«Təsdiq edirəm» Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi


Elektrik xətləri yaxınlığında işləyərkən təhlükəsizlik tədbirləri



Yüklə 1,63 Mb.
səhifə11/29
tarix13.02.2022
ölçüsü1,63 Mb.
#114356
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
TTQ FHN emr 150

4.8. Elektrik xətləri yaxınlığında işləyərkən təhlükəsizlik tədbirləri.

4.8.1. Elektrik təminatı xətlərinin yaxınlığında və tikintilərdə elektrik cərəyanından xəsarət almamaq məqsədi ilə bütün axtarış – xilasetmə və təxirəsalınmaz işlər yalnız cərəyan kəsildikdən və texniki təhlükəsizlik tədbirlərinə riayət olunduqdan sonra aparılmalıdır.

4.8.2. Cərəyan keçən və izolə olunmamış kabel və naqillərə toxunduqda damarların yığılması nəticəsində zərərçəkmiş özbaşına cərəyan keçiricidən azad oluna bilmir. Bunun nəticəsində tənəffüs və qan dövranı orqanlarının fəaliyyəti pozulur və ya tam dayanır. İnsan bədənindən keçən cərəyanın gücü 100 mA olduqda insan həyatı üçün təhlükəlidir. 8–10 mA gücü olan elektrik cərəyanı əllərin iflic olmasına səbəb olur. 25 – 50 mA gücündə elektrik cərəyanı tənəffüs orqanlarının iflic olmasına və bir neçə dəqiqədən sonra əgər cərəyan dayandırılmasa boğulma nəticəsində ölümlə nəticələnir.

4.8.3. İşə başlamazdan əvvəl elektrik xətləri hər iki tərəfdən kəsilməlidir. Bundan əlavə təsadüfən xəttin qoşulması və ya ildırım nəticəsində elektrik cərəyanın vurmasının qarşısını almaq məqsədi ilə söndürülmüş xətin hər iki tərəfi yerə birləşdirilməlidir.

4.8.4. Torpağa birləşdirilmənin etibarlığı üçün naqil torpaqda böyük metalik əşyalara birləşdirilir. Onların olmaması zamanı 1 m az olmayaraq yerə metalik boru və ya ling vurmaq olar.

4.8.5. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi:






4.8.6. İlk növbədə həmin elektrik qurğusu şəbəkədən ayrılmalıdır, əgər bu mümkün deyilsə zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq lazımdır.

4.8.7. Bu zaman vacibdir:

4.8.7.1. zərərçəkən hündürlükdə olduqda onun təhlükəsiz yıxılmasının (düşürülməsinin) təmin edilməsi;

4.8.7.2. yardım göstərən şəxsin özünün mühafizə olunması üçün təhlükəsizlik tədbirlərinin görülməsi.

4 .8.8. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən və ya naqildən ayırmaq üçün quru paltardan, kəndirdən, taxtadan və ya elektrik cərəyanı keçirməyən hər hansı bir quru əşyadan istifadə edilməlidir. Metal və ya yaş əşyadan istifadə etmək qadağandır. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırmaq üçün onun paltarından, əgər o qurudursa və zərərçəkənin bədənindən aralanırsa, (məsələn, pencək və ya paltonun ətəyindən) tutulmalıdır. Ətrafdakı metal əşyalara və ya paltarla örtülməyən bədən hissələrinə toxunmaq qadağandır.



4.8.9. Zərərçəkənin ayaqlarından tutub sürüyərkən, onun ayaqqabısına və ya paltarına əlləri yaxşı izolyasiya etmədən toxunmaq ol­maz, ona görə ki, paltar və ya ayaqqabı yaş halda elektrik cərəyanı keçirə bilər. Əgər zərərçəkənin paltarla örtülməyən bədən hissəsinə toxunmaq vacibdirsə, yardım göstərən şəxs əllərini izolyasiya et­mək üçün dielektrik əlcək geyməli və ya əl altında olan hər hansı bir əşyadan istifadə etməlidir, məsələn, əllərinə quru şərf bağlamalı, palto və ya rezinlənmiş materialdan istifadə etməlidir və s. həmçinin quru taxtanın üstünə və ya elektrik cərəyanı keçirmə­yən hər hansı bir döşəməyə, paltar bağlamasına və s. çıxmaqla özünü izolyasiya etmək olar. Zərərçəkəni cərəyandaşıyıcı hissələrdən ayırdıqda, mümkün qədər bir əllə hərəkət etmək məsləhətdir.

4.8.10. Əgər zərərçəkəni bu hissələrdən ayırmaq çətindirsə, bu zaman naqili quru ağac dəstəyi olan balta və digər izoləedici alətlə qırmaq və ya kəsmək lazımdır, bu halda yalnız dielektrik əlcəkdə və qaloşlarda naqillərə toxunmadan hər naqili ayrılıqda kəsmək lazımdır.


4.8.11. Bundan başqa elektrik qurğularında müəyyən nasazlıqlar baş verdikdə (izolyasiyanın pozulması, yerlə birləşdirmənin olmaması, onun düzgün yerinə yetirilməməsi, naqilin qırılması və s.) zədələnən yer ətrafında 20 m-ə qədər zonada təhlükəli elektrik sahəsi yaranır.

4.8.12. Bu tədbirlərin görülməsi qısa müddətdə mümkün olmadıqda, təhlükəli zonaya düşən adam oradan çıxmaq üçün ayaqlarını yerdən ayırmamaqla, çox xırda addımlarla (ayaqlarını bir-birinə sürüşdürməklə) addımlayaraq və ya ayaqlarını birləşdirərək iki ayaqla hoppanmaqla uzaqlaşmalıdır. Təhlükəli zonadan çıxana qədər ayaqlar birləşdirilmiş vəziyyətdə olmalıdır.

4.8.13. Elektrik zədələnmələri.

4.8.13.1. Elektrik cərəyanının insan orqanizminə təsiri çox mürəkkəbdir və bədəndən keçərkən yerli və ümumi elektrik zədələnmələri törədə bilər.

4.8.13.2. Yerli zədələnmələrə aiddir: elektrik yanıqları, elektrik nişanları, dərinin metallaşdırılması, mexaniki zədələnmələr, elektriki oftalmiya.

4.8.13.3. Ümumi və ya elektrik zədələnmələri ağırlığına görə 4 dərəcəyə bölünürlər:

- I dərəcə huş itirilmir, əzələlər qıc olur;

- II dərəcə huş itirilir, əzələlər qıc olur, lakin ürəyin və tənəffüs orqanlarının fəaliyyəti davam edir;

- III huş itirilir, ürəyin və tənəffüs orqanlarının (bəzi hallarda hər ikisinin) fəaliyyəti pozulur;

- IV kliniki (“zahiri”) ölümlə nəticələnir, yəni nəfəs kəsilir, qan dövranı dayanır.

4.8.13.4. Adamın bilavasitə cərəyandaşıyıcı hissələrə toxunması zamanı elektrik cərəyanının istilik təsiri və elektrik qövsü nəticəsində zahiri zədələnmələr – yanıqlar əmələ gəlir. Yanıqlarda əmələ gələn yaralar çox gec sağalır, bədən səthinin 2/3 hissəsi zədələndikdə bu ölümlə nəticələnir.

4.8.13.5. Bu yanıqlar üzdə və ya dərində, nəinki dərinin, həm də dərialtı toxumanın, piyin, dərində olan əzələnin, sinir və sümüyün zədələnməsi ilə də müşayiət olunur.

4.8.13.6. Zədələnmə dərinliyinə görə 4 dərəcəyə bölünürlər:

- 1-ci dərəcə - dərinin qızarması və şişməsi;

- 2-ci dərəcə - sulu suluq;

- 3-cü dərəcə - dərinin üst və dərin qatların ölgünləşməsi;

- 4-cü dərəcə-dərinin kömürləşməsi, əzələlərin, vətərlərin və sümüklərin zədələnməsi.

4.8.13.7. Bütün zədələrdən daha təhlükəsi elektrik zərbəsi sayılır, bu halda insan bədənindən elektrik cərəyanı axarkən bütün orqanizm zədələnir, qıc olma yaranır, nəfəs alma pozulur, ürəyin aritmiyası baş verir.

4.8.13.8. Əgər insan bədənindən axan cərəyanın gücü, dəyişən gərginlikdə 1,5 mA və sabit gərginlikdə 5 mA-sə, əllərdə, cərəyandaşıyıcı hissə ilə əlaqədə olan yerlərdə göynəmə və qızma hiss olunur; belə cərəyan gücünün hissetmə astanası adlandırırlar. Əgər cərəyanın gücü 10 mA-ə qədər dəyişən gərginlikdə və 50 mA-ə qədər sabit gərginlikdə artıbsa, bu halda adamın barmaqları və əllərində güclü ağrılar əmələ gəlir, qollar qıc olmağa başlayır. Cərəyanın bu gücündə adam hələ ki, özü cərəyandaşıyıcı hissələrdən ayrıla bilər.

4.8.13.9. Cərəyan gücünün sonrakı artımları, 10 mA-dən 100 mA-a qədər dəyişən gərginlikdə və 50 mA-dən 100 mA-a qədər sabit gərginlikdə çox güclü ağrılara səbəb olur, əllər iflic olur, nəfəs iflic olmağa başlayır, öz-özünə ayrılmaq daha mümkün olmur.

4.8.13.10. Cərəyanın gücü adamın müqaviməti azaldığı üçün tədricən artmağa başlayır, sabit və dəyişən gərginlikdə 100 mA-ə çatanda kliniki ölüm baş verə bilər (zahiri həyat əlamətlərinin olmaması).

4.8.13.11. İnsan orqanizmindən keçən cərəyanın gücü müəyyən dərəcədə insan bədəninin müqaviməti ilə məhdudlaşır. İnsan orqanizminin hissələrindən ən çox müqaviməti olan dəridir. Sağlam və dərisi zədələnməyən adamların bədənlərinin müqaviməti 25 min-50 min Om təşkil edir.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin