Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə7/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Ədəbiyyat siyahısı


صبحي صالح. دراسات في فقه اللغة. بيروت: دار العلم للملايين، ١٩٦٢، ٤٠٠ ص.

1.







عبد الله أمين. الاشتقاق. القاهرة: دار المعارف، ۱۹٥٦، ٥١٥ ص.

2.







عبد الحميد حسن. الفاظ اللغة وخصائصها وأنواعها. القاهرة: مطبعة الجبلاوى، ١٩٧١، ٢٥٠ ص.

7.







عبد الصبور شاهين. في التطور اللغوي. القاهرة: مكتبة دار العلوم، ۱۹٦۱، ۷٤٦ ص.

4.







عباس حسن. النحو الوافي. ٤ أجزاء، القاهرة: دار المعارف بمصر، ۱۹٦٦، ج ۱، ٦٤۷ ص.، ج ۲ ، ٥٥۷ ص.، ج ۳ ، ٦۸۸ ص.، ج٤، ۷۳۹ ص.

5.







العسكري أبو هلال. الفروق اللغوية. القاهرة: دار المعارف، ۱۹٥٣

6.













كمال محمد بشر. دراسات في علم اللغة. القسم الثاني، القاهرة: دار المعارف، ١٩٦٣، ٣٠٠ ص..

7







مبارك محمد ذكي. فقه اللغة وخصائص العربية. بيروت: دار الفكر الحديث، ١٩٦٤، ٣٤٨ ص.

8.







مبارك محمد ذكي. عبقرية اللغة العربية. القاهرة: دار المعارف، ١٩٦٨، ۷٥ ص.

9.







محمود فهمي حجازي. علم اللغة العربية. القاهرة: دار الغريب، ١٩٨١، ٣٧٩ ص.

10.


Махмудова Гульнур

Возникновение первых терминов связанных

с явлением “иштигаг”

Резюме
В процессе становления арабского языкознания и по мере возникновения правил и законов арабской лингвистики разногласия между школами грамматики образовавшимися в различных городах не уменьшились. Наоборот, разногласия усилились несмотря на ряд доводов приведенных учеными принадлежащими к данным школам. Любопытно, что происхождение «иштигаг» является одним из вопросов по которым данные разногласия присутствовали с древнейших времен. Является ли «иштигаг» инфинитивом или глаголом? К примеру, басравиты придерживаются мнения, что инфинитив это основа, а глагол не более чем производное. Вполне вероятно, что это мнения основывается на утверждении Сибавейхи по данному вопросу «глаголы это образцы взятые от новейших существительных». Ученые принадлежавшие к школе Куфы придерживались противоположного мнения. Это позволяет нам заключить, что представители обоих течений использовали аргументы детально проанализированные Ибн Аль-Анбари в работе «спорные вопросы между школами Басры и Куфы».


Mahmudova Gulnur

Emergence of the terminology related to the linguistic

phenomenon of Ishtigag

Summary
As the Arab science of linguistics emerged with its unique body of rules, the extent of disputes prevalent in different schools of grammar in different cities did not decrease, but on the contrary, further intensified despite various arguments presented by the scholars belonging to such schools. It is interesting that since ancient times, the Arab scholars had a difference of opinions as to the origins of ishtigag. Is it an infinitive or a verb? For instance, Basravites believed that the infinitive is the basis and the verb nothing but its derivative. It is possible that this point of view is rooted in Sibaveyhi’s statement that “verbs are samples taken from the most modern nouns”. Kufits have disputed this position. This allows us to conclude that the representatives of both schools have relied on specific arguments analyzed in great details in Ibn Al-Anbari’s “Issues of dispute between Basra and Kufa schools of grammar”.


Çapa tövsiyə edən: Bakı Dövlət Universiteti
Rəyçilər: filologiya üzrə fəlsəfə doktoru A.Hüseynova

filologiya elmləri doktoru,professor R.Eyvazova

Şəbnəm Həsənli-Qəribova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru
TƏRCÜMƏ PROSESİNDƏ ORİJİNAL MƏTNİN LİNQVO-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏZAHÜRÜ
Açar sözlər: orijinal mətn, linqvopsixoloji xarakteristika, tərcümə prosesi.

Kлючевые словa: оригинальный текст, лингво – психо­ло­ги­чес­кой характеристики, процесса перевода.

Key words: manifestation, lingua-psychological peculiarities, original text, translation process.
Qloballaşan cəmiyyətimizdə xalqların və millətlərin qarşılıqlı əlaqəsi, mədəniyyətlərin və ənənələrin qovuşması insan qarşısında yeni üfüqlər açır. Artıq dar təfəkkür çərçivəsi, xalqların öz daxilində minilliklərdən bəri davam edən adət-ənənələri, ədəbiyyatı, formalaşmış elmi bilikləri insanlar üçün qaneedici deyil. Bu isə özlüyündə başqa xalqların dilinin, ədəbiyyatının, yeni elmi biliklərinin öyrənilməsinə gətirib çıxarır. Dil öyrənmə qabiliyyətinin hər bir insanda fərdi səciyyə daşıdığını və bunun müəyyən limit çərçivəsində reallaşdığını nəzərə alsaq bütün bu biliklərdən xali olmanın yalnız tərcümə vasitəsilə mümkünlüyünü görə bilərik. Bu baxımdan tərcümənin mükəmməlliyi həm orijinalın oxucuya düzgün çatdırılması, həm də oxucunun ana dilinin normalarını qorunması ilə ölçülür. Ayrı-ayrı sözlərin adət edilmiş mənalarının hissedilməz səviyyədə dəyişdirilməsi bacarığı hər bir müəllifin fərdi üslubunu müəyyən edir. Digər tərəfdən, hər bir dil özünəməxsus linqvistik üsluba malikdir. V.Humboldt bunu “daxili forma” adlandırırdı. Bu səbəbdən də mənalarına görə lüğətdə eyniləşdirilən iki söz müxtəlif dillərdə dəqiqliklə eyni məfhumu ifadə edə bilmir.

Tərcümə orijinal mətn deyil, ona doğru aparan yoldur. Hər bir mətn bir neçə tərcümə variantını özündə ehtiva edir. Lakin bu variantlardan ən uğurlusu oxucunu müəllifə yaxınlaşdıran tərcümədir. X.O.Qasset yazır: “Hansı dövrü və ya xalqı götürsək məsələnin mahiyyəti dəyişmir. Əsası odur ki, tərcümə zamanı biz öz dilimizin sərhədlərindən kənara çıxmağa cəhd edək və digər dillərə yaxınlaşaq”[1.352]. Bu məqsədlə tərcüməçi orijinalın ideyalarını, müəllifin oxucuya çatdırmaq istədiyi fikirləri müəllifin verdiyi sözlərə dildəki ən yaxın mənalı müvafiq sözlərlə ifadə etməlidir. Belə ki, oxucu əsəri oxuyarkən onun tərcümə olduğu minimum səviyyədə nəzərə çarpmalıdır. Orijinalın ideya və fikirləri tərcüməçinin qələmi ilə orijinalın üslubunu əks etdirəcək şəkildə oxucuya çatdırılmalıdır. Lakin burada tərcüməçinin üslubu da özünü göstərməli, hərfi tərcüməyə qaçılmamalı, tərcüməçi dilin bütün gözəlliklərindən yararlanaraq əsərin orijinallığına xələl gətirmədən oxucunun istifadə etdiyi dildə mükəmməl əsər meydana çıxarmalıdır. Bütün bu cəhətlər tərcümə olunan əsərin yeni bir dildə “yenidən yazılması”na gətirib çıxarır. Çünki hər bir mükəmməl əsər təkcə orijinal müəllifin deyil, eyni zamanda tərcüməçinin təfəkkür tərzinin, xəyal dünyasının, intellektinin məhsuludur. Çünki tərcüməçi başqa bir dildə süjet xətti, fikri və s. bəlli olan bir əsərdən yeni bir əsər yaradır. Buna görə də eyni bir əsər müxtəlif tərcüməçilər tərəfindən fərqli şəkildə tərcümə edilir. Məsələn Y.X.Hacibin “Qutadğu Bilig” əsərinin iki tərcümə variantına nəzər salaq:



Orijinal əsər:

Ugan bir bayat ol kamuğda oza

Öküş hamd-u ögdi aŋar ok seza

Uluğluk İdisi uğan zül-celal

Yaratğan törütgen me kadir kemal [2.72].

I tərcümə:

Qadir və yeganə olan tanrı hamıdan üstündür.

Ona çoxlu şükürlər olsun.

O ululuq yiyəsidir, qadir və cəlallıdır.

Yaradan, törədən, qüdrətli və kamildir [3.5].

II tərcümə:

Hamıdan hər kəsdən üstündür Xuda

Tək ona yaraşır dua-səna da

Böyüklük sahibi zülcəlal odur.

Yaradan, törədən pürkəmal odur [4.14].

Tərcümələrdən göründüyü kimi tərcüməçilərin fərqli yanaşma tərzi iki müxtəlif əsəri oxucuya təqdim edir. Lakin şairin orijinalın dilinə sadiq qalaraq əsərin axıcılığını tərcüməyə daşıması oxucuya orijinaldakı hiss və duyğuların, nəsihətamiz fikirlərin aşılanmasına səbəb olur. Eyni zamanda axıcı dil tərcümənin oxunaqlığına əsas yaradır. Ümumiyyətlə, tərcüməçi tərcüməyə başlamazdan əvvəl müəllifin nəyi nə tərzdə dediyini, nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır.



Hər bir tərcümə prosesində dillərarası transformasiyada üç faza gerçəkləşir: orijinalın anlaşılması, onun interpretasiyası və yenidən ifadəsi. Özü-özlüyündə tərcümə bir dilin məzmununu digər dilin məzmununa nəql edir, lakin bununla yanaşı bu dillərin hər biri ayrı-ayrılıqda özünəməxsus şəkildə aralıq dünyanı özündə ehtiva edir və bunun nəticəsində insanın real həyatı anlamasına və ünsiyyətinə şərait yarada bilir. İ.Levıy yazır: “Tərcümənin məqsədi yeni əsər yaratmaq deyil, orijinal mətni dərk etmək, qoruyub saxlamaq və ifadə etməkdən ibarətdir: tərcümə prosesində bir dil materialı digər dil materialı ilə əvəz edilmir, deməli, bütün bədii əsəri tərcüməçi özü yaradır və beləliklə, tərcümə həqiqi orijinal yaradıcılıqdır”[5.90]. Yəni tərcümə əsərin bir dildəki fotosurəti deyil, bədii-elmi yaradıcılığın təzahürü olmalıdır. Tərcümə mətninin orijinallığına sadiq qalaraq mənaların adekvatlığına, müəllifin bu adekvatlıqlara münasibəti əsasında tərcüməçi müəyyən nəticələr əldə etməkdə yol göstərə bilər. Tərcümənin orijinala yaxınlığının təmin etməli, bu yolla həm müəllifin fikirlərini oxucuya çatdırmalı, həm də tərcümə dilinin zənginliyindən istifadə edərək oxucuya öz dilini mükəmməl şəkildə təqdim etməlidir. Eləcə də dildə mövcud özünəməxsusluğun meydana çıxarılması bacarığı tərcüməçinin bilik və məharətindən asılıdır. Daha doğrusu tərcüməçi, yazıçı, şair, alim və s. insanların düşüncəsinə hakim birisi kimi hər bir orijinal əsəri fərdi yaradıcılıq xüsusiyyətləri ilə zənginləşdirərək təqdim etməyi bacarmalıdır. A.Kurella yazır: “Tərcüməçinin öz dilinin zənginləşdiril­mə­sinin imkanlarından istifadə etməyə nəinki hüququ var, hətta o, bu haqda düşünməyə borcludur” [6.124]. Tərcüməçi eyni zamanda dilin qrammatik, leksik və sintaktik normalarına riayət etməli, dilə orijinaldan dilin quruluşunu pozmayan leksik və sintaktik konstruksiyaları gətirməlidir. Ümumiyyətlə, tərcüməçi dil materialından mümkün qədər səmərəli istifadə etməli, dildə lazımsız improvizələrə yer verməməlidir. Purizm, yersiz alınmalardan istifadə yad dilin cümlə strukturlarını dilə gətirmə kimi dilə xələl gətirəcək meyillərə yönəlməməlidir. Məsələn, oxucu “Asiyadeh içəri keçib kitab tərəyinə doğru yeridi” dedikdə “tərəy”, “Dükan görüklərində yarğı mişarları, diş həkimi alətləri və ümumi patalogiyaya aid dərsliklər vardı.” cümləsində görürük, “Asiyadeh torpaq iyi verən qonur yumrulara qarışmış qırmızı kürəcikləri gördü və ləzzətdən, coşqunluqdan, izaha