81
edilməsi üçündür. Lonjeronlar və köndələn tirlər bir-biri ilə pərçimlərlə və ya qaynaqla birləşdirilir. Bəzi
konstruksiyalarda buferlər və axırıncı köndələn tir çıxarıla bilən olur. Yedək qarmaqları avtomobili
yedəyə götürmək üçündür. Yük avtomobilinin çərçivəsinin arxa hissəsində axırıncı köndələn tirə yedək
qurğusu bərkidilir. Bu qurğu avtomobilə qoşquların, yedəyə alınan avtomobillərin və s. qoşulması
üçündür. Yedək qurğusuna qıfıllı qarmaq , yedəkli avtomobilin kələ-kötür yolda hərəkəti, həmçinin
yerindən tərpənməsi və əyləclanması zamanı təkan və zərbələri azaldan yay və ya rezin amortizator
daxildir. Mərkəzi sütunlu çərçivə boru şəkilli mərkəzi daşıyıcı tirdən və bu tirə bərkidilmiş müxtəlif
quraşdırma kronşteynlərdən ibarətdir. Çərçivənin daşıyıcı tiri transmissiyanın ayrı-ayrı
mexanizmlərinin bir-biri ilə borularla birləşdirilmiş karterlərindən də təşkil oluna bilər.
Karterlərə və borular arasında qoyulmuş kronşteynlərə kabinənin, yük platformasının , mühərrikin
və avtomobilin digər mexanizmləri bərkidilir. Transmissiya mexanizmlərinin karterlərindən təşkil
olunmuş çərçivə, lonjeronlu çərçivəyə nisbətən daha yüksək əyilmə və burulma sərtliyinə malikdir. Bu
çərçivənin əsas çatışmazlığı - çərçivəyə sərt bərkidilmiş aqreqatların təmirinin çətinliyidir.
Müasir avtomobilqayırmada sütunlu çərçivələrin geniş yayılmasının səbəbi budur. Çərçivəsiz
aparan kuzovlu minik avtomobillərində kuzovun qüvvə strukturunu gücləndirmək üçün çərçivəaltıdan
istifadə olunur. Çərçivəaltılar kuzovun elementlərinin yerdəyişməsini məhdudlaşdırır, kuzovun ümumi
sərtliyini artırır, asqının xarakteristikasını kardinal artırmağa imkan verir. Çərçivəaltılar əsas funksiyası
ilə yanaşı, həmçinin də asqının qovşaqlarının- linglərin və güc aqreqatlarının dayaqlarının
bərkidilməsini təmin edir. Çərçivəaltılar- polad hissələrdən qaynaq yolu ilə hazırlanmış, çərçivəylə
boltlarla birləşdirilmiş konstruksiyadır. Onun qabaq və arxa intiqallı avtomobillərdə yerləşməsi eynidir.
Aparan sistemin təsnifatında daha bir qrup – çərçivəsi kuzova inteqrasiya olunmuş avtomobillər də
fərqləndirilir. Konstruksiyasına görə belə çərçivə klassik varianta çox oxşayır (uzununa və eninə millərin
növbələnməsi). Fərq ondadır ki, çərçivə kuzovdan ayrılmazdır, yəni ona boltlarla birləşmir, onunla
bütöv qaynaq olunmuş konstruksiya təşkil edir. Belə sistem adi aparan kuzovdan da fərqlənir. Aparan
kuzovun əsasında çərçivə yox, çərçivəaltı olur, inteqrasiya olunmuş çərçivənin əsasını əsl lonjeronlu
çərçivələr təşkil edir. Əgər yüklənmə böyük deyilsə, lazımi sərtliyi kuzov yaradır, çərçivə isə, kuzovdan
ayrılmaz olsa da, yolsuzluq şəraitində getdikdə əsas yükü öz üzərinə götürür. İnteqrasiya olunmuş
çərçivələr yolsuzluq avtomobillərində (ağır yolsuzluq avtomobilləri istisna olmaqla, onlarda adi çərçivə
olur) istifadə olunur. İnteqrasiya olunmuş çərçivənin bir sıra çatışmazlıqları da var: onu təmir etmək
çətindir, onu yalnız nazik metaldan hazırlamaq olur, buna görə də konstruksiya sərtliyinə görə klassik
çərçivəyə uduzur. Həmçinin nazik metal korroziyaya daha çox meylli olduğundan inteqrasiya olunmuş
çərçivəli avtomobillərin istismarı azalır.
5.1.2. Tələbələr üçün fəaliyyətlər
● Əlavə mənbələrdən istifadə edərək çərçivəli avtomobilə aid 3 marka müəyyən edin və
onların təqdimatını sinifdə keçirin.
● Çərçivəli və çərçivəsiz avtomobillərdən müqayisəli təqdimat hazırlayın.
● İntiqallı avtomobillərdən 5 nümunə göstər, tiplərinə görə araşdırın və üstünlüklərini yazın.
● Şəkildə qeyd olunan yük avtomobilinin lonjeronlu çərçivəsinin fəaliyyəti haqqında məlumat
toplayın və sinifdə təqdimatını keçirdərək digər tələbələr ilə müzakirə edin.
5.1.3 .Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: “Yük
Dostları ilə paylaş: