X.Bəşirli: Çox sağ olun, Nəzmiyyə xanım. Daha kim çıxış etmək istəyir? Buyurun, İlhamə xanım.
İ.Gültekin: Dissertasiyanı oxudum və bəyəndim. Bir neçə qeydim var, onları diqqətinizə çatdırmaq istəyirəm.
Dissertasiyada verilən sitatlarda bir neçə yerdə, eyni zamanda Şəhriyar yaradıcılığından gətirilən şeir nümunələrində (səh.12, 66, 76, 77) mənbə göstərilmir.
Fars dilindən tərcümədə bəzi şeirlərdə “və” bağlayıcısının tərcüməsi səhv olaraq ifadədə izafət olaraq getmişdir. Məsələn, “Şəhr-i Şəms və Kəbeyi mollayi Rumi” “Molla Ruminin Kəbəsi olan Şəmsin şəhəri” olaraq, “nəfs və nəfəs” “nəfsin nəfəsi” olaraq tərcümə olunmuşdur. “Və”lər orada gözdən qaçmışdır və izafət olaraq verilmişdir.
Dissertasiyanın 23-cü səhifəsində “Şeir və hikmət” şeirindən gətirilən dörd misralıq nümunədə bir sözün düzgün olmayan tərcüməsi şeirin təhlilində səhvə gətirib çıxarmışdır. “Ey şeir” xitabı “ey insan” müraciət forması kimi verilmişdir.
Dissertasiyanın 10-cu səhifəsində ilk olaraq “şeir-e nou” haqqında məlumat verilsə də açıqlaması səhifə 11-də qeyd olunur. Yaxşı olardı ki, açıqlaması da elə 10-cu səhifədə veriləydi. Daha sonra yenidən 80,81,82,100,103-cü səhifələrdə yenə də “yeni şeir”in (şeir-e nou”), “sərbəst şeir”in(“şeir-e azad”) bəzi yerlərdə Azərbaycan dilində, bəzi yerlərdə isə fars dilində açıqlaması təkrar verilir. Dissertasiyanın 102-ci səhifəsində ayrı-ayrı cümlələrdə “hind səpki”, “hind üslubu” ardıcıl verilmişdir. Yəqin ki diqqətdən qaçmış, yaxud texniki xəta olaraq getmişdir. Digər gözdən qaçan texniki xətalar barədə qeydlərim vardır ki, onları sizə təqdim edəcəyəm.
Ümumiyyətlə, dissertasiya barədə qeydlərim işin məzmununa xələl gətirmir və əsər növbəti mərhələyə buraxıla bilər.
Dostları ilə paylaş: |