Ədəbiyyat siyahısı
1.Abdullayev Ə.Z., Ü.M.Seyidov, A.O.Həsənov. Müasir Azərbaycan dili, IV hissə, 1985, 385 s.
2.Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı, 2007, 376 s.
3.Dəmirçizadə Ə. Müasir Azərbaycan dili, I hissə, Bakı, 1982, 321 s.
4.Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası, Bakı, 1988, 376 s.
5.Qarayev A.H. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar. Bakı, 1989, 128 s.
6.Qurbanov A.M. Azərbaycan ədəbi dili, Bakı, 1985, 406 s.
7.Yaqubova T.R. Azərbaycan mətbuat dilində alınmalar (1990-2000), Bakı, 2008, 152 s.
8.Егаровка К.Н. Типы лингвистических заимствований. АКД, 1971, 32 с.
Alieva Gultakin
linguistic analysis of neologisms in languages having
various systems
(On the basis of the materials of the Azerbaijani and
Russian languages)
Summary
The present paper is dedicated to one of the urgent problems of lexics. Here neologisms have been analysed in comparison with forms in unrelated languages. For the first time comparative-confrontative analysis of neologisms has been carried out in both Azerbaijani and Russian languages. Here also lexic-grammatical distinction and similarity of neologisms in both languages have been defined.
Алиева Гюлтекин
Лингвистический анализ неологизмов в
разносистемных языках
(На материале азербайджанского и русского языков)
Резюме
Данная статья посвящается одной из актуальных проблем лексики. Здесь исследуются неологизмы в сравнении с эквивалентными формами в разносистемных языках. Впервые был произведен сравнительно-сопоста- вительный анализ неологизмов как в азербайджанском, так и в русском языках. Были определены лексико-грамматические различия неологических форм в обоих языках.
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,
Sosiolinqvistika və dil siyasəti şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,professor R.Eyvazova
filologiya üzrə fəlsəfə doktoru S.Quliyeva
Svetlana Məmmədova
Azərbaycan Müəllimlər İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
email: rzaeva-sevar@rambler.ru
İNGİLİS DİLİNDƏ KULİNARİYA TERMİNLƏRİNİN TARİXİ-ETNOQRAFİK İNKİŞAFI
Açar sözlər: kulinariya, mətbəx, termin, mədəniyyət, etnoqrafiya
Ключевые слова: кулинария, кухня, термин, культура, этнография
Key words: culinary, kitchen, terms, culture, ethnography.
Sahə leksikasının qədim tərkib hissəsi olub, xalqın maddi mədəniyyətinin bir növ güzgüsü sayılan, onun məişətini, milli xüsusiyyətlərini koloritli şəkildə əks etdirən kulinariya terminləri quruluş və məna etibarilə müxtəlif cəhətlidir. Kulinariya terminləri bütövlükdə hər hansı bir xalqın terminalogiyasının milli sahələrindən biridir. “Kulinariya” termini latın dilindəki “Sulina”(mətbəx) sözündən götürülmüşdür, mənası “qida hazırlanma sənəti” deməkdir. Milli mətbəx yalnız xörəklər deyil, həm də texnologiya, qab-qacaq, süfrəarxası ənənələrlə bağlı mərasimlərin toplusudur. Hazırda beynəlxalq aləmdə mütəxəssislər kulinariyaya elmin, təcrübənin və incəsənətin kəsişdiyi bir sahə baxımından yanaşırlar.
Əsatirə görə Kulina ilk həkim Eskulapın iki qızından (Kiceya və Kulina) biridir. Birinci qız gigiyenanın, ikinci qız isə kulinariyanın mühafizəkarıdır.
Xalqın istehsal etdiyi qida məhsulları onların həyatında özünə möhkəm yer edir, hətta onların məişətində əsaslı dəyişikliklər baş verdikdə belə aradan çıxmır. Ənənəvi qida məhsullarına yeniləri əlavə olunur, bununla da onların növləri zənginləşir. Qidanin nisbi mühafizəkarlığı, ilk növbədə, təbii-coğrafı şərait və təsərrüfatın ləng dəyişən istiqaməti ilə bağlıdır.
Hər hansı bir xalqın mətbəxi dedikdə, yalnız xörəklər, onların bişirilmə, hazırlanma qaydaları, texnologiyası deyil, həmçinin özülüyündə maddi mədəniyyətin bir hissəsi - mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, kimya avadanlığı, etikası, estetikası, poeziyası və sairə bu kimi cəhdləri, eləcə də təcrübi amilləri ahəngdar surətlə birləşdirən hər hansı bir xalqın yaşadığı tarixi ərazi daxilində ətraf mühiitlə tam bağlı bir mətbəx mədəniyyəti başa düşülür.
Haqqında bəhs etdiyimiz ingilis xalqının mətbəxinə və ingilis dilində mövcud olan kulinariya terminlərinin formalaşmasına təsir göstərən bir sıra amillər mövcuddur. Bu amillərə aşağıdakıları nümunə göstərmək olar:
-
İngiltərənin yerləşdiyi coğrafi ərazi və mühit
-
Bu ölkədə mövcud olan iqlim qurşaqları
-
Landşaft (çaylar,dəniz, dağlar, meşə)
-
Məişət qablarının çeşidliyi (dəridən, daşdan, saxsıdan, ağacdan)
-
Dini amillər (xristianlıq və digər dinlər)
Kulinariya terminlərinin formalaşma və təşəkkülünə təsir edən amillərə, həmçinin ingilis xalqının toy və matəm mərasimləri ilə bağlı mətbəxini də aid etmək olar.
Kulinariya terminologiyasının struktur - semantik inkişafı qida məhsullarının hazırlanma texnologiyası və onlardan müxtəlif etnoqrafik mühitdə istifadə oluması ilə bağlıdır. Belə inkişafın nəticəsi hər şeydən əvvəl, bu vahidlərin semantik sahəsində öz əksini tapır. Dilin etno lingvistik sərvətində qida məhsullarının adları mənşəyinə görə qədim və sabit leksik vahidlər hesab olunur. Leksikanın bu sahəsi xalqın milli -ənənəvi və etnomədəni xüsusiyyətləri ilə daha bağlıdır. İngilis xalqının kulinariya mədəniyyəti zəngin olduğu kimi, onun dilində işlənən xörək adları da müxtəlif və rəngarəngdir. İngilis xalqının kulinariya mədəniyyəti həmin adlarda da öz əksini tapmışdır.
Xörək adları ictimai-tarixi prosesin məhsuludur. Yeyinti məhsullarının adları cəmiyyətin formalaşması ilə üst-üstə düşür.
