Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə5/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   2   3   4   5   6   7   8   9   ...   14

Bəzi tədqiqatlarda endoforanın üç alt qrupları qeyd olunur: anafora, katafora və özünə- referensiya [12]. Anafora və katafora ilə yanaşı “ self-reference” kimi “özünə istinad” yaxud “ özünə- referensiya” da endoforanın III növü kimi göstərilir. Deməli, anafora geri istinad, katafora irəli istinad, III altqrup kimi qəbul edilən isə özünə istinad kini səciyyələnir. Ə. Abdullayev linqvistik termin olaraq referensiaynın dildə işlənməsinin məqsədini belə səciyyələndirir: “müxtəlif obyektləri, ayrı-ayrı cisimləri, xassələri, münasibət və faktları, onların həqiqi qiymətlərini müəyyən obyektiv aləmdə qeyd etmək üçün sözlər və ya refrensial ifadələr işlədilir” [13, 163].


Endoforaya əks olan termin kimi eksofora işlənir. Əgər endofora mətn daxilində əlaqənin reallaşdıran dilçilik hadisəsidirsə, eksofora mətndən xaricdə olandır. Eksofora endoforadan fərqli olaraq diskurs çərçivəsindəki, yəni mətnin içərisində baş verən irəli və geri istinad olaraq əvəzliklə hər hansı bir sözün əvəzlənməsi olmayıb, mətndən kənarda [14], mürəkkəb sintaktik bütövün sərhədlərindən, hüdudlarından xaricdə olan, daha geniş və zahiri kontekstin bir hissəsi əvəzində işlənmək üçün qəbul edilən termindir. Məsələn:

“He is sitting on the bench.” cümləsinə nəzər salaq. Bu cümləyə əgər ayrıca, mətnin içərisində deyil, ayrı şəkildə rast gəlinərsə, onda buradakı “he” (o) III şəxs tək əvəzliyi oxucuya hələ məlumat verilməyən bir şəxsə aid olur və eksoforik ifadə kimi işlənir. Başqa sözlə desək, mətndə “he” şəxs əvəzliyinin ayrılıqda kimə istinad etdiyini göstərən yetərli məlumat olmur. “He” əvəzliyini işlətməklə yazıçı ya oxucuların əvvəldən bu şəxslə bağlı məlumatlı olduğunu düşünə bilər, ya da özü dinləyicilərinə həmin şəxsi göstərmək niyyətində ola bilər. Hər iki halda “he” əvəzliyinin işarələdiyi şəxs haqqında mətndə əvvəlcədən məlumat verilmir və buradan bəlli olur ki, eksoforik termin dəqiq mənası əvvəlcədən deyil, daha sonra açıla bilən sözdür. Beləliklə, əgər endoforik əlaqə özünün hər iki formasında, yəni həm geri istinad olaraq anafora, həm də əvvələ istinad olaraq katafora formalarında yalnız mətn içərisində təzahür edirsə, eksofora mətn xaricində, əlahiddə şəkildə, daha böyük kontekst çərçivəsində olur. Məsələn:

"Whenever the people are well-informed, they can be trusted with their own government."(Thomas Jefferson) (O zaman ki, insanları yaxşı məlumatlandırırlar, onlar öz hökumətlərinə inandırıla bilərlər)."Human beings are the only creatures on earth that allow their children to come back home." (Bill Cosby) (İnsanlar yer kürəsində yeganə varlıqlardır ki, öz balalarına geri evə qayıtmağa icazə verirlər) [14].

Yuxarıda verilmiş cümlələrdəki əvəzlikli təkrarlar mürəkkəb sintaktik bütövük komponentlərini deyil, daha böyük mətnə aid olan eksoforik təkrarlardır. Çünki, bu təkrarların anlaşılması insanın birbaşa dünyəvi və mədəni bilgiləri sayəsində mümkünləşir.

