Test suallari


Müəyyən edilmə prinsiplərinə



Yüklə 3,26 Mb.
səhifə3/11
tarix07.06.2018
ölçüsü3,26 Mb.
#52891
1   2   3   4   5   6   7   8   9   10   11

108. Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetməsi və özünüidarəetmə regionları neçə qrupa bölünür?

A) 2 qrupa bölünür: milli dövlət regionları və inzibati ərazi vahidləri

B) 3 qrupa bölünür: Muxtar respublika, vilayət, milli mahal

C) 2 inzibati vilayət və inzibati ölkələr

D) İnzibati vilayət rayon, şəhər

E) Respublika daxili iqtisadi rayonlar


109. Regional siyasət mahiyyətinə görə nəyi əhatə edir?

A) Regional inkişafın dövlət tənzimi və idarə edilməsi ilə bağlı bir cox problem məsələlərin işlənib hazırlanması və həyata keçirilməsi

B)İqtisadiyyatın sabit inkişafı üçün real şərtin mövcudluğunu, dövlət tənzimlən­məsi və idarəaetmə

C) Ölkə daxilində əminamanlığın olmasını

D) Elmi cəhətdən əsaslandırılmış düzgün siyasətin və mövcud idarəetmə vasitələrinin olması

E) Hər bir qrup regionun idarədəetmədə rolunun düzgün müəyyən edilməsi


110. Demokratik cəmiyyət nədir?

A) Vətəndaş cəmiyyətidir

B) Mülkiyyət subyektidir, azadlıq vermədir, vətəndaş cəmiyyətidir

C) Hüquq vermədir, əmək kollektividir

D) Azadlıq vermədir

E) Əmək kollektividir


111. Özünü idarəetmə nə vaxt mümkün olur?

A) Hər bir əmək kollektivi və hər bir işçi özünü mülkiyyət subyekti kimi reallaşdırmaq hüququna malik olduqda

B) Vətəndaşların fəaliyyəti təşkil edildikdə, hər bir işçi mülkiyyət subyekti kimi

C) Yerli əhəmiyyətli məsələləri insanlar özləri həll etdikdə

D) Yerli əhalinin mənafeyi naminə dövlət

E) Normativ hüquqi aktlar hazır olduqda


112 Düzgün qiymət siyasəti nə üçün aparılır?

A) Büdcə kəsrini aradan qaldırmaq, regional büdcələrin maliyyə təminatını gücləndirmək və regionların inkişafını təmin etmək üçün

B) Qiymətlərin başlı-başına buraxılmasının qarşısını almaq üçün, büdcə kəsirlərini aradan qaldırmaq

C) Bazar sövdələşməsinin başlı-başına buraxılmasının qarşısını almaq üçün

D) Əmtəə qıtlığının yaranması və qiymətlərin qaldırılmasının qarşısına almaq üçün

E) Əhalinin güzəranını yaxşılaşdırmaq üçün


113. Qiymətin əmələ gəlməsinin əsasında nə durur?

A) İctimai zəruri əmək məsələləri, tələb və təklif

B) Əl əməyi, tələb və təklif

C) Yüksək məhsul istehsalı, əmək məsrəfləri

D) İstehsal olunan məhsullara olan tələbat, tələb və təklif

E) Məhsulun keyfiyyəti, qiyməti


114. Respublikada neçə növ qiymət formalaşır?

A) 3 növ

B) 5 növ

C) 2 növ

D) 1 növ

E) 4 növ


115. Azərbaycanda qiymətin tənzimləməsini hansı təşkilat yerinə yetirir?

A) Tarif şurası

B) Nazirlər kabineti, tarif şurası

C) Milli Məclis, tarif şurası

D) Prezident, Nazirlər kabineti

E) Maliyyə Nazirliyi, tarif şurası


116. Fransada indikativ plan kim tərəfindən baxılır təsdiq edilir?

A) Ölkənin parlamenti tərəfindən baxılır, qəbul və təsdiq edilir

B) Müxtəlif firmaların rəhbərləri tərəfindən, parlament

C) Sahibkar tərəfindən, xalq tərəfindən

D) Alimlər, mütəxəssislər tərəfindən

E) Ayrı-ayrı qruplar tərəfindən


117. ABŞ da indiqativ planlaşdırma nəyə üstünlük verir?

A) Modelləşdirməyə

B) Dövlətin mənafeyini müdafiə etməyə, modelləşməyə

C) Uyğunlaşdırmaya, modelləşməyə

D) Gəlir və xərclərin əlaqələndirilməsinə

E) Şəraitə alışmaya


118. MDB ölkələrində indiqativ planlaşmadan nə üçün istifadə edilir?

A) İqtisadiyyatın dövlət tənzimləməsinin mühüm bir forması kimi

B) Bazar göstəricisi kimi, iqtisadi göstərici kimi

C) Aqrar sənaye sahələrinin inkişafı üçün, dövlət tənzimlənməsi kimi

D) Məqsədli proqramların hazırlanması üçün

E) Sahibkarlığı inkişaf etdirmək üçün


119. İdarəetmə metodu nədir?

A) İdarəedən subyektləri idarəedən obyektə qarşılıqlı təsir üsulları və vasitələrinin məcmusudur

B) İdarə olunan obyektlərin mənafeyini müdafiə etməkdir, qarşılıqlı təsir

C) Təşkilatların özünü maliyyələşdirməsidir, qarşılıqlı təsir və vasitə

D) Dövlət qurumları ilə obyektlər arasındakı əlaqədir

E) Obyektlə subyekt qarşılıqlı əlaqədir


120. Təşkilati inzibati metod öz mahiyyətinə görə nəyə yönəlir?

A) Mövcud qurluşun iqtisadi və ictimai münasibətlər sisteminin formalaşması və inkişafının təmin edilməsi

B) Ölkənin iqtisadi inkişafına, mövcud quruluşunu iqtisadi münasibətlər

C) İctimai münasibətlərin formalaşmasına

D) Təşkiletmə funksiyasının yerinə yetrilməsinə

E) Təşkilatı münasibətlərin yaranmasına


121. Mənəvi etik metod nədir?

A) Bu metodlarda insanın mənəviyyatına, ləyaqətinə, vicdanına təsir göstərilir

B) Tərbiyə tədbiridir, ləyaqətinə, vicdanına

C) Mənəvi mükafatlandırma tədbiridir, insanın mədəniyyəti

D) Cəzalndırmadır

E) İnsanların fəaliyyətinə təsir göstərmək vasitəsidir


122. İdarəetmənin sosial-psixaloji metodu nəyi tələb edir?

A) Kollektivin başında çevik, kollektivdaxili əhval ruhiyyəni, münasibətləri, duyan insanlar dursunlar

B) Kollektivin başında idarəetməni bacaran insanlar dursunlar, savadlı insan

C) İnsanların davranış səviyyəsinə rəhbərlik etməyi bacaran, savadlı şəxsiyyət

D) İdarəetmə vasitələrindən istifadə etməyi bacaranların kollektivin başında durmasını

E) Doğru variant yoxdur


123.Xüsusi iqrtisadi zonanın yaradılması haqda fərman nə vaxt imzalanmışdır?

A) 2007-ci ilin mart ayının 6-da

B) 2008-ci ildə aprel ayında

C) 2005-ci ildə may ayında

D) 2006-cı ildə noyabr ayında

E) 2007-ci il avqust ayında


124. Bələdiyyələrin su təsərrüfatı sahəsində mübahisələrin həlli ilə kim məşğul olur?

A) Bələdiyyələr məşğul olur

B) Su təsərrüfatı müəssisələri məşğul olur, bələdiyyələr məşğul olur

C) Yerli icra hakimiyyəti məşğul olur, bələdiyyələr məşğul olur

D) Aid olduğu nazirlik məşğul olur

E) Məhəllə komitələri məşğul olur


125. Bələdiyyələrin su təsərrüfatı qanunvericiliyinin pozulmasına görə məsuliyyəti kim daşıyır?

A) Bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyinin pozulmasında hüquqi və fiziki şəxslər

B) Su təsərrüfatı müəssisələri, hüquqi və fiziki şəxslər

C) Hüquqi şəxslər, su təsərüffatı müəsisələri

D) Yerli vətəndaşlar

E) Fiziki şəxslər


126. Bələdiyyə torpaqlarının tərkibini hansı torpaqlar təşkil edir?

A) Dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla yerdə qalan torpaqlar

B) Xüsusi mülkiyyətə verilən torpaqlar, dövlət mülkiyyətindəki torpaqlar

C) Dövlət mülkiyyətində saxlanılan torpaqlar

D) Əkin üçün yararlı torpaqlar

E) Şoran torpaqlar, əkinə yararlı torpaqlar


127. Torpağın icarə haqqı nədir?

A) Torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir

B) Torpaqdan istifadəyə görən ödənilən vəsaitdir, müddətli istifadəyə görə vəsait

C) Torpaqdan daimi istifadəyə göndərilən vəsaitdir, ödənilən vəsaitdir

D) İdarəçinin ödədiyi vəsaitdir

E) Vətəndaşların ödədiyi vəsaitdir


128. Torpaq ödənişləri ilə güzəştlər necə müəyyən edilir?

A) Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə

B) Aktlara, Azərbaycan Respublikasının müvafik normativ-hüququ aktları ilə

C) Xüsusi sənədlərlə, torpaq haqqında qanunla

D) Torpaq haqqında qanunlar

E) Xüsusi sənədlərlə


129. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hansıdır?

A) Müvafiq icra hakimiyyəti

B) Bələdiyyələr, müvafik icra hakimiyyəti

C) Dövlət, müvafik icra hakimiyyəti

D) Hüquq mühafizə orqanları

E) Daimi və başqa komissiyalar


130. Bələdiyyələrə seçkilərin yekunu nə vaxt elan edilir?

A) Seçkilər günündən başlayaraq ən geci 20 gün müddətində

B) Ən geci 30 gün müddətində

C) Ən geci 25 gün müddətində

D) Ən geci 18 gün müddətində

E) Ən geci 13 gün müddətində


131. Seçki sənədləri nə qədər müddətində saxlanılır?

A) 6 ay müddətində

B) 3 ay müddətində

C) 1 ay müddətində

D) Daimilik

E) 15 gün müddətində


132. Bələdiyyələrin iclasları neçə aydan bir keçirilir?

A) Ayda 1 dəfə

B) 2 Aydan bir

C) 20 gündən bir

D) 3 aydan bir

E) 15 gündən bir


133. Yerli büdcənin xərcləri kim tərəfindən müəyyənləşdirilir?

A) Bələdiyyələr tərəfindən

B) Dövlət tərəfindən, bələdiyələr tərəfindən

C) İcra hakimiyyəti tərəfindən, bələdiyələr tərəfindən

D) Yerli vətəndaşlar tərəfindən

E) Qeyri hökümət təşkilatları tərəfindən


134. Vergitutma məqsədləri üçün şəxs dedikdə kim nəzərdə tutulur?

A) İstənilən fiziki şəxs və hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi və digər bölməsi

B) Yalnız fiziki şəxslər, istənilən fiziki və hüququ şəxs

C) Yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi və digər şəxslər

D) İstənilən hüquqi və fiziki şəxs

E) Müəssisə rəhbəri


135. Kimlər vergi agenti hesab edilir?

A) Vergi ödəyicisinin vergini hesablamağa, onu vergi ödəyicilərindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxs

B) Vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər, vergini hesablamağı bacaran şəxs

C) Vergi ödəyicisinin ailə üzvləri

D) Vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

E) Vergi ödəyicisi


136. Azərbaycan Respublikasında hansı vergi sistemləri mövcuddur?

A) Dövlət vergiləri; muxtar respublika; bələdiyyə vergiləri

B) Dövlət vergiləri; yerli vergilər, bələdiyyə vergiləri

C) Vergi ödəyicisinin ailə üzvləri, bələdiyyə vergiləri

D) Vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

E) Vergi ödəyicisi


137. Dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə onlara qeydiyyat sənədləri ilə birlikdə daha hansı sənədləri verməlidir?

A) Həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir

B) Qəbz verməlidir, arayış verməlidir

C) Protokoldan çıxarış verməlidir, tarixi ilə arayiş verməlidir

D) Heçnə verməli deyil

E) Anket verməlidir


138. Fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanıan nə vaxt verməlidir?

A) Gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq

B) 30 gün ərzində, gəlir əldə etmək hüququnu əldə etdikdən sonra

C) İstənilən vaxt, gəlir əldə etmək hüququ qazandığı gündən

D) 20 gün ərzində

E) Sahibkarlıq fəaliyyətinə başladığı gündən


139. 1990-cı il yanvarın 20 də SSRİ qoşunlarının müdaxiləsi zamanı həlak al­mış şəxslərin valideyinlərinin və arvadlarının (ərlərinin) mülkiyyətində olan torpaqlara görə torpaq vergisi şərti maliyyə vahidinin neçə misli qədər azaldılır?

A) Azaldılmır

B) 100 misli, azaldılmır

C) 50 misli

D) 30 misli

E) 20 misli, azaldılmır


140. Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəriciləri kim tərəfindən qeydiyyata alınır?

A) Dövlət ststistika komitəsi tərəfindən

B) Dövlət nümayəndələri tərəfindən, Dövlət statistika komitəsi

C) Milli Məclis tərəfindən, Dövlət statistika komitəsi

D) Müəssisələr, ədliyyə Nazirliyi

E) Ədliyyə nazirliyi tərəfindən


141. Bələdiyyə mülkiyyəti nədir?

A) Bələdiyyələrə mənsub olan bütün növ daşınar və daşınmaz əmlaklar

B) Daşınmaz əmlaklar, daşınar əmlaklar

C) Daşınan əmlaklar

D) Müəssisələr, daşınar əmlaklar

E) İdarələr, daşınmaz əmlaklar


142. Bələdiyyə mülkiyyətini kimlər idarə edir?

A) Bələdiyyələr

B) İcra hakimiyyəti, bələdiyyələr

C) Dövlət, bələdiyyələr

D) Müəssisələr

E) Daimi komissiyalar


143. Yerli özünüidarəetmə üzrə əlaqələndirmə şuralarının tərkibi kimlərdən ibarətdir?

A) Sədr, müavin və şura üzvləri

B) Şura üzvlərindən, əlaqələndirmə şuraların sədrləri

C) Ərazidə yaşayan vətəndaşlardan, əlaqələndirmə şuraları

D) Sədr və müavinlərdən

E) Daimi və başqa komissiyalardan


144.Azərbaycan Respublikasının Milli Məclisi yanında Tiponimiya komissiyası hansı tərkibdə təşkil olunur?

A) Azərbaycan Respublikasının Milli Məclisinin aparatı tərəfindən

B) Prezident aparatı tərəfindən, Milli Məclis

C) Nazirlər Kabineti tərəfindən, Milli Məclis

D) İcra hakimiyyəti tərəfindən, ədliyyə Nazirliyi

E) Ədliyyə Nazirliyi tərəfindən


145. Sovet İttifaqı qəhramanlarının fəliyyəti üçün istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği şərti maliyyə vahidinin neçə misli qədər azaldılır?

A) Azaldılmır

B) 30 isli,azaldılmır

C) 10 misli

D) 25 misli

E) 15 misli, azaldılmır


146. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcə ilə vergi tutulur?

A) 10%


B) 15%-10%

C) 12%-15%

D) 10%-15%

E) 14%
147. Bələdiyyə menecmenti nədir?

A) Biznes fəaliyyətində idarəetmə strukturunun metodları, fasiləsiz marketinq, reklam fəaliyyətini təmin edən siyasət

B) Reklam fəaliyyəti, biznes fəaliyyətində idarəetmə strukturu metodları

C) Biznes fəaliyyəti, fasiləsiz marketinq

D) İdarəetmə strukturunun metodları

E) Fasiləsiz marketinq fəaliyyəti
148. İcra hakimiyyəti başçıları kimlər ola bilər?

A) Başqa dövlətlər qarşısında öhdəliyi olmayan, din xadimi olmayan vətəndaşlar

B) İkili vətəndaşlığı olmayanlar,din xadimi olmayan

C) Ali təhsili olanlar, başqa dövlətlər qarşısında öhtəliyi olmayan

D) Kommersiya və sahibkarlıqla məşğul olmayanlar

E) Elmi pedaqoji fəaliyyəti olanlar, din xadimi olmayan


149. Yerli İcra hakimiyyəti başçıları kimə və nə vaxt hesabat verirlər?

A) İldə bir dəfədən az olmayaraq Prezidentə və onun icra aparatına

B) Milli Məclisə hər ay, Prezidentə və onun icra aparatına

C) Nazirlər Kabinetinə aydan bir, Prezidentə

D) Ayda bir dəfə Prezidentə, Nazirlər Kabinetinə

E) Hər rübdə Nazirlər Kabinetinə


150. Yerli İcra Hakimiyyəti başçısının fəaliyyətini təmin edir;

A) İcra aparatı

B) Müavinlər, İcra aparatı

C) Vətəndaşlar, Bələdiyyələr

D) Bələdiyyələr, Rayon icra orqanları

E) Yerli əhali


151. Yerli icra hakimiyyətinin fəaliyyətinin iqtisadi əsasını nə təşkil edir?

A) Qanunvericiliyə əsasən bu orqanların sərəncamına verilmiş yeni icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələabatlarının ödənilməsinə xidmət edən dövlət mülkiyyətində olan əmlak

B) Dövlət mülkiyyəti, dövlət mülkiyyətində olan əmlak

C) Özəlləşdirilmiş müəssisələr, dövlət mülkiyyətində olan əmlak

D) Xalqın əmlakı, dövlət əmlakı

E) Torpaqlar


152. Yerli İcra hakimiyyətlərinin xarici iqtisadi əlaqələrdə iştirakı necə olur?

A) Qanunvericilikdə müəyyən olunmuş qaydada xarici iqtisadi əlaqələri həyata keçirilməsində iştirak edə bilər.

B) Müqavilələr yolu ilə, İştirak edə bilər

C) Nazirlər Kabinetinin icazəsi ilə, qanunvericilikdə müəyyən olunmuş qaydada

D) İcra aparatının planına uyğun şəkildə

E) Prezidentin göstərişi ilə


153. Yerli İcra hakimiyyətinin maliyyə mənbəyi nədən ibarətdir?

A)Dövlət büdcəsindən ayrmalardan və qeyri büdcə vəsaitindən alınan kreditlərdən, və digər mənbələrdən əldə edilmiş vəsaitlərdən

B) Kreditlərdən, dövlət büdcəsindən ayrmalardan

C) Subsidiyalardan, subvensiyalardan

D) Subvensiyalardan

E) Qeyri büdcə vəsaitlərindən


154. Dövlət büdcəsindən ayırmalar nə üçün nəzərdə tutulur?

A) Yerli-iqtisadi və sosial mədəni inkişafı təmin etmək məqsədilə

B) Yolların çəkilməsi üçün, sosial inkişafı təmin etmək məqsədilə

C) Yoxsulluğu aradan qaldırmaq üçün, yerli-iqtiasdi inkişaf üçün

D) Məktəblərin tikilməsi üçün, parkların salınması üçün

E) Parkların salınması üçün


155. Yerli icra hakimiyyətinin maddi-texniki təminatı nədən ibarətdir?

A) Müəyyən edilmiş qaydada birbaşa təsərrüfat əlaqələri topdansatış və pərakəndə ticarət əsasında həyata keçirilir

B) Müəyyən edilmiş qaydada həyata keçirilir, topdansatış ticarət əsasında

C) Maddi nemətlər istehsalında həyata keçirilir, pərakəndə ticarət əsasında

D) Topdansatış əsasında

E) Pərakəndə satış əsasında


156. Yerli İcra hakimiyyəti kimə mənsubddur?

A) Azərbaycan Respublikası Prezidentinə

B) Xalqa, Respublikası Prezidentinə

C) Regionlara, Nazirlər kabinetinə

D) Qanunvericiliyə

E) Vətəndaşlara


157. Yerli İcra hakimkiyyətini kim təyin edir?

A) Prezident

B) Xalq, Prezident

C) Yerli əhali, Prezident

D) Seçicilər, Region əhalisi

E) Region əhalisi


158. Nazirlər Kabineti nə üçün yaradılmışdır?

A) Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili üçün

B) Xalqa xidmət etmək üçün, Prezidentin işlərinə kömək üçün

C) Qanunları təsdiq etmək üçün

D) Sərəncam vermək üçün

E) Milli Məclisin işini təşkil etmək üçün


159. Nazirlər kabineti kimə tabedir?

A) Prezidentə tabedir və onun qarşısında cavabdehdir

B) Xalqa tabedir, Prezidentə tabedir

C) Milli Məclisə tabedir, Prezidentə tabedir

D) Nazirlər kabinetinin başçısına tabedir

E) Yerli İcra Hakimiyyətinə tabedir


160. Azərbaycan Respublikasının Nazirlər Kabineti nə vaxt istefa verə bilər?

A) Yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini başladığı gün

B) Vəzifəsini düzgün idarə etmədikdə, Yeni seçilmiş Prezident tərəfindən

C) Xalqın tələbini təmin etmədikdə, Prezident tərəfindən

D) Prezident əmr verdikdə

E) Yarıtmaz işlərin nəticəsində


161. Azərbaycan Respublikasının baş nazirini kim təyin edir?

A) Milli məclisin razılığı ilə Prezident təyin edir

B) Səsvermə yolu ilə xalq təyin edir, Milli məclis təyin edir

C) Milli Məclisin deputatları, Prezident təyin edir

D) Referendum yolu ilə

E) Region əhalisinin razılığı ilə


162. Azərbaycan respublikasının baş naziri vəzifəsinə kimlər təyin edilə bilər?

A) Yaşı 30-dan aşağı olmayana, seçki hüququ olan ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan respublikasının vətəndaşı

B) Seçki hüququna malik olan şəxslər, yaşı 30-dan aşağı olmayan

C) Ali təhsili olan vətəndaşlar, yaşı 30-dan aşağı olmayan

D) Yaşı 30-dan yuxarı olan şəxslər

E) Azərbaycan Respublikasının bütün vətəndaşları


163. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçısını kim təyin edir?

A) Naxçıvan Muxtar respublikası Milli Məclis sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti

B) Naxçıvaan Muxtar Respublikasının Ali Məclisi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən

C) Konstitusiyaya əsasən təyin edilir

D) Prezident təyin edir

E) Naxçıvan Muxtar Respublikasının əhalisi


164. Rayonlaşdırmaya ölkəmizdə neçənci ildən başlamışdır?

A) 1924-cü ildən

B) 1918-ci ildən

C) 1928-ci ildən

D) 1932-ci ildən

E) 1945-ci ildən


165. Respublikanın hazırkı inzibati ərazi sistemi hansı sistemlərdən ibarətdir?

A) Respublika tabeli inzibati rayonlardan, şəhərlərdən, şəhərdaxili rayonlardan, qəsəbələrdən, kəndlərdən

B) İnzibati rayonlardan, şəhərdaxili rayonlardan, qəsəbələrdən

C) kənd və qəsəbələrdən, şəhərdaxili rayonlardan

D) Rayonlardan və şəhər daxili rayonlardan

E) Şəhərlərdən


166. Regional siyasətdə ədalətlilik nədir?

A) Ölkədə nəzərdə tutulan ümumi rifaha çatmaq üçün bütün regionların əhalisinin eyni imkana malik olması

B) Əhalinin rifah halının yüksəldilməsi, əhalisinin eyni imkana malik olması

C) İş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşdırılması

D) Əmək haqqının artırılması

E) Region əhalisinin maarifləndirilməsi


167. Regional siyasətlərdə səmərəlilik dedikdə nə anlayırsız?

A) Mövcud şəraiti nəzərə almaqla istehsalın səmərəli yerləşməsi və hər bir regionun istehsal potensialından səmərəli istifadə

B) İstehsal müəssisələrinin düzgün yerləşməsi, hər bir regionun istehsal potensialından səmərəli istifadə

C) Məhsuldar qüvvələrdən istifadə

D) İstehsal münasibətlərini yüksəltmək

E) Regional strukturun təkmilləşdirilməsi


168. Maddi nemətlər istehsalı nədən başlanır?

A) Rayon və müəssisənin təşkili yerinin seçilməsindən

B) Torpağın münbitliyindən, müəssisənin təşkili yerinin seçilməsi

C) Torpağın istifadəyə yararlığından, müəssisənin təşkili yerinin seçilməsi

D) Suyun olmasından, xammal istehsalından səmərəli istifadə

E) Xammal istehsalından


169. İxtisaslaşmış istehsal sahələri necə əmələ gəlir?

A) Məhsuldar qüvvələrin inkişafı və əmək bölgüsünün dərinləşməsi əsasında

B) Məhsuldar qüvvələr qarşılıqlı inkişaf etdikdə, əmək bölgüsünün düzgün paylanması

C) İstehsal yüksək səviyyəyə çatdıqda, məhsuldarlığın yüksəlməsində

D) İstehsal fəaliyyəti formalaşdıqda

E) İstehsal prosesi kombinələşdikdə


170. Sahə əmək bölgüsü nə deməkdir?

A) İstehsalın sahə ixtisaslaşmasının dərinləşməsi

B) İçtimai istehsal sahələrinin bölünməsi, istehsalın sahə ixtisaslaşmasının dərinləşməsi

C) Təsərrüfat kompileksinə daxil olan sahələr

D) Ərazinin təbii təsərrüfat bölməsidir, təsərrüfatçlılq bölməsidir

E) Təsərrüfatçlılq bölməsidir


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin