ÇOXLUĞUN OLMASI TƏRKİBİN BAŞ VERMƏSİNƏ GƏTİRİB ÇIXARDIR
Allah üçün sifətlərin ariz olması səhv bir fikirdir. Çünki, onu heç bir sifətlə vəsf etmək mümkün deyildir. Sifət və ya bir kəsin müəyyən bir sifətlə sifətlənməsi iki şeydir. Sifət vəsf olunandan, ariz məruzdan, elm də alimdən fərqli şeylərdir. Elə buna görə də Allahı vəsf etmək istəyən onu başqa birisi ilə bərabər tutmuş olur. Başqasını ona bərabər sayan ilahi zatda çoxluğa qail olmuş olur. Əgər bir nəfər «Allahın elmi vardır» dəsə, Onu iki yerə böləçəkdir. Bu cür bölüm məxluqda ayrı-ayrılıqda olan zat və elmin bölümünə bənzəyir. Kim Allahı bu şəkildə vəsf etsə, Onu başqa birisi ilə bərabər tutmuş olacaqdır. Başqasını ona bərabər sayan da çoxluğa düşmüş olacaqdır. «Yəni sifət və sifətlənən», Allah barəsində çoxluğa etiqad bəsləyən isə, Onun hissələrə bölünə biləcəyinə qail olmuşdur. Onun hissələrə bölünməyinə qail olanlar daha artıq cəhalət və küfrə düçar olmuşlar. Bu nadanlar, Allahı mürəkkəb hesab edərək, Onun vücudunun vacib olduğunu dərk etməmişdir.
Əgər sifət və sifətlənən arasında tərkib olunmaq lazım gəlsə, bu açizlık əlamətidir. Çünki mürəkkəb bir şeyin hər bir hissəsi onu tərkib edənə möhtacdır. Deməli vacibəl-vücudu tərkib edən və parçalayan bir qüdrət də olmalıdır ki, onun özü mürəkkəb olmasın. Amma əgər Allahda sifət və sifətlənməyə, eləcə də çoxluğa qail olsaq, onda o, vacibəl-vücud deyildir.
Elə buna görə də Onu sifətlərdən uzaq bilmək lazımdır. Allah-Təalanın sifəti yoxdur.
Kəlam (Üsuliddindən bəhs edən elm) elmində sifətin ariz olmasına «Məani» deyirlər. Allahın məanisi yoxdur. Yəni heç bir sifət Allahın müqəddəs zatına başqa yerdən əlavə olunmamışdır.
Əli (ə), «Elə bir hüdud yoxdur ki, Onun sifətlərini əhatə edə bilsin» deyərək, sifəti Allahın zatı üçün isbat edir. Pərvərdigarın zatı eyni elimdir, eyni həyat, qüdrət və rəhmətdir. Bununla yanaşı Onun müqəddəs zatı həmin Allahdır.
Allah sifətləri zatının eyni olduğuna görə, onda məxluqun sifətlərində olduğu kimi vaxt, əcəl, hudud və digər keyfiyyətlər yoxdur. Zatı məhdud olmadığı kimi sifətləri də məhdud deyil. Əgər məhdudiyyət mövcud olsa həmin anda acizlik və yaranacaqdır. Allah bütün bunlardan pak və münəzzəhdir.
Elm və qüdrətt kimi kamal sifətlərini öz tutumuna görə müəyyən həddə qədər əldə etmək məxluqa aid olan xüsusiyyətdir. Lakin Allah məxluqu yaranmamışdan əvvəl də Alim idi.
İndi alim olduğu kimi, gələcəkdə də alimdir. Onun əvvəli, axırı, başlanğıcı və sonu yoxdur. Onun haqqında, «O, yalnız yaradılmışları və hal-hazırda yaradılanları bilir» demək, düzgün deyildir. Onu kəmiyyət və keyfiyyətlə məhdudlandırmaq olmaz.
Onun üçün heç bir vaxt zaman və məhdudiyyət yoxdur.
Söhbətimizi təsdiq etməkdən ötrü bir neçə rəvayət nəql edirik.
Dostları ilə paylaş: |