Eksoforik təkrarların bir növü kimi homofora [15] dilçilik termini kimi işləkliyi ilə diqqəti cəlb edir. Homofora xüsusi bir kontekstin səciyyəvi xüsusiyyətlərindən daha böyük mədəni bilgilər və digər ümumi biliklərdən asılı olan referensiya, istinad, aidiyyət formasıdır [16]. Bəzən mətn xaricində deyil, elə mətn daxilində aydın və ciddi tərzdə öz izahını tapmayan, əvvəl və yaxud da sonra aydınlaşdırılmayan bir istinad bəndinə rast gəlinir. Belə bir fikrin anlaşılması insanın özünün mədəni və dünyəvi biliyi sayəsində özünə istinad sayəsində anlaşılır və başa düşülür. Homofora kimi qəbul edilən bu terminin izahına nümunə əsasında nəzər yetirək. Məsələn, “the Queen” birləşməsinın mənasını yalnız həmin ölkədə olarkən danışılan zaman kimə aid olduğu müəyyənləşdirilə bilər. Danışanın yerləşdiyi məkan söhbətin dünyada olan digər kraliçalardan getdiyini deyil, həmin ölkənin kraliçasına aid olduğunu bildirir. Əvəzliklərdə olan homoforik istinad, yaxud referensiya dedikdə bəzən “o yaradandır”, “o hər şeyə qadirdir”, “o bağışlayandır” kəlməllərindəki “o” əvəzliyi ilə uca “Allah” kəlməsinin nəzərdə tutulduğu insanın dini, dünyəvi və mədəni bilikləri əsasında başa düşülür.

Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz geri, yəni əvvəlki mətnə istinad olan anaforanın, irəli istinad, yəni sonrakı mətnə aid olan kataforanın hiperonimi və superordinatı endofora mətn daxilində olan bağlılığı, komponentlərin əlaqələnməsini, yəni koheziyanı yaradan termin kimi səciyyələnərkən, onun tam əksi kimi eksofora mətndən xaricdə daha döyük kontekstlərdə öz təzahürünü tapır. Bu terminlərin yetərincə izahı bu dil hadisələri arasındakı fərqi və müxtəlifliyi daha da aydın olaraq göstərir.


Ədəbiyyat siyahısı


  1. Kazımov Q.Ş. “Müasir Azərbaycan dili”. Bakı-“Elm və təhsil”-2010.

  2. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı-“Maarif”-1999.

  3. http://www.sil.org/linguistics/GlossaryOfLinguisticTerms/WhatIsEndophora.htm

  4. http://dictionary.reference.com/browse/endophora

  5. Məmmədov A. Mətn yaranmasında formal əlaqə vasitələrinin sistemi. Bakı- “Elm”-2001.

  6. Abdullayev K.M., Məmmədov A.Y., Musayev M.M., Üstünov K., Novruzova N.S., Hüseynov Ş.Q., Rzayeva G.N., Hacıyeva K.B., Ziyadova L.V., Fətəliyeva S.Q., Nağıyeva G.Q., Məhərrəmova G.A., Zeynalova Ş.T., Səlimova F.Q., Məhərrəmova V.H. “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”. Bakı-“Mütərcim”-2012.

  7. Abdullayev Ə. Aktual üzvlənmə və mətn. Bakı- Xəzər universitetinin nəşriyyatı.-1998.

  8. Veysəlli F. Diskurs təhlilinə giriş. Bakı- “Təhsil” NPM- 2010.

  9. Кобрина Н. А., Корнеева Е. А., Оссовская М.И., Гузеева К.А. Грамматика английского языка. Морфология. Синтаксис. С.- Петербург – Союз-1999.

  10. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs. Bakı-“Zərdabi LTD”MMC- 2011.

  11. http://www.sil.org/linguistics/GlossaryOfLinguisticTerms/WhatIsCataphora.htm

  12. http://en.wikipedia.org/wiki/Endophora

  13. Abdullayev Ə. Mətni anlama modelləri. Bakı-“Səda”- 1999.

  14. http://www.thefreedictionary.com/epiphora

  15. https://en.wikipedia.org/wiki/Exophora#Homophoric_reference

  16. https://en.wikipedia.org/wiki/Exophora


Mənbələr:

17.Anar. Seçilmiş əsərləri 1. Bakı- “Azərbaycan Dövlət nəşriyyatı”- 1988.

18.Jane Austen. Pride and Prejudice. London-Wordsworth Classics- 1999.

Asadova M.N.

The Terms Differentiating the Pronouns inside and outside o

f the Frame of the Discourse

Summary

This article deals with some terms which are used to differentiate the pronouns inside and outside of the frame of the discourse. Here some linguistic terms which can be used to make cohesion between the components of the discourse. The relation between the components are realized with the help of endophora which in its turn is divided into two groups: anaphora and cataphora. The author gives some information about the linguistic term exophora which is met not within the text, but outside of the text.



Асадова М. Н.

Термины дифференцирующие местоимения внутри и

снаружи в рамах дискурса

Резюме

Эта статья рассказывает о некоторыми терминами, которые использованы, чтобы дифференцировать местоимения внутри и снаружи в рамках дискурса. Здесь некоторые лингвистические термины, которые могут быть использованы, чтобы сделать когезия между компонентами дискурса. Отношение между компонентами понято с помощью эндофора, который в свою очередь разделен на две группы: анафора и катафора. Автор дает немного информации о лингвистическом терминам эксофора, который используются не в пределах текста, а за пределами текста.


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru İ.Tahirov

filologiya üzrə fəlsəfə doktoru,dos. N.Əliyeva

Gültəkin Əliyeva

AMEA, Nəsimi alına Dilçilik İnstitutu

filologiya üzrə fəlsəfə doktoru

MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ NEOLOGİZMLƏRİN

LİNQVİSTİK TƏHLİLİ

(Azərbaycan və rus dillərinin materialları əsasında)

Açar sözləri: Neologizmlər, alınma sözlər, ümumişlək sözlər, terminlər, leksik-semantik.

Ключевые слова: Неологизмы, заимствованные слова, общеупотребительные слова, термины, лексико-семантический.

Key words: Neologisms, borrowed words, common words, terms, lexic-semantic.
Müasir dövrümüzdə leksika daim yeni sözlərlə əvəzlənir. Onlar san­ki ağac yarpaqlarını xatırladır, köhnələri “düsür” yeniləri “çıxır”. Ölkələ­rin xalqlararası əlaqəsi möhkəmlənir. Mədəni həyatda dəyişikliklər baş ve­­­­­rir. İd­ma­­nın ye­ni növləri meydana çıxır. Bütün bunlar dildə öz ək­si­ni tapır. Yeni sözlər, və ya neologizmlər (yun. neos-yeni, logos-söz) hər sa­­at, hər dəqiqə meydana çıxır, onların hamısı xalqın yaddaşında qal­mır. La­kin müxtəlif tipli lüğətlərdə öz əksini tapır. Həm Azərbaycan, həm də rus xalqı üçün hansısa sözlər öz dövrü üçün yeni sözlər hesab olunurdu. Bö­­yük nəsil bir neçə onilliklər əvvəl maqnitofonмaг­ни­то­фон; uni­vermaq – универмаг; televizor телевизор və s. sözləri neo­lo­gi­zmlər ki­mi qə­bul etmişlər. 50-ci illərdə anadan olanlar peyk – спуmник; kosmik gə­­­mi; космический челнок; lunoxod – луноход kimi sözlərin yaranmasaını xa­­tır­­layırlar. Müaşir dövrümüzdə isə biz kompüter – кoмnьюmep; mobil əla­­­qə - мoбильная cвязь; reaktiv təyyarə - pеaкmивный сaмолеm kimi söz­lərə alışmışıq.

Lakin bizim təsəvvürümüzdə tamamilə yeni yaranan sözlər möv­­­­cud­dur. Məsələn: нано mexнологии – nano texnologiyaları; lazer şü­a­la­rı – лазepныe лучu; noutbuk – ноутбук. Lüğət tərkibinin zən­gin­ləşmə­si­nin digər yolu – alınma sözlərdir. Elm və texnikanın in­kişa­fı, həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası Avropa dillərin­dən külli miqdarda sözlərin dilimizə keçməsinə zəmin yaratmışdır. Avropa dillərindən Azərbaycan dilinə o zaman söz keçir ki, bu dildə həmin sözün ifa­də etdiyi məfhumu bildirən başqa söz olmur və ya onun tam ekvivalent vari­antını dildə ifadə etmək çətin olur. Məsələn, telefon, mobil telefon, konqres, memorandum, panoram, kompüter, biznes, mikser, bill, sistern, aysberq, kross, printer, ofset, menecer, marketinq, lider, spiker, monitor, lobbi, boy­kot, piket və s. kimi sözlərin dilimizdə qarşılığı, demək olar ki, yoxdur. Elə alınmalar vardır ki, hazırda Azərbaycan dilində böyük işləklik qazan­mış, hamının istifadə etdiyi (3, 65) ümumişlək sözlər qrupunda yer al­mış­­dır. Bu cür alınmalar dil daşıyıcıları tərəfindən asan başa düşülür. Mə­sə­lən, mene­cer, konveyr, konteyner, dis­pet­çer, vağzal, komfort, futbol, boks, xok­­key, bifş­teks, lider, lift, kloun, doker, de­tek­tiv, caz, qol, dopinq, ka­bel, lay­ner, autsay­der, blok, avral, ballast, ban­knot, boykot, bulfanq, bufer, büdcə, no­ka­ut, nok­da­un, centlmen, dollar, klub, mi­tinq, miçman, tennis, kovboy, avto­kar, alleqa­tor, barmen, buklet, kompüter, şou, market və s. belə alınma­lar­dan­dır. Azər­bay­canda eləcə də başqa döv­lət­lər­də baş verən hadisələr, ölkə hə­ya­tının bütün sa­hə­lə­rində gedən işlər, ilk növbədə informasiya vasitələrində işıqlandırılır. Avropa mənşəli alınmaların mətbuatda və Azərbaycan dilində sayı art­dıq­­ca bu alınmaların müxtəlif aspektlərdən tədqiq edilməsinə ehtiyac da artır. Bu baxımdan, bir sıra alınmaları araşdıraq. Brifinq publistikada ictimai-siyasi ter­min kimi işlənir. Əvvəllər də dilimizdə istifadə olunmuş bu söz son dövrlərdə mətbuatda çox işlənir və tədricən ümumişlək söz səciyyəsi almaqdadır. Brifinq sözü elmi ədəbiyyatda amerkanizm briefinq kimi qiymət­lən­di­rilir. İngilis dilinin to brief feilindən yaranmış, ingilis dilinə fransız di­lin­dən brif keçmişdir. İlk dövrlərdə həmin leksik vahid ingilis dilinə “kral mək­tubu” mənasında işlənmişdir. Brief isminin əsas mənası qısa, yığcam de­mək­dir. Brifinq sözü Azərbaycan dilində dövlət nümayəndələrinin jurnalist­lər­lə keçirdikləri qısa görüşün adını bildirir. Bu söz daha çox siyasi terminlə­rə yaxınlaşır. İ.Aydınovun izahına görə, brifinq – xarici siyasət idarəsinin, bey­nəlxalq təşkilatların rəsmi nümayəndələrinin mətbuat vasitələri ilə qısa­müddətli görüşüdür. Məsələn: Xarici işlər nazirlərinin bir saatlıq təkbətək söhbə­tindən sonra jurnalistlər üçün brifinq keçirildi. Brifinqdə jurnalistlərlə gö­rüşdə müzakirə edilmiş məsələlər barədə qısa məlumat verildi.

Konqres sözünün mənası iclas olan latın mənşəli kongressus sözündən alın­ma­dır. Müasir dövrdə yüksək səviyyəli, beynəlxalq miqyaslı toplantılar kon­qres adlanır. Bir sıra ölkələrdə qanunverici orqan konqres sözü ilə ifadə olunur. Sözün bu yeni mənası ingilis dili zəminində yaranmışdır.

Konqresmen – konqres üzvü. Bu söz ingilis dilində yaranmışdır. Latın mən­şəli songressus sözü ilə man kişi, adam, şəxs sözünün birləşməsidir. Mə­sələn: ABŞ konqresində soyqırım məsələsinin təkrar gündəmə çıxarılması gözlənilir. Bu dəfə konqresmenlərin soyqırımı tanıma ehtimalı əvvəlkindən çoxdur.

Kompüter sözü ingilis dilindəki hesablama mənalı compute fei­lin­dən­­dir. Oksford lüğətinə görə compute feili ingilis dilində 1961-ci ildən iş­lə­­dilir. Həmin lüğətdə computer sözünün aşağıdakı mənaları verilmişdir: 1.Sayan. 2.Rəsədxanada hesablama aparan və s. Oksford lüğə­tində computer lek­sik vahidinin elektron hesablama maşını mənasına rast gəlmirik. Bu mə­naya sonrakı lüğətlərdə təsadüf olunur. Bu lüğətdə computer sözünün isim ki­mi iki mənası verilmişdir. 1. Hesablayan insan, yaxud əşya. 2.Ali riyaziyyatın mü­rək­kəb əməliyyatlarını yüksək sürətlə yerinə yetirməyə qadir olan me­xaniki, yaxud elektron aparat. İşlənmə tezli­yinə görə də bu söz rus və Azər­bay­can dilinə aid əvvəlki lüğətlərdə qeydə alınmır. Bu da hesablanma texni­ka­sının bu vasitəsinin ötən əsrin 80-ci illərdə dilimizə keçməsi ilə əlaqə­dar­dır. Azərbaycanda 1993-cü ildə çapdan çıxmış informatika lüğətində kompü­ter sözü də yerini almışdır. Söz elektron hesablama maşını mənasında izah edi­lir. Kompüter Azərbaycan və ingilis dillərində eyni anlayışı – əsasən mü­rək­­kəb hesab­la­maları aparmaq üçün istifadə olunan elektron qurğusunu ifadə edir. Azər­baycan dilində əvvəllər bu anlayışı bildirmək üçün elektron-hesab­la­ma maşını (EHM) söz birləşməsi – terminindən istifadə edilirdi. Bir müddət hər iki termin sinonim kimi çıxış etmiş, son dövrlərdə isə kompüter termini elek­tron-hesablama maşını söz birləşməsini, demək olar ki, tamamilə dildən sıxışdır­mışdır. Məsələn, Kompüterə alüdə olan­la­rın axır zamanlar sayı xeyli ar­tıb. Uşaqlar vaxtlarının çoxunu kom­pü­ter qarşısında keçirirlər.

Alınma sözlərin digər qrupu Azərbaycan və rus dillərində sino­nimləri olan xarici mənşəli sözlərdir. Bu sözlərin dilə daxil olması artıq­lıq ya­ra­dır və mənanın başa düşülməsinə mane olur. «Özünün» və «yad» adlarda lek­sik dubletlərin mövcud olması vaxt keçdikcə aradan çıxır. On­lar­dan biri dilin aktiv tərkibində yer alır (onun daha çox işlənməsi nəticəsində), digəri isə dil sisteminin periferiyasına keçir. Dərk etmək çətindir ki, bir neçə onilliklərdən sonra qədim ekvivalentləri sıxışdırıb çıxaran ingilis mənşəli söz­lər çoxluq təşkil edəcək. İndi belə sözlər kütləvi informasiya vasitələrinin və çoxlu sayda reklamların dilində aktiv şəkildə özünü göstərir. Onu qeyd etmək lazımdır ki, Azərbaycan və rus dillərində sinonim sözlər tam dəyişə bi­lər. 1.Mu­siqi mədəniyyətinə aid olan bir sıra hadisələrin, ümumiyyətlə mə­də­niy­­yətin adları, məsələn: xit – xuт – məşhur mahnı. İngilis dilində hit sö­zü­nün bir mənası da şöhrət, müvəffəqiyyət bildirir; sinql сингл – ayrı ya­zıl­mış mahnı. İngilis dilində single – tək, yeganə mənasını bildirir. Ayrı-ayrı sinql­larda yerləşən mahnılarda səslənirЗвучит и песни, существующие от­дель­­ными синглами; remeyk – ремейк (римейк)düzəldilmə. İngilis dilində re­make həmin mənanı ifadə edir. Евгений Попов написал ремейк турге­невского романа “Накануне”; imic – имиджобраз. İngilis dilin­dəki ima­geobraz, təsvir sözündəndir. Onun imicindəki dəyişiklik ruh yük­sək­liyinə sə­bəb oldu (ATV Maqazin ) – В его прошлых программах была адек­ват­ность его имиджу (Xəbər dünyası); dizayn – дизайн – təsdiq et­mək. İngilis dilində design – ideya, plan, konstruksiya. Fondyu ­– stolüstü man­qa­­l öz yön­dəm­siz dizaynı ilə fərqlənirdi – Настольная жаровня фондю от­ли­чается довольно топорным дизайном (Xəbər dünyası); poster – пос­тер – artistin şək­li olan böyük olmayan plakat. İngilis dilində poster – pla­kat, afişa məna­sında işlənir.

2. Son dövrlərə aid bir sıra peşə və əmək fəaliyyəti növlərinin adları, mə­sə­­lən; секьюритиgözətçi. İngilis dilindəki security təhlükəsizlik, eh­ti­yat­­­lıq, qoruma mənasını ifadə edir; provayder – провайдерtəchiz edən. İn­­gi­­lis dilində provider sözü elə həmin mənanı ifadə edir; rieltor – риелтор – da­­şınmaz əmlakın satışı ilə məşğul olan aqent. Amerikan broker – ko­mis­yo­­ner – qiymətləndirici sözü əmlakın satışı ilə məşğul olan mənanı ifadə edir; kil­­ler - киллер – profesional qatil. İngilis dilindəki killer qatil, öldürən, to kill – öldürmək sözündən götürülmüşdür; reketirpekeтир – şantajçı, Ame­ri­­­kan dilindəki racketeer, hiylə gələn müəssisənin iştirakçısı; qanqster, ban­dit – гангстер, бандит – şantajçı. Amerikan dilindəki racket şantaj, fırıl­daq­­lıq sözündən götürülmüşdür və s.

3.Kosmetologiyada işlənən terminlər. Məsələn: liftinqлифтингdartılma; lifting – qalxma, qaldırma; pilinqпилинг üzün təmizlənməsi. İn­gi­­lis dilindəki peeling – təmizlik, təmizlənmə, to peel – təmizləmə, qabığı çı­xartmaq, qabıqlandırmaq; skrabckpaбdərinin qabıqlandırılması, dərinin təmizlənməsi, to scrabcızmaq sözlərindən götürülmüşdür.

Qəzet, reklam, elan mətnlərinin dillərində tez-tez ingilis sözlərinə rast gə­­lirik ki, burada da Azərbaycan və rus dillərinin ekvivalentləri tam dəyişə bi­lər. Məsələn: İngilis dilindəki second-handikinci əldən alınma sözündən götürülmüşdür. Hal-hazırda şəhərdə, hər bir ərazidə ən azı bir-iki second-han­da rast gələ bilərsiniz – Сейчас в столице в каждом округе вы обя­за­тель­но найдете один – два секонд-хенда (Xəbər dünyası); lanç – ланч (ленч) – İngilis dilindəki lunch – ikinci səhər yeməyi ifadəsindən götürül­müş­dür. Qısa lençdən sonra mən yuxarı öz nömrəmə qalxdım – После короткого ленча я поднялся в свой номер; tineycerтинейджер – İngilis dilindəki te­en ager, yeniyetmə, gənc və ya 13 yaşdan 18 yaşa qədər qız. Масштабы пив­­ной зависимости тинейджеров, рожденной под влиянием без­удер­жной рекламы пенного напитка, становятся угрожающими; parkinq – паркинг – ingilis dilindəki parking dayanacaq sözündəndir. Binada yeraltı parkinq, mərkəzləşdirilmiş gözətçi, peyk televiziya sistemi mövcuddur. В до­ме предусмотрены подземный паркинг, централи­зо­ван­ная охрана, спут­ни­­ко­вое телевидение (Zerkalo qəzeti); seyl – сейл – ingilis dilindən sale se­zonun sonunda aşağı qiymətlə satış. А как же знаменитые рам­сто­ров­ские сейлы? (Zerkalo qəzeti); mikroven – микровэн – mikroavtobus in­gilis dilindəki van (qısaldılmış caravan) sözündəndir; furqon – фургон. Пер­­вый микровэн Ауди (Zerkalo qəzetində başlıq) və s.

İngilis mənşəli əsaslandırılmamış sözlərin işlədilməsi tez-tez aqnonim kimi çıxış edir, yəni dil daşıyıcılarının çox bir hissəsinin başa düşmədiyi bir for­madır. Bu sözlər çox vaxt ana dilinin vasitələri ilə xüsusi açıqlanma, se­mantizasiya tələb edir. Belə bir leksikanın mövcudluğu bizim dilimizi korla­yır, nitqi başa düşülməz edir və dilin analoqu ilə əvəz edilə bilir. Kütləvi in­for­­masiya vasitələrinin nümunələrinə yenə nəzər salaq: şou-room – ingilis di­lindəki show-room – sərgi zalı, malların nümunələrinin nümayiş etdirildiyi zal. Помимо шоу-рума, где постоянно выставлены все официально про­дающиеся в Баку автомобили Volkswagen, здесь расположился техни­ческий центр (Zerkalo qəzeti); прам-тайм – ingilis prime time – ən gözəl zaman ifadəsindəndir. Məsələn, Бразильским сериалам не место в прайт-тайме! (Zerkalo qəzetində başlıq); blokbaster – блокбастерsensasiya – çox məşhur olan film, ingilis danışıq dilindən olan blockbuster ifadəsinin ilkin mənası iri kalibrli partlayıcı aviabomba deməkdir. Се­годня на экраны выходит один из главных блокбастеров года – фильм “Изгой” (Zerkalo qəzeti); spred – спрэд – yumşaq yağ, ingilis dilində spread, əsas mənala­rın­dan biri çörəyin üstünə yaxıla bilən , to spread – yaymaq, örtmək, yaxmaq mə­nalarını ifadə edir. Откуда же свалилось на нас это “мяг­кое сча­стье”? Как и многое в последние годы – из-за границы, там спрэ­ды дав­но уже в ходу (Zerkalo qəzeti); девело перская фирма – bi­naların tikin­ti­si ilə məşğul olan tikinti. İngilis dilində to develop – inkişaf et­dir­mək, təkmil­ləş­dirmək, tədqiq etmək sözündən götürülmüşdür. Аktuви­зи­ро­ва­лась дея­тель­ность участников рынка недвижимости – ри­элтор­ских, оценочных, девелоперских фирм, которые стали испы­ты­вать ос­трую потребность в кадрах (Yeni vaxt qəzeti); мультиплекс – çox zallı kom­pleks, ingilis dilin­də multiplex mürəkkəb, dəfələrlə sözündən gö­türülmüş­dür. Здесь будет мультиплекс – много­заль­ный комплекс (Yeni vaxt); тюнингxarratlıq işi, ingilis dilində turning – dönmə sözündən götü­rül­müşdür; обточка – yon­­ma, to tum – fırlatmaq, yonmaq sözündən. Кро­ме базовых услуг Сабир пред­лагает также уста­новку противоугонных сис­тем, тюнинг и ши­ро­кий ассор­ти­мент запасных частей ( Zerkalo qəzeti).

Bir neçə peşə adının da əlavə izaha ehtiyacı var. Məsələn: хэнд­мейкер – əl işi ilə məşğul olan, ingilis dilində hand – əlmake – etmək söz­lə­rin­dən əmələ gəlmişdir. Специалисты обещают большое будущее хэнд­мей­ке­рам – тем, кто способен создавать качес­т­вен­ные и ори­ги­наль­ные вещи сво­и­ми руками (Zerkalo); imicmeyker – имиджмейкер – imic ya­radan, ingi­lis dilinin image – obrazmake – yaratmaq sözlərindən götü­rül­müşdür. Si­zin imicmeykeriniz kimdir? Кто ваш имиджмейкер? (Yeni vaxt); фьючерс­ные торги – pul ilə iş; lizinq – лизинг – maşınların, dəzgah­la­rın, nəqliyyat va­si­tələrinin, inşaat tikintisinin təyinində uzunmüddətli aren­da; tender – тен­­дер – konkurs, kastinq – кастинг – seçim (ing); рантье fran­­sız dilin­də­ki ren­tier, rente – рента sözündən düzəlmişdir, kapital və ya qiymətli kağız­la­rı su­da ilə faizə verərək yaşayan şəxslər; taym-menecer тайм-менедж­ментiş (plan) təşkilatı; тайм билдинг – insan qruplarının, kol­lektivin for­­­ma­­laş­­­ması; diversifikasiya – диверсификация – dəyişilmə, müx­­tə­liflik, or­ta əsr la­tın diversificatio sözündən; investi­si­ya – инвестиция – yatırım; рекрутер – insanların işə düzəlməsi ilə məşğul olan adam; кетеринг – выездной ресторан – mobil restoran; гостор­бай­­тер – pul­la tutulan fəhlə; мерчендайзер – ticarət rəflərinin hazırlanması ilə məş­ğul olan adam, ingilis dilindəki merchandise – mal – ticarət sözündən dü­zəl­miş­dir. Компания приг­лашает на работу мерчендайзеров (Super­mar­ket­lərdə rəf­lərin düzəldilməsi ilə bağlı iş elanı, Birja).

Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən ciddi dəyişik­lik­lər­­lə bağlı dilimizə belə sözlərin daxil olması təbii və qanunauyğun haldır. Əv­­vəla, bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də bu sözlərin bö­yük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəl­mi­­ləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə iş­lə­­nən sözlərimizin əcnəbi qarşılığı nitqimizə nüfuz edir.



Mağaza, yaxud dükan əvəzinə – market, seçim əvəzinə – kastinq, yox­la­­ma əvəzinə – monitorinq, təbliğat əvəzinə – piar, marka əvəzinə – brend, qa­­pı­çı əvəzinə – qolkiper, hakim əvəzinə – referi söz­lə­­ri dilimizə neologizmlər kimi daxil olmuşdur.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin