ƏN BÖYÜK HİCABLARDAN BİRİ DƏ
ELMDİR
Bəzi dahilər deyiblər: «Elm ən böyük hicabdır». Elm bəzi vaxtlarda insan üçün hicab və maneəyə çevrilə bilər. Bu o vaxt baş verir ki, şəxs oxuduğu elmləri əzbərləyərək onlarla qürrələnir. Həmin elmlərə arxalanıb, hadisələrin həqiqətinə çatdığını zənn edir. İş o yerə çatır ki, Allah göstərməsin, özünü başqalarından üstün hesab edir. Sözün qısası, nə qədər ki, ancaq özünü və elmini görür, qürur və səhv fikirlər hicabında qərq olur. Amma elmin «Hicabi-əkbər» ən böyük hicab olmasına gəldikdə isə, mümkündür ki, şəxs başqa hicablara diqqət edib onları aradan aparmaqdan ötrü çalışsin. Lakin elmin hicab olmasını görmək çox çətindir. İnsanı bu fəlakətdən qurtaran ancaq Allahin lütf qayğısıdır ki, bu məsələni ona dərk etdirib nicat verir.
Günahkar olan bəndə əgər günahı tərk etməyib tövbə etməsə və hicabda ola-ola onu aradan aparmaqdan ötrü çalışmasa, buna pis vəziyyət, pis hal və bədbəxtçilik deyilir.
Lakin əgər bəndə özünün günahkar və hicablanmış olduğuna etiraf etməsə, buna ən pis hal, ən pis vəziyyət və ən böyük bədbəxtçilik deyilir.
Birincinin bu fəlakətdən xilas olub nicat tapmasına ümid vardır.
Amma Allahın qayğısı olmasa ikincinin nicat tapmasına heç ümid yoxdur.
Başqa ifadə ilə desək, birinci «Cəhli bəsit» (sadə cəhl), ikinci isə «Cəhli mürəkkəb» (mürəkkəb cəhalət) adlanır.
Elmin hicab olmamasını istəyən adam, elm öyrənməklə yanaşı nəfsini də paklamalıdır ki, kamala çatmaqdan ötrü elm ona kömək etsin.
Dostları ilə paylaş: |