Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


BİDƏT ƏHLİ ARXASINDA NAMAZ QILMAĞIN HÖKMÜ



Yüklə 5,74 Mb.
səhifə91/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   87   88   89   90   91   92   93   94   ...   218
BİDƏT ƏHLİ ARXASINDA NAMAZ QILMAĞIN HÖKMÜ
Əhli Sünnəyə görə əslən kafir və mürtəd olan bir kimsənin arxasında namaz caiz deyildir. Durumu bəlli olmayan kimsə ilə əqidəsi bilinməyən kimsənin arxasında namaz qılmağı tərk etmək Sələfdən heç bir kimsənin söyləmədiyi bir bidətdir. Əsl olan odur ki, bidətçi bir kimsənin bidətinin çirkinliyini ortaya qoymaq və başqalarını ondan uzaqlaşdırmaq üçün bidətçi kimsənin arxasında namaz qılmağın nəhy edilməsidir. Bununla birlikdə namaz qılınacaq olursa səhihdir. Sələf alimləri bidətçi kimsələrin arxasında namaz qılmazdılar. Bilmədən arxalarında namaz qılsaydılar Cümə və Bayram xaric – qıldıqları namazları yenidən qaytarardılar. Lakin bidətçi imam müsəlmanların xəlifəsidirsə ona səbr etmək sünnətdir. Buna baxmayaraq bəzi alimlər namazlarını yenə də qaytarardılar. İmam Əhməd, Əli İbn Mədini, Yəhyə İbn Məin Xəlifə - Allah onlardan raı olsun - Məmunun arxasında qıldıqları namazları qaytarardılar (yenidən qılardılar). Lakin bir şeyi bilmək lazımdır ki, imamların bidətçi olub olmadığını araşdırmaq lazım deyil. Araşdırmaq, imtahan etmək Xəvariclərin sifətidir. Halı bəlli olmayan kimsələrin araxasında namaz qılınmalı və bu araşdırılmamalıdır. Lakin bir kimsə bidətini ortaya atan, izhar edən, insanları bidətinə dəvət edən bir kimsədirsə onun arxasında namaz qılınmaqdan qaçmaq lazımdır. İbn Ömər və Ənəs b. Məlik - radıyallahu anhum – Həccac b. Yusuf əs-Sakafinin arxasında namaz qılmışlar. O, isə zalım və fasiq birisi idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar sizlərə namaz qıldırırlar. İsabət edərlərsə sizin də, onların da leyhinə olar. Xəta edərlərsə sizin leyhinizə, onların isə əleyhinədir»1009. Osman - radıyallahu anhu – nun evi mühasirəyə alındıqda bir nəfər insanlara namaz qıldırdı. Biri Osmana: «Sən bütün müsəlmanların imamısan, insanlara namaz qıldıran isə fitnəkarın biridir». Osman: «Ey qardaşım oğlu! Namaz insanların etdikləri işlərin ən gözəlidir. Əgər gözəl iş edərlərsə sən də onlarla birlikdə gözəl iş et, yox əgər pislik edərlərsə sən də onların pisliklərindən uzaq dur»1010. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə dəstəmaz almaq üçün su gətirdim. O, başını yırğaladı və dodaqlarını bir-birinə sıxdı. Mən dedim: «Atam-anam sənə qurban. Sənə əziyyətmi verdim?». O: «Xeyr, lakin sən elə bir başçıların və imamların dövrünə yetişəcəksən ki, onlar namazın vaxtını keçirəcəklər». Mən: «Sən mənə nə buyurursan?» dedim. O: «Namazı vaxtında qıl! (O, başçıların) namaz qıldıqlarını gördüyün zaman onlarla namaz qıl (bu sənin üçün nafilə olur) və demə ki: Qılmıram. Mən artıq qılmışam»1011. Hafiz İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məndən sonra namaz vaxtlarını təxirə salan bir çox əmirlər olacaqdır. Sizlər vaxtında namazınızı qılın, onlarla isə nafilə qılın”. Alimlər deyirlə ki, onlar namaz vaxtlarını təxirə salmaqla kafir olmurdular. Kafir olsaydılar Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların arxasında namaz qılmağa icazə verməzdi”1012. Lakin İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: “Bu hədislərdə söhbət namazın çıxma vaxtından deyil, əfzəl vaxtının keçməsindən söhbət gedir”. Lakin alimlər qeyd edirlər ki, İmam Nəvəvi – rahmətullahi aleyhi – bu məsələdə xəta etmişdir. Çünki bu barədə hədislər çoxdur. Məs: Sabit İbn Bunan deyir ki, bir gün Ənəs İbn Məlik – radıyallahu anhu – ilə Həccacın qıldırdığı namazda idik. Həccac namazın vaxtını o qədər uzatdı ki, Ənəs – radıyallahu anhu – ona etirazını bildirmək istədi. Lakin dostları ona xələl gələr deyə buna izn vermədilər. Bundan sonra Ənəs – radıyallahu anhu – məsciddən çıxaraq miniyinə mində və: Allaha and olsun! Mən bu ümmətdə Lə İlə İlləllahdan başqa bir şeyin qaldığını görmürəm”. Adam: “Bəs namaz, ey Əbu Həmzə!” dedi. Ənəs: “Görmürsüz, Zöhr namazını az qala Məğribdə qılsınlar. Məgər Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında belə şey vardı?”1013. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən iki tayfa həlak oldu: Əhli Kitab və Əhli Ləbənu!”. Ondan: “Ya Rəsulullah! Kitab nədir? Ləbənu nədir?” deyə soruşdular. Peyğəmbər: “Allahın kitabını Allahın nazil etdiyindən baçqasıyla təvil edərək müsəlman alimlərlə mübahisə edirlər, Əhli ləbən – cümə və cəmaatları tərk edəcək və bədəviləşəcəklər”1014.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin