Temperaturun təsiri. Temperatur artanda tarazlıq endotermik, azaldıqda isə ekzotermik reaksiya istiqamətində öz yerini dəyişir. Suyun əmələ gəlməsi istiliyin xaric olması ilə gedir. Odur ki, sistemdə temperatur artanda tarazlıq sola, azalanda isə sağa öz yerini dəyişər.
2H2 + O2 2H2O ΔH = -285,83 kC / mol Təzyiqin təsiri. Təzyiq artanda tarazlıq həcmin azalması, azalanda isə həcmin artması istiqamətində öz yerini dəyişir. 3H2 + N2 2NH3 H2 + Cl2 2HCl Hər iki istiqamətdə iki həcm qaz halında maddə alınır, deməli həcmin dəyişməsi baş vermir. Bu halda təzyiq tarazlığa təsi etmir.
Sual 24. Dispers sistemlər. Asılqanlar, kolloid və həqiqi məhlullar
Biri digərində çox kiçik hissəciklər şəklində paylanmış iki və daha çox maddədən ibarət olan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, içərisində dispers faza paylanmış maddə isə dispers mühit adlanır. Dispers fazanın da 3 aqreqat halı mümkündür. Disperslik dərəcəsinə görə bütün dispers sistemləri 3 qrupa bölünür: Asılqanlar, kolorid məhlullar və həqiqi məhlullar.
Asılqanlar: bu halda dispers faza hissəciklərinin ölçüsü 1 mikrondan artıq olur. Dispers fazanı həll olmayan bərk maddə hissəcikləri təşkil edirsə, o suspenziya adlanır. Dispers fazanı bir-birində həll olmayan mayelər təşkil edirsə o emulsiya adlanır.
Kolloid məhlullar: Dispers mühitdə paylanan maddə hissəciklərinin ölçüsü 1- 0,1 mikron həddində olur. Mikposkop altında görünür. Kolloidlər – kristallaşmayan ( zülal, nişasta, yapışqan və s.) sistemlərdir. Kolloid sistemin hissəcikləri çöküntü vermir.
Həqiqi məhlullar: Dispers faza hissəciklərinin ölçüsü 0,1 mikrondan kiçik olur. Həqiqi məhlullarda həll olan maddə ayrı-ayrı molekullar və ya ionlara qədər parçalanır. Buna görə onları heç bir mikroskopla görmək olmur.