261
Güman
1194. Güman və əql.
3907. İmam Əli (ə): «İnsanın gümanı onun əqli qədərdir.»499
3908. İmam Əli (ə): «Ağıllı insanın gümanı nadanın əminliyindən daha doğrudur.»500
3909. İmam Əli (ə): «Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki, Allah-taala həqiqəti onların dillərində qərar vermişdir.»501
1195. Qardaşının rəftarını ən yaxşı tərzdə qəbul et.
3910. Allahın Peyğəmbəri (s): «Qardaşının söz və əməllərində bir üzr axtar və əgər tapmasan özün bir üzr düzəlt.»502
3911. İmam Əli(ə): «Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə yaxşı yozum tapıncaya qədər ona bədgüman olma.»503
1196. Xoşgümanlığın dəyəri.
3912. İmam Əli (ə): «Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir.»504
3913. İmam Əli (ə): «Xoşgüman qəm-qüssəni azaldar və günahın tələsinə düşməkdən xilas edər.»505
3914. İmam Əli (ə): «Kim xalqa qarşı xoşgüman olsa, onların məhəbbətini qazanar.»506
3915. İmam Əli (ə): «Ən üstün təqva xoşgümanlıqdır.»507
1197. Bədgümanlıqdan çəkinmək.
Quran:
«Ey iman gətirənlər, çox gümanlardan uzaqlaşın. Çünki gümanların bəziləri günahdır." 508
Hədis:
3916. Allahın Peyğəmbəri (s): «(Bəd) Gümandan çəkinin. Çünki, (bəd) güman yalanların yalanıdır.»509
3917. Allahın Peyğəmbəri (s): «Gümana düşdükdə, onun ətrafında axtarış və təhqiqat aparmayın. Paxıllığınız tutduqda, paxıllığın ardınca getməyin və fal bəd gəldikdə (ona əhəmiyyət vermədən) öz işinizi görün.»510
3918. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında): «Həqiqətən, xəsislik, qorxaqlıq və hərislik kökündə Allaha bədgümanlıq dayanan ayrı-ayrı xasiyyətlərdir.»511
3919. İmam Əli (ə): «İman bədgümanlıqla uyğun gəlməz.»512
3920. İmam Əli (ə): «Bədgümanlıq işləri korlayar və cürbəcür pis işlərə üz tutmağa səbəb olar.»513
3921. İmam Əli (ə): «Bədgümanlıqdan çəkin. Çünki, bədgümanlıq ibadəti korlayar.»514
3922. İmam Əli (ə): «Şər-xəta adam, heç kəsin barəsində yaxşı gümanda olmaz. Çünki, hamını özü xasiyyətdə və xislətdə görər.»515
1197. Başqalarına bədgüman olmağa sövq edənlərdən çəkinmək.
3923. İmam Əli (ə): «Özünü töhmət və bədgümanlıq hədəfinə çevirən şəxs, ona bədgüman olanları məzəmmət etməməlidir.»516
3924. İmam Əli(ə) «Pis yerlərə gedib-gəldiyinə görə ittiham olunan və özünü töhmət hədəfinə çevirən şəxs onun barəsində bədgüman olanları məzəmmət etməməlidir.»517
3925. İmam Əli(ə): «Pis adamlarla yoldaşlıq, yaxşı insanlara bədgünmanlıqla nəticələnər.»518
3926. İmam Əli (ə): «Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbi qaralığına görə heç kəsə etimad etməyən və pis rəftarına görə də heç kəsin etimad etmədiyidir.»519
3927. İmam Əli (ə): «Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.»520
1199. Bədgüman olmağa icazə verilən hallar.
3928. Allahın Peyğəmbəri (s): «Bədgümanlıqla özünüzü xalqın zərərindən qoruyun.» 521
3929. İmam Əli (ə): «Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimsə başqasından bir günah əməl görmədiyi surətdə onun barəsində bədgüman olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və ədalətsizlik zəmanəyə, xalqa hakim kəsiləndə bir şəxs digərini yaxşı qəbul edib nikbin olarsa, aldanmışdır.»522
3930. İmam Kazim (ə): «Zülm və ədalətsizliyin haqq və doğruluqdan çox olduğu zəmanədə yaxşılığını bildiyi haldan başqa heç kəsin digəri barədə xoşgüman olması rəva deyil.»523
ioooooop
262
İbadət
1200. İbadət.
Quran:
«Cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.»524
Hədis:
3931. Allahın Peyğəmbəri (s): «Ən yaxşı insan ibadətə aşiq olandır. Əllərini onun (ibadətin) boynundan sallayar, səmimi qəlbdən onu sevər, öz bədəni ilə ibadətini yerinə yetirər və özünü ona həsr edər. Həmin şəxsin dünya həyatının çətinliyindən, ya asanlığından heç bir qorxusu olmaz.»525
3932. Allahın Peyğəmbəri (s): «İnsanın məşğuliyyəti üçün ibadət kifayət edər.»526
3933. Allahın Peyğəmbəri (s): «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram.»527
3934. İmam Əli (ə): «Allah bəndəni sevəndə ibadətin gözəlliyini onun qəlbinə salar.»528
3935. İmam Əli (ə): «Bəndəlik beş şeydədir: qarnını yeməkdən boş saxlamaqda, Quran oxumaqda, gecəni ibadətlə keçirməkdə, səhər çağı Allahın dərgahına ahu-zar etməkdə və Allah qorxusundan ağlamaqda.»529
1201. İbadətdə Allahı tanımağın və yəqinliyn rolu.
3936. Allahın Peyğəmbəri (s): «Yəqinlə olmayan heç bir ibadətin dəyəri yoxdur.»530
3937. Allahın Peyğəmbəri (s): «Allaha sanki onu görürsənmiş kimi ibadət et. Çünki, sən Onu görməsən də, O səni görür.»531
3938. İmam Əli (ə): «İdrak və Allahı tanıma olmayan ibadətdə heç bir xeyir yoxdur.»532
3939. İmam Səccad (ə): «İdrak və Allahı tanımaqla olan ibadətdən başqa ibadət yoxdur.»533
1202. İbadətin növləri.
3940. «Tənbihul-Xəvatir»: Məsih (ə) bir kişiyə buyurdu: «Nə iş görürsən?» Ərz etdi: «İbadət edirəm.» Buyurdu: «Bəs sənin dolanışığını kim təmin edəcək?» Ərz etdi: «Qardaşım.» Buyurdu: «Qardaşın səndən daha abiddir.»534
3941. Allahın Peyğəmbəri (s): «İbadət on hissədir, onun doqquzu halal ruzi dalınca getməkdir.»535
3942. Allahın Peyğəmbəri (s): «Övladın ata və anaya mehriban baxışı ibadətdir.»536
3943. Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir, ədalətli rəhbərə baxmaq ibadətdir, ata-anaya mehriban və qayğıkeş baxış ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.»537
3944. Allahın Peyğəmbəri (s): «Allah barədə xoşgüman olmaq Allaha ibadətdir.»538
3945. İmam Əli (ə): «Səmaların və yerin mələkkutu barədə düşünmək ixlaslı bəndələrin ibadətidir.»539
3946. İmam Əli (ə): «Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.»540
3947. İmam Sadiq (ə): «Hər ibadətdən üstün ibadət var və biz Əhli-Beyti sevmək ən üstün ibadətdir.»541
1203. Abidlərin növləri.
3948. İmam Sadiq (ə): «İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların ibadəti və ən üstün ibadətdir.»542
3949. İmam Sadiq (ə): «Kim Allaha qarşı günah işlətməklə bir şəxsə itaət edərsə, hər an ona bəndəlik etmişdir.»543
3950. İmam Cavad (ə): «Kim bir söz danışana qulaq asarsa, ona bəndəlik etmişdir. Əgər danışan Allah kəlamını söyləyərsə, eşidən də Allaha ibadət etmişdir. Əgər şeytanın tərəfindən danışsa, şeytana ibadət etmişdir.»544
1204. Ən üstün ibadət.
3951. Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət fiqhdir (dini dərk etməkdir).»545
3952. Allahın Peyğəmbəri (s): «Ən çox savabı olan ibadət gizli ibadətdir.»546
3953. Allahın Peyğəmbəri (s): «Haram yeməklə qarışıq olan ibadət qum üstündə (başqa sözlə desək, su üzərində) tikilən bina kimidir.»547
3954. İmam Əli (ə): «Ən üstün ibadət günahlardan çəkinməkdir.»548
3955. İmam Əli (ə): «Ən üstün ibadət adətə qalib gəlməkdir.»549
3956. İmam Əli(ə): «Ən üstün ibadət dünyaya meyl etməməkdir.»550
3957. İmam Sadiq (ə): «Ən üstün ibadət Allahı tanımaq və Ona müti olmaqdır.»551
3958. İmam Sadiq (ə): «Ən üstün ibadət daim Allah və Onun qüdrəti barədə düşünməkdir.»552
3959. İmam Sadiq (ə): «Allaha and olsun, möminin haqqını yerinə yetirməkdən üstün heç bir şeylə Allah-taalaya ibadət olunmayıb.»553
3960. İmam Sadiq (ə): «Ən abid insan vacib əməlləri yerinə yetirəndir.»554
3961. İmam Rza (ə): «İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.»555
3962. İmam Cavad (ə): «Ən üstün ibadət ixlasdır.»556
1205. İbadətdə xoş əhval.
3963. Məsih (ə): «Həqiqətən, sizə deyirəm: Xəstə şəxs yaxşı və ləziz xörəyə baxıb kəskin ağrıya görə ondan bir ləzzət almadığı kimi, dünyapərəst də dünya malına məhəbbətə görə ibadətdən ləzzət almır və onun şirinliyini dadmır.»557
3964. Allahın Peyğəmbəri (s): «İbadətin bəlası süstlükdür.»558
3965. İmam Sadiq (ə): «İbadəti öz canlarınıza yükləməyin.»559
ioooooop
Dostları ilə paylaş: |