti, E- ebulioskopiya sabiti, C- molyal qatılıqdır.
Sual 31. Elektrokimyəvi proseslər. Yakobi-Daniel qalvanik elementi.
Kimyəvi enerjinin elektrik enerjisinə və əksinə, elektrik enerjisinin kimyəvi enerjiyə çevrilməsilə gedən proseslərə elektrokimyəvi proseslər deyilir. Elektrokimyəvi proseslər oksidləşmə - reduksiya reaksiyalarına əsaslanır. Belə proseslərdə elektronlar reduksiyaedicidən oksidləşdiriciyə keçir və qalvanik element əmələ gəlir. Qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirən cihazdır. Misal olaraq, Yakobi – Daniel qalvanik elementinin işini nəzərdən keçirək. Sink- sulfat və mis 2- sulfat məhlullarına müvafiq olaraq sink- və mis lövhələr daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha aktiv olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionları toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görür.
Elektronların sinkdən misə keçməsi dövrədə elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Elektrodlar üzərində aşağıdakı proseslər gedir.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin