263
İbrət götürmə
1206. İbrətlərdən öyüd almaq.
Quran:
«Beləliklə, ey bəsirət əhli, ibrət götürün.» 560
Hədis:
3966. Allahın Peyğəmbəri (s): «İbrət götürün ki, sizdən əvvəlkilərdə ibrət dərsləri var.»561
3967. İmam Əli (ə): «Mömin dünyaya ibrət gözü ilə baxar və çarəsizlikdən ondan yemək götürər.»562
3968. İmam Əli (ə): «Nadanlıq edən şəxsin nəsihət götürməyi az olar.»563
3969. İmam Əli (ə): «İbrət götürmək ən doğru ayıqlıq gətirəndir. Düşünən insan ibrət götürər. Kim ibrət götürsə, günahlardan və məhvedici amillərdən kənar durar və kənara çəkilən salamat qalar.»564
3970. İmam Əli (ə): «İbrət götürmək doğru yola aparar.»565
3971. İmam Əli (ə): «İbrət götürən şəxs gözüaçıq olar. Gözüaçıq olan dərrakəli olar və dərrakəli olansa hər şeyi bilər.»566
1207. İbrət öyrədən amillər.
Quran:
«Onların əhvalatlarında əql sahibləri üçün ibrət vardır.»567
«Allah gecə və gündüzü dolandırar. Həqiqətən, bu işdə bəsirət əhli üçün ibrət vardır.» 568
Hədis:
3972. İmam Əli (ə): «Dünyadakı hadisə və dəyişkənliklərdə ibrət dərsi var.»569
3973. İmam Əli (ə): «Əgər özünün tələf etdiyin keçmiş ömründən ibrət götürsən, şübhəsiz ki, qalan ömrünü qorumusan.»570
3974. İmam Əli (ə): «Allahın iblisə etdiyindən nəsihət götür. Belə ki, onun uzunmüddətli əməlini və böyük səylərini bərbad etdi.»571
3975. İmam Əli (ə): «Allahın əzabından və Onun sizdən əvvəlki asi xalqlara göndərdiyi bəla və cəzalardan ibrət götürün.»
3976. İmam Əli (ə): «Necə də çox ibrət, necə də az ibrət götürən var.»572
3977. İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi. Birinci müsibət, onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.
İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.
Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?» Buyurdu: «Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?»573
1208. İbrət götürməyin səmərəsi.
3978. İmam Əli (ə): «İbrət götürmək insanı (günahdan və xətadan) qoruyar.»574
3979. İmam Əli (ə): «Daim ibrət götürmək qəlbin bəsirətinə gətirib çıxarar və günahlardan, xətalardan çəkinməklə nəticələnər.»575
3980. İmam Əli (ə): «Kimin ibrət götürmək qabiliyyəti çox olsa, büdrəyişləri az olar.»576
ioooooop
264
Xudpəsəndlik
1209. Xudpəsəndlik.
3981. İmam Əli (ə): «Heç bir tənhalıq xudpəsəndlik qədər qorxu yaradan deyil.»577
3982. İmam Əli (ə): Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar.»578
3983. İmam Əli (ə): «Xudpəsəndlik axmaqlıqdır.»579
3984. İmam Əli (ə): «Ona görə Allahın yanında narahat olacağın günah, xudpəsəndliyə və qürura düçar edəcək yaxşı əməldən yaxşıdır.»580
3985. İmam Əli (ə): «Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar çox olar.»581
3986. İmam Əli (ə): «Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir.»582
3987. İmam Əli (ə): «Xudpəsəndlik düzgün fikirləşməyin düşməni və ağılların bəlasıdır.»583
3988. İmam Əli (ə): «Xudpəsəndlik ağlı korlayar.»584
3989. İmam Əli (ə): «Xudpəsəndlik tərəqqi və kamala maneədir.»585
3990. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Allah-taala buyurur: Bəndələrdən bəziləri, onları sevməyim üçün Məndən ibadətin uğurunu nəsibləri etməyimi diləyir. Ancaq bunu onlara nəsib etmərəm ki, məbada öz əməllərindən qürur duyar və xudpəsəndliyə düçar olarlar.»586
3991. İmam Sadiq (ə): «Kimə xudpəsəndlik yol taparsa puç olar.»587
1210. Özünün yaxşı əməllərini az bilməyə həvəsləndirmək.
3992. Allahın Peyğəmbəri (s)(Ağıllıları təsvir edərkən): «Başqalarının azacıq yaxşılıqlarını çox sayar, özlərinin çox yaxşılıqlarını az bilərlər.»588
3993. İmam Baqir (ə): «Nəfsin Allaha çox ibadət etsə də, yenə onu az bil ki, bu yolla nəfsini rəzil edib özünü (Allahın) əfvinə çatdırasan.»589
3994. İmam Sadiq (ə): «İblis (Allah ona lənət etsin) öz qoşununa dedi: Üç işdə Adəm övladına üstün gəlsəm, onun nə edəcəyindən qorxum olmaz. Çünki, onun əməlləri artıq qəbul olunmayacaq: Əməlini çox hesab etsə, günahını unutsa və xudpəsənd olsa.»590
1211. Xudpəsəndliyin dərmanı.
3995. İmam Əli (ə): «Adəm övladının xudpəsəndliklə nə işi? Başlanğıcı iylənmiş bir su, sonu murdar bir leş, bunların arasında isə nəcasətlərin kisəsidir.»591
3996. İmam Baqir (ə): «Xudpəsəndlik yolunu özünü tanımaqla bağla.»592
3997. İmam Sadiq (ə): «Sirat körpüsündən keçmək həqiqətsə, bəs onda xudpəsəndlik nəyə lazım?!»593
ioooooop
265
Möcüzə
1212.Möcüzə.
3998. İmam Sadiq (ə): «Möcüzə Allahın bir nişanəsidir. Onu doğru danışanın düz sözünün yalançının yalanından ayrılması üçün yalnız peyğəmbərlərə, mələklərə və öz hüccətlərinə göstərər.»594
1213. Peyğəmbərlərin möcüzələrindəki fərqlərin hikməti.
3999. İmam Hadi (ə)(Musanın əsa, nurani əl və caduya qarşı vasitələrlə, İsanın təbabət vasitələri və Məhəmmədin (Ona, əhli-beytinə və bütün peyğəmbərlərə Allahın salamı olsun) söz və kəlamla göndərilməsinin səbəbi haqda ibn Sikkitin sualına cavabından): «Allah Musanı (ə) göndərəndə cadugərlər zəmanə əhlinə qalib gəlmişdi. O, Allah tərəfindən camaata elə bir şey gətirdi ki, onların qüdrətindən xaric idi. Onun vasitəsi ilə cadugərlərin cadusunu batil və hüccəti onlara sübut etdi. İsaya xroniki xəstəliklərin geniş yayıldığı, camaatın onların müalicəsinə ehtiyacı olduğu vaxt peyğəmbərlik verdi. İsa da Allahın tərəfindən, onlar üçün onlarda bənzəri olmayan bir şey gətirdi. O, Allahın izni ilə ölüləri diriltdi, anadangəlmə korlara və ala xəstəliyinə tutulmuşlara şəfa verdi və bu vasitə ilə hüccəti onlara sübuta yetirdi. Məhəmmədi (s) kəlam və xitabətin (gümanımca «şer»i də buyurdu) geniş yayıldığı bir vaxt göndərdi. O Həzrət Allah dərgahınndan hikmətlər, moizələr gətirdi və bu vasitəsə ilə onların sözlərini batil etdi və hüccəti onlara sübut etdi.»595
ioooooop
Dostları ilə paylaş: |