Xörək adları sahə leksikasının tərkib hissələrindən biridir. Bu sahədə işlənən sözlər və ifadələr isə məişət leksikası və etnoqrafik leksikanın materialıdır, ingilis xalqının məişət və etnoqrafiyası qədim olduğu qədər bu xalqın kulinariyasının tarixi də qədimdir. Maraqlı inkişaf yolu keçmiş ingilis kulinariyası zaman-zaman inkişaf edən təzə kulinariya terminləri, yeni xörək adları ilə zənginləşmişdir. İngilis kulinariyası da milli-tarixi, etnik-mədəni özünəməxsusluğunu hərtərəfli əks etdirir. İngiltərənin qidası əsasən dəniz məhsulları, ət, quş, süd və tərəvəz yeməklərindən ibarətdir. Bu məhsullardan hazırlanan ənənəvi yeməklər ingilislərin milli mətbəxinin əsasını təşkil edir. Ancaq tarix boyu başqa xalqlar üzərində istilaçı olmaq və eyni zamanda özlərinin də zaman-zaman istilalara məruz qalması, keçmiş və müasir dövrdə dünya xalqları ilə mədəni, iqtisadi və siyasi əlaqələri ingilislərin mətbəxində və kulinariya terminləri arasında digər xalqlara məxsus yemək adlarının olmasına səbəb olur. Məsələn: mulligatawny-qatı, kəskin sup (hindistan yeməyi), halva-halva turkish delight - rahat hulqum, sugar- şəkər, turmeric-sarıkök, pepper- istiot, bibər, sumac (sumach) - sumağ, saffron- zəfəran (şərq ölkələrinin mətbəxi), püree (pjuəreı) -püre, mutton - qoyun əti, beef - mal əti (fransa mətbəxindən), pelmeni - pelmeni (rus mətbəxindən), hamburqer - qamburqer (alman mətbəxi) və s.
İngilis dilində olan kulinariya terminlərinin müxtəlif inkişaf yolları vardır. İnsan yarandığı vaxtdan yaşaması üçün əsas şərtlərdən biri onun qida təminatı ilə bağlıdır. Buna görə də insanın ünsiyyətində, danışıq dilində qida axtarışı, onun tapılması, hazırlanması və qəbul edilməsi ilə bağlı olan terminlər daha böyük yer tutur. Kulinariya terminlərinin yaranmasında və formalaşmasında bir neçə vasitədən istifadə olunur:
1. Ərzağın adı ilə bağlı olan kulinariya terminləri. Məsələn:
Chicken broth (toyuq şorbası), meat soup (ət sousu), roast meat (duxovkada qızardılmış ət, kabab), roast chicken ( duxovkada qızardılmış toyuq), fish soup (balıq sousu), cheese sandwich ( pendirli buterbrod), cabbage soup (borş, şi), fried potatoes (qızardılmış kartof), apple pie (alma piroqu ), corn flakes - qarğıdalıdan olan qızardılmış dilimlər, cheese pancake - pendir qutabı, kəsmik kətəsi, mashed potatoes - kartof püresi, meat dumplings - pelmeni, semolina porrige - yarma sıyığı, aubergine paste - badımcan kürüsü və s.
2. Müxtəlif istilik prosesləri ilə bağlı olan kulinariya terminləri. Məsələn:
Boiled - soyulma, fried yağda qızardılmış, smoaked hisə verilmiş, hot - qaynar, overdone çox bişirilmiş, underdone yarı çiy, cold - soyuq, stewed fruit - qurudulmuş meyvədən hazılanmış şirə, hovered - buxarda bişirilmiş, qrilled - qril edilmiş, choped - döyülmüş, broiled - odda qızardılmış və s.
3. Yer adları ilə bağlı kulinariya terminləri. Məsələn:
Russian salad - rus salatı, vineqret, Bath cops – Vat kotleti, English crusty baton - ingilis batonu, Duch cheese - holland pendiri, Turkish delight - rahat hulqum və s,
4. Yeməyi ilk dəfə bişirib ortaya çıxaran adamların adları ilə bağlı olan kulinariya terminləri. Məsələn:
Bath Oliver - «oliver» peçenyesi. İlk dəfə Bat şəhərində yaşayan doktor U. Oliverin resepti ilə XVIII-ci əsrdə hazırlanıb.
Melba peach - melba şaftalısı. Şaftalı dilimləri ilə qaymaqlı dondurma növüdür. Avstraliya lüğətçisi N. Melba (Mellie Melba, 1861-1931) adı ilə bağlıdır.
-
Qeyri-adi yadda qalan, adları məcazi məna verən yeməklərin adları ilə bağlı olan kulinariya terminləri. Məsələn:
Hot -doq isti sosiska ilə bulka, rigroll -bublik, apple of love - pomidor, pancake - aladi, blinı; pie - piroq; egg-plant - badımcan; chips - qızardılmış kartof dilimləri; hotchpotch - ət və tərəvəzdən raqu ; hot-pot - qaynadılmış ət göyərti ilə; fish-ball - balıq kotleti; squab pie - qoyun əti, soğan, alma ilə piroq; dough nut - ponçik; bonny-clabber - prostokvaşa və s.
-
Günün müxtəlif dövrlərində yeyilən yeməklərin adları. Məsələn:
Breakfast - səhər yeməyi; lunch - günorta yaxud ikinci səhər yeməyi; dinner - günorta yeməyi; tea - çay; supper - axşam yeməyi.
-
Ərzağın necə hazırlandığını bildirən kulinariya terminləri. Məsələn:
Granulated sugar — şəkər tozu; processed cheese - əriyən pendir; spiced sprats - konservləşdirilmiş kilkə; tinned goods -konserv; tinned fruit - konservləşdirilmiş kompot; skim milk - qaymağı alınmış süd; castor sugar - şəkər pudrası; damson- cheese — qaymaqdan lay-lay marmelad; suqer loaf — kəllə qənd; sour clotted milk - qatıq və s.
8. Xüsusi günlərdə, bayramlarda bişirilən yeməklərin adlarını bildirən kulinariya terminləri. Məsələn:
Stuffed turkey - içi doldurulmuş hind toyuğu (Milad bayramı gecəsi hazırlanır); pudding - pudinq (Milad bayramı gecəsi hazırlanır); pumkin pie - balqabaq piroqu («Thankgiving day»-«minnətdarlıq günü» hazırlanır.); roast goose - duxovkada qızardılmış qaz (yeni il gecəsi və milad bayramı hazırlanır.); cakes, biscuits - tortlar, piroqlar, biskvitlər (bütün bayramlarda) və s.
Kulinariya terminlərini tədqiq edən bəzi dilçilər qeyd etmişlər ki, belə terminlər maddi mədəniyyətin bir hissəsidir və onların gündəlik həyatda, məişətdə, mərasimlərdə işlənmə qaydalarını, milli mətbəxlərin yaxınlığını, yeməklərin növ və çeşidlərinin fərqli xüsusiyyətlərini müxtəlif zonalar əsasında öyrənərək belə qənaətə gəlmişlər ki, bu yeməklərin böyük əksəriyyəti qədim tarixə malikdir və qonşu ölkələrdə tarixi-mədəni əlaqə və qarşılıqlı ünsiyyət nəticəsində yaranmışdır.
Ədəbiyyat siyahısı
-
Гроссман Е.Я, Кричевская E.JI. Five Everyday Topics in English, M.,1961.
-
Alxasova N. Azərbaycan xörəkləri. В., 1955.
-
Bünyatov К, Malayev N. Azərbaycan kulinariyası. 1982.
-
Əhmədov Ə. Azərbaycan kulinariyası. 1987.
-
Xəlilov H. Azərbaycan etnoqrafiyası. B., 1991.
-
Əsədova M. İngiliscə-Azərbaycanca tematik sözlər lüğəti. B., 2001.
-
Радовель В. А. Страноведение Великобритания. Ростов-на Дону. «Феникс» 2005.
-
Ovçinnikov V. Palıd kökləri. В., 1985.
Mamedova Svetlana
Historical and ethnographic development of culinary
terms in english
Summary
We may live without poetry, music and art; we may live without conscience, and live without heart; we may live without friends, books; but civilized man cannot live without cooks. The article is devoted to the culinary. Culinary terms (latin “kulinare”- “kitchen”, fig. “food”) i.e. cookery terms in the narrow sense, in a system of food names, lent in the wide sense- terminology, generalizing main notions relating to the art of preparation of dishes.
Foreigner often say that food in Britain is uninteresting and plain, nothing fancy; that it lacks originality and excellence. But British food is not as bad as some people think, especially if it is cooked in the home, where it is possible to time the dishes to perfection.
Today however, English cooking is a germ of a cuisine. It has retained the core of its early culinary history but constantly added to it. Roasts, savoury and sweat pies, stews, and a divers selection of truly delectable (best in the world) puddings/ desserts are still popular.
The great English breakfast (any combination of fried bacon, eggs, sausages, tomatoes, bread, black pudding, baked beans, grilled kidneys and kedgree) whilst not eaten by most people every day, is still loved as Afternoon Tea ( some visitors call it “high” tea) which consists of cakes, biscuits, scones, sandwiches and of course Tea. The Sunday Roast, which can be beef with Yorkshire pudding, lamb, pork, or chicken generally served with roast potatoes and at least 2 vegetables) is also still a tradition which most uphold at least once a month.
A truly electric cuisine…… YES, being an English site we make no excuse for being biased.
Azerbaijan has always been famed for its cookery. The abundance of vegetables, fruit, fragrant herbs and spices have inspired Azerbaijan cooks to invent new and new national dishes which are so distinctive that you can never mix them up with dishes of other peoples.
It deals with the problems of the culinary terms in Azerbaijan and English languages, the ways of their creating, their morphological pecularities and so on.
Мамедова Светлана
Историческая-этнографическая развитие кулинарных терминов на английском языке
Резюме
Статья посвящена азербайджанским и английским кулинарным терминологиям.
Азербайджанские блюда отличаются особым вкусом и приятным ароматом. Азербайджанская кулинария отличается характерными блюдами и изделиями с высокими питательными свойствами и острым вкусом благодаря применению местных приправ, пищевкусовой зелени, специй и пряностей.
Иностранцы считают английскую кухню неинтересной. Я думаю, что это не правильно. Если блюда английской кухни будут приготовлены в домашних условиях, то ваше мнение изменится.
В области кулинарии Англия полна сюрпризов. Благодаря своему врожденному консерватизму британцы сохранили традиционные кушанья в своем исконном виде. Англичане придают большое значение завтраку. Английский завтрак служит солидной основой рациона на весь день. Чай перед завтраком составляет как бы фундамент для сытной еды. Вероятно, эта традиция ведет свое начало от мореплавателей, которые влияли на обычаи островитян. Британцы уделяют завтраку достаточно времени, спокойно съедают поридж - довольно густую кашу из овсяных хлопьев со сливками и молоком или кукурузные хлопья корнфлекс, запиваемые фруктовым соком. Затем следует белый хлеб с вареньем и знаменитая яичница с беконом. Но англичане охотно едят на завтрак и горячую копченную рыбу или сосиски. В этой стране не пострадают интересы и любителей мяса. Едва ли есть хоть кто-то, кому неведом нежный английский ростбиф. Для английской кухни характерен необычный способ приготовления овощей. Англичане еще в прошлом веке изобрели готовые соусы.
В статье были показаны этимология кулинарных выражений на английском и азербайджанском языках. Цель статьи-раскрыть особенности и богатства национальных блюд английской и азербайджанской кулинарий и обратить внимание на историка- этнографическое развитие кулинарных терминологий сопоставительной на этих языках.
Çapa tövsiyə edən: Azərbaycan Müəllimlər İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor F.Xalıqov
filologiya elmləri doktoru,professor İ.Məmmədli
Gülnur Mahmudova
Bakı Dövlət Universiteti,
filologiya üzrə fəlsəfə doktoru
İŞTİQAQ DİL HADİSƏSİ İLƏ BAĞLI İLK TERMİNLƏRİN
MEYDANA GƏLMƏSİ
Açar sözlər: Ərəb qrammatika elmi, Bəsrə qrammatika məktəbi, söz yaradıcılığı
Ключевые слова: Басрийская грамматическая школа, словообразование, начальная форма глагол
Key words: word formation, Basrah grammar school, infinitive verb forms
Ərəb qrammatika elminin yaranması və onun qayda qanunlarının meydana çıxmasından sonra müxtəlif şəhərlərdə, müxtəlif qrammatika məktəblərində hökm sürən söz mübarizəsinin hüdudları məhdudlaşmadı, əksinə, bu qrammatika məktəblərinə mənsub qrammatiklərin bir sıra dəlillərinə baxmayaraq, daha da artdı.
Maraqlı cəhət həm də burasıdır ki, qədim zamanlardan bəri ərəb alimləri iştiqaqın mənşəyi barədə fikir ayrılığında olmuşlar. O məsdərdir, yoxsa feil? Məsələn, bəsrəlilərin fikrinə görə məsdər əsasdır, feil isə ondan törəmişdir. Ola bilsin ki, onlar Sibaveyhinin bu barədə yürütdüyü “Feillər ən yeni isimlərdən götürülmüş nümunələrdir” fikrinə istinad olaraq bu cür iddia etmişlər. Kufəlilər isə bunun əksinə olaraq fikir yürütmüşlər. Bütün bunlar onu deməyə əsas verir ki, hər iki firqənin nümayəndələri İbn əl Ənbarinin “Bəsrə və Kufə qrammatika məktəbləri arasında ixtilaflı məsələlərə xidmət” əsərində müfəssəl şəkildə toxunduğu müəyyən dəlillərə istinad etmişlər. Bəsrəlilərin gətirdikləri dəlillər əsasən aşağıdakılardan ibarətdir:
Məsdərin məsdər olaraq adlanması ona dəlalət edir ki, o, əsasdır, feil isə ondan törəmişdir:
-
Məsdər mütləq zamanı, feil isə müəyyən zamanı ifadə edir. Həmçinin, mütləq zaman sərhədli zamandan daha əvvəl yaranıb. Beləliklə də, məsdər feildən daha əvvəl meydana gəlib.
-
Məsdər isimdir, isim isə yalnız özünü icra edir və felin məna çərçivəsini, demək olar ki, ixtisara salır, feil yalnız özünü icra etmir və hər an ismə ehtiyac duyur.
-
Feil öz forması ilə, əsasən iki şeyə dəlalət edir: yeniliyə və düzəltmə zamana. Məsdər isə öz formasına görə yalnız bir şeyi ifadə edir ki, o da yenilikdir. Belə ki, onlardan biri digərindən daha əvvəl yaranmışdır. Beləliklə, məsələyə daha böyük anlamda yanaşsaq, məsdər feilin mənşəyidir.
-
Əgər məsdər feildən düzəlmiş olsaydı, onda o, feildə olan yenilik, zaman və digər bir üçüncü bir mənaya dəlalət edərdi.
-
Əgər məsdər feildən düzəlmiş olsaydı, onda, onun yalnız və yalnız bir metodla müəyyənləşməsi qaçılmaz olardı və fail və məfullarının adlarının fərqlənmədiyi kimi o da fərqlənməzdi.
-
Əgər məsdər öz mənasını feildən əxz etmış olsaydı, o zaman hər bir məsdərin ilk rüşeyminin götürülmüş olduğu bir feil olardı. Ərəbdilli lüğətlərə nəzər salsaq, o zaman biz, feil mənşəyi olmayan çoxlu məsdərlərə rast gəlirik. Buna nümunə olaraq biz, عبودية، رجولية النبوة، الامومة və s. kimi sözləri misal gətirə bilərik. Ərəb sözləri arasında qeyri-feil mənşəli sözlər tipli məsdərlər də yox deyildir. Məsələn, الكرامة، العطاء və s. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, feillər məsdərdən əvvəl yaranmamış, əksinə onların yaranması üçün məsdər ilkin mənbə rolunu oynamışdır.
-
Hər bir məsdər - qişanın, məsələn الضرب، القتل məsdərlərində olduğu kimi, yalnız bir modeli vardır. Bir feilin isə birdən çox modeli mövcuddur. Məsələn, məsdərləri “zəhəb” və “zuhub” olmaqla ذهب feilinin bir neçə növü vardır. İfadə etdiyi məna baxımdan da həmin feilin bir- birinə həm yaxın, həm də yaxın olmayan müxtəlif mənaları vardır.
-
Məsdər anlamı və onun bütün qişa hərflərinə, məsələn, صرَف felinin nümunəsində olduğu kimi, həmin feilin bütün bablarında təsadüf olunur. Lakin, hesab etmirik ki, فضة (gümüş) sözü və bu kimi digər isim mənşəli anlamlar ondan düzəlmiş bütün kəlimələrin əslidir. Belə ki, məsdərin mənası ondan düzəlmiş olan bütün feillərin əsasında var. Lakin, məsdərin özündə yalnız bir feilin mənası mövcud deyildir.
Ərəb ədəbi dilində söz yaradıcılığı - iştiqaqın mənşəyi haqqında Kufə qrammatika məktəbi alimlərinin gətirdikləri ən mühüm dəlillər aşağıdakılardan ibarətdır:
-
Məsdər hər anlamda, bir təzahür olaraq feilin nəticəsidir və müəyyən mənada nöqsanlıdır. “ قاوم قوام ” deyilməsi doğru, “ قام قيام ” kimi səslənməsi isə yanlışdır. Buna görə də birinci ikincidən daha üstündür.
Feil məsdəri işlək vəziyyətə gətirir. Şübhə yoxdur ki, işləyənin mövqeyi işlədilənin mövqeyindən daha əvvəl gəlir və nəticə baxımdan daha önəmlidir [7; 477].
Məsdər feilə, bir növ dəstək vəzifəsini icra edir. Heç şübhəsiz ki, bu baxımdan da dəstəklənənin mövqeyi də, dəstəkləyənin mövqeyindən daha əvvəl gəlir. Ona nəzər salan hər bir kəs aşağıdakı məsələləri aydın şəkildə müşahidə edə bilər:
-
Bəsrəlilərin dəlillərinin çoxunun səciyyələndiyi cəhət əsasən əqli və fəlsəfi cəhətdir. Kufəlilərin dəlilləri isə morfoloji və sintaksis amillər baxımından səciyyələnir. Bəsrə əhli məntiq və fəlsəfədən faydalanmaqda digərlərindən öndə olmuşlar. Çünki, fəlsəfi məzhəblərin təsiri digərlərinə nisbətən Bəsrədə daha əvvəl yayılmışdı.
-
Bəsrəlilərin əksər dəlilləri məsdərin mənasına, az bir hissəsi isə onun ifadəsinə əsaslanır. O, mənaya əsaslandıqda ağlabatan və daha məqbul görünür. Sözə əsaslandıqda isə zəif və nöqsanlı görünür. Kufəlilərin dəlilləri isə məsdərin ifadəsinə qətiyyən xələl gətirmir.
-
Bəsrəli alimlərin fikrincə, “məsdər” adının onun müstəqilliyinə dəlil olaraq götürülməsi dairəvi səbəblər qəbilindəndir. Belə ki, bəsrəlilərdə məsdər onun müstəqilliyinə olan inanc nəticəsində məsdər olaraq adlanır. Bir şeyin nəticəsinin ona səbəb olaraq götürülməsi isə səhv anlayış olardı.
-
Bəsrəlilərin 8 və 9-cu dəlilləri gücləndirdiyi misalları şübhə üçün yer qoymur, belə ki, bəsrəlilərin məsdər məfhumu güclü şəkildə Aristotelin ideyalar nəzəriyyəsindən təsirlənmişdir. Sanki məsdər onlar üçün modeldir, ondan törəyənlər isə sadəcə formalardır.
Fikrimizcə, hər iki qrupa mənsub olan alimlərin iştiqaq haqqındakı nəzəriyyələri qısa şəkildə aşağıdakı kimi ifadə oluna bilər:
Bəsrə məktəbi - məsdər (feil+ məşhur törəmələr)
Kufə məktəbi - feil ( məsdər+məşhur törəmələr)
Bəsrəli alimlərin fikrincə, məsdər əsasdır, Kufəli alimlərin fikrincə isə o, törəmədir. Kufəlilərdə fel əsasdır, bəsrəli müəlliflərin fikrinə əsasən isə o, əsas deyil, törəmədir [7; 78].
Qeyd etdiyimiz kimi, ərəb ədəbi dili sözdüzəltmə (iştiqaq) vasitələri ilə çox zəngindir. Ənənəvi ərəb dilçiliyində sözdüzəltmə üsulları (qəlb lüğəvi, ibdal lüğəvi, nəht və s.) geniş araşdırılmış, isimlərdən və feillərdən düzəlmiş sözlər haqqında ətraflı məlumat verilmişdir. İştiqaqın səğir, əsğər, kəbir, əkbər, eləcə də kübar, kubbar növlərindən geniş bəhs edən orta çağ və müasir ərəb dilçiləri bu növlərin hər biri haqqında müfəssəl məlumat vermiş, öz mülahizə və müddəalarını külli miqdarda faktik materiallarla əsaslandırmışlar.
Ərəb ədəbi dilində ismi sözdüzəltmə dedikdə, feillərdən, isim və ədatlardan (hərflərdən) düzəlmiş isimlər nəzərdə tutulur. Feili sözdüzəltmə isə feil, isim, və ədatlardan düzəlmiş feilləri əhatə edir.
Ərəb dilçiliyində feildən düzəlmiş isimlər bəhsinə feilin birinci babından düzələn məsdər, ismu -l-məsdər, ismu -l-mərrə, ismun-nauv, ismu -l-heyə, əl-masdər-mimi, zaman və məkan bildirən isimlər, ismul-fail (feili sifətin məlum növü), ismul- məful (feili sifətin məchul növü), əs-sifət -ul-muşəbbəhə, müqayisə və üstünlük bildirən sifət forması, mübaliğə bildirən sifətlər və alət bildirən isim formalar daxil edilir.
Birinci babdan müəyyən bir qaydaya tabe olmayan səmai üsulla düzələn məsdərlərin miqdarı barəsində ərəb dilçiləri arasında fıkir ayrılığı mövcuddur. Sibəveyhi onların sayım 32 göstərdiyi halda, İbn əl-Qutiyyə və Süyuti bu qəbildən olan məsdərlərin sayının 25 olduğunu qeyd edirlər.
İsimdən düzəlmiş isimlər bəhsinə əsasən aşağıdakılar daxil edilir, məsələn, fərəs “at”, ləbən “süd”, təmr “xurma”, dər‘ “zireh” və s. sözlərdən fail formasında düzəlmiş faris “at sahibi”, laabin “süd sahibi”; taamir “xurma sahibi”; daari‘ “zireh sahibi” kimi sahiblik, yiyəlik bildirən sözlər.
Mübaliğə ilə yanaşı, peşə, sənət, sahiblik, satıcılıq və s. bildirən (fə“älun) vəznli sözlər; məsələn, cəmmaalun “dəvə sahibi”; ‘əssaalun “bal sahibi”, “baltutan”; səyyaaf “qılınc sahibi”, “qılınc düzəldən”; nəccaar “dülgər”; həddaad “dəmirçi”; bəzzaaz “bezsatan”; şəvvaab “paltarsatan”. Yuxarıdakı sözlər cəməl “dəvə”, ‘əsəl “bal”, seyf “qılınc”, nicaaratun “dülgərlik”, hidaadətun, “dəmirçilik”, bəzz “bez”, şaub “paltar” isimlərindən düzəldilmişdir. Satıcılıq peşəsi bəzən fə`aal qəlibli isimlərə nisbi sifət şəkilçisinin əlavəsi ilə də ifadə olunur; məsələn, zəccaac “şüşəsalan”, zəccaaci “şüşəsatan”.
Ərəb ədəbi dilində (fə‘aalətun) forması adətən mübaliğə bildirən sifət formalarından hesab edilir; məsələn “allaamətun” “çox bilən”; “cəyyälətun”, “çox gəzən”, “çox səyahət edən” [9; 97].
Qeyd etmək lazımdır ki, müasir dövrdə elmi-texniki yeniliklər öz əksini, başqa dillərdə olduğu kimi, ərəb dilində də tapır. Belə ki, çağdaş dövrdə ərəb ədəbi dilində mübaliğə bildirən formasından alət bildirən isimlər düzəltmək üçün geniş istifadə olunur; məsələn səmmä‘ətun “telefon dəstəyi”; ğassälətun “paltaryuyan maşın”; raşşäşətun “suçiləyən alət”; kəssäratun “qozsın-dıran” və s.
Onu da qeyd etmək yerinə düşərdi ki, Qahirə Ərəb Dili Akademiyası üçköklü təsirli feillərdən formasında alət bildirən isim düzəldilməsinin mümkünlüyü barədə 1954-cü ilin mart ayının 22-də xüsusi qərar qəbul etmişdir.
Düzəltmə məsdər formasında yaradılan mücərrəd isimlərə isə, məs’uliyyətun “məsuliyyət”, fa‘iliyyətun “failiyyət”, “faillik”, hizbiyyətun “partiyalıhq”, cumhuriyyətun “respublika” isimlərini misal gətirmək olar.
Ərəb alimlərinin mülahizələrinə görə, feili sözdüzəltməyə isə aşağıdakılar daxildir:
-
üçköklü feillərin düzəltmə babları;
-
dördköklü feillərin II-IV bablan;
-
sadə dördköklü feillərə əlavə edilən feillər:
-
Bu qrupa əsas etibarilə yuxarıdakı altı qəlib daxildir. Lakin bəzi orta çağ ərəb qrammatikləri bura bir çox başqa qəlibləri də daxil edirlər ki, onların sayı on yeddidir
-
düzəltmə dördköklü feillərə əlavə edilən feillər
-
isimlərdən düzələn feillər. Ərəb lüğətlərində, o cümlədən müasir sözlüklərdə isimlərdən düzəlmiş çoxlu sayda feillər mövcuddur. Onlarm miqdarı feldən düzəlmiş fellərə nisbətən xeyli məhdud olsa da, hər'halda o qədər də az deyildir; məsələn: ’ibl “dəvə” - ’əbələ “yaxşı dəvə saxlamaq”; “dəvəçiliyi yaxşı bilmək”; bəqal “tərəvəz” - bəqalə “çoxlu tərəvəzi olmaq, “tərəvəzçiliyi yaxşı bacarmaq”; zəmən “zaman” -’əzmənə bilməkän “bir yerdə çox (uzun zaman) qalmaq”; yaym “gün” yävaməhu “onu bir günlüyə fəhlə tutdu”, “onu birgünlük işlətdi”; fuh “ağız” - fahə “danışmaq”, hiläl “təzə ay” - ’əhəllə “təzə aya baxmaq”, ğirbal “qəlbir” - ğarbələ “qəlbirləmək”, “qəlbirdən keçirmək”; hacər “daş” - istəhcəra “daşa dönmək”, turab “toz”, “torpaq” - təribət yədahu “əlləri toza bulaşdı, tozlu oldu” [7; 49].
Ədatlardan ('hərflərdən) düzələn feillər. Ərəb ədəbi dilində ədatlardan düzələn feillər, az da olsa, mövcuddur; məsələn: qeyri-real şərt bildirən “lau” bağlayıcından “laula” feili: “səəltukə haacətən fəlauleytə li” - “Səndən bir şey istədim, mənə “əgər... olmasaydı” dedin”; “lə” inkar ədatından “lələ” feili: “səəltukə haacətən fəlaleytə li” … “Bir şey xahiş etdim, sən də mənə “yox” dedin”; gələcək zamanı bildirən “saufə” ədatından “bir işi gələcəyə qoymaq” mənasında işlənən “savvafə” feili.
Bəzən əlifba hərflərindən də feillər düzələ bilir, məsələn “danışıqda” “fə” hərfıni (səsini) çox işlətmək, “fəyyənə”, “cəmmənə” - danışıqda “cim” hərfıni (samitini) çox işlətmək, “şəyyənə” - damşıqda (yazıda) “şin” hərfıni çox işlətmək və s.
Qeyd edək ki, dilin sinonim vahidlərlə zənginləşməsində sözün semantik baxımdan inkişafının bir növü olan xüsusinin ümumiləşməsi kimi, ümuminin də xüsusiləşməsi العام تخصيص və mənanın daralması تضييق المعنى kimi amillərin də rolu az deyildir. Məsələn, vaxtilə البعير (dəvə) sözü həm الجمل (erkək dəvə), həm də الناقة (dişi dəvə) anlamını ifadə etmişdir. Sonra bu sözün mənası daralmış və o, yalnız الجمل sözünün sinoniminə çevrilmişdir. Elə məşhur orta əsr dilçisi İbn Mənni əs-Səqlinin də bu xüsusda rəyi belədir ki, müəyyən səbəblərdən الغنم sözü yalnız الضأن vahidinin sinonimi olub ancaq «qoyun» məfhumuna aid edilsə də, vaxtilə o, həm “qoyun”, həm də «keçi» isminə şamil edilərdi. Zaman keçdikcə, insanlar bu sözlərin arasındakı fərqi unudaraq onların mənasını darlaşdırmış və nəticə etibarilə ümumi məna xüsusiyə keçərək dildə sinonim vahidlərin yaranmasına gətirib çıxarmışdır [8; 89].
Maraqlı cəhət burasıdır ki, bugün orta əsr dilçilərinin العامة لحن (qara camaatın səhvi) səpkisində yazdıqları əsərlərində bu növdən olan minlərlə sözün yer aldığından bəhs edən müasir dilçilər də yox deyildir. Belə müasir dilçilərin rəyinə görə bu əsərlərin müəllifləri olan orta əsr dilçiləri mənanın daralmasını sözün semantik inkişafında deyil, sözün istifadəsi zamanı buraxılan səhvlərində axtarırdılar. Buradan belə qənaətə gəlmək mümkündür ki, orta əsr dilçiləri sözün mənasına dəyişməz bir hal kimi baxır, sözün etimologiyası və bir sıra tarixi amillərin sözün özünə etdiyi təsiri qəbul etmir və ya etmək istəmirdilər [4; 138]. Məsələ burasındadır ki, ərəb dilçiliyinin özündə XX əsrin 30-cu illərindən sonra rəvac tapmış sözə semantik inkişaf baxımdan yanaşılma məsələsi və bu problemin tədqiqini orta əsr ərəb müəlliflərinin əsərlərində araşdırmaq nə dərəcədə doğrudur?! Zənnimizcə bu mümkünsüzdür.
Eyni məsələni müasir dövr ərəb dilçiliyində araşdırsaq görərik ki, sözün mənasının daralması və ya konkret mənanın ümumilik kəsb etməsi məcaz yolu ilə, ərəblərin özlərinin مجاورة adlandırdıqları «yaxınlıq» üsulu ilə baş verir. Semantik baxımdan yaxın mənaları ifadə edən sözlər arasındakı fərqlər zaman keçdikcə unudulur və onlar sinonim vahidlərə çevrilirlər. Müasir dilçilər də sözün vaxtilə daşımış olduğu mənanı yeganə meyar hesab etmək fikrindən daşınır və həmin sözlərin hazırda kəsb etdikləri mənalardan çıxış edirlər. Elə bu baxımdan, bu məqamda hörmətli alim əz-Ziyadinin rəyi olduqca böyük maraq kəsb edir – «sözün ilkin (həqiqi) mənası ilə sonrakı (məcazi) mənaları arasında qəti bir hədd qoymaq mümkün deyildir. Sözün məna dairəsi daimi olaraq «hərəkətdədir» [9; 103].
Məsələn, elə alimin bu mülahizələri iddia etdikdən sonra gətirdiyi misallarda - klassik ərəb dilində biri digərinə sinonim mənada işlədilən المزادة və ية و الرا sözlərinin timsalında da bunun bir daha şahidi ola bilərik ki,المزادة vahidi vaxtilə “içərisində su saxlanılan qab”ı, ية و الرا isə “üzərində su daşınan dəvə və ya uzunqulaq” anlamında işlənsə də, zaman keçdikcə ية و الرا öz ilkin mənasını itirərək o da, «su qabı» mənasını kəsb etmişdir. Müasir dilçi bu faktın İbn Düreyd, İbn Sikkit və İbn Qüteybə tərəfindən də qeydə alındığını və onların da bu hadisəni sözün semantik inkişafı ilə əlaqələndirməyərək, onu «qara camaatın səhvi» kimi qələmə verdiklərini iddia edir [8; 109].
Məsələ burasındadır ki, bu və ya digər cütlüklərin gələcəkdə də müəyyən semantik dəyişikliklərə uğrayaraq yeni mənalar kəsb edəcəyi istisna olunmur. Belə ki, barəsində söhbət açdığımız cütlükləri bu gün müasir lüğətlərin birində izləyərkən ية و الرا vahidinin qeyd olunan mənalarla yanaşı, hətta “içki” məfhumunu da ifadə etməsinin, ikincinin isə ümumiyyətlə, orada yer almadığının, özünün həm ilkin, həm də məcazi mənasının itirdiyinin şahidi oluruq.
Yuxarıda qeyd etdiyimiz kimi, orta əsr dilçilərinin bir qismi sözlərin mənalarının inkişaf edərək dəyişməsi nəticəsində əmələ gəlmiş sinonimlərlə yanaşı onların səs tərkibində baş verən dəyişmə nəticəsində əmələ gələn sinonimlərin də olduğunu qeyd edirlər. Bəzi müasir dilçilər sözün səs tərkibinin dəyişməsi və ya əvəzlənməsi nəticəsində sinonimlərin yarana bilməsi fikrini qəbul etmir və ona qarşı çıxırlar. Məsələn, hörmətli professor Sübhi Saleh məşhur orta əsr dilçisi İbn Cinninin هتفت السماء və هتلت السماء cümlələrində verilmiş هتل və هتف feillərini sinonim kimi hesab etməsi ilə razılaşmayıb, yazır ki, bu feillər bir-biri ilə sinonim ola bilməzlər, çünki burada ya هتف feli هتل feilinin ف – ل səslərinin əvəzlənməsi, ya da هتل feli ikincininل- ف əvəzlənməsi nəticəsində yaranmış variantıdır. Müəllif bu məqamda öz fikrini qüvvətləndirmək üçün daha bir neçə misal gətirir və دعس، طعس، طعز، دعز طحس، طحز، دعظ feillərinin də bu qəbildən olmasından və onların hamısının vahid دعس feilinin səs əvəzlənməsi yolu ilə yaranmış müxtəlif variantlarından biri kimi çıxış edə bilməsindən bəhs edir [8; 321].
Onu da qeyd etmək lazımdır ki, orta əsr dilçilərinin səs əvəzlənməsi ilə sinonimlərin yaranmasının mümkünlüyünə ifadə olunan etiraz tək doktor Sübhi Salehin mövqeyi deyildir. Onun bu mövqeyi ilə digər müasir dilçilər, o cümlədən doktor Fəthulla Saleh əl-Mısri də həmrəydir. Belə ki, sonuncunun «əl-Ləhəcat» əsərində biz belə fikrə rast gəlirik:
...من المترادفات عند اللغويين القدماء ما تشابه في مبناها مع اختلاف حرف واحد فقط او ما توجد مطابقة في مبناها وحروفها مع اختلاف ترتيب الحروف... [5; 31].
«Orta əsr dilçilərinin rəyinə əsasən quruluşuna görə bir-birindən bir hərflə fərqlənən oxşar sözlər və quruluşca kök samitlərinin ardıcıllığı baxımından bir-birindən fərqlənən eyniköklü sözlər sinonimlərdəndir».
Müəllif fikrini əsaslandırmaq üçün bu müddəaya misal olaraqألبت السماء və هلبت السماء cümlələrini misal gətirərək yazır ki, ألب və هلب feilləri bir-birinə sinonim hesab edilə bilməzlər, burada ya «ه» hərfi «ء» ilə, ya da «ء» hərfi «ه» ilə əvəzlənmişdir və onlar bir-birinin variantlarıdır. Belə hadisə dildə «ibdəl» (əvəzlənmə) adlanır. O, صاعقة- صاقعة , جبذ - جذب sözlərini də sinonim kimi qəbul etməyərək deyir ki, eyni məna ifadə edən صاعقة və صاقعة , جذب və جبذ vahidləri də bir-birinin sinonimi ola bilməzlər, çünki onlar eyni sözün kök hərflərinin yerdəyişməsi nəticəsində meydana gəlmişlər və bu القلب «əl-qəlb» (yerdəyişmə) adlanan qrammatik hadisənin nəticəsidir [9; 31].
Biz orta əsr və müasir dövr ərəb dilçilərinin mülahizələri arasında bu cür ziddiyyətin səbəbi olmuş bu məsələyə müəyyən mənada aydınlıq gətirmək istəyirik.
Məlumdur ki, ərəb dilçilik tarixində «əl-qəlb» istilahından ilk dəfə istifadə edən dilçi Xəlil ibn Əhməd əl-Fərahidi olmuşdur [8; 297]. Lakin bu gün müasir ərəb dilçiliyində artıq formalaşmaqda olan rəyə görə, o, bu leksik hadisəyə semantik baxımdan yanaşmamış, ondan formal olaraq, yəni bir növ statistik vasitə kimi istifadə etmişdir. O, göstərmişdir ki, hər bir üç samitli kökdən metateza yolu ilə orta hesabla altı, hər bir dörd samitli kökdən isə iyirmi dörd söz yaratmaq olar. Beləliklə də əl-Fərahidi ərəb dilində milyonlarla sözün mövcudluğu fikrini məhz bu mülahizə ilə irəli sürmüş və ərəb dilində olan bütün sözləri المستعمل (işlənən) və المهجور (potensial) olmaq üzrə iki qismə bölmüşdür [8; 208].
Ərəb dilçiliyində «əl-qəlb» hadisəsinə ilk dəfə semantik baxımdan yanaşan alim isə məşhur orta əsr dilçisi ibn Cinni hesab olunur. Konkret dil materialları əsasında o, belə bir nəticəyə gəlmişdir ki, üç və ya dörd kök samitli sözlər, samitlərin ardıcıllığından asılı olmayaraq ümumi bir məna ifadə edirlər. Ədəbiyyatda bu mülahizəni sübuta yetirmək üçün çox zaman nümunə olaraq İbn Cinnidən bu məşhur misallar gətirilir:
...فمن ذلك تقليب ( ج، ب، ر) فهي اين وقعت للقوة والشدة. منها ( جبرت) العَظْم والفقير، إذا قويتها وشددت منها. والخبر الملك لقوته وتقوية غيره ومنها رجل (المجرب) إذا جرسته الأمور ونجدّته فقويت منته واشتدت شكيمته ومنه الجراب لأنه يحفظ ما فيه وإذا حفظ الشيء وروعى، اشتد وخوي وإذا أغفل وأهمل، تساقط ورذى ومنها (الأبجر والبجرة) وهو القوي السرة… ومنها (البرج) لقوته في نفسه وقوة ما يليه به. البَرَج لنقاء بياض العين وصفاء سوادها، هو قوة أمرها وانه ليس بلون مستضعف ومنها (رجبت) الرجل إذا عظمته وخويت أمره ومنه رجب لتعظيمهم اياه عن القتال فيه وإذا أكرمت النخلة على أهلها فمالت، دعموها بالرجبة وهو الشيء تسنده إليه لتقوى به والرجبة أحد فصوص الأصابع وهي مقوية لها ومنها (الرجاجى) وهو الرجل يفخر بأكثر من فعله … يعظم نفسه ويقوى أمره ...
Tərcüməsi: “Güclü olmaq”, “qüvvətli olmaq” mənasında istifadə olunan ج ب ر kökündən təqlib vasitəsilə əmələ gələn sözlər içərisində “güclənmək”, “qüvvətlənmək” anlamında işlənən خبر və بَرَج felləri qeyd olunmalıdır. Bundan əlavə, həmin xüsusiyyətləri ilə fərqlənən şəxs “ مجرب ” sifəti ilə təyin olunur. Üzərinə nə qədər çətinlik düşərsə düşsün, onun öhdəsindən rəşadətlə gələ bilən şəxs “ جراب” deyə müəyyənləşir. Habelə həmin kökdən بجرة və أبجر sözləri də istifadə olunur ki, bu da eyni məzmunun, təxminən üstünlük dərəcəsində olan bir vəziyyəti ifadə edir.
Ən böyük sözdüzəltmə nümunələrindən sayılan رجب və بَرَج kökləri maraq doğurmaya bilmir. Belə ki, təxminən yaxın mənalı olan bu vahidlərdən ikincisi “rəng anlamında güclü və qüvvətli olmaq” (ağappaq, qapqara və s.) kimi istifadə olunur. Bu sözdüzəltmə nümunəsinə, eləcə də رجب felini misal gətirmək olar ki, bu da ilk iki mənadan elə də uzaq olmayan bir anlamdadır və bu feil “döyüşdən sonra hər hansı bir şəxsin əməyini böyük təmtəraqla (hədiyyə və ya digər mükafatlarla, məsələn palma ağacı ilə) qeyd etmək deməkdir. Bu sözdən “ رجبة ” yaranıb ki, bu da “digərlərindən daha qüvvətli olan barmaq oynağı”dır. رجاجى kəlməsinin də bu mənşədən olduğunu iddia etmək mümkündür ki, bu da “əməlləri ilə öyünən, özünü daha təkəbbürlü aparan bir şəxsə şamil olunur” [7; 57].
Onu da qeyd etmək lazımdır ki, ibn Cinninin sinonimlərin «əl-qəlb» hadisəsi nəticəsində əmələ gəlməsi haqqında olan müddəaları həm orta əsr, həm də müasir dövr dilçiləri arasında böyük mübahisəyə səbəb olmuşdur.
Xüsusilə də, müasir dövr ərəb dilçiləri bu fikir ilə razılaşmayaraq, ibn Cinni nəzəriyyəsinin əleyhinə çıxır və onun fikirlərini təkzib etməyə çalışırlar. Doktor İbrahim Ənis bu xüsusda yazır:
...إذا كان ابن جنى قد استطاع في عنت ومشقة، ان يسوق لنا، للبرهنة على ما يزعم، بضع مواد من كل مواد اللغة التي يقال إنها في جمهرة اللغة لابن دريد تصل إلى أربعين ألفا وفي معجم لسان العرب تكاد تصل إلى ثمانين ألفا، فليس يكفى مثل هذا القدر الضئيل المتكلف، لإثبات ما يسمى بالاشتقاق الأكبر...
Tərcüməsi: İbn Dureydin “ جمهرة اللغة ” əsərində adı çəkilən müddəaya dair qırx min nümunənin, “ لسان العرب” toplusunda isə həmin məsələ ilə əlaqədar səksən min sözün mövcud olduğu iddia olunduğu bir halda, əgər İbn Cinni bu məzmunda böyük çətinliklə yalnız bir neçə nümunə sadalamaqla kifayətlənirsə, bu ərəb ədəbi dilində ən böyük sözdüzəltmə adlanan “الاشتقاق الأكبر ” təzahürünü sübuta yetirmək üçün yetərli deyildir [ 6; 52].
Yeri gəlmişkən onu da qeyd edək ki, ibn Cinni dühası və təfəkkürü qarşısında doktor İbrahim Ənis bu günkü düşünmə tərzi və konkret dil materialları ilə bir növ acizdir. İbn Cinninin «Mən heç də iddia etmirəm ki, «əl-iştiqaq əl-əkbər» bütün dil materialını əhatə edir. Bunu bütün dil materialına aid etmək olduqca çətin bir şeydir» [2; 138] kəlamı qarşısında doktor İbrahim Ənisin tənqidi olduqca cüzi görünür.
İbn Cinninin sinonim sözlərin «əl- qəlb əl- luğavi» hadisəsi ilə də yaranması iddiası və onun iki, bəzən də üç sözü əhatə etməsi bir çox orta əsr dilçiləri tərəfindən təsdiq edilir və bu mənada onların əsərləri konkret dil materialları ilə olduqca zəngindir. Məsələn, məşhur orta əsr dilçisi ibn əs-Sikkit bu məsələ ilə münasibətdə aşağıdakı nümunələri gətirir və bu sözlərin birinin digərinə sinonim olduğunu qeyd edir:
...أنضب - أنبض، رضب - ربض، ما أيبطه - ما أطيبه، جذب - جبذ، بكل - لبك، معيق - عميق، امضحل - اضمحل، صاقعة - صاعقة، مكلَّب - مكبَّل، سبسب - بسبس، ناقة ضمرز - ضمزر، طاسم - طامس، علط - عطل، قتين - قنيت، شرخ - شخر، خنز - خزن، لقم - لمق، فحث - حفث، هجهج - جهجه، طبيخ - بطيخ، سلسال - لسلاس، مسلسل - ملسلس، دقم - دمق، بكبك- كبكب، ثكم - كثم تقربط - تبرقظ، خجّ – جخّ...
[7; 476].
Qeyd edək ki, adı çəkilən müəllif əl-Əsməiyə istinadən onun da bu müddəa ilə münasibətdə müsbət rəydə olduğu və bu mənada aşağıdakı misalları gətirdiyindən bəhs edir:
…طماحر - طحامر، بتل- تبل، بخنداة - خبنداة، حكلة - حلكة، شهبرة - شهربة، صعبور - صعروب، ثرطمة - طرثمة، ثمطلة - ثلمطة، دحمل - دمحل، سرطع - طرسع، كرسف - كرفس، طرشم - طرمش، شرفوع - شرعوف، علسطة - عسلطة، طرموح - طرحوم، طحور - طروح، حبجر - حباجر، حبرج - حبارج…
[9; 477].
Onu da qeyd edək ki, bu növ misalların sayını ibn əs-Sikkit və əl-Əsməidən başqa Əbu Übeyd, əz-Zucəc, əl-Fərabi və ibn Qüteybə kimi digər ərəb alimlərinin də əsərlərində qeydə alınmış nümunələr hesabına artırmaq mümkündür.
Lakin, hesab edirik ki, nümunələrin həcmi bu və ya digər bir nəzəri mülahizəni təsdiqləmək və ya onu təkzib etmək imkanında deyildir. Ərəb dilçilik elmi böyük nüfuz sahiblərinin «elmidir». «Əl-qəlb əl-luğavi» sahəsində artıq öz sözlərini söyləmiş bu nüfuz sahibləri isə dilçilik tarixində hələ üzün müddət mübahisələr üçün bir növ nəzəri baza yaradaraq dünyalarını dəyişmişlər. Belə alimlərin nəzəri mülahizələri isə əks mövqeli müddəaları təkzib etmək üçün dilçilik tarixində artıq öz dərin köklərini atmış və öz tərəfdarları tərəfindən bu gün də təkrar olunmaqdadır. Bu cür nüfuz sahiblərindən biri «إبدال القلب» kitabının müəllifi ibn Durustaveyhdir. Adı çəkilən əsərində o, بطيخ - طبيخ، هشمة - همشة، تنسّع - تسنّع tipli sinonimlərin adını qeyd edərək onların bir dil çərçivəsində metateza yolu ilə deyil, iki müxtəlif ləhcələrə mənsub olub, ümumxalq dilində cəmlənmiş sözlər hesab edir [8; 276]. İbn Durustaveyhin bu müddəası sonralar əz-Zucəci, əs-Səxavi və ən-Nuhhas kimi dilçilər tərəfindən də dəstəklənmiş və inkişaf etdirilmişdir [6 ; 481].
Dostları ilə paylaş: |