gəlməyən surluluq duyğusundan əllərini bir-birinə vurdu.” cümləsində surluluq sözü, “Hassa avtobusların, qaçayaqçıların və taksi sürücülərinin arasında qıvrıla- qıvrıla irəliləyirdi” cümləsində qaçayaq oxucu üçün yaddır [7]. “Rəf, şkaf” sözlərinin yerinə “tərəy”, vitrin yerinə “görük”, “xoşbəxtlik” yerinə “şurluluq”, “velosiped” yerinə “qaçayaq” işlənməsi dildə uydurmaçılıqdır. Tərcüməçi hər bir dilin təbiətindən irəli gələn cəhətləri incəlikləri ilə öyrənib tərcümənin mümkünsüzlüyü faktını ortadan qaldırmalıdır. Dillərin semantikası, qrammatikası və digər dil səviyyələrindəki müxtəlif­likləri sinxronlaşdırmalı olan tərcüməçi ilk növbədə əsəri necə tərcümə etməli, “hərfi” tərcüməyə nə dərəcədə riayət etməli, transfor­ma­siya və ya uyğunlaşdırma problemlərini necə həll etməli kimi məsələləri aydın­laşdırmalıdır. Belə ki, hərfi tərcüməyə həddən artıq meyillilik yad dilin strukturunu dilə gətirir. Məsələn: “Bəs indi nə olmuş ki, barmaqları daş olmuş, düşüncəsi buz bağlamışdı”(s.56); “Sədaqətliliyinizə minnət­da­ram.”(s.56); “Bu sətirlərə gülsəniz düzgün deyildir?” (s.57); O, İsmət Paşanın sədrliyi ilə bir heyətin sülh görüşmələrinə qatılmasını və idarə etməsi­ni uyğun bilirdi.”(s.73)[8], “Hassanın və dostlarının timsalında bütün Batıstanın Doğustana münasibəti mənfidir”[7]. Verilən nümu­nə­lər­də bəs indi nə olmuş ki, konstruksiyalı cümlə əsərin orijinal dilinə mən­sub xüsusiyyəti saxlamışdır. Əslində bu cümlə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olaraq “Bəs indi nə oldu ki,....” şəklində yazıl­ma­lı­dır. “Sədaqətliliyiniz, sıxışdırırsan, uyğun bilirdi” kimi söz və ifadələr verilən məqam və mənalarda Azərbaycan dilinə yaddır. Birinci cümlə “Sadiqliyinizə (və ya sədaqətinizə) görə minnətdaram.”, ikinci cümlə “Anacığım, bir tərəfdən məni məcbur edirsən (danlayırsan) ki, evlən, bir tərəfdən də deyirsən ki, “Fikriyə olmaz, mən o qadını oğluma almaram.”, üçüncü cümlə “O İsmət paşanın...idarə etməsini münasib bilirdi.”, dördüncü cümlə “Hassanın və dostlarının timsalında bütün Qərbin Şərqə münasibəti mənfidir” şəklində Azərbaycan dilinin leksik və qram­matik normasına uyğun olur. Ümumiyyətlə, tərcümə zamanı nəzərə almaq lazımdır ki, bu və ya digər dildə hər hansı bir qrammatik kateqoriyanın, morfoloji əlamətin olub-olmaması həmin dildə fikrin ifadəsinə ciddi maneələr yarada bilmir. Yəni, fikrin ifadəsi hər bir dilin öz qrammatik quruluşunun, strukturunun imkanları müqabilində realizə edilir. Eləcə də məntiqi formaların ümumbəşəri xarakteri, həmçinin dili bütövlükdə xarakterizə edən semantik ümumiliklər tərcümənin həyata keçirilməsini mümkün edən mühüm amillərdir. Bundan başqa, dillər arasında mövcud semantik uyğunsuzluq kommunikasiyaya, tərcüməyə maneə yaratmır. Əksinə, sonsuz dərəcədə canlı, çevik, müxtəlif xüsusiyyətlərə malik nitq, dil sisteminin vasitələrindən istifadə edərək hər cür kommunikativ prosesləri həyata keçirmək imkanına malikdir.

Tərcümə mətnini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də dünyagörüşün, etiqadın, maraqların, zövqlərin, stereotiplərin və s. ifadə edil­məsidir. Burada ümumbəşəri, etnik, sosial, fərdi elementlər çarpaz­laş­ma­sı müşahidə olunur. Çünki, hər bir dildəki milli spesifiklik hər bir məfhumun əsasını təşkil edir. Söz hər bir şəkildə müəyyən mədəni kontekstə aid olmaqla bərabər, həmin kontekst əsasında formalaşır və fəaliyyət göstərir. Mədəni kontekstdən kənarda söz öz spesifikliyini itirir. Məhz milli spesifiklik (xalq ruhu) məfhumları formalaşdırır. Bu “hazır” faktorlar hadisələrin əlamətlərini daşımaqla bərabər, onların emosional çalarlarını da ifadə edir. Təbii ki, bunlar tərcümədə də öz əksini tapır. Bu za­man orijinal mətnin təmsil etdiyi xalq və onun dilinə aid spesifik əla­mət­lər qorunmaqla bərabər oxucuya şərh edilməlidir.

Beləliklə, görünən dil faktları bir daha sübut edir ki, tərcüməçi tərcümə prosesində ya əsərin öz dilinin orijinallığını qorumalı, ya da, əksinə, tərcümə etdiyi dilin ənənələrinə sadiq qalmalıdır.
Ədəbiyyat siyahısı
1.X.Ортега Гассет. Что такое философия?. М., 1991,с.352

2.Kutadgu Bilig. Çeviri ve açıklama: R.R.Arat., s.72

3.Qutadğu bilig- Xoşbəxtliyə aparan elm. Tərcümə edənlər: R.Əsgər K.Vəliyev., Azərnəşr,1994, 487 s.,s.5.

4. Qutadğu Bilik. Tərcümə edəni: X.R.Ulutürk.Gənclik, 1998, 336 s., s. 14

5. И. Левый. Искусство перевода. М, 1974, с.90

6. Перевод – средство взаимного сближения народов. М, 1987, с.124

7. Q.Səid. Altunsaç., Bakı, Nurlan, 2005,296 s.

8. İ. Bozdağ., Lətifə xanım. Atatürkün həyat yoldaşı. Bakı, Xəzər nəşriyyatı, 2005


Шабнам Гасанлы-Гарибова

Проявление лингво - психологической характеристики в тексте оригинала в процессе перевода

Резюме

В глобализированном мире, в результате проникновения культур и традиций различных народов, перед человеком открываются новые горизонты. Если взять в расчет то, что возможности изучения языковых навыкову каждого индивидуума различна, и реализуется в пределах его возможностей, то усвоение всех этих знаний доступно только через перевод.

Автор считает, что основные характеристики текста перевода – это мировоззрение, убеждение, интересы, вкус, стереотипы и другие.
Shabnam Hasanli – Garibova

Manifestation of lingua-psychological pecularities of an original text in translation process

Summary

The article deals with new horizons given to the humanity amid globalization based on mutual relationship between peoples and nations; reunification of cultures and traditions. If we consider that each individual is characterized with special peculiarities in language learning abilities and this ability is realized within the frame of certain limits, then the central point of this article is to research the possibilities of acquiring all this knowledge only through translation. For the author, expression of worldview, faith, interest, tastes, stereotypes and so could be one of the peculiarities characterizing the translated text.



Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Türk dilləri şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru M.Mirzəliyeva

filologiya elmləri doktoru,professor S.Mehdiyeva


Elnurə Abbasova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

DİLİN YARANMASI HAQQINDA

BƏZİ MÜLAHİZƏLƏR
Açar sözlər: mənşə, linqvistik təkamül, analogist, anamolist, ilahi, ruh.

Key words: origin, linguistic development, analogist, anamolist, divine, spirit.

Ключевые слова: происхождение, лингвистическое развитие, аналогист, анамолист, божественный, дух.
Dilin yaranmasına dair tədqiqatların tarixi çox qədim zamanlara gedib çı­xır. Məş­hur yunan filosofu Platon dilin meydana gəlməsinə dair müxtəlif araş­­­dır­malar aparmış və insanın qədim zamanlarda dili necə kəşf etməsini öy­­­rən­məyə çalışmışdır. Platon “Dil, bir kəsin doğuşdan qazan­dı­ğı fitri bacarıqdır­” deyənlərdən biri olmuşdur.

Bütün dinlər və mifologiyalarda dilin mənşəyi haqqında müxtəlif məlumatlar vardır. Bu haqda müxtəlif elmi əsərlər qələmə alınmışdır. Hətta bu çətin suala “ən yaxşı cavab” (best answer) üçün mükafatlar da təqdim edilmişdir. Lakin bütün səylərə baxmayaraq di­lin yaranması haqqında suallar hələ də dəqiq cavabını tapmamışdır. Danimarkalı dil­çi Otto Yespersen yazır: “Dilçilik elmi linqvistik təkamülün başlanğıcı haqqında su­al etməkdən heç vaxt imtina edə bilməz”. (1, s. 27).

Aristotel öz müəlliminin (Pla­to­nun-E.A.) fikirlərinin əksini iddia edərək deyirdi­ ki­, dil bəşər cə­miy­yətində müəyyən insan qrupları ara­sın­da razılaşmadan ibarət xüsusi bir sistemdir. İki böyük fi­lo­sof ara­­sın­dakı bu ixtilafın əsasında onların şagirdlərinin dilin qaydalara ta­be olub-olmaması ilə bağlı fikirləri dayanırdı. Sonralar Platon və Aristotel ara­sındakı bu ix­ti­laf bir-birinə zidd olan iki dilçilik məktəbinin meydana gəl­mə­sinə zəmin yaratmışdır. Bununla da “analogistlər” (القياسيون) və “anomalistlər” (الشذوذيون) adlı böyük dilçilik mək­təb­i mey­­dana gəlir.

“Analogistlər” mək­tə­bi­nə eramızdan əvvəl III-II əsrlərdə İskən­də­riy­yə şə­hə­rində yaşamış Aristarx, “ano­ma­list­lər” məktəbinə isə Kratis rəhbərlik etdirdi. Analogistlər dili, əsas eti­ba­rilə, qiyasi (qaydalara sığan-E.A.) və ya məntiqi hesab edir­­dilər. Ano­­ma­list­lər isə dili bəşəri fitrət (فترة إنسانية) qismində təqdim edərək dü­şü­nür­dülər ki, dili stan­­dart qay­dalara sığdırmaq qeyri-mümkündür. Ano­­malistlər Pla­to­nun, ana­lo­gistlər isə Aristotelin fikirlərinə tabe idilər.

Qi­ya­si­lərə (analo­gist­lə­rə)­ görə dil şərtilik (إصطلاح) və sistemdən (نظام) iba­rət­dir­. Bə­­şər cəmiyyəti ümumi qay­daları ehtiva edən­ bu şər­tilik və sistemdən da­nışıq vasitəsi kimi is­ti­fadə edir. İrəli sürülən fikirlərə əsasən belə demək olar ki, dilin mey­da­na gəlməsinin standart qay­da­lar­la əla­­­qəsi vardır. Bir çox yu­nan dilçilərinin tədqiqatlarında bu fikirlərin səs­lən­­di­yinin şahidi oluruq (2, s. 36-37).

Dili, gerçəkliyin möcüzəli sirri kimi anlamağımıza baxmayaraq, Ernest Kasyer (Ernest Cassier) dilin əmələ gəlməsinin əsasında mifin dayandığını iddia edir. Dilin bu mistik mənşəyi bəşər dilinin deskriptiv funksiyası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dilçi alim Popper dildə olan bəşəri ünsürləri aydın bir üslubla izah etmişdir. Kasyerin bu fərziyyələri Jan Pyajenin (Jean Piaget) bəzi tədqiqatlarında öz əksini tapmışdır. O bu araşdırmasını uşağın intellektual inkişafında dil vərdişlə­ri­­nin qazanılması üzərində qurmuşdur. O kəşf etmişdir ki, dilin erkən inkişafı simvolik olaraq oyuncaq vasitəsilə real obyekt kimi təqdim olunan oyunla (play) sıx şəkildə bağlıdır. Pyaje habelə yeddi yaşa qədər uşaqların intuitiv düşüncə və danışığında “mifik” və “animistik” elementlərin olduğunu bəyan etmişdir. O, obyektiv aləmin dərk olunmasında bu fenomenlərin funksiyasını xüsusi olaraq vurğulayır. Bütün bu məsələlərlə əlaqədar olaraq Pyaje təkcə Kasyerə istinad etmirdi. O, dilin dini mənşəyi haqqında nəzəriyyə kimi hər hansı bir ideyanı inkişaf etdirmək niyyətində deyildi. Onun nəzərində uşaq dünyaya gəldiyi gündən subyekt sayılır və insan təfəkkürü doğuşdan mövcuddur. Bütün təcrübələr məhz həmin subyektin fəaliyyətləri kimi izah olunmalıdır (3, s.155).

Platon kimi Heraklit də öz araş­dırmalarına əsasən iddia edir ki, dil in­sanlara doğuşdan verilən ilahi vergidir, yəni insana da­nışıq və əşyaların adları öy­rə­dil­miş­dir.­ Eramızdan əvvəl V əsrdə yaşamış Demokrit di­lin­ şərtilik və sistemləşmə ilə bağlı ol­du­ğunu iddia edir. Göründüyü kimi, bu mövzu qə­dim fəlsəfi anlayışda hər iki tərəfin mü­ba­hisə obyektinə çevrilmişdir. Belə ki, bir tərəf “il­ham” (إلهام), digər tərəf isə “şərtilik” (إصطلاح) deyə iddialar irəli sür­müşlər (2, s. 36).

Dilin İlahi vəhy olması anlayışı, əsasən, Adəmin heyvanlara ad verməsi və Babil qül­ləsi haq­qında Bibliya mülahizələrinə əsaslanır. Bu fikir bu günə qədər aparıcı ila­hiy­­yat­çı­lar tərəfindən də qəbul edilməkdədir.

Dilin yaranması haqqındakı iddialarını əsaslandırmaq üçün filosof və dilçilər za­man­-zaman dini kitablara da üz tutmuşlar. Uca Allahın vəhy yolu ilə Hz. Musaya nazil etdiyi Tövratda dillərin yaranmasına dair işarələr mövcuddur. Bu müqəddəs kitabda Nuh (ə.s) tufanından əvvəl Yer üzündə yalnız bircə dil olduğuna işarə edilmişdir: “Bütün dün­yada bir dil və bir danışıq var idi. İnsanlar şərqdən kö­çüb gəldikləri za­man Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən sal­dı­lar­. Sonra bir-birilərinə dedilər: “Gəlin, kərpic düzəldək və onu yaxşı bi­şirək”. Onlar daş əvə­zinə kərpic və palçıq əvəzinə qatran götürdülər. Yenə dedilər: “Gəlin, özümüzə bir şə­hər və başı göylərə çatan bir qüllə ti­kib ad çıxaraq, daha bütün yer üzünə ya­yıl­ma­yaq”­... Rəbb dedi: “Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq”... Rəbb on­­ları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. Buna görə də o ye­­rin adına Babil (ibr. qarışdırmaq) dedilər, çünki orada Rəbb bütün dünyadakı adam­­­la­rın­ dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.” (Yaradılış 11/1-9)

Dilçilərin və müsəlman mütəfəkkirlərin dillərin yaranması haqqında öz fikir və mülahizələri vardır. Bu nəzəriyyələr islami yanaşma çər­çi­və­sin­dən kənara çıxmamışdır. Bu haq­da mövcud olan islami rəvayətlərə xüsusi məntiqi ya­naş­ma tər­zi ortaya qo­yul­­muşdur. Onların baxışına görə, dil üç istiqamətdə inkişaf etmişdir:

a) Vəhy (التوقيف). Allah tərəfindən gələn vəhy, ilham, təb deməkdir. Bir çox mütəfəkkir və dilçilər dilin insanlara Allah tərfindən ilham yolu ilə öyrədildiyi fikrinin arxasınca getmişdir. Onlardan Əbu-l-Həsən əl-Əşəri (ö.hicri 330), Əbul Hüseyn Əhməd İbn Əl Farisi, Əbu Əli Əl Cubbəi (ö.hicri 303), Əbu ibn İsa Ər-Rəhmani (ö.hicri 384) və digərlərinin adlarını qeyd etmək olar.

b) Ənənəvi dəlillər (الأدلة النقلية). Vəhyi iddia edənlər əsası Quran və hədislərdən təşkil olunmuş islami mətn­lərdən ibarət ənənəvi dəlillərlə öz fikirlərini sübuta yetirirlər. Əbu-l-Hü­seyn­ Əhməd ibn Farisi dəlil olaraq Qurani-Kərimin Bəqərə surəsindəki “وعلّم آدم الأسماء كلّها”- “Adəmə bütün şeylərin adlarını öyrətdi” (əl-Bəqərə, 2/31) ayəsinə və digər islami mətnlərə üz tutaraq iddialarının doğruluğunu sübuta yetirmişlər. Və o, həmçinin başqalarının fikirlərindən təsirlənərək qeyd edir: “علّمه أسماء ذرّيّته أجمعين”-“Ona bütün nəsillərin (növlərin) adlarını öyrətdi”.

Abdullah ibn Abbasdan rəvayət olunur ki, insana öyrədilənlər heyvan, tor­paq, dağ, dü­zənlik, dəvə, uzunqulaq və s. kimi adlardan ibarət olmuşdur. Onun ən böyük şa­gird­lə­rin­dən olan Mücahid ibn Cabbar Əl-Məkki (مجاهد بن جبار المكي) də öz müəlliminin yolunu ge­dərək “علمه اسمَ كل شيء” ifadəsinin “Allah Adəmə hər şeyin adını öy­rətdi” mənasına gəldiyini qeyd edir.

c) Bu nöqteyi-nəzər ətrafında diskussiyalar (مناقشة هذه الوجهة). Bəzi dilçi və mütə­fək­kir­lər­ “dil insanlara Allah tərəfindən ilham yolu ilə öyrədilmişdir” iddiasını irəli sürənlərin də­lilləri ətrafında müzakirə və mübahisələr aparmışlar. Belə ki, onlar da analogistlərin yo­lu­nu izləyərək ano­­malistlərə qarşı əks fikir irəli sürmüşlər (2, s.38-41).

Hensley Vecvud dilin mənşəyi haqqında maraqlı araşdırmalara imza atmış görkəmli alimlərdəndir. O, dillərin müxtəlif olmasının səbəbini izah etmək üçün quşlar üzərində müqayisələr apararaq yazırdı: “İnsanın öz ana dilində danışmağı quşların oxumağı kimi deyil. Əgər belə olsaydı, onda bütün bəşər övladının dili eyni olardı. Necə ki, eyni növ quşların səsi, cəh-cəhi – bir-bi­rindən uzaq ölkələrdə olsalar belə – eynidir. Məsələn, Almaniya, yaxud İtaliyadakı to­rağayın nəğməsi ilə İngiltərə səmalarında cəh-cəh vuran torağayın nəğməsi fərqlənmir. An­caq insan minlərlə müxtəlif ləhcələrdə danışır. Və onun bu ləhcələrdən istifadə et­mə­ qabiliyyəti böyüdüyü mühitdən asılı olaraq lap uşaqlıq çağlarından formalaşır. Əslində, dil öz re­al­ vəziyyətində nəsillərdən-nəsillərə ötürülən bir sənətdir. Dilin təbiətdən qa­y­naq­lan­ma­sı haqqındakı fərziyyələrə ilk etiraz edənlər Müasir Alman Filosoflar Məktəbinin nü­ma­yən­dələri olmuşdur. Belə ki, onlar öz nəzəriyyələrinə əsasən insanın lal vəziyyətdə var olmasını qeyri-mümkün saymışlar”. Sonra müəllif bunun ardınca Humboldta müraciət edir: “İnsan yalnız nitqi ilə insandır. Və ni­tqi kəşf etmək üçün o, artıq insan olmalıdır.”

Epiqramı sitat gətirən Maks Müller oradakı ifadə fikirləri qəbul edir. O deyir: “İlk insanın tədricən mutizm vəziyyətindən çıxması və beynində yaranan hər yeni an­la­yış­ üçün bir yeni söz icad etməsini təsəvvür edən filosoflar unudurlar ki, insan öz gücü ilə yalnız insana məxsus olan və lal ya­ra­dı­lış­la­ əldə oluna bilməyən nitq qabiliyyətinə ma­lik olmağa qabil deyildir.” Onların (filosofların-E.A.) bu mövzuda çətinliyə düş­mə­si­nin səbəbi nitq qabiliyyəti dil bilgisi anlayışları arasındakı incə fərqi ayırd edə bil­mə­mə­ləridir. (5, s.1-4).

Panenberq dilin deskriptiv funksiyası ilə əlaqədar təfəkkürün mənşəyi kimi ilahi ruhun Bibliya konsepsiyasını xüsusilə maraqlı hesab edir. Müəllif belə bir sualla çıxış edir: “How does one explain the fact that human mind and language are fit to grasp the reality of things as they really are?” (İnsan zəkasının və dilin, predmeti reallıqda olduğu kimi qavraması üçün əlverişliliyi faktını kim şərh edə bilər?). Ruh və ağlın Bibliya konsepsiyası əsasında iddia etmək olar ki, insan zəkasının bölüşdüyü eyni ruh bizdən xaric varlıqlarda “həyat”ın mənşəyi hesab oluna bilər. Belə bir şey yaradılış tarixində sirli mülahizənin əsasını təşkil edə bilər. Bu mülahizə Bibliyaya dayanır: “...İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı” (Yaradılış, 2/19). Deməli, ilahi ruhda payı olan insan şeylərin təbiətini qavramağa qabildir. Ruhani funksiyalar konsepsiyası (ruh) sözün geniş mənasında həyatın mənbəyi olduğu kimi, zəkanın (ağlın) da mənbəyidir. Bu isə bütün mövcud reallığın qavranılmasına xidmət edir (3, s. 156).

Dilin səs təqlidi yolu ilə yaranması iddiaları, zənnimizcə, onun ilahi mahiyyətini inkar etmir. Bu mənada linqvistik ideyaların tarixinə dair tədqiqatlara, müqəddəs mətnlərdən hasil olan elmi təsəvvürlərə və faktlara istinad edərək dilin Allah tərəfindən insana ilham yolu ilə öyrədilməsi fikri üzərində dayanmağı məqsədəuyğun hesab edirik.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin