4.5. Əl alətləri ilə işləyərkən təhlükəsizlik tədbirləri.
4.5.1. Əl alətləri (çəkicin, kürzün, baltanın düzgün otuzdurulmasına, çəkicin, kürzün, zubilin qıraqlarında metalın parçalanmasına) ilə işə başlamazdan əvvəl onlarınn sazlığına fikir verilməlidir.
4.5.2. Linglər düz, döyülmüş və itilənmiş başlıqlar ilə olmalıdır.
4.5.3. Kürzünün iş hissəsində (vuran hissə) çəplik, çökəklilər, çatlar, qırıntılar və pərçimləmələr olmamalı, bir az hamar və qabarıq olmalıdır.
4.5.4. Zərbə alətinin tutacağı bərk və suvaşqan budaqcıqları olmayan quru ağacdan hazırlanmalıdır.
4.5.5. Zubilin uzunluğu 150 mm – dən qısa olmamalıdır . Yastı hissənin uzunluğu 60 – 70 mm olmalıdır. İti hissə 65 - 70 dərəcə altında yonulmalıdır, kəsici hissə düz və bir az qabarıq xəttə bənzəməlidir. Əl ilə tutulan yan hissələrdə iti yerlər olmamalıdır.
4.5.6. Zubil və ya digər əl aləti ilə metalı kəsdikdə, işi yerinə yetirən şəxslər sınmayan şüşəsi olan qoruyucu eynək və əlcəklər geyinməlidirlər.
4.5.7. Vintaçanın çat və qopuq yeri olmayan izolə olunmuş tutacağı olmalıdır. İş hissəsi vintin diametrinə və şlisin eninə uyğun olmalıdır.
4.5.8. Yiv (qayka) açarları, yiv və boltların ölçülərinə uyğun olmalıdır. Açarların ağızları paralel olmalıdır. Onların iş səthlərində qopuqlar, tutacaq yerində isə tilişkələr olmalıdır. Yiv və boltların açarlara ikinci açar və ya boru ilə uzadılaraq açılması qadağandır. Hər bir açarda markalanma olmalıdır.
4.5.9. Alətlər aparılarkən və ya daşınarkən onun iti hissələrinə çexol geyindirilməli və ya başqa üsul ilə daşınmalıdır.
4.5.10. Kəski alətləri ilə işləyərkən:
4.5.10.1. kəski elə yerləşdirilməlidir ki, kəski ilə kəsilən səth 900 – li bucaq təşkil etməlidir;
4.5.10.2. kəsilən materiala kəsicinin ülgüc hissəsi dərin oturdulmalıdır;
4.5.10.3. kəsmə vaxtı ülgücün sonluğu ilə kəsməyə yol verilməməlidir;
4.5.10.4. əgər kəski həddən artıq çox fırlanırsa, çevrilirsə və kəskinin ülgüc hissəsində əyilmə müşahidə edilirsə, kəski ilə iş dayandırılmalı və kəski yenidən işçi səthə yerləşdirilməlidir;
4.5.10.5. qapalı mühitdə, təzyiq altında xilasedici yastıqları olan digər təhlükə potensiallı sahələrdə kəsmə işləri aparılmamalıdır;
4.5.10.6. iş prosesində alətin təbii olaraq yerdəyişməsinin qarşısının alınmasının mümkün olmadığından paltar kəsilən material ilə alət arasında qaldıqda kəskinin işi dayandırılmalı və alət ilkin vəziyyətinə qaytarılmalıdır.
4.5.11. İstifadə zamanı təhlükəsizlik baxımından qayçıların, baltaların, kəlbətinlərin işlək hissəsi (yəni ağzını) xilasedicinin özündən əks istiqamətə yönəlməlidir. İş prosesində əmələ gələn qatı toz və iyin təsirini aradan qaldırmaq üçün respiratordan istifadə edilməlidir.
4.5.12. Kəskinin ülgücünə əl ilə toxunmaq qadağandır.
Dostları ilə paylaş: |