Şeyx İbn Bəzz – rahmətullahi aleyhi – deyir ki: “Əgər gətirilən ət məhsulları xaçpərəst və yəhudi dövlətlərindəndirsə, bunda problem yoxdur. Çünki, Allah onların yeməklərini bizə halal etmişdir, onların yeməkləri isə - kəsdikləri heyvanlardır. Bizə qadağan olunma səbəbi məlum deyilsə, bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülübsə bu cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan xəbərlərə görə Amerika və Avropa ölkələrində olan qəssabların çoxu heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər. Əgər müsəlman özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə də uyğun olar. Əbu Abdullah ən-Numan ibn Bəşir – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: “Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar...”.1176Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”.1177 Mömin bir kimsəyə yemək və içməyində ehtiyatlı olması vacibdir. Əgər o, heyvanı alıb özü kəssə bu onun üçün daha yaxşı olar. Həmçinin, heyvanı şəriətə uyğun kəsən tanıdığı qəssablardan alarsa bu onun üçün daha yaxşı və təhlükəsiz olar”.
“Fətava Nuru ad-Darb”.
10. Sual: Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: “Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: “Gətirilmiş”- dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: “Sən bunu haradan götürmüsən ki, haramdır”. O: “Bəzi Şeyxlərdən eşitmişəm”- dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz.