Sumqayıt Dövlət Universiteti Fakültə: Riyaziyyat İxtisas: Riyaziyyat və informatika müəllimliyi Kafedra: Azərbaycan və şərqi avropa xalqları Qrup: 426 Kurs: 3


Atropatenanin adı və əhalisi haqqında



Yüklə 208,24 Kb.
səhifə2/15
tarix24.04.2022
ölçüsü208,24 Kb.
#115497
1   2   3   4   5   6   7   8   9   ...   15
tarix

Atropatenanin adı və əhalisi haqqında. Qeyd olunduğu kimi, e.ə. VIII – VII əsr­lərin mixi yazılarında Andarpatian və yaxud Andir­patian məskən adı çəkilmişdir. Bu yer Mannanın Midiya ilə sərhəd əraziləri idi və Qızıl Uzən çayının cənub-qərb başlan­ğıcında yerləşir­di.Təqribən eramızdan əvvəl VIII-VII əsrlərdə yaranan Andarpatian adı qədim türk dillərindən tərcü­mədə “dağ altı yer” mənasını daşıyırdı ki, bu da Midiyadan şimala doğru uzanan ərazilərə şamil edilirdi. Suriya və Bizans qaynaqlarında bu ad Adar­biqan, ərəb qaynaqlarında Adərbaycan, daha sonra isə Azərbaycan kimi formalaşmışdır.

Beləliklə, Azərbaycan adının etimo­loji mərhələlərini belə düzmək olar: Andarpatian, Adarpatyan, Adərpatqan, Adərbayqan, Adərbaycan və nəhayət Azərbaycan. Azərbaycan adıının Atro­patena adından yaran­masına gəldikdə isə qeyd etmək lazımdır ki, Atropatena adının mənşə­yinin sərkərdə Atropatın adından götürülməsi haqqındaməlumat yunan coğrafiyaçısı Strabonun əsərlərindən götürülmüşdür və bu məlumat e.ə. I əsrə aiddir. Deməli, Atropata qədər indiki Cənubi Azər­baycan ərazisində Andar­patian adlı ölkə mövcud olmuş və fars dilinin pəhləvi ləhcəsinə uyğun olaraq ölkənin adı canişin Atropatın adına uyğunlaşdırılaraq Aturpatakan adlandırılmışdır. Strabonun “Coğ­ra­fiya” əsərində isə Aturpatakan Atropatena kimi göstə­rilmişdir. Beləliklə, qədim dövrdə və erkən orta əsrlərə aid tarixdə Cənubi Azərbaycan ərazisinin Adərbayqan adlandrılması daha məqsədə­uyğundur.

Strabonun yazdığına əsasən Adərbayqan hələ İsgəndərin dövründə müstəqilliyini saxlayırdı və Midiya kimi İsgəndərə tabe olmamışdır. Plini “Artabazan vilayəti” (Adərbayqan) haqqında yazırdı: “Bu padşahlıq farsların (yəni- Əhəmənilərin – İ.A.) vaxtından qalmışdır, lakin İsgən­dərin dövründə onu nəzərdən qaçırmışdılar”. Deməli, Adərbayqan hələ Əhəmənilər dövründə nominal da olsa, öz müstə­qilliyini saxlayırdı.

Bütün söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, “Azər­baycan”adının kökü heç də Atropatın adı ilə bağlı deyil, ölkənin adı hələ e.ə. VII əsrdə Andarpatian kimi meydana gəlmişdir ki, mənası qədim türk dilində “dağ altı yer” deməkdir. Ölkənin adı e.ə. IV əsrdə canişin Atropatın adına uyğunlaş­dırılaraq fars dilində Aturpataqan adlan­dırılmışdır. Atur­pataqan adı e.ə. I əsrdə Strabon tərəfindən Atropatena kimi qələmə alınmışdır. Cənubi Azərbaycan ərazisi ərəblərin gəlişinə qədər Adarpatyan, Adərbayqan,Adurbadaqan və sair formalarda adlan­dırılmış və ərəb istilasından sonra ərəb dilinə uyğunolaraq “Azər­baycan” adlandırılmışdır. Cənubi Azərbaycan əraziləri yal­nız e.ə. I əsrdə Atropatena və yaxud Midiya (Mada) Atropa­tenası adını almışdır.

Atropatenada yaşayan əhalinin etnik tərkibi haqqında məlumat­lar daha çox antik mənbələrdə əks olunmuşdur. “Tarix elminin atası” Heradot e.ə. V əsr Adərbayqan ərazisində kaspi, matiyen, mük, mard, mar tayfala­rınını adını çəkmişdir. Strabon kaspi, matiyen, mard, kadusi­lərlə yanaşı amard, anariak tayfa­larının da adını çəkir. Polibi isə əsərlərində (e.ə. II əsr) elimey, anariak, kadusi və matiyen etnoslarını göstərir. Yuxarıda adı çəkilən tayfaların bir qismi türk, bir qismi isə irandilli olmuşdur. Tayfalar arasında münasibətlər onların qaynayıb qarışmasına, ümumi bir etnosun forma­lamasına imkan yaratmışdır.

Beləliklə, Adərbayqan əhalisi türk və İran ləhcələrində danışan etnoslardan ibarət olmuşdur. Belə şəraitdə qarşılıqlı leksik mənimsə­mələr baş versə də, türkdilli etnoslar öz dilini qoruyub saxlamış, türk dilləri qrupuna aid olan Azərbaycan dilinin yetkinləşməsi prosesi başlamışdır.




Yüklə 208